Müəllif: R+
Azərbaycan regionlarının sosial-iqtisadi həyatının aktivləşməsi üçün mühüm vəzifələrdən biri yollar, elektrik, qaz və su təminatı da daxil olmaqla, müasir infrastrukturun yaradılmasıdır. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə üç dövlət proqramı məhz bu məqsədi güdür. Bu proqramlar çərçivəsində həyat təminatının demək olar bütün sahələrinə - tibb, təhsil, yollar, kommunal xidmətlər və s. diqqət ayrılıb.
Digər tərəfdən, köhnəlmiş elektrik stansiyalarının yenilənməsi və yenilərinin tikintisi ilə bağlı sabit trend, mühüm ixrac imkanları yaradaraq, elektrik enerjisinin istehsalat potensialını artırıb.
Digər məsələ, paylayıcı şəbəkənin köhnəlməsi elektrik enerjini son istehlakçıya tam həcmdə çatdırmağa imkan vermirdi. Bakıda bu problem həllini çoxdan tapıb və Bakının enerji sistemində əsas işlər əlavə güclərin yaradılması, paytaxtın perspektivli inkişafına yönəlib. Regionlarda isə son vaxtlaradək texniki itkilərin payı yüksək idi, istehlak edilən elektrik enerjisinə görə vəsaitlərin toplanmasında problemlər mövcud idi. Məhz bu problemlərin həll edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev 15 fevral 2015-ci il tarixində "Bakıelektrikşəbəkə"nin bazasında "Azərişıq" ASC-nin yaradılması haqqında sərəncam imzaladı. "Bakıelektrikşəbəkə"nin idarəetmə təcrübəsi Azərbaycan paytaxtı və Abşeronun rayonunun kəndləri səviyyəsində son dərəcə uğurlu oldu. Bakı sakinləri saatlarla davam edən elektrik enerjisindəki fasiləni unutdular, həyətlərdən və küçələrdən məftillərin təhlükəli "hörümçək tor"ları yox oldu. Digər tərəfdən də, istehlak edilən elektrik enerjisinə görə odənişlərin demək olar ki, 100% səviyyəsində toplanması da təmin olundu.
Bu nailiyyətləri nəzərə alaraq, Azərbaycanın bütün ərazisində səmərəli və sabit elektrik enerjisi sisteminin yaradılacağı şübhə doğurmur. Paylayıcı şəbəkələrin restrukturizasiya üzrə ilk vəzifə qismində - Enerji Təchizatı və Satışı üzrə yeddi regional idarə (RETSİ) yaradıldı: Bakı, Şimal, Şimal-Qərb, Qərb, Aran, Mərkəzi-Aran və Cənub Regional Enerji Təchizatı və Satışı İdarələri.
Paralel olaraq abunəçilərin elektrik enerjisi ilə etibarlı və keyfiyyətli təchiz olunmasına dair regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına əsaslanmış, böyük yenidənqurma və inkişaf proqramı hazırlandı. 4 hissədən ibarət proqramın elektrik şəbəkələrinin reabilitasiyasını nəzərdə tutan birinci hissəsinin reallaşdırılmasına başlanılıb. Bu abunəçiləri sabit və fasiləsiz eletrik enerjisi ilə təmin etməyə imkan verəcək. Xüsusən, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərində elektrik təminatının yenidən qurulması, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının yaxşılaşdırılması nəzərdə tutulub.
Proqramın ikinci hissəsi regional elektrik şəbəkələrinin əsaslı yenidənqurulmasını nəzərdə tutur və reabilitasiya yekunlaşdıqdan sonra üç il müddətində reallaşdırılacaq. Bu mərhələdə Azərbaycanın 2013-2025-ci illər üzrə Enerji Sektoru üzrə Baş Planına əsasən, təxirəsalınmaz tədbirlər yerinə yetiriləcək. Bununla da, regionlarda abunəçilərin elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə çatdırılacaq. Proqramın 2018-2025-ci illəri əhatə edən III hissəsində Azərbaycanın bütün ərazilərində istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz edilməsinə yönələn tədbirlər planlaşdırılr. Proqramın IV hissəsində informasiya - idarəetmə sistemlərinin təşkili, elektron vasitələrdən və "Asan Xidməti"dən istifadə olunmaqla, istehlakçılara nümunəvi xidmətin göstərilməsi ilə bağlı tədbirlər nəzərdə tutulur. Bu məqsədlə abonent bazasının idarə olunması və saxlanması üçün server avadanlıqları artıq sifariş verilib, "ASAN Xidmət" vasitəsi ilə göstərilən xidmətlərin sayının artırılması və prosedurlarının azaldılması üçün tədbirlər görülür.
Proqramın ilk hissəsinin işləri çərçivəsində istismar müddəti bitmiş transformator məntəqələri yeniləcək. Regionlarda abunəçiləri sabit elektrik enerjisi ilə təmin etməyə imkan verən müasir avadanlıqla təchiz edilmiş komplekt transformator məntəqələri (KTM) quraşdırılır. Paralel olaraq köhnəlmiş alüminium məftillər SİP-naqillərlə əvəz olunur. Yeni KTM-lər quraşdırılmazdan qabaq həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, tələbata uyğun perspektiv inkişaf istiqamətləri öyrənilir. Bütün bunlar elektrik enerjisi itkilərinin xeyli azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına imkan verir. Bu güc mərkəzlərinin təchizatı da müasir texnologiyalar əsasında aparılır - elektrik verilişi xətləri yenilənir, dayaqlar arasında olan məsafə qısaldılır. İqlim şəraiti nəzərə alınaraq KTM-lər üçün xüsusi daş binalar tikilir. Bu, avadanlığın istismar müddətini uzatmağa imkan verir.
Yaradıldığı andan "Azərişıq" yarımstansiyaların yenilənməsinə də xüsusi diqqət yetirir.
Bütövlükdə, 2015-ci ildə 110/ 35/10 kV-luq üç yeni yarımstansiya quraşdırılıb: Gədəbəy rayonunda "Gədəbəy", Şəki rayonunda "Göynük", Xəzər ra-yonunda "Buzovna -2". Həmçinin 35 kV-luq paylayıcı şəbəkələr üzrə 22 ədəd yarımstansiya, 1300 KTM inşa edilib, istər yüksəkvoltlu (110-, 35-, 6-10-kV), istərsə də paylayıcı şəbəkə üzrə elektrik xətlər yenilənib. Bununla belə, abunəçilərə elektrik enerjisinin tədarükü üçün müasir SİP-naqillərdən daha çox istifadə edilib. Abunəçilər üçün 185 mindən artıq yeni sayğaclar quraşdırılıb, 14 mindən çoxu SMS tipli müasir sayğaclardır.
Bütün bu tədbirlər istehlak edilən elektrik enerjisinə görə yığımların səviyyəsinə də müsbət təsir edib - Bakı şəhəri üzrə 98,3%, regional elektrik şəbəkələri üzrə isə 86,6% yığıma nail olunub. Elektrik şəbəkəsinin məsafədən idarə olunmasını təmin edən "SCADA" sisteminə 32 ədəd yarımstansiya qoşulub. Bakı şəhərində və regionlarda 17 yeni ofis binaları tikilib, daha bir neçə bina əsaslı təmir olunub.
"Azərişıq" ASC-də kadrların ixtisasının yüksəldilməsi üçün Təlim Mərkəzi fəaliyyət göstərir. Burada elektrik enerjisi təsərrüfatının bütün spektrləri üzrə təlimlər keçirilir. Cari ildə Gəncədə yeni 35kV-luq yarımstansiyanın nəznində Təlim Mərkəzinin qərb şöbəsi açılacaq. Gəncədə şəhər mərkəzinin elektrik enerjisi ilə təchizatında mühüm əhəmiyyətə malik olan bu yarımstansiyanın açılışında prezident İlham Əliyev də iştirak edib.
Gəncənin 3 ədəd 110 kV-luq yarımstansiyalarını 35-kV-luq şəbəkə ilə birləşdirən "Nizami" yarımstansi-yası dariəvi sxemin yaradılması üçün əsas oldu. Bu isə Azərbaycanın ikinci iri şəhərinin əhalisinin elektrik enerjisi ilə təminatının etibarlılığını yüksəldir.
Yarımstansiyanın yanında fəaliyyət göstərən regional təlim mərkəzində Şimal-Qərb, Qərb-Mərkəzi-Aran enerji idarələrinin əməkdaşları üçün təlimlər keçiriləcək.
İstehlakçılara xidmətin yaxşılaşdırılması üçün "Azərişıq" "ASAN Xidmət" mərkəzləri ilə fəal əməkdaşlıq edir. Burada abunçəlilər borcun olması və ya olmamasına dair arayışlar ala, elektrik şəbəkəsinə qoşulma, eıəcə də onları maraqlandıran digər problemlərlə bağlı məlumat da əldə edə bilərlər. "Azərişıq"ın paylayıcı şəbəkəsinin daha böyük inkişafına Asiya İnkişaf Bankı ilə müqavilənin həyata keçirilməsi yardım edir. Bu məqsədlə AİB 750 mln. dollar həcmində kredit ayıracaq, Azərbaycan hökuməti isə daha 250 mln. dollar məbləğində vəsaiti təmin edəcək.
Bu müqavilənin icrası ölkənin regionlarında paylayıcı şəbəkəni yüksək səviyyədə təkmilləşdirməyə, istehlak edilən elektrik enerjisinə görə yığımların göstəricisini yaxşılaşdırmağa və s. imkan verəcək. Göründüyü kimi, "Azərişıq" qısa vaxtda regionlarda paylayıcı şəbəkənin inkişafını paytaxt səviyyəsinə çatdırmağa çalışır. Bu ilk növbədə kəndlərdə əhalinin dayanıqlı elektrik enerjisi ilə təminatına müsbət təsir göstərəcək, regionlarda sahibkarlığın inkişafı üçün şərtlərin yaradılmasına, kənd yerlərinə srəmayələrin cəlb olunmasına yardım edəcək. Bakıdakı iş təcrübəsi yaxın illərdə ölkənin regionlarında da elektrik enerjisi təminatının sabit səviyyədə olacağını əminliklə proqnozlaşdırmağa imkan verir.
MƏSLƏHƏT GÖR: