24 Dekabr 2024

Çərşənbə axşamı, 05:40

HƏYAT UZUNLUĞUNDA SƏYAHƏT

Cəmil MÜFİDZADƏ: «Bütün iztirablara, çətinliklərə sinə gərsəniz, günlərin birində uğurun qapıları mütləq açılacaq»

Müəllif:

01.04.2016

Azərbaycanın Xalq Rəssamı Cəmil Müfidzadə səyahət etməyi sevir. Səyahət onun ruhunu harmoniya ilə, həyat enerjisi ilə doldurur. Yola çıxarkən rəssam həmişə etüd qovluğunu özü ilə götürür. Yolda aparılmış ani qeydlər, eskizlər geri qayıtdıqdan sonra mükəmməl rəsm əsərinə çevrilir.

Cəmil Müfidzadə dünyanın, demək olar ki, bütün ölkələrini gəzib. O, «İçərişəhər», «Abşeron nefti», «Bakı - neft paytaxtıdır», «Buhenvald», «Xınalıq», «Monqolustan torpağında», «Misir təəssüratları» və s. kimi silsilə qrafika işləri ilə məşhurdur. Rəssamın əsərləri Rusiya, Almaniya, Fransa, İtaliya, Misir, Türkiyə, İran, Monqolustan kimi ölkələrdə şəxsi kolleksiyalarda və muzeylərdə saxlanılır.

Fevralın 24-də milli qrafika metrinin 82 yaşı tamam olub. Lakin o, əvvəlkitək güclü və gümrahdır. 

- Cəmil müəllim, rəssam olmaq istədiyinizi nə zaman anladınız?

- Mən o qədər də böyük olmayan Ordubad şəhərində doğulmuşam. Orada insanlar bir-birlərinə çox səmimi, qayğı ilə, hətta deyərdim, rəhmlə yanaşırdılar. Kiminsə başına bəla gəlirdisə, bütün küçənin camaatı ona yardım edir, dəstəkləyir, dərdinə şərik çıxırdı. Atam ipəkçilik fabrikində mühasibatlıq sistemində işləyirdi, anam isə evdar qadın idi. Onun orta təhsili belə yox idi. Lakin o, SSRİ-dəki inqilabdan sonra savad və yazıb-oxumaq kurslarını - savadsızlığın ləğv edilməsi məktəbini bitirmişdi. Mən ailənin beşinci uşağı idim. Anam övladlarının yaxşı təhsil almaları üçün əlindən gələni edirdi. Nəticədə, böyük qardaşım Azərbaycanın əməkdar mühəndisi oldu, iki bacım Tibb İnstitutunu bitirdi, kiçik qardaşım isə tanınmış qazmaçı-neftçi oldu. Mən böyük ailəmizdə həyatını rəssamlığa həsr etmiş yeganə şəxsəm. Rəsm çəkməyə lap gənc yaşlarımdan başlamışam. O zaman Ordubadda rəssamlıq dərnəkləri yox idi və dostlarımla mən, sadəcə, şairlərin, rəssamların portretlərini çəkir, dərsliklərdən şəkilləri köçürürdük. 6-cı sinfi bitirdikdən sonra atam məni Bakıya yollamaq qərarına gəldi. O zaman böyük qardaşım Həmid də Bakıda işləyirdi. Valideynlərim istəyirdilər ki, mən paytaxtda ali məktəbə daxil olum. Nəticədə, təhsilimi Əmircandakı (Bakının Əmircan qəsəbəsi - red.) orta məktəbdə davam etdirməyə başladım. Qardaşım Suraxanıda yaşayırdı və mən hər gün məktəbə gedərkən yol boyu neft buruqlarından ibarət metal adaları izləyirdim. Zirvəsi göylərə çatan, dibisə dənizin dərinliklərinə gedib çıxan bu qara «qüllələr» məndə unudulmaz təəssürat yaradırdı. Yolda onların kiçik şəkillərin çəkir, evdə isə işi tamamlayırdım.

7-ci sinfi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil oldum. Daha sonra Kiyevə yollandım. Orada daha bir il orta məktəbdə oxumalı oldum. Bu, əlbəttə ki, mənə başqa respublikaya uyğunlaşmağa çox kömək etdi. Həmin dövrdə ofortla da maraqlanırdım. Gto slojneyşaə texnika qrafiki, pri kotoroy xudojnik na mednuö plastinu nanosit kislotoupornıy lak, zatem iqloy proüarapıvaet sloy laka po liniəm buduheqo izobrajeniə do metalla i pomehaet plastinu v rastvor azotnoy kislotı. Za neskolğko raz poluçaet jelaemuö qradaüiö tonov. Pokrıvaet plastinu kraskoy i pomehaet na ofortnıy stanok. Na plastinu nakladıvaöt vlajnuö bumaqu, i pod deystviem davleniə kraska perexodit na bumaqu. Lövhənin üzərinə nəm kağız qoyursan və boya kağıza keçməyə başlayır.

Kiyevdə bildim ki, Ukraynanın görkəmli qrafikaçısı Vasili Mironenko Xarkovda yaşayır. Dərhal oraya yollandım və Xarkov İncəsənət İnstitutunun Qrafika şöbəsinə daxil oldum - Vasili Fyodoroviç orada dərs deyirdi. O, oyma sənətinin bütün incəliklərini mənə öyrətdi və bu səbəbdən, ona çox borcluyam. İnstitutda vaxtımın çoxunu kitablara həsr edir, xüsusi ədəbiyyat oxuyur, ofortla eksperimentlər edir, muzeyləri gəzir, hər gün yeni nəsə öyrənməyə çalışırdım. İnstitutun 2-ci kursunda oxuyarkən mənzil qərargahı Praqada (Çexiya) yerləşən Beynəlxalq Tələbə İttifaqının rəssamlıq müsabiqəsində iştirak etdim. Müsabiqədə birinci yerə heç kəs layiq görülmədi. İkinciliyi isə Argentinadan olan gənc rəssamla mən bölüşdük. Yadımdadır, xatirə diplomu ilə yanaşı, mənə o dövr üçün bahalı olan «Flexaret 6» alman fotoaparatı hədiyyə olundu. Bu, tələbə üçün ən yaxşı hədiyyə idi.

İnstitutda diplom işim - «Neft daşları» - dövlət komissiyası tərəfindən qiymətləndirildi. Diplom işində 8 iş olmalı idi, mən isə 12 rəsm təqdim etmişdim. Bununla da, dövlət komissiyasının bütün üzvlərinin simpatiyasını qazanmışdım. İnstitutu bitirdikdə orada qalmaq, «Qrafika» kafedrasında dərs demək imkanım var idi. Lakin mən vətənə qayıtmaq qərarına gəldim. Müxtəlif sərgilərə qatılmağımla artıq Azərbaycanda tanınırdım. Burada mənə Rəssamlar Evində kiçik emalatxana verdilər. Azərbaycan SSR Rəssamlar İttifaqının o zamankı sədri Nadir Qəmbəroviç Əbdülrəhmanovun himayəsi sayəsində İçərişəhərdə kiçik ev də verildi. Bu, mənim üçün böyük sevinc idi. Yaşadığım qədim şəhər məni ruhlandırır, mənə ilham verirdi. Hər gün onun ensiz dalanlarını gəzir, özüm üçün yeni bir şey kəşf edirdim: istər qədim divarlardakı qəribə naxışlardan, istər döymə pəncərə barmaqlıqlarından. Gəzişərkən zaman-zaman dayanır, eskiz cızır, müəyyən qeydlər edirdim. Beləliklə, 1965-ci ildə «İçərişəhər» silsilə əsərimin ilk 5 rəsmi hazır oldu. Bu seriyanı 90-cı illərin sonlarınadək davam etdirdim. İndi o, özündə, təxminən, 100 rəsmi birləşdirir.

- Bildiyimizə görə, səyahət etməyi sevirsiniz və əsərlərinizin yarısını yaradıcılıq ezamiyyətləri zamanı çəkmisiniz.

- Mən təbiətcə çox narahat adamam. Bir yerdə oturmağı xoşlamıram. Səyahət etməyi, yeni ölkələrlə, insanlarla tanış olmağı çox sevirəm. İndiyədək 5 qitənin 4-də olmuşam. Bir neçə il əvvəl elə «Dünyanın 4/5-ü» adlı kitab da buraxmışam. Orada müxtəlif ölkələrdə çəkdiyim əsərlər, fotolar toplanıb. Yalnız Avstraliyanı görə bilməmişəm…

Səyahətlərə sevgim 1964-cü ildə Dunay kruizilə yaranıb. Bir il sonra yaradıcı heyətin tərkibində Almaniyada oldum. Bu, SSRİ Rəssamlar İttifaqının xəttilə xaricə ilk səfərim idi. Həmin səfəri maraqlı edən daha bir məqam Leyspiqdə təşkil olunmuş Ümumdünya kitab və qrafika sərgisinə qatılmaq imkanı qazanmağım idi. Bundan başqa, orada Buhenvald həbs düşərgəsi ərazisində yerləşən memorial muzeyə də baş çəkə bilmişdim. Polşada, Osvensimdə də olmuşam. Gördüklərimdən sarsılmışdım… Qaz kameraları və sobaları, qardaşlıq məzarlığı, muzeydəki qorxulu eksponatlar… Yalnız Buhenvaldda 50 mindən artıq insan işgəncələrlə öldürülüb! O qədər təsirlənmişdim ki, bütün ekskursiya boyunca eskizlər çəkir, bloknotda qeydlər edirdim. Bu səfərdən sonra «Buhenvald» silsiləsini yaratdım. Eyni zamanda Azərbaycanın əsas sərvəti olan neftə dair seriyanı da davam etdirirdim. Bunun üçün bir müddət neftçilərin yataqxanasında da qalmışam. Onların gündəlik işini izləyir, montajçıların, neft kəşfiyyatçılarının, qazmaçıların, quyularda yeraltı təmir aparan operatorların, neft çıxaranların özünəməxsus məişətilə tanış olurdum... Dayanmadan çəkirdim. Neft buruqları mənim üçün sadəcə metal konstruksiya deyil. Orada Azərbaycanın «şəbəkə» ornamentinə bənzərlik tapmaq mümkündür.

- Səyahətləriniz arasında ən ekstremalı, yaddaqalanı hansı olub?

- 1975-ci ildə bir neçə rəssamla birlikdə Yakutiyanın şimalına 40 günlük ezamiyyətə yollandıq. Səyahət Yakutskdan və Tiksi qəsəbəsindən başladı. Oradan Sovet sərhədçiləri bizi fəaliyyətdə olan qütb stansiyasına - Ust-Olenyoka apardılar.

- İsti Bakıdan buzlu Yakutiyaya getmək qorxulu gəlmirdimi?

- Bu qərarı düşünərək vermişim. O zaman bütün Azərbaycanı gəzmişdim: qaynar qum, qızmar Günəş, yaşıllıq. Bu səbəbdən, əsərlərim də eyni dərəcədə parlaq, işıqlı, rəngarəng alınırdı. Və günlərin birində təzadlı bir şey görmək, onu çəkmək istəyim yarandı - asket təbiət, soyuq rənglər, mənzərələr. Tundrada maral saxlayanlara, qütbçülərə baş çəkdik. Orada daim buzlaqdır, ağac bitmir, şimal maralları yaşayır, sakinlər isə soyuducu əvəzinə buz bağlamış torpaqda qazılmış quyulardan istifadə edir. Ətrafımda gördüyüm hər şeyin eskizini çəkirdim ki, sonra bu şaxtalı bölgəyə səfərimi kağız üzərinə köçürüm.

Bir il sonra eyni komanda isə Rusiyanın şimalına yollandıq, Arxangelskdə, Kandalaşkada, Kem şəhərinhdə (Kareliya) olduq. Oralar Yakutiyanın asketik təbiətindən isti rəngləri və deyərdim ki, mehribanlığı ilə fərqlənirdi. 80 günümü orada keçirdim və eskizlər, qeydlər şəklində böyük bir material topladım. Onlar mənə böyük bir seriya yaratmaq imkanı verdi - 74 rəsm! Səyahətimin yekunu olaraq Bakıda, Moskvada, Arxangelskdə və Severodvinskdə sərgilərim təşkil olundu.

Vətənə qayıtdıqdan sonra Azərbaycanı gəzməyi davam etdirmək qərarına gəldim və dağların arasında unudulmuş Xınalıq kəndinə yollandım. Vaxtilə Rasim Babayev, Maral xanım Rəhmanzadə və digər tanınmış rəssamlar da orada əsərlər yaratmışdılar. Bu məhsuldar səyahətdən sonra mən «Xınalıq» seriyasını yaratdım. Orada Azərbaycan təbiətinin bütün gözəlliyini, əzəmətini əks etdirmişəm.

Bir neçə il sonra SSRİ Rəssamlar İttifaqının xəttilə Monqolustana 2 həftəlik səfərə yollandım. Ulan-Batordan ilk təəssüratım - boz səma, yolsuzluq, bir-birini təkrarlayan beşmərtəbələr, küçələrdə yaşıllığın olmaması və 2 daüan (buddizm məbədi) -ukraynalı həmkarımla mən onu hər dörd nəzər nöqtəsindən çəkə bildik. Səfərimizə Qobi səhrasına səyahət əlavə rəng qatdı. Bizi oraya səhər saat 6-da xizəkli-tırtıllı avtomobildə apardılar. Deyirlər, Qobinin boş rayonları artıq 65 milyon ildir ki, dəyişməz və susuzdur. Təsəvvür edin - qumsal səhranın ortasında tənha alaçıq və bitki axtarışında olan nəhəng ikihürgüclü dəvələr. Dəvə inanılmaz dərəcədə plastik, sakit canlıdır. Onlar daim hərəkətdə olduqları üçün dəvənin rəsmini çəkmək çox çətindir. Ona görə də tələsik ovuc içi boyda sxematik eskizlər çəkməli olurduq. Qaranlıq düşənədək ən «dadlı» anları tutmaq və kağıza köçürmək lazım idi. Qobidə qaranlıq tez düşür. Artıq axşam saat 8-dən sonra səhra keçilməz dumana bürünür. Ucu-bucağı olmayan qaranlıq insana qorxulu gəlir və havanın tezliklə işıqlanmasını istəyirsən. Qobidə keçirdiyimiz bir günün unudulmaz təəssüratı 3 illik işə çevrildi. Nəticədə, ortaya çıxan 38 əsər Bakıda və Ulan-Batorda fərdi sərgilərimdə nümayiş olundu.

- Cəmil müəllim, hansı səfəriniz xüsusilə yaddaqalan olub? Silsilə işləriniz hansı Sizin üçün daha dəyərlidir?

- Çətin sualdır. Misir, İtaliya, Hollandiya, Sinqapur, Polşa, Çexoslovakiya, Yaponiya… Səfər etdiyim hər bir ölkə yaddaqalan və dəyərlidir. Onların hər birində gözəl, individual nəsə tapmışam. Onlarla bağlı bütün təəssüratlarımı, emosiyalarımı kağıza köçürmüşəm. Hisslərimi, duyğularımı elə çatdırmaq istəyirdim ki, əsərimə baxan tamaşaçı mənim yaşadıqlarımı hiss etsin.

- Uzun illər Rəssamlıq Akademiyasında dərs demisiniz. Yaradıcılıqda bəzən ayrı-ayrı gənc rəssamların sui-istifadə etdikləri özünüifadə azadlığı haqda nə düşünürsünüz? Bu, rəssamlıq sənətinin inkişafına maneədir, yoxsa kömək?

- Bu məsələ bizim sənətimizin gələcəyi haqda düşünən, ona görə narahat olan insanları rahatsız edir. Tam özünüifadə azadlığı və daxili «əyləc»in olmaması heç zaman yaxşı nəticə verməyib. Sovet illərində də elə rəssamlar var idi ki, sərgi komitələrinin üzvləri onların işlərini sərgilərə, ekspozisiyalara buraxmırdılar. Bu gün belə «əsər»ləri hər yerdə görmək mümkündür. Bəzi müasir rəssamlar hesab edirlər ki, özünüifadə azadlığı varsa, nə istəsən çəkə bilərsən. Onlar səmimi olaraq düşünürlər ki, sarı üçbucaqla qırmızı kvadrat, üzərində də içində göy kipriklər olan çərçivə çəkib altına «Mənim həyat yoldaşımın portreti» yaza və bunu hər kəsə nümayiş etdirə bilərlər. Axı bu, onların özünüifadəsinin nəticəsidir və onlar hamı kimi deyillər (gülür). Mənim bu cür həyat yoldaşı olan rəssama yazığım gəlir… Ciddi danışsaq, bu qeyri-peşəkar abstraksiyalar, bacarıqsız özünüifadə vasitələri heç kəsə gərək deyil. Bütün bunlar təmiz şarlatanlıq, təlxəklikdir və belə sənətin ömrü uzun deyil. 

Bilirsiniz, rəssamlıq ruh halı, həyat tərzidir. Sən belə doğulmusan və özünü başqa gür təsəvvür etmirsən. Bunun sənə sərfəli olub-olmadığı haqda düşünmürsən. Məndə yaradıcılıq yanğısı var idi və o, canıma hopmuşdu. Seçdiyin yoldan dönməmək çox vacibdir. İnanın ki, bütün iztirablara, çətinliklərə sinə gərsəniz, günlərin birində uğurun qapıları qarşınızda mütləğ açılacaq. Əgər yaradırsansa, düşünürsənsə və inkişaf edirsənsə, məqsədinə mütləq nail olacaqsan.



MƏSLƏHƏT GÖR:

539