23 Noyabr 2024

Şənbə, 21:16

BAHARIN YEDDİ ƏLAMƏTİ

Hər Bahar Novruzun tarixində yeni həyatın, yeni günün başlanmasıdır

Müəllif:

15.03.2016

Təbiətin hər bir təzahüründə Tanrının əsərini görürsən. Müəyyən vaxtdan sonra, illər ötdükcə anlamağa başlayırsan ki, köklərə və əmin-amanlığa qayıtmaq istəyirsən. Yazın əvvəli, daha doğrusu, fevralın sonu kimi, ilin heç bir dövründə təbiətin oyanışını və onun mövcudluğunu hiss etmirsən. Məhz bu vaxt - qışın son çərşənbə axşamı və Novruzun ilk çərşənbə axşamında (Su çərşənbəsi) yazın yüngül ətrini dərindən hiss etməyə başlayırsan. Bu, qəlbə hərarət verir, şəhərin səs-küyünə quşların yüngül nəğməsi qoşulur və o, daha yaxın və daha rahat olur, qaranlıq da bir qədər gec düşür. Bu anlarda ruh azad olaraq, oxumaq istəyir və təbiətin hər bir təzahüründə Tanrının əsərini görürsən. 

Əbədilik, qığılcım. Ondan alov alışır - novruzqabağı (Od çərşənbəsi) sonuncu çərşənbə axşamı şam və tonqalın alovu. "Qayğısızlığa" - uşaqlığa tullanmaq və dalmağı necə də arzulayırsan. Haradansa xırda, çöl çiçəklərini, uşaq üçün qiymətsiz olan gülləri qoparmaq və sanki qanadlanaraq anamıza tərəf qaçmaq və gül dəstəsini ona verməzdən öncə, intizar ilə onun gözlərindəki razılıq qığılcımlarını qamarlamaq. Artıq indi anlayırsan ki, bunun üçün yaşamağa dəyər. Uşaqikən - bu, " dəqiqəlikdir", bu gün isə əbədidir. Tonqalın qoxusu həmişə - şən səsləri, gülüşü, sənin, dostlarının, yaxınlarının və başqa uşaqların üzündə ocağın istiliyini və kölgələrini uşaqlığa aparır. Novruzda bütün varlığınla yaşamaq istəyirsən...

Rəqs etmək istəyirsən. Səməni, bayram masası, ailə, şamlar, plov, nərgizin ətri, şirniyyatlar, Azərbaycan musiqisi. O, şüuru məftun edir və canına hopur. O, həmişə ürək ritminlə döyünür, onun sədaları altında, əgər qəmlidirsə, ağlamaq, şəndirsə, rəqs etmək istəyirsən. Ondan yorulmursan. Bu, ifraçtılıqdır, amma dahilik - elə özü ifratçılıqdır. Novruzda - o, şəndir, gülüşü, şənliyi, bişirdiklərinin ətirli istiliyinin fonudur. Vaqif Mustafazadə və onun "Mart"ı - onun üçün həddindən artıq yüngül, düşündürücüdür. Bütün bunlar - rənglərin yaz coşğunluğu, istilik və isti yay irəlidədir. Sanırsan ki, irəlidə hələ bir ömür var. Novruzda bu hissi, çox güman ki, lap qocamız da keçirir. Və muğam - Kainatın musiqisi.

Artıq əvvəlkitək gənc. Ədəb. Bu, qəlbimizin dərin yerində durur. İndi yanımızda olmayan böyüklərə, onların xatirəsinə ədəb və ehtiram göstərmək. Bu, özünə hörmət edən hər bir şəxsin can atdığı absolyutdur. Bu, xüsusən, Novruzda, valideynlərin timsalında özünü büruzə verir. Artıq əvvəlkitək gənc, sağlam olmayan və saçlarında bəyaz telləri görünən valideynlər özlərindən böyüklərə tənzim edirlər. Bayrama və yaz eyforiyasına bürünmüş bu günlərdə heç kim unutmaz böyükləri - ilk onlar təbrik edilərlər. Bunları görərək, biz də tədricən o cür edirik, öz övladlarımızın da eynən bu cür edəcəklərinə güclü inanaraq, bütün bunlara ümid bəsləyərək, onların ruhlarının və qəlblərinin bütövlüyü barədə daha çox düşünürük. Lakin bundan öncə isə dünyasını dəyişənləri mütləq anırıq. Onlar hər zaman bizimlədirlər. 

Və həmişə belə olacaq. Buludların cazibəsi. Mahiyyətcə, onlar üçün fərqi yoxdur, bayırda qışdır, ya bahar. Elə günəş üçün də. Lakin baharın əvvəlində, səhər tezdəndən, xovlu ağ buludlardan keçən günəşin şüaları, səmaya aparan yola çevrilərək, ucu-bucağı olmayanı bürümək arzusu ilə şəfəq saçırlar. Hətta yağış yağsa da, o, qəmgin yox, iddialı və ümid yağışı olacaq: yaş küçələr, torpağın qoxusu, rezin çəkməciklərdə gölməçələrboyu qaçan uşağın gülüşü, həyat. Yox, bu, soyuqluq gətirən, üzə vuran payız yağışı deyil; bu, bahar və bayram gözləntisi yağışıdır, bu, ağacların oyanması və onların üzərində tumurcuqların qabarmasıdır; səməninin tumları bitdiyi yağışıdır. Tezliklə meyvə ağacları da çiçək açacaq. Və həmişə belə olacaq, biz olmayanda da.

Əminik buna. Yaradıcı - bu məhəbbətdir, çünki biz inam barədə danışanda məhəbbət barədə danışırıq. Özünü müsbət cəhətdən kökləmək - daxili dünyanı anlamaq, yalançı quruluşlardan və inanclardan qurtulmaq, öz "eqo"sunun dar məkanını genişləndirmək və tədricən özündə Tanrını kəşf etmək - sevmək deməkdir. Dünyanı və insanları, Allahın sevdiyitək sevmək. Tanrıya olan bu səmimi inamı dərk edənlər bəxtiyar insanlardırlar. Belə inama sahib olmaq, məhz belə niyyətlə yaşamaq - bax, budur yeganə düzgün, həyat üçün vacib və hətta praktiki olaraq səmərəli mövqe. Məhz bahar, Novruz bayramları düzgün fikirləşən, mülahizə edən və inamlı olan özündə Tanrını kəşf etmək üçün yaxşı imkan yaradır. Belələrinin sayı çox olmalıdır. Əminik buna. Niyyətlərin və qəlbin paklığı - idealdan uzaq olan dünyada və həyatın müasir ritmində bizi dəstəkləyən məfhumdur.

Tanrının bizə bəxş etdiyi ədviyyatların məst edən ətri kimidir, sanki, Azərbaycan. Bu günlərdə ədviyyatların sayı o qədər çoxdur ki - milli şirniyyatlarda, Azərbaycan qanının sanki tərkib hissəsinə çevrilən xörəklərdə, rəmzlərdə, havada... Vətənin müxtəlifliyi onun son dərəcə böyük sərvətlərində, təbiətin gözəlliyində, münbitliyində, həyat quruluşlarının dayanıqlılığında, rəqslərdə, səbirdə və dözümlülükdə, ailə ənənələrində, etniki tərkibin rəngarənliyində, qonaqpərvərliyində, sadəlikdə və ən sadə insanların qayğıkeşliyində, qədr bilməsində və vətənpərvərliyindədir. İnanmaq istəyərdik, ah, bunu necə də istəyərdik ki, hər kəs öz ürəyinə və qəlbinə görə xeyir tapacaq, eyni ilə bu qədər doğma, yaxın, əziz Vətən kimi. Bu qədər böyük ürəyə sahib Vətəntək. Sənin üçün valideynlərinlə eyni pillədə duran Vətən. Yeni baharı qarşılayan Vətən.

Bayramınız mübarək!



MƏSLƏHƏT GÖR:

524