24 Noyabr 2024

Bazar, 12:09

TARLANIN HAVASI

İri təsərrüfatlara keçid və ixracın genişləndirilməsi - Azərbaycanın kənd təsərrüfatının inkişafında əsas vəzifələrdir

Müəllif:

01.06.2016

Son üç ildə ölkədə kənd təsərrüfatı sahəsində genişmiqyaslı dəyişikliklər həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən başlanılan islahatların əsas məqsədi - xərclərin azaldılmasına çatmaqla, ixracın çoxqat artımını təmin edərək, aqrar xırda əmtəə istehsalatının sənaye müstəvisinə keçidini təmin etməkdir.

"Son illərdə aqrar sektora intensiv dövlət dəstəyi sahənin ixrac imkanlarını nəzərəçarpacaq dərəcədə genişləndirib, Azərbaycanda istehsal olunan ASK məhsulunun rəqabətə davamlılığının artmasına imkan yaradıb", - deyə bu yaxınlarda Bakıda "WorldFood Azerbaijan 2016" və "VIII Süd Olimpiadası" beynəlxalq forumlarının açılışında Kənd Təsərüfatı naziri Heydər Əsədov deyib. Onun sözlərinə görə, cari il kənd təsərrüfatı torpaqlarının münbitliyinin artmasına xeyli yardım edir və yayda məhsulun yığılması üçün havanın yaxşı keçməsi davam edərsə, bir sıra istiqamətlər üzrə kənd təsərrüfatı istehsalının artımını gözləməyə dəyər.

 

İdxaldan - ixraca

Xüsusilə, əkinçilərə intensiv texniki dəstəyin göstərilməsi və taxıl təsərrüfatlarının genişləndirilməsi sa-yəsində 2015-ci ildə nə az-nə çox, 3 mln. ton yem və ərzaq taxılı yığılıb. Aqrar qurum ekspertlərinin fikrincə, taxılın eyni həcmini 2016-ci ildə də gözləməyə dəyər. Bununla yanaşı, taxıl növlərinin istehsalının artması ilə əkin strukturunun dəyişdirilməsi də planlaşdırılır: taxılın bərk növlərinin əkini artırılacaq, nəticədə Azərbaycan bir neçə il ərzində ərzaq taxılının idxalını əvəzləyə biləcək. Bu, təqribən, 300 mln. dollara qənaət etməyə imkan verəcək - ölkə məhz bu vəsait müqabilində ötən il 1,3 mln. ton taxıl idxal edib. 

Bitkiçiliyin digər növlərinə gəlincə, burada tərəvəz, bağça və meyvə növlərinin istehsalı kifayət qədər böyük potensiala malikdir. Belə ki, ötən ildə ölkədə 1,256 mln. ton tərəvəz, 831 min ton kartof, 484 min ton bağça, 880 min ton meyvə, 153 min ton üzüm istehsal edilib. 2016-cı il üçün proqnozlara əsasən, meyvə-tərəvəz növlərinin 3-7%-lik artımı gözlənilir. Üstəlik, istehsalatın yüksək dinamikasını daha çox Avropa və Türkiyə ixracatçılarının getməsindən sonra qıtlıq yaranmış qonşu Rusiyada artan xarici tələbatı təmin edir. "2015-ci ildə ölkəmizdən ümumi dəyəri 312 mln. dollar həcmində meyvə və tərəvəz ixrac olunub, bu da 2014-cü ildəki göstəriciləri 7,2% üstələyir", - deyə aqrar qurumun rəhbəri H. Əsədov bildirib. 

Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri hesab edirlər ki, Azərbaycanda meyvə və tərəvəzin cari ildə ixracı ötən illərdəki göstəricilərdən heç də az olmayacaq. Dövlət Statistika Komitəsinin məlumatlara əsasən, 2016-cı ilin yanvar-mart ayları ərzində təkcə təzə mövsümü tərəvəzlərin ixracı 13, 6 mln. dollar həcmində 13 min ton təşkil edib. Bu da ötənilki göstəricilərdən çoxdur. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən, Azərbaycan bir sıra meyvə növlərinin ixracında nəzərəçarpacaq inkişafa nail olub - yerli fermerlər xurma və narın postsovet məkanı bazarlarının təchizatında liderlər sırasındadırlar. 

Münbit xarici vəziyyət bitkiçilik sahəsinə əcnəbi, xüsusilə, qonşu İrandan olan sərmayəçilərin cəlb edilməsinə yardım edir. İrandan olan şirkətlər birgə aqrar müəssisələrin yaradılmasında, habelə üçüncü ölkələrə ixrac etmək mümkün olan qida məhsullarının istehsalı üçün kənd təsərrüfatı torpaqlarının istifadə edilməsində maraqlıdırlar. Prioritetlər sırasına müasir istixana təsərrüfatlarının yaradılması, meyvəverən bitkilərin əkilməsi və quru meyvələrin istehsalı, konserv müəssisələrinin tikintisi, ipəkçiliyin inkişafı daxildir.

 

Yardım və subsidiyalar

Kənd təsərrüfatının inkişaf etdirilməsinin yeni strategiyasına əsasən, dövlət maliyyələşdirilməsinin əsas axını ən yüksək ixrac dəyərinə malik bir sıra istiqamətlərin inkişaf etdirilməsinə yönələcək. Nazir H. Əsədovun sözlərinə görə, cari ildə texniki növlərin - pambıq və tütünün, ipək ipliyin istehsalının artırılması üzrə genişmiqyaslı işlərə başlanılıb. Yardımın maksimal həcmi son illər ərzində ciddi problemlərlə üzləşən pambıqçılığa da göstəriləcək. Cari ilin mart-aprel aylarında 52 min ha ərazi əkilib və pambığın gözlənilən məhsulu 100 min ton həcmindədir. Bu da 2015-ci illə müqayisədə iki dəfə çoxdur. Prioritet sahələr sırasına həmçinin üzümçülük və şərabçılıq, çayçılıq, meşə arıçılığı da daxil edilib. Sərmayələrin həcmi və bu sahələrin kapitallaşmasının formatı ixrac potensialından asılı olaraq hesablanacaq.

"Böhran təzahürlərinə rəğmən, cari ilin ilk rübünün nəticələrin əsasən, aqrar istehsalatın templəri müsbət dinamikasını saxlayıb və 2,7% səviyyəsində artım təmin edilib", - deyə bu yaxınlarda baş tutan hökumətin iclası zamanı Prezident İlham Əliyev bildirib. - "Lakin bu gün istehsalat həcmini dəfələrlə artırmaq və kənd təsərrüfatının ixracını daha da yüksəltmək lazımdır. Bunun üçün maliyyələşdirmə, kənd təsərrüfatı istehsalçılarına dəstək mexanizmlərini optimallaşdırmaq lazımdır". Dövlət başçısnın sözlərinə əsasən, ölkədə fermerlərin dotasiyasının yeni mexanizmi tətbiq olunacaq: subsidiyalar paketi regional spesifika, iqlim zonalarının xüsusiyyətləri və sahə fərqləri nəzərə alımaqla hazırlanacaq.

Ümumilikdə, kənd təsərrüfatının dövlət subsidiyalaşdırılma sisteminin təkmilləşdirilməsi üzrə ciddi iş gözlənilir: keçmişdə müvafiq sahədə ciddi pozuntular və hətta vəsaitlərin mənimsənilməsi qeydə alınırdı. "Subsidiyaların paylanılması zamanı şəffaflığın təmin edilməsi ayrılan vəsaitlərlə bağlı məlumat nazirliyinin saytında dərc olunacaq. Bundan başqa, rayon komissiyalarının tərkibi dəyişdirilib: nazirliyin rayon idarələrinin rəisləri tərəfindən rəhbərlik edilən subsidiyaların ayrılması üzrə rayon qurumları yaradılıb. Bu da fermerlərə dotasiyaların verilməsi prosesində həm operativliyi, həm də şəffaflığı təmin edəcək", - Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev belə hesab edir. Dövlət vəsaitlərinin verilməsinin dövriyyəsində də dəyişikliklər edilib: yanacaq, mühərrik yağları və taxıl üzrə subsidiyalar fermerlərə əvvəl olduğu kimi yayda və ya payızda deyil, artıq eyni zamanda verilir. Bu sahənin optimallaşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi taxıl, pambıq və tütün istehsal edən fermerlərə əlavə imti-yazların tətbiq edilməsi və biohumus və pestisidlərin güzəştli satışını və mineral gübrələrdə olduğu kimi qiymətinə 70% güzəşt tətbiqi təşəbbüs ilə çıxış edib. Eyni zamanda əkin sahəsinin hər bir hektarına düşən mineral gübrələrə tətbiq olunan subsidiyaların maksimal həcminin 100 manat səviyyəsində, pestisidlərin alınmasına dotasiyaların maksimal həcmini 10 manat səviyyəsində müəyyən etmək təklif olunub. 

Fermerlərin münasib qiymətlə kifayət qədər gübrə ilə təmin edilməsi son dərəcə mühüm məsələdir və çox təəssüf ki, burada tələb olunan normaya çatmaq hələ də mümkün olmayıb. 

"Aqrar normativlərə əsasən, Azərbaycan əkin sahələrinə, təqribən, 1 mln. ton mineral gübrə tələb olunur, lakin onların real istifadəsi tələb olunan səviyyəsdən qat-qat aşağıdır", - deyə nazir H. Əsədov bildirib.

2014-cü ildə Azərbaycanda 85 min ton gübrə istifadə olunub, ötən ildə isə onun həcmi 152 min tona yüksəlib. Amma nəzərəçarpacaq artıma baxmayaraq, bu göstəricilər normativlərə uyğun deyil. Bu gün yerli sənaye tələb olunan gübrənin lazımi həcminin, təxminən, 16-17%-ni istehsal etməyə qadirdir. Qalan hissəsini idxal etməli oluruq, bu da ucuz başa gəlmir. Bu sahədə keyfiyyətli dəyişikləri 2018-ci ildə - Dövlət Neft Şirkətinin Karbamid zavodunun istifadəyə verilməsi və 600 min ton karbamidin və 400 min ton azot gübrəsinin istehsalından sonra gözləmək olar. Kənd təsərrüfatının yeni idarəetmə strategiyası dövlət vəsaitlərinin məqsədli şəkildə xərclənməsinə nəzarətin gücləndirilməsini tələb edir və uzunmüddətli planlaşdırma mexanizmlərinin yaradılması və aqrar istehsalın həcminin dəqiq hesabatını nəzərdə tutur. Ölkədə şəffaf nəzarətin təmin edilməsi məqsədilə "Elektron kənd təsərrüfatı" informasiya sistemi də yaradılır.

Kənd təsərrüfatı məhsullarının satış bazarına çıxışının asanlaşdırılması da mühüm vəzifələr sırasındadır. Bunun üçün "yaşıl" marketlər təşkil edilir, nəqliyyat və anbar logistikası və s. təkmilləşdirilir. Üç ilk aqroparkın - Şəmkir, Xaçmaz və Xızı rayonlarında yaradılmasına dair işlər yekunlaşır. Burada yüksək texnoloji parnik təsərrüfatları cəmləşib və emal sexləri, logistika və servis infrastrukturu yaradılıb. Ölkədə, həmçinin yerli ASK-nin dəstəklənməsi üçün əlavə stimullaşdırıcı mexanizmlər yaradılır: bu yaxınlarda Prezident İlham Əliyevin təşəbbüsü ilə "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin yaradılmasına başlanılıb. Yeni strukturun vəzifələri sırasına prosesin optimallaşdırılması və yerli qida sənayesi müəssisələrindən qida məhsullarının dövlət satınalınmasının həcmini artırmaq daxildir. Zamanında görülən bu tədbir, daxili tələbatı yerli idxalı əvəzləyən müəssisələrin hesabına ödəyərək, dövlətin ərzaq təhlükəsizliyini möhkənləndirəcək. 

 

Güclü baza

İdxalı əvəzetmə və ixrac səviyyəsinin imkanlarını yüksəltmək həmçinin heyvandarlıq və ətlik-südlük istiqamətli sənayedə də tələb edilir. Bu sahənin inkişafının perspketivləri 23-26 may tarixində Bakıda keçirilən VIII illik Süd Olimpiadasının gedişi zamanı müzakirə edilib. "Son illər Azərbaycanda süd istehsalının və südlük mal-qaranın məhsuldarlığının artmasına dair səmərəli strategiya reallaşdırılır", - deyə Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov bildirib. Onun sözlərinə görə, ölkədə 10-15 baş elit cinsdən ibarət orta fermer təsərrüfatı yaradılır. Hər bir inəyin verdiyi ortaillik südün miqdarı 6000 litrdən çoxdur". Heyvandarlığın yeni inkişaf strategi-yasının əsasını mal-qaranın böyük hissəsinin burdaqa köçürmək, yemləmə və sağım prosesinin mexanikləşdirmək təşkil edir. Bu isə məhsuldarlığı nəzərə çarpacaq dərəcədə artırıb və heyvanların saxlanılması üçün tələb olunan xəcrləri azaldıb. Regionlarda yaradılan iri və orta heyvandarlıq komplekslərinin səmərəliyini "Aqrolizinq" ASC-nin, təxminən, 10 min iribuynuzlu elit cins mal-qaranın idxalı və fermerlərə güzəştli şərtlərlə lizinqə verilməsi hesabına təmin etmək mümkün olub. Balavermə nəzərə alınmaqla, elit mal-qaranın sayı demək olar ki, ikiqat artıb və bu gün ölkədə yetirişiridilən qonur inəklərin Türkmənistana ixrac edilməsinə hazırlıq görülür. 

Güclü heyvandarlıq bazası Azərbaycanın süd emalı sənayesini kifayət qədər xammalla təmin etmək iqtidarındadır. Ölkədə süd emalı ilə məş-ğul olan 78 iri və xırda müəssisə fəaliyyət göstərir. Bundan başqa, südün böyük hissəsi kənd yerlərində və fermerlərə məxsus təxminən 150 süd mini-sexlərində emal edilir. Sahənin inkişafı Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kredit hesabına həyata keçirilir. Qurum 42 heyvandarlıq kompleksinin və süd-lük-ətlik müəssisələrin yaradılmasına təxminən 140 mln. manat güzəştli kredit ayırıb. 

İdxalıəvəzləmə siyasəti çərçivəsində texniki yenidən təchizetmə prosesi və yeni süd məhsullarının istehsalı davam edir. Tezliklə İmişlidə Hollandiya şirkətinin dəstəyi ilə müasir süd zavodu inşa ediləcək və ölkədə ilk dəfə "Gouda" və "Edam" bərk pendir növlərinin kütləvi istehsalı təşkil ediləcək. 

Uzunmüddətli prioritetlər sırasında Kənd Təsərrüfatı Nazirliyi ölkədən südlük-ətlik məmulatların, habelə quşçuluq məhsullarının kütləvi ixracını təmin edəcək. Bu iş artıq başlayıb və tezliklə Azərbaycan Rusiyaya südlük-ətlik məmulatların və quşçuluq məhsullarının ixracını həyata keçirəcək. Ötən ilin avqustunda Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti icazə verilən istehsalçılar və tədarükçülər siyahısına yeddi Azərbaycan müəssisəsini də daxil edib. 

Lakin bu sahədə də heyvandarlıq məhsullarının yerli istehsalçıları idxalın qarşısını almaq və xarici bazarları öyrənməyə mane olan bir sıra ciddi problemləri həll etməlidirlər. Ətlik-südlük istiqamətli müəssisələr, əsasən, istehsalat avadanlıqlarının, habelə yem əlavələrinin, qablaşdırma və emal prosesində istifadə edilən vitaminlərin, materialların idxalı zamanı güzəştlər əldə etməkdə maraqlıdırlar. Bu amillər son məhsulun ixrac zamanı rəqabətədavamlılığını azaldaraq, onun maya dəyərinə xeyli təsir göstərir.


MƏSLƏHƏT GÖR:

428