Müəllif: Fasim ƏLİZADƏ Bakı
Azərbaycanda vergi sistemində mühüm islahatlara start verilib. Azərbaycan Prezidenti İlham Əliyevin 20-dən artıq istiqamətdə islahatların keçirilməsini nəzərdə tutan “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" sərəncamı qarşıdakı tədbirlərin miqyasınдан хябяр верир.
Qiymət artımının qarşısını almaq
Manatın məzənnəsinin devalvasiyası ilə müşayiət olunaraq, dekabrın sonunda milli valyutanın “üzən məzənnə”yə keçməsi, istehlak bazarında qiymətlərin tənzimlənməsi imkanları üçün alətlərin çatışmazlığını göstərdi. Qiymətlərin geniş artımının qarşısını almaq üçün hökumət bir sıra addımlar atdı, o cümlədən taxıl idxalı, un və çörək istehsalı və satışını əlavə dəyər vergisindən (ƏDV) azad etdi. Hökumət tərəfindən un və çörəyin qiyməti ilə bağlı vəziyyətin sabitləşdirilməsinə dair görülən tədbirlər əhalinin sosial mühafizəsinin gücləndirilməsinə yönəldilmişdi. Lakin "tək bir çörək”lə ölkədə əhalinin sosial mühafizəsi məsələsi həll edilmir və bu məsələ istehlak bazarında mal və xidmətlərin daha böyük siyahısını яhatə etməlidir.
Bununla əlaqədar ölkə prezidentinin sərəncamında daha mühüm maddə bir sıra sosial mallar üzrə ƏDV-nin differensiallaşdırılmasıdır. Hazırda Vergilər Nazirliyində ƏDV-nin differensiallaşdırılmış dərəcələrinin tətbiqi, habelə bir qayda olaraq, uşaq qidaları, məktəbli ləvazimatları, dərman vasitələri, əlillər üçün tibbi məhsullar və avadanlıqlar, kitablar və bir sıra xidmət növlərinin daxil olduğu siyahının beynəlxalq təcrübəsi öyrənilir. Aparılan işin nəticəsi olaraq, AR Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi üçün müvafiq layihə hazırlanacaq.
ƏDV-nin differensiallaşdırılmasının məqsədi - istehlak bazarında qiymətlərin aşağı salınmasına xidmət edir və bu, hökumət üçün əhalinin sosial mühafizəsinin bir sıra sosial mal və xidmətlərin qiymətinin артымындан qorumaсында mühüm bazar aləti olacaq. Pərakəndə ticarətin stimullaşdırılması, həmçinin qiymət artımının qarşısını almaq üçün edilən yeniliklərdən daha biri isə ƏDV-yə cəlb olunan malların ticarət əlavəsinin məbləğindən vergi hesablanması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi olacaq.
Vergi yükünün azaldılması
Vergi islahatlarının keçirilməsinda daha vacib bir məqam ölkədə vergi yükünün azaldılması vasitəsilə sərmayə mühitinin yaxşılaşdırılması olmalıdır. Qonşu ölkələrdə vergi dərəcələri kifayət qədər az olanda işgüzar dairələr üçün regionda rəqabət aparmaq çətindir. Dünya Bankı Qrupunun "Biznesin idarəedilməsi 2016: tənzimlənmənin keyfiyyəti və səmərəliliyinin qiymətləndirilməsi" hesabatına əsasən (hesabat bütün ölkələr üzrə 2015-ci iliyun ayının məlumatlarına əsasən tərtib olunub), Azərbaycan 63-cü, Gürcüstan 24-cü, Qazaxıstan 41-ci və Türkiyə 55-ci yerdə qərarlaşıb.
Vergilər Nazirliyinin nümayəndələri qeyd edirlər ki, Azərbaycanda ümumi vergi dərəcəsi (gəlirdən faizlər) 39,8% təşkil edir. Bu da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzv dövlətlərinin orta göstəricisindən 41,2% aşağıdır. Lakin Avropa və Mərkəzi Asiya ölkələrinin göstəricisi olan 34,8%-dən yüksəkdir.
"Biznesin idarəedilməsi 2016: tənzimlənmənin keyfiyyəti və səmərəliliyinin qiymətləndirilməsi" hesabatına əsasən, indikatora görə, Gürcüstanda ümumi vergi dərəcəsi 16,4%, Qazaxıstanda 29,2%, Türkiyədə isə 40,9% təşkil edir. Bu səbəbdən, Azərbaycan məhsullarının rəqabətədavamlılığını artırmaq üçün işgüzar dairələrin vergi yükünü optimallaşdırmaq və aşağı salmaq vacibdir. Xüsusilə söhbət 18% həddində olan ƏDV dərəcələri və 20% səviyyəsində olan gəlir vergisindən gedəcək.
Həmçinin kənd təsərrüfat məhsullarının ticarət şəbəkələrində reallaşdırılması zamanı ƏDV-nin tətbiq edilməsi məsələsi də həll olunmalıdır. Belə ki, ticarət obyektlərinə kənd təsərrüfatı məhsulları üzrə ayrıca hesabat aparmaq tövsiyə olunacaq, bu addım da kiçik və orta sahibkarlığın stimullaşdırılması ilə bərabər pərakəndə ticarətdə rəqabətliliyi artıracaq.
Qeyd edək ki, vergi dərəcələrini differensiallaşdırmaq cəhdləri bundan öncə beynəlxalq təşkilatlar tərəfindən kəskin etirazla qarşılanmışdı. Onlar hesab edirdilər ki, Azərbaycan hökumətinin bu addımı işgüzar dairələrə vergi ayrılmalardan yayınmağa imkan verir və büdcənin gəlir hissəsinə daxilolmaları azaldır.
Lakin bu gün Vergilər Nazirliyi informasiya-kommunikasiya texnologiyaları da daxil olmaqla, vergidənyayınmanın müəyyən edilməsi üçün geniş imkanlara malikdir. Bu da vergiödəyəcilərinin saxtakarlıq hərəkətləri ilə bağlı əndişələri sıfıra endirir.
Ölkə nüfuzunun yaxşılaşdırılması yolunda
"Tax free" və nağdsız hesablaşmalar sistemindən fəal şəkildə istifadə etməklə vergi islahatlarının həyata keçirilməsi ölkənin nüfuzunun artmasına imkan yaradacaq.
Məlum olduğu kimi, Azərbaycanda turizmin inkişafı üçün fəal addımlar atılır. Lakin bu günə qədər ölkədə dünyada ümumqəbul olunmuş "Tax free" sistemi tətbiq olunmurdu. Eyni zamanda nağdsız ödənişlərin həyata keçirilməsinə dair vəziyyət ürəkaçan deyil. "Tax free" sisteminin tətbiq edilməsi üzrə operator qismində Vergiляр Nazirliyi təyin olunub və yeni sistem işə düşən gündən - iyunun 16-dan başlayaraq, 45 ölkə vətəndaşına 104 min manat həcmində ƏDV qaytarıb. Bu, "Tax free" sistemi tətbiqinin гısa müddəti ərzində əcnəbilərin 2 mln. manat həcmində mal əldə etdiklərini göstərir. Bununla bərabər, bu sistem hələ ki, ancaq Heydər Əliyev Beynəlxalq Hava Limanında mövcuddur.
Təbii ki, həyata keçirilən vergi islahatları çərçivəsində "Tax free" artıq yaxın zamanda ölkənin digər nəzarət-keçid məntəqələrində də tətbiq olunacaq. Bununla da turistlər bilavasitə Azərbaycanda istirahət zamanı alış-veriş etməyə həvəslənəcəklər. Yeri gəlmişkən, son məlumatlara əsasən, turistlərin axını bağlanma təhlükəsi ilə üz-üzə qalan iri ticarət obyektlərinin dövriyyəsinə müsbət təsir göstərib.
Ölkədə daha ağır nağdsız hesablaşmalar üzrə islahatlar keçirilir. Vergilər Nazirliyi tərəfindən nağdsız hesablaşmalar sektorunu canlandırmağa yönəlmiş bir sıra təkliflər planlaşdırылır. Bunların sırasında, məsələn, gündə 1 min manat həcmində nağd əməliyyatların məhdudlaşdırılması və ya ticarət obyektlərində nağdsız ödənişlər zamanı ƏDV üzrə mümkün güzəştlərdir. Lakin bu məsələ təkcə Vergiляр Nazirliyinə aid deyil. Xüsusilə bank sahəsində ödəniş kartları üzrə xidmətlərin tarifləri ilə bağlı aspektlər mövcuddur, yəni bu, kompleks yanaşma tələb edən kifayət qədər “köhnə” problemdir.
Xatırladaq ki, cari ilin əvvəlində Vergilər Nazirliyi alkoqollu içkilərin alınmasının istehlakçılar tərəfindən yalnız nağdsız ödəniş vasitəsilə həyata keçirilməsinə nail oldu. Lakin istehsalçıların və satıcıların sövdələşməsi alkoqol məhsulları ilə bağlı fasilələr və qıtlıq yaratdı. Nəticədə, bu normanın tətbiqi müvəqqəti olaraq ləğv edildi.
İstənilən halda, ölkə xarici turistlərin cəlb edilməsi üzrə aparıcı ölkə olmaq istəyirsə, Azərbaycanda nağdsız hesablaşmaların inkişaf alternativləri mövcud deyil.
Büdcəyə daxilolmaların artımı üçün
Lakin biznes mühitinin yaxşılaşdırılması və sosial müdafiə Vergilər Nazirliyinin bilavasitə öhdəliklərinə daxil deyil. Qurumun əsas vəzifəsi – büdcənin gəlir hissəsinə vergi daxilolmalarının artırılmasıdır. Azərbaycanda vergi dərəcələrinin artırılmasının planlaşdırılmadığını nəzərə alaraq, qarşıya qoyulan tapşırığı vergi qurumunun nümayəndələri yalnız vergiйя qoyulan bazanın genişləndirilməsi sayəsində həll edə bilərlər.
Vergi qurumunda iqtisadiyyatın yeni sahələriнин cəlb edilmяси yolu ilə vergi daxilolmalarının artımına yönələn tədbirlərin hazırlaması işləri дя gedir ( vergi yükünün azalması çərçivəsində xaric olunanların əvəzinə).
Vergilər Nazirliyi əməkdaşlarının diqqətini “rəqəmsal iqtisadiyyat”da (digital economy) xidmət göstərən sahibkarların vergi ödənilməsinə cəlb olunması imkanı cəlb edib. Dünya təcrübəsi əsasında elektron ticarətin vergiyə cəlb olunması mexanizmi hazırlanır: mobil tətbiqlərin satışı, online-oyunlar, elektron kitablar, internet filmlərinin ödənişi və dünya şəbəkəsi vasitəsilə həyata keçirilən digər ödənişlər.
Son vaxtlar vergi işçilərinin diqqətini xaricdə, həmçinin offşor zonalarda чалышан Azərbaycan şirkətlərinin fəaliyyəti cəlb edib. Onları vergiyə cəlb etmək üçün Vergi Məcəlləsinə müvafiq dəyişikliklər ediləcək. Əldə edilən gəlirdən tam həcmdə vergiyayınmasının qarşısını almaq və müəyyən etmək üçün offşor zonalarda Azərbaycan rezidentləri tərəfindən yaradılan müəssisələrin əməliyyatları üzərində nəzarətin səmərəli mexanizmlərinin yaradılması nəzərdə tutulur.
Təbii ki, vergi qurumunun nümayəndələri ev xidmətçiləri, şəxsi sürücülər, evdə çalışan müəllimlər və ödənişli xidmətlər göstərən digər vətəndaşların vergi ödənilməsinə cəlb edilməsi məsələsini yenidən qaldırırlar. Söz düşmüşkən, dünya təcrübəsi əsasında patentlərin verilməsi və məbləği regiondan asılı olaraq (Bakı, şəhərlər, rayonlar) fərqlənəcək patent sistemi tətbiq olunacaq.
Beləliklə, vergi sistemi yaxın zamanларda islahatların yeni mərhələsindən keçməlidir. Bundan sonra, sistem daha çevik, innovasiya texnologiyaları üzərində qurulan və sürətlə dəyişən iqtisadiyyata daha da uyğunlaşan olmalıdır.
MƏSLƏHƏT GÖR: