Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı-İstanbul-Bakı
Hər bir valideyn üçün uşaqlara təhsil vermək əsas vəzifələrdən biridir. Dünya statistikasına görə, ali təhsil almış insan təhsilsizlərlə müqayisədə bir neçə dəfə artıq pul qazanır. Bundan başqa, təhsilli insan öz biliklərini daha yüzlərlə insana verir. Azərbaycanda, demək olar ki, bütün sahələrdə - texniki, humanitar, iqtisadi, tibbi və s. ixtisaslar üzrə təhsil almağa geniş imkanlar var. Ancaq ölkədə bir sıra ixtisaslar üzrə təhsilin səviyyəsi çağdaş dünya standartlarından keyfiyyətcə geri qalır.
Məhz buna görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2007-2015-ci illər üzrə xaricdə təhsil üzrə Dövlət Proqramı gerçəkləşdirilib. Proqram Azərbaycan vətəndaşlarının dövlət hesabına dünyanın ən yaxşı ali məktəblərində təhsil almasını nəzərdə tutur. Bu proqram neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının parlaq nümunəsi oldu. Artıq bu gənclərin böyük bir qismi Azərbaycana qayıdaraq, yerli ali məktəblərdə dərs keçir, təhsilin səviyyəsini dünya standartlarına qədər qaldırır.
Türkiyəyə diplom dalınca...
Bu proqramın işə salınmasına qədər xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclərin üz tutduqları ilk ünvan Türkiyə idi. Müstəqilliyin ilk illərindən başlayaraq, qardaş ölkə Azərbaycandan gələn gənc insanların biliklərinin artırılması üçün şərait yaratdı. Türkiyənin Azərbaycandakı səfiri Erkin Özaralın sözlərinə görə, 25 il ərzində Türkiyədə 125 min Azərbaycan vətəndaşı təhsil alıb.
Türkiyədə bu qədər tələbəmizin oxumasına səbəb, aramızda dil maneəsinin olmaması, vizasız rejim və xalqlar arasında qardaşlıq münasibətlərinin olmasıdır. Hazırda Türkiyədə 12 mindən artıq azərbaycanlı təhsil almaqda davam edir. Artıq neçə ildir ki, Türkiyədə təhsil alan xarici ölkə vətəndaşları arasında məhz azərbaycanlılar birinci yer tutur.
Özü də çox sayda gənc Türkiyədə tibb ixtisasları üzrə təhsil alıb. İndi Azərbaycanda pasiyentlərin çoxu məhz Türkiyə məktəbini keçmiş həkim tapmağa çalışır. Türkiyə məktəbi məzunlara xəstəliyin müalicəsinin çağdaş üsullarını öyrədir, ən başlıcası, Türkiyənin müalicə müəssisələrində praktika keçməyə imkan yaradır.
«Azeredu» təhsil mərkəzi gələcək tələbələrə bu və ya başqa Türkiyə ali məktəbini seçməkdə yardım edir. Mərkəzin təsisçilərindən biri Vüqar Quliyevin sözlərinə görə, «Azeredu» həm aparıcı dövlət ali məktəbləri ilə, həm də İstanbulun, Ankaranın, İzmirin və Türkiyənin başqa şəhərlərinin özəl ali məktəbləri ilə əməkdaşlıq edir. Mərkəz öz fəaliyyəti dövründə Türkiyəyə oxumağa 2 minə yaxın azərbaycanlı tələbə göndərib.
O cümlədən, mərkəzdə ali təhsil almaq üçün istiqaməti müəyyən etməyə yardım edirlər,Türkiyə ali məktəblərinin bir neçə variantını seçirlər, türk dilinin və biliklərin səviyyəsinin YÖS, ALES, SAT, YDS, TIPDIL standartları ilə yoxlanmasına imkan yaradırlar. Özü də «Azeredu» göstərilən bütün xidmətləri tam pulsuz göstərir.
Universitetdən-mütəxəssisliyə: nəzəriyyə
Bu yaxınlarda «Azeredu» tərəfindən xidmət göstərilən ali məktəblər şəbəkəsinə İstanbulun İstinye Universiteti də daxil olub. Universitet 2015-ci ildə Türkiyənin ən yaxşı tibb holdinqlərindən biri - «MLP Care Group» tərəfindən yaradılıb. Bu holdinqə «Liv Hospital», «Medical Park» və «VM Medical Park» şəbəkələrinə aid 32 klinika daxildir.
Məhz buna görə İstinye Universiteti öz fəaliyyətini məhz tibb istiqamətində başlayıb və tələbələri, ilk növbədə, öz klinikaları üçün öyrədir. Tibb holdinqinin və universitetin bu cür sinerjisi tədris prosesinə Türkiyənin özəl ali məktəbləri arasında ən yaxşı müəllim heyətini dəvət etməyə imkan yaradıb. Müəllimlər mühazirə keçməklə yanaşı, hər gün MLP holdinqinin klinikalarında məşğuldurlar ki, bu da mütəxəssislərə öz tibb təcrübələrinin çətin hadisələri barədə fikir mübadiləsi etməyə imkan yaradır.
Bununla belə, İstinye Universiteti yalnız tibbi fakültəsi ilə işini məhdudlaşdırmaq istəmir. Artıq sentyabr ayından universitet öz qapılarını mühəndislik, memarlıq, proqram təminatçısı, iqtisadçı ixtisasları üzrə, həmçinin humanitar istiqamətlərdə oxumaq istəyənlərin üzünə açır. Bir sözlə, müəssisə çoxprofilli ali məktəbə çevriləcək. Bundan başqa, arzu edənlər universitetdə texniki-peşə məktəbi mərhələsini də keçə bilərlər və ikiillik kurslarda ayrıca peşənin sirlərinə yiyələnə bilərlər.
Buna görə də İstinye Universiteti daha iki kampus tikir və bunlardan biri ölkənin özəl ali məktəbləri arasında ən iri kampus olacaq. Amma universitetin mövcud binasında da tələbələrin yararlı təhsil almaları üçün bütün şərait yaradılıb. Hazırkı mərhələdə tələbələr ən çağdaş texnologiyaların cəlbi ilə tibb elminin geniş profili üzrə təhsil ala bilirlər. Buraya cərrahiyyə, stomatologiya, dietologiya, fizioterapiya, pediatriya, psixologiya, molekulyar biologiya və s. sahələr aiddir. Artıq birinci kursdan tələbələri praktiki məşğələlərə cəlb edirlər: onların xidmətinə ən çağdaş avadanlıqları olan çoxsaylı laboratoriyalar, cərrahiyyə otaqları, ayrı-ayrı xəstəxanaların maketləri, çox sayda çap və elektron kitab və jurnalların yer aldığı kitabxana verilir.
Elmin laboratoriyası: təcrübələr
Qısa müddət ərzində yaranmasına baxmayaraq, universitet artıq öz elmi işlərinə görə elm aləmində tanınır. Tibb kafedrasının müdiri Erdal Karagöz «R+»a bildirib ki, universitetin laboratoriyalarında lif hüceyrələrindən, toxuma mühəndisliyindən, bədən üzvlərinin 3D çapından, xərçəngin molekulyar səviyyədə tədqiqindən, genetik araşdırmalardan və s. istifadə etməklə çağdaş müalicə üsullarının tədqiqi gerçəkləşdirilir. O bildirib ki, bu işlər çərçivəsində İstinye tezliklə xərçəngin müalicəsinə imkan verən dərmana patent alacaq. Bundan başqa, universitetin 3D printerində lif hüceyrələrindən istifadə etməklə insan çənəsinin fraqmenti istehsal edilib.
Bütün bu «opsium»lar aktivində cəmi üç tədris ili olan İstinye Universitetinə öz diplomlarının bütün dünyada, o cümlədən Azərbaycanda tanınmasına nail olublar, həmçinin tələbə mübadiləsi proqramlarına, o cümlədən Avropa Birliyinin tanınmış «Erasmus+» proqramına qoşula biliblər.
«Biz Azərbaycanın ali məktəbləri ilə tələbə və müəllim mübadiləsi üzrə layihələr gerçəkləşdirmək niyyətindəyik. Bütünlükdə, biz Azərbaycandan önəmli tələbə axınına ümid edirik, çünki onlar türkdillidirlər, bizim üçün bu, vacibdir, çünki universitetdə dərslər yalnız türk dilində gerçəkləşdirilir», - deyə İstinye Universitetinnin rektoru Melih Bulu «R+»a bildirib.
Klinika: təcrübə
Bütün bəyan edilən təhsil standartlarına uyğun gəlmək üçün bu yaxınlarda İstinye Universitetinin klinikası açılıb. Baş həkim Orçun Okurun sözlərinə görə, buraya hər il tələbələr praktikaya gəlirlər. Özü də texniki təchizatına və həkim seçiminə görə, universitet klinikası Türkiyənin yaxşı klinikalarından biri sayılır. O cümlədən, bu tibb müəssisəsində plastik əməliyyatlardan başlayaraq, bütün növ onkoloji xəstəliklərin müalicəsi və cərrahi əməliyyatlarına, süni mayalanma, onurğa beyinin və ürəyin köçürülməsi kimi mürəkkəb əməliyyatlara kimi tam spektr tibb xidmətləri göstərilir. Baş həkim xüsusi olaraq kiçik pasiyentlər üçün uşaq reanimasiyası olduğunu xüsusi vurğulayır ki, bunu hər bir klinika özünə rəva görə bilməz.
Türkiyənin yalnız 3-4 universiteti bu səviyyədə klinikası olması ilə fəxr edə bilər. Bu müəssisə İstinye Universitetinin tələbələrinə, necə deyərlər, onlayn-rejimdə ayrı-ayrı xəstəliklərlə tanış olmaq, çağdaş müalicə üsullarını öyrənmək, praktiki məşğələlərdə Türkiyənin aparıcı professorlarının üsullarını görmək imkanı yaradır.
Universitetin daha fərqlənən tələbələri təhsilləri başa çatdıqdan sonra «MLP Group» holdinqinin xəstəxanalar sistemində işlə təmin ediləcəklər. Bu, təhsil prosesinin yetərincə önəmli nəticəsidir. Amma İstinye Universitetinin profilinin genişlənəcəyi, iqtisadi, humanitar və texniki ixtisaslar da daxil olmaqla, geniş profildə mütəxəssislər hazırlayacağı nəzərə alınarsa, bu, heç də bütün məzunların «MLP Group» sistemində iş alınacağı demək deyil. Amma yüksəkdərəcəli mütəxəssislər hazırlamağa imkan verən yüksək standartlar, peşəkar müəllim heyəti heç bir məzunu işsiz qoymayacaq.
Uşaqların təhsilinə yatırımlar ən yaxşı sərmayə qoyuluşudur, çünki universitetin və ixtisasın doğru seçilməsi ən yüksək dividendlər əldə etməyə imkan yaradır. Amma bu sərmayə siyahısında İstinye Universiteti daha etibarlı və yüksəkgəlirli aktiv sayılır.
MƏSLƏHƏT GÖR: