Müəllif: Əhzar NƏBİ Bakı
Bugünkü həmsöhbətimiz - Leyla xanım NAMAZOVA-BARANOVA, tibb elmləri doktoru, professor, Rusiyada Tibb Elmləri Akademiyasının Uşaq Sağlamlığı Elmi Mərkəzinin profilaktik pediatriya və bərpa müalicəsi Elmi-Tədqiqat İnstitutunun direktoru (USEM RTEA), elmi iş üzrə USEM RTEA direktorunun müavini, Avropa Pediatriya Assosiasiyasının prezidentidir. O, həmçinin "Pediatriya farmakologiyası" jurnalının baş redaktoru, "Müasir pediatriyanın məsələləri" jurnalının elmi redaktoru, "World journal of pediatrics", "Asian journal of pediatric practice", "The turkish journal of pediatrics" jurnallarının redaksiya kollegiyasının üzvüdür.
- Leyla xanım, artıq iki ildən çoxdur, Avropa Pediatriya Assosiasiyasının prezidentisiniz. Bildiyim qədər, bu postu ilk dəfədir zərif cinsin nümayəndəsi tutur. Bu, böyük məsuliyyətdir...
- Siz haqlısınız, Avropa Pediatriya Assosiasiyasının tarixində qadın prezident hələ olmamışdı. Düşünürəm, bu, aşağıdakılarla bağlıdır. Avropa Pediatriya Assosiasiyası
(EPA/UNEPSA) Avropa qitəsində işləyən bütün uşaq həkimlərini birləşdirir: Şimalda Skandinaviya ölkələrindən tutmuş, Cənubda Türkiyə və İsrail, Qərbdə Portuqaliyadan başlayaraq, Şərqdə Rusiya Federasiyasına kimi. Bildiyiniz kimi, postsovet məkanında pediatrlar - ənənəvi olaraq qadınlardır, Qərb, Şimal və Mərkəzi Avropada isə əksinə, kişilərdir. Orada əsas postlarda - ənənəvi olaraq həkimlər kişi cinsinin nümayəndələridir... Ona görə tamamilə məntiqlidir ki, bizim peşəkar assosiasiyanın rəhbər strukturunda (icraiyyə komitəsi və ya şura) doqquz nəfərdən, ən yaxşı halda, 2-si qadındır. Odur ki, qadının prezident olmaq ehtimalının nə qədər böyük olduğunu hesablayın. Bəli, ümumilikdə, düzünü desək, sıfra bərabərdir. Düşünürəm, mənim vəziyyətimdə bir neçə amil üst-üstə düşürdü. İlk növbədə, yaşım (2004-cü ildən işlədiyim şuranın bir çox üzvündən xeyli gəncəm); Rusiya pediatriyasına olan ehtiram və marağım - xüsusilə də 2009-cu ildə Moskvada, hazırkı postsovet məkanı və müasir Rusiyada tarixində ilk dəfə Avropa Pediatrlar Konqresini müvəffəqiyyətlə keçirdikdən sonra; bizim təşkilatın işinin effektivliyinin yüksəldilməsinə yönəlmiş çoxsaylı ideyalarım; nəhayət, sonuncu beynəlxalq layihələrdə özünü çox gözəl tanıdan mükəmməl bacarıqlı və yüksək təşkilatçılığa malik Rusiyanın pediatrlar komandası.
- Məqalələrin birində sizi "Avropanı döyüşsüz fəth edən ətəkli Napoleon" adlandırıblar. Siz güclü qadınsınız?
- Ümid edirəm ki, belədir. Görünür, belə tərbiyə almışam...
Mən ailədə böyük övladam və atam, Seymur Avaz oğlu Namazov, SSRİ-də məşhur radiofizikin mənə öyrətdiyi əsas məqam - istənilən işdə məqsədi dəqiq qoymaq, ona nail olmaq üçün optimal yollar axtarmaq, məqsədə nail olunmayıbsa, heç vaxt dayanmamaq. Onun sevimli ifadəsi olan "Başlamaq həmişə asandır, qurtarmaq isə çətin" deyimi qulaqlarımda hələ də səslənir...
- Peşəkar planda yüksək zirvələrə çatmısınız. Çox sayda titullarınız, adlarınız və nailiyyətləriniz var. Ən böyük nailiyyətinizi deyə bilərsinizmi?
- Yenə də ən böyük uğurumu həyat yoldaşı, iki dəfə ana və iki dəfə nənə olmağımda hesab edirəm!
- Siz Profilaktik Pediatriya və Bərpa Müalicəsi Elmi-Tədqiqat İnstitutunun həmtəsisçisisiniz. Deyirlər ki, hətta dizayn da sizin iştirakınızla hazırlanıb...
- Bu, düzdür; bir işə başlayıramsa, bilirəm: istənilən işdə xırdaçılıq olmur. Əgər istəyiriksə ki, institutumuzda uşaqların səhhəti daha tez bərpa olunsun, deməli, divarlar da kömək etməlidir... Bir də ki, uşaqlıqdan xəstəxanada kifayət qədər çox vaxt keçirməli olmuşam. Ağ divarları, ağ palataları, ağ dəhlizləri sevirəm - bütün bunlar xəstəxana kimidir! Ona görə də bizim institutda hər şey - divarlar, qapılar, döşəmə rəngarəngdir, həyatdoludur və xəstəxana qoxusu qətiyyən gəlmir!
- Leyla xanım, nəslinizdə həkimlər olubmu?
- Anam - məşhur tarixçi, Avropanın yeni tarixi, habelə bütün həyatını tədqiqatlarına həsr etdiyi Belçika tarixinin ən yaxşı kitabının müəllifidir. Atam radiofizik olub, onun dörd bacısı isə həkim olub! Onların sırasında, şübhəsiz, mənim kumirim və ən çox sevdiyim pediatr onun böyük bacısı, sevimli bibim - Ədilə Avaz qızı Namazovadır!
- Nə üçün məhz pediatriyanı seçdiniz?
- Yəqin, həmin uşaqlıq xəstəliyi səbəb oldu. Bu xəstəliklə bağlı uzunsürən sınaqlardan sonra, xəstələnən uşaqların tez sağalmasına kömək etmək istədim!
- Sizin fikrinizcə, hər kəs pediatr ola bilməz. Peşəkar biliklərdən savayı nə lazımdır?
- Pediatrlar - xüsusi insanlardır. Sağlıq, ürək barədə standart sözlər danışmayacağam, hər şey göz qarşısındadır... Sadəcə, uşaqlar yalanı çox gözəl hiss edirlər, ona görə onları həqiqətən sevməyənləri özlərini sakit müayinə etməyə heç vaxt imkan verməzlər! Bundan başqa, tanınmış rusiyalı pediatr, belə desək, uşaq əhalisinə Rusiya pediatriya kömək sisteminin "atası" Q. N. Speranskinin olduqca düzgün ifadəsi var. O, pediatrlara belə deyirdi: "Həkimlər, xəstə uşağı müalicə edərkən, onun anasını da sağaltmağı unutmamalısınız". Yəni ki, pediatrlar, əlbəttə, həm də mükəmməl psixoloq olmalıdırlar.
- Sizi ilhamlandıran pedaqoq və ya müəlliminiz olubmu?
- Düşünürəm, sevimli bibilərimdən başqa, ali tədris ocağındakı gözəl müəllimlərim olub (N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almağa başlamışam, hazırda N. İ. Piroqova adına olan RDTİ (əvvəllər N. İ. Piroqova adına 2-ci MLODTİ) fərqlənmə ilə bitirmişəm.
- Həyat yoldaşınız Aleksandr Baranov - akademik, Rusiya Səhiyyə Nazirliyinin baş pediatrıdır. Hansısa məsələ ilə bağlı onunla məsləhətləşirsinizmi?
- Əlbəttə! Ərim - həm də baş referimdir (bütün ideyalarımı, ilk növbədə, ona təqdim edirəm) və ən yaxşı məsləhətçi, olduqca konstruktiv tənqidçidir. Lakin ən əsası, durmadan öyrəndiyim insandır! Onun müdrikliyini, təşkilatçılıq təcrübəsini, dövlətçilik təfəkkürünü və çox gözəl yumor hissini!
- İş, ev, ailə, səfərlər... Necə çatdırırsınız?
- Mən televizora baxmağa, rəfiqələrimlə saatlarla telefon söhbətlərinə, lazımsız mübahisələrə və münasibətlərə aydınlıq gətirilməsinə vaxt sərf etmirəm. Bilirsiniz, bu, xeyli vaxt itkisinə qənaət edir. Bu zamanı - işə, səfərlərə və əlbəttə, ailən üçün istifadə edə bilərsən!
- İstirahət üçün zaman qalırmı?
- Baxır, istirahət nədir. Ayda bir dəfə böyük masamızın ətrafında mehriban ailəmiz toplananda çox sevinirəm - mən ərimlə, anam, bacım əri və üç qızı ilə, ərimin qızı öz ailəsi ilə, mənim uşaqlarım öz övladları və yeni qohumları ilə - cəmi 20 nəfər. Nə isə dadlı bir təam hazırlayıram, son görüşümüzdən sonra nə baş veribsə danışırıq, keçmişimizdən olan məzəli əhvalatları xatırlayırıq, gələcək səfərlərimizi planlaşdırırıq. Bunu əsl istirahət hesab edirəm! Vaxtımı televizora, rəfiqələrimlə uzun-uzadı telefon söhbətlərinə sərf etmirəm.
- Qızlarınız sizin yolunuzu davam ediblər?
- İki qızım var. Mariya, böyük qızımdır. İki körpəsi var. Sosioloqdur, hazırda dissertasiyasını bitirir. Kiçik Anastasiya, tibb elminin sirlərinə yiyələnir - İ. M. Seçenov adına 1-ci MDTİ-nin üçüncü kurs tələbəsidir.
MƏSLƏHƏT GÖR: