24 Noyabr 2024

Bazar, 11:50

YOLUN BAŞLANĞICI

Azərbaycanda iqtisadi inkişafın neftdənsonrakı dövrünün ilkin nəticələrinə yekun vurulub

Müəllif:

15.04.2016

Qeyri-neft sektorunun inkişafına verilən üstünlük milli iqtisadiyyatın inkişafının neftdənsonrakı dövründə Azərbaycan hökumətinin həyata keçirdiyi yeni siyasətdə dominant oldu. Əlbəttə, neftin ixracından maksimal gəlirlər daxil olan vaxtlarda da, ölkə rəhbərliyi yerlərdə sahibkarlar üçün əlverişli şəraitin yaradılması məqsədilə regionlarda infrastrukturun inkişafına səylər göstərirdi. Lakin pers-pektivə istiqamətlənmiş müsbət tendensiyalarla bərabər, bu prosesin sürətlənməsi 2016-cı ilin I rübündə ÜDM-nin düşməsində ifadə olunmuş iqtisadiyyatda bir qədər durğunluğa səbəb oldu. "Bu da təbiidir. Biz bunu gözləyirdik", - deyə İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında bildirib.

Lakin prezidentin vurğuladığı kimi, ilin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesi 5 faizdən çox artdığı üçün vəziyyət hələ dəyişə bilər. "Bu, onu göstərir ki, ümumi daxili məhsulun azalması, ilk növbədə, neftin qiymətinin aşağı düşməsi və ondan yaranan vəziyyətlə bağlıdır", - deyə İ. Əliyev bildirib. 

Qeyd etmək lazımdır ki, AMB-nin ikili devalvasiya şəklində "şok terpaiya"sı ilk 3 ayın yekunlarına görə müsbət nəticələr verəcək: Maliyyə Nazirliyi bildirib ki, dünya bazarlarında neftin qiymətinin, təxminən, 3 dəfə düşməsi fonunda ölkə büdcəsinin yanvar-mart aylarında icrası prosifitlə (artıqlıq) yekunlaşıb. 2016-cı ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 4 mlrd. 473,2 mln. manat, xərcləri isə 3 mlrd. 348,3 mln. manat icra olunub. İcmal büdcənin artıqlığı 1 mlrd. 124,9 mln. manat təşkil edib. Faktiki olaraq, ölkə iqtisadiyyatı sərt qanunlar əsasında yaşamağa öyrənib. Bundan başqa, ölkə büdcəsinə daxilolmalarla vəziyyət dəyişməyə başlayıb. Vergilər nazirinin müavini Sahib Ələkbərovun sözlərinə görə, hazırda cəmiyyətdə, eləcə də ölkədən kənarda ölkə büdcəsinin neftdən daxil olan gəlirlər hesabına formalaşması barədə düzgün olmayan fikirlər yaranır. 2015-ci ilin nəticələrinə görə, dövlət büdcəsinə daxilolmalar 7,118 mlrd. manat təşkil edib. Bu vəsaitin 23%-i neft sektorunun payına düşüb. Cari ildə birinci rübün nəticələrinə görə, qeyri-neft sektorunun payına 78,5% düşür.  

Vergi orqanları nümayəndələrinin fikrincə, daha bir müsbət amil, 2016-cı ilin ilk iki ayında qeydiyyatdan keçmiş 114 əcnəbi müəssisə ötən illərdən fərqli olaraq, ölkə iqtisadiyyatının qeyri-neft sektorunda fəaliyyət göstərəcək. Xatırladaq ki, 1 yanvar 2016-cı il tarixinə vergiödəyicilərinin ümumi sayı 269,554 min nəfər təşkil edib.

"Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə, əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun", - deyə İ. Əliyev bildirib. 

O xatırladıb ki, biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara daha da böyük dəstək vermək istiqamətində çox önəmli addımlar atılıb. Belə ki, 2016-cı ilin birinci rübü ərzində sahibkarlıq subyektlərində, vergi istisna olmaqla, cəmi 34 yoxlama keçirilib. 2015-ci ilin birinci rübündə isə 19, 3 min yoxlama keçirilib. "Beləliklə, Azərbaycanda azad sahibkarlığın, azad rəqabətin inkişafı sürətlə gedir. Biz hələ bu yolun başlanğıcındayıq", - prezident əlavə edib. 

Lakin artıq bu gün hökumət qarşısında kifayət qədər ambisiyalı məqsədlər qoyulur. Məlum olduğu kimi, bu il regional inkişaf sahəsində iri layihələr reallaşdırılmalıdır. Nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün, təxminən, 2 mlrd. manat tələb olunur. Bu vəsaitin bir hissəsi - dövlətin güzəştli kreditləri, bir hissəsi isə sahibkarların hesabına təmin edilməlidir. "Beləliklə, ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq və yeni ixrac məhsullarımız da olacaq", - Prezident hesab edir.

Hələ ki, etiraf etmək lazımdır ki, Azərbaycanın ixracı ilə bağlı vəziyyət çətindir - onun da həcmi azalır. İlk növbədə, bu, dünya bazarında neftin qiymətinin düşməsi ilə bağlıdır. Amma cari ilin iki ayının yekunlarına əsasən, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu cür tendensiya artıq qeyri-neft sektorunda da izlənilir. Bununla belə, eyni sözləri ölkəyə idxala da aid etmək olar. Bütövlükdə, bütün bu vəziyyət manatın ikiqat devalvasiyasından sonra, ölkədə idxal edilən məhsulun dəyərinin kəskin artması ilə bağlıdır. Həmçinin unutmaq lazım deyil ki, ixrac üçün buraxılan Azərbaycan məhsulunda idxal komponentlərinin nəzərəçarpacaq sayı mövcuddur. 

Milli iqtisadiyyatın kreditləşməsi probleminin həlli zəruridir; belə ki, maliyyə axınları - "sağlam" iqtisadiyyatın əldə edilməsi lazım olan özünəməxsus "qandır". Lakin real sektorun kreditləşməsi məsələsi bu gün bir qədər çətindir. Belə ki, əhali və sahibkarların əmanətlərinin, təxminən, 80%-i xarici valyutada yerləşdirilib. 

Prezident İlham Əliyev bu prosesdə özəl bankların müəyyənedici rollarını qeyd edib. 

"Ümumiyyətlə, bank sektorunun sağlamlaşdırılması konkret olaraq bu məsələyə xidmət göstərəcək. Banklar indi kreditlər vermək üçün layihələr axtarırlar ki, o layihələr özlüyündə gəlir gətirsin. Ona görə, burada dövlət və özəl sektor tərəfdaşlıq şəraitində işləyir. Biz bir məqsədi güdürük ki, ölkə iqtisadiyyatı daha sürətlə inkişaf etsin", - deyə dövlət başçısı qeyd edib. 

Azərbaycan iqtisadiyyatının əsas problemi əmək istehsalatının aşağı olmasından ibarətdir və ilk növbədə də aqrar sahədə. Bu vaxta kimi, ölkənin rayonlarında kifayət qədər istifadə edilməyən torpaq sahələri var. Prezident İ.Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın, hələlik, özünü 100% ərzaq məhsulu ilə təmin etmədiyini nəzərə alaraq, bu, yolverilməzdir. 

Bundan başqa, heç kimə sirr deyil ki, regionlarda biznesin inkişafı büroktratik əngəllər və qanunsuz müdaxilələr ucbatından bəzən son dərəcə çətin olur. Ən yüksək səviyyədə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, problem aradan qaldırılmayıb. Lakin bu dəfə dövlət başçısı yerli icra hakimiyyəti orqanları rəhbərlərinə xəbərdarlıq edib. Prezident deyib ki, onların fəaliyyəti, ilk növbədə, həmin regionlarda iqtisadi inkişafın templəri ilə müəyyən ediləcək, "Belə ki, əsas vəzifə hər bir regionun sosial-iqtisadi inkişafından ibarətdir... Yeni iş yerləri, yeni istehsal sahələri, ixracyönümlü istehsal sahələri yaradılmalıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq", - o əlavə edib. 

Bir sözlə, ilin əvvəlindən Azərbaycan hökuməti milli iqtisadiyyatın sabitləşməsi üzrə üzdə olan çətin məsələləri həll etməyə başladı. Daha doğrusu, hazırkı mərhələdə əldə edilmiş nailiyyət özündə ancaq ays-berqin üstünü ehtiva edir, halbuki aysberqin özülü - qeyri-neft sektorunun bir çox sahələrində struktur islahatların keçirilməsini tələb edən problemlərin mürəkkəb çoxluğudur. Müvafiq olaraq da rəqabətədavamlı milli iqtisadiyyatın yaradılması üçün neftdənsonrakı inkişafın çətin yolunu keçmək gərəkdir.


MƏSLƏHƏT GÖR:

438