Müəllif: Valentina REZNİKOVA Bakı
Mədəniyyət və Turizm Nazirliyi bakılıları ölkənin teatr kollektivlərinin nailiyyətləri ilə tanış etdirməyə davam etməklə, Gənc Tamaşaçılar Teatrının səhnəsində Lənkərandan olan Dram Teatrının kollektivini görmək imkanı yaradıb. Səhnədə Tural Mustafayevin E.de Filipponun "Qarabasma" pyesi əsasında tamaşa nümayiş olunub. Quruluşçu-rəssam Mustafa Mustafayevdir.
Ruhlar
Tamaşa eynəkli və çiyinlərində şal olan şəxsin zalda oturan tamaşaçıların cərgəsinə keçərək, salamlaşıb teatr rampası qarşısında oturması ilə başlandı. Sonradan biləcəyik ki, bu, professor Santanadır (Naftulla Əjdərov). O, dramaturqun səhnəyə çıxmayan faydalı ruhudur. Rejissorun isə fiziki olaraq iştirak edən personajıdır. O, Paskuale ilə dialoqda olur; Paskualenin arvadı Mariyaya hadisələrin kritik məqamında hansı addımlar atmaq lazım olması ilə bağlı məsləhətlər verərək, hərəkətə fəal şəkildə daxil olur. Lakin bu, ancaq əvvəldədir, sonra isə o, rampanın yanında stolun arxasında əyləşərək, tamaşaçıların diqqət mərkəzindən eyni tərzdə xaric olur. Lakin müəyyən müddət bu hekayənin baş qəhrəmanı olan Paskuale Loyakono (Əbülfas Axundov) öz fikirlərini məhz ona etibar edəcək. Pyesin müəllifi üçün bu personaj - əzab çəkən ruhdur. Buna baxmayaraq, bu pyesi hələ 1946-cı ildə yazan dramaturq, hər bir personajına dolğun xarakteristika verib - qəmgin ruh, lənətlənmiş ruh, qara ruh, sakitləşməyən ruh, yararsız ruhlar və s. Növün bu cür müəyyənləşdirilməsi həm rejissora, həm də aktyorlara təkcə tipik xarakterləri deyil, onları əsas münaqişə strukturunda özünü büruzə vermək üçün şərait yaradaraq, məntaltı məna səviyyəsində əlaqələr quraraq, eyni zamanda, onların davranış üslubunu müəyyənləşdirməyə imkan açır. Dramaturq üçün Paskuale heç də elə-belə əzab çəkən ruh deyil. Bu sadəlövh, inanan, həyat üçün yararsız insan həqiqətən də əzab çəkir. Çünki böhran yaşayan cəmiyyətin real həyat çərçivələrinə sığa bilmir.
Pyesin süjeti barədə
Sadədil, sadəlövh Paskuale öz işlərini qaydaya salmağa çalışaraq, 366 otağı və 68 eyvanı olan ev kirayə götürür. Evin sahibi onu pulsuz Paskualenin qorxunc qarabasmalar barədə əfsanəni dağıtmaqla ev, nəhayət, gəlirli yerə çevirmək şərti ilə olaraq 5 illik kirayə verir. Evin idarəçisi olan hiyləgər Rafaele (qara ruh) Paskualeni inandırır ki, ev hər şeyi: əşyaları, müxtəlif xırdavatları, xüsusilə yeməyi durmadan oğurlayan qarabasmalarla doludur. Buna inanan Paskuale arvadının sevgilisi olan Alfredonu (sakitləşməyən ruh), onun zövcəsinin bacısı Qastoneni (sərbəst ruh), idarəçinin bacısı Karmelanı (lənətlənmiş ruh) və Alfredonun arvadı Armidayla (gəmgin ruh) uşaqları və qohumlarının qara-basma olduğunu hesab edir.
Hətta Alfredonun onun gödəkcəsinin cibinə atdığı pulları da yazıq Paskuale qarabasmanın hədiyyəsi kimi qəbul edir və istəyir ki, hər şey həmişə belə olsun. Lakin onun zövcəsi Mariya (yolunu azan ruh) qarabasma barədə əfsanələri bilmir və ərinin hərəkətlərini aldadılan ərin mənəvi pozğunluğu kimi qəbul edir. Nəticədə, Paskualenin mahiyyətini heç cür anlaya bilmədiyi münaqişə vəziyyəti yaranır! Ümumilikdə, elə bu anlaşılmazlıqlar üzərində pyesin komediyalı gedişi qurulub.
Rejissor interpretasiyası
Tural Mustafayev Paskuale obrazının məna yükündən onun qarabasmalara inamını istisna edir. Rejissor versiyasında bu personaj bu həyatdan gizlənməyə çalışan heç də sadəlövh və inanan insan deyil. Xeyr. O, hiyləgər, kələkbaz, işləmək istəməyən, amma qazanca meyilli fırıldaqçıdır. O, çox gözəl anlayır ki, zövcəsi ona xəyanət edir. O, həmçinin anlayır ki, gödəkcəsinin cibinə pulu arvadının sevgilisi qoyur, lakin özünü elə aparır ki, guya bunu anlamır. Çünki əsginazların görüntüsü onu titrəyici lərzəyə gətirir, lakin tərbiyə ilə kişi ləyaqətini unutmağa vadar edərək, hərfi mənada ağlını başından çıxarır. Pyesdə Alfredonun arvadının uşaqları və qohumları ilə peyda olması qarabasmaların XVII əsrdən deyil, müasir neandertal adamlara bənzədiklərinə görə, Paskualeni qorxuya salır. Tamaşada bunlar, sadəcə, ümumilikdə, cazibə qüvvəsindən məhrum olan fantasmaqorik fiqurlardır. Onlara baxanda, qeyri-iradi, özü də bilmədiyi bir şeyə görə qarşılaşdığı hər bir kişinin (burada - Paskuale) qucağına atılan bu ekzalterik isteriyalı qadını və eyni zamanda, atalarının bu qədər pulu varikən üzündə intellektual pozğunluq və dəhşətli cahilliyi qorumağı bacaran, küt - yaşıötmüş uşaqları atan (və düz də edib!) Alfredoya haqq qazandırmağa başlayırsan. Rejissora açıq-aşkar bu vəziyyəti təhlil etmək səbir və istək kifayət etməyib. Ona görə bu, rejissora publikanı əyləndirmək üçün uydurulmuş hoqqa kimi görünür. Yəni, sadəcə, daha da gülməli olsun deyə. Lakin iki dəqiqədən sonra heç də gülməli olmur. Çünki çəhrayırəngli donda və kukla-yanaqlı, hoppanan, qapan, yapışan, çimdikləyən deyingən qadın adamın zəhləsini o qədər aparır ki, onun mövcud olmasını istəmirsən. Ona görə də bir tərəfdən, ondan pul qoparan dəlilər ailəsinə, digər tərəfdən isə acgöz istehlakçılara sahib olan bədbəxt Alfredoya inanılmaz dərəcədə acıyırsan. Alfredo ancaq əsginazları çıxarmağa və paylamağa macal tapır. Rejissora tamamilə qanunauyğun sual yaranır: niyə bu cür maniakal dərəcədə fədakar personaj pullarını sağa-sola paylayır? O, patoloji altruistdir? Onu buna nə vadar edir? Anlaşılan deyil. Rejissorun tələskənliyi müəllif süjetini korlayıb, onu hər hansı bir məna cəlbediciliyindən məhrum edib. Amma "Niyə?" ilə başlayan çoxlu suallar qalıb. Bu pyes niyə seçilib? Kimə o, ünvanlanıb? Rejissor dramaturgiya aksentlərini qarışdıraraq, tamaşaçıya nə demək istəyirdi? Sadəlövh və inanan bədbəxti şorgöz ikiüzlü adama çevirərək? Tamaşa bu suallara cavab vermir.
MƏSLƏHƏT GÖR: