24 Dekabr 2024

Çərşənbə axşamı, 05:55

İÇƏRİ ŞƏHƏRİN LABİRİNTLƏRİ İLƏ...

Rejissor İlqar Safatın "İçəri şəhər" filmi: insan hisslərə üstünlük verərək, müəyyən həyati prioritetlərə göz yummağı bacarırmı?

Müəllif:

15.03.2016

Bakının orta məktəblərindən birinin Arzu adlı (Təhminə Rafaella) gənc məzunu özündən iki dəfə böyük kişiyə aşiq olur. Onun adı Rəfaeldir (Firdovsi Atakişiyev) və o, Qarabağ müharibəsi əlilidir. Onların gələcəyi yoxdur, çünki bu münasibətlərə Arzunun anası - Səbinə (Mehriban Zəki) obrazında obyektiv reallıq daxil olur. O, Rəfaelə nikah hekayəsini danışaraq, özü və qızının talelərini müqayisə edir. Sonra isə hər biri öz axtarışında, labirintlə getməyə məcburdur. 

Çünki hər birinin öz "içəri şəhəri" var. "İçəri şəhər" - rejissor İlqar Safatın bu yaxınlarda premyerası "Nizami" kinoteatrında baş tutan tammetrajlı filmdir. O, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında çəkilib. Süjet Təhminə Rafaellaya, ssenari Təhminə Rafaellaya və İlqar Safata məxsusdur. Filmdə çəkiliblər: Mehriban Zəki, Firdovsi Atakişiyev, Elmira Şabanova, Təhminə Rafaella, Anar Xəlilov və digərləri. Çəkilişlər Bakıda və Zaqatalada keçib. Martın sonunda film "YARAT"ın nümayiş zalında təqdim olunacaq.

 

Hər şeydən az-maz

Bəs, film nə barədədir? Məhəbbət, xəyanət, başqası ilə birləşməyən yolun seçimi barədə? Bəlkə də hər şeydən az-az. Həm ola biləcək, amma alınmayan məhəbbət, həm xəyanət (digərlərinə və özünə qarşı), həm də hisslərinə rəğmən üstünlük verilən həyat prioritetləri barədə. İlqar Safat filmi sanki impressionizm üslubunda rəsm təsvir edir kimi çəkir. Personajların xarakterlərinin psixiki strukturunun dərin təhlili olmadan, psixoloji emosiyaların vizual əksi obrazlar və ritmlərin kompozisiyasında öz üslub dilini yaradır. 

Həyatın güzgüsü. Filmdə bugünkü həyatımızdan çoxlu sayda tanış məqam var. Müəllif heç nəyi və heç kimi ideallaşdırmır. Səbinəyə baxaq (ixtisasca cərrah), uşağa cərrahiyyə əməliyyatı edərək, rahatca atasından zərfdə pul alır. O, bu pulların haradan və nəyin bahasına ona çatdığı barədə düşünməməyə üstünlük verir. Arzu anasının bu cür "qazanc"ını bəyənmir, lakin musiqi təhsilini ödəmək üçün bu pulları asanlıqla qəbul edir. Arzunun rəfiqəsi - Leylaya baxaq. O, özündən böyük oğlanla görüşmək üçün hər dəfə valideynlərinə yalan deyir. Bu da Əli - imkanlı ailədən olan açıq-aşkar bekar adam. Lüks maşın, bahalı geyim və heç bir ambisiyaları, gələcəyə planları, intellektual və mənəvi inkişafa heç bir marağı olmayan insanın tam infantilliyi. Onun axı atası var! Biz Əlinin atasının dəqiq olaraq nə ilə məşğul olduğunu bilməsək də, anlayırıq: o, zəngin şəxsdir və bu, Əliyə özünü problemlərlə yükləmədən həyat sürməyə imkan verir.

 

Qəhrəmanlar və anti-qəhrəmanlar

Tamaşaçıların şahid olduğu hadisələr personajları diametral olaraq əks mövqelərə ayırmır. Burada nə qalib, nə də uduzan var. Burada qəlblərinin labirintində yolunu azanlar, özünü axtaranlar var. Və bu döyüşdə hər biri daxilində elə "içəri şəhər" adlandırdığı həmin dünyanı aşkar edir. Qarışıqdır? Heç də yox. Sadəcə, iddiasızdır. Bax, Arzu (Təhminə Rafaella) - öz prinsipləri, baxışları, mövqeyi olan qızdır. Xasiyyətinin bir növ xüsusiyyətinə iddia edərək, o, həm musiqi ilə məşğuldur, həm muzeylərə gedir, həm Dostoyevskini oxuyur və Teseyin kim olduğunu bilir. Onun üçün Teseyi tanımayan hər kəs yaxşı adam deyil. Qız özünü xüsusi, başqalarına oxşamayan hiss edir, lakin bu, özünü riyakar kimi aparmaq mümkün olduğu ümumqəbul olunmuş mənəviyyatın bir hissəsi olmaq üçün mane olmur: həkimləri xəstələrdən pul götürdükləri üçün mühakimə edir, amma özü də bu pullardan istifadə edir! 

İkili mənəviyyat standartı ilə yaşamağa meyilliliyi onu içəri şəhərlə eyniləşdirir: bu cür hamı yaşayır - onun anası da. Ona görə də Arzu Qarabağda kontuziya alan Rəfaelə qarşı məhəbbət uğrunda mübarizəsində qalib kimi ayrılmır. Onun iradəsi ancaq anasının mənəviyyat quruluşlarına meydan oxumağa, həyatını bölüşməyə hazır olduğunu düşündüyü kişinin evinə gedib və orada qalmağa çatır. Məlum olacaq ki, heç də hazır deyilmiş. Amma Rəfael ona həlak olmuş atasını çox xatırladırdı: onun həmyaşıdlarından fərqli olaraq, daha yaxşı və daha maraqlı idi! Səbinə (Mehriban Zəki) qızını tək böyüdür. O, yaxşı, tələb olunan cərrahdır. Lakin 20 yaşında kompromisə gedərək, özündən iki dəfə böyük və sevmədiyi kişiyə ərə gedib.

Səbinə valideynlərinin himayəsindən çıxmaq istəyirdi! Tələyə çevrilmiş şübhəli azadlıq. O, indi özünü heç vaxt ümumqəbulolunmuş quruluşlar və şəxsi niyyətlərinin labirintində tapmayacaq. Özünə bəraət qazandıra biləcək yeganə şey - qızının dünyaya gəlməsidir. Lakin qızı kişinin yanına gedəndə, Səbinə bir ovuc dərman içərək, həyatına qəsd etməyə çalışacaq. Bu, alınmayacaq. O zaman o, Rəfaelin yanına gedəcək. Və qızı uğrunda mübarizədə bütün nöqtələri "i" üzərində qoymaq üçün bu nikahın alınmaması üçün lazım olan sözləri tapacaq: axı, Rəfael bu yaxınlarda "dəlixanadan buraxılan" əlildir. Səbinənin qızının xoşbəxtliyi ilə bağlı öz baxışı var. Və Rəfael oraya heç cür daxil deyil!

 

Daxilimizdəki şəhər

Rəfael (Firdovsi Atakişiyev) Qarabağda döyüşüb və ağır yaralanıb. Kontuziyadan sonra əlil olub. O da başqalarına oxşamır. İnsanlar tərəfindən rədd olunmaq qorxusu onu qapalı olmağa vadar edib. Güclü emosional həyəcanlar zamanı tutmalar yenidən qayıdır və bu zaman o, həqiqətən də reallıqdan kənara çıxır, mərminin partlaması nəticəsində kontuziya aldığı həmin günün hadisələrinə qayıdır. İndi onun üçün həyatı "əvvəl" və "sonra"ya bölünüb. Və yalnız həyatında Arzunun peyda olması, partlayışla parçalanan dünyanın dayanıqlı forma ala bilməsi ilə bağlı uzun çəkməyən xəyal bəxş edir. Amma Səbinə ilə söhbətindən sonra o, anlayır ki, bu, xəyaldır. Bəlkə də, Rəfael labirintdən çıxış tapan bütün qəhrəmanlardan yeganə olandır.

Onun yolu - şəhərdən kəndədir. Orada, yəqin ki, onun əcdadları yaşayırdı. O, nəhayət, yerini dəyişmiş dünyaların labirintindən çıxmaq və əcdadlarının torpağında özünü tapmaq üçün oraya yollanır. Balaca küçələr, döngələr və dalanlar - bu, İçərişəhərdir - daxili şəhər. İnsan kimi özünün yazılmamış qanunları və qaydaları ilə yaşayan şəhər.

Arzu: 

- Biz bu labirintdən neçə çıxacağıq?

Rəfael: 

- Labirint daxildədir. Hər kəsin öz "daxili şəhəri" var. Bir müddət insanlar orada birlikdə dolaşırlar, sonradan isə onların yolları ayrılır. 

Beləliklə, film nə barədədir - Təhminə Rafaellanın və İlqar Safatın uydurduğu hekayə haqqında? Mülahizəyə görə, bu film məhəbbət barədədir. Amma çox güman ki, nifrət barədədir. İstək, lakin sevməyi bacarmamaq barədədir. Hər bir personajın "içəri şəhər"i - öz reallığının axtarışında ümumqəbulolunmuş quruluşlar, qaydalar, baxışlardan asılılıq labirinti üzrə hərəkətdir. Məhəbbət istəyi də elə budur...



MƏSLƏHƏT GÖR:

506