27 Noyabr 2024

Çərşənbə, 17:02

START REJİMİ

2018-ci il Azərbaycanda sənaye sektorunun bərpası ili ola bilər

Müəllif:

01.01.2018

Bütün dünyada sənaye öz intibah dövrünü yaşayır, bu, Azərbaycanda da istisna deyil, xüsusilə də qeyri-neft sektorunun canlanması məsələsində hökumətin fəallaşması nəzərə alınmalıdır və bu, tezliklə ölkədə onlarla müəssisənin işə başlamasına imkan yaradacaq. Bu baxımdan qeyri-neft məhsullarının ixracını 25% artması tamamilə təbii sayılır. Bu cür yüksək artım templərinini davam edəcəyini gözləməyə dəyər, çünki 2018-ci ilin əvvəlindən daha iri müəssislərin işə başlaması gözlənilir.

Amma sənayesinin inkişafı müvafiq olaraq, əhəmiyyətli maliyyə xərcləri tələb edir və müəyyən güzəştlərin təqdim etmədən onların inkişafına nail olmaq mümkün deyil. Bir çox ölkələrdə vəziyyətdən çıxış yolu kimi rezidentlərə müxtəlif növ vergi və gömrük güzəştləri təklif edilən azad iqtisadi zonaların, yaradılmasına qərar veriblər.

Azərbaycanda hazırda beş sənaye parkı (SP) fəaliyyət göstərir: Sumqayıt kimya, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı SP-ləri. Vergi Məcəlləsinə uyğun olaraq, onların rezidentləri 7 il torpaq vergisindən, əmlak və mənfəət vergilərindən, eləcə də idxal edilən avadanlıqlar üçün ƏDV-dən və gömrük rüsumlarından azad edilirlər.

 

İxrac potensialının konsentrasiyası zonası

Azərbaycan hökuməti neft qiymətlərinin kəskin azalmasından əvvəl post-neft inkişaf dövrünə keçməyə hazırlaşırdı. Sumqayıtda ilk sənaye parkının əsasının qoyulması Azərbaycan prezidentnin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə gerçəkləşdirilib, lakin şirkətlərin çoxu parkın rezidenti statusunu əsasən keçən il və bu il alıblar.

505 hektar ərazidə yerləşən Sumqayıt kimya SP (SKSP) regionda ən böyük sənaye parkı sayılır. Hazırda ölkə üzrə sənaye parkı rezidenti statusu almış 25 şirkətdən 13-ü birbaşa SKSP ərazisində fəaliyyət göstərir və onlar müəssisələrin yaradılmasına nəzərdə tutulan $1,8 milyarddan artıq $1,2 milyard sərmayə yatırıblar. Ümumilikdə, zona ərazisində artıq 7,5 min iş yeri açılıb.

Sumqayıt kimya PP-nin investisiya xəritəsi belə görünür: «SOCAR Polymer» - 778 milyon dollar; «Azerfloat» - 65 milyon dollar; «Baku non ferrous & foundry company» - 24,9 milyon dollar; «MST Engineering Services» - 2,9 milyon dollar; SIKA - 3,3 milyon dollar; «Aqrokimya Azərbaycan» - 16 milyon dollar; STP - 600 milyon dollardan çox; «Tabaterra» - 32 milyon dollar

Bu ilin ən son «Tabaterra» şirkəti rezident statusu alıb, o, SKSP ərazisində istehsal gücü ild 7 milyard ədəd olan siqaret fabriki inşa edəcək. Həmçinin, «SOCAR Carbamide» şirkətinə SKSP-nin rezidenti statusunun verilməsinə dair işlər davam edir, şirkət 2018-ci ilin əvvəlində karbamid və gübrələrin istehsalı üçün yeni bir zavodun istismara verilməsini planlaşdırır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində qabaqcıl texnologiyalar əsasında qurulan və müasir avadanlıqlar istifadə edən yeni müəssisələr ölkədən qeyri-neft məhsulları ixracını yeni səviyyəyə qaldıracaq.

 

Ölkənin toxuculuq mərkəzi

Dövlət başçısının 2015-ci il 26 fevral tarixli fərmanına əsasən, 14,8 hektar ərazidə Mingəçevir sənaye parkının (MSP) yaradılması ilə bağlı işlərə başlanıb. Sənaye parkının istifadəyə verilməsi ilə energetiklər şəhəri Mingəçevir tezliklə toxuculuq sənayesinin mərkəzi roluna iddia edə bilər. Artıq 2018-ci ilin əvvəlində MSP ərazisində fəaliyyət göstərməsi nəzərdə tutulan doqquz müəssisədən birincisi - pambıq iplik istehsalı ilə məşğul olan «Mingəçevir Tekstil» ASC fəaliyyətə başlayacaq. Yeni fabrik Azərbaycanda pambıq iplik istehsalını 115% artıracaq, idxaldan asılılığı tamamilə aradan qaldıracaq və böyük ixrac imkanları yaradacaq. İstehsal edilən 10 min ton iplik ixrac ediləcək və bu, ildə təxminən 25 milyon dollardan artıq xarici valyuta gətirəcək.

Ümumilikdə, MSP-də Fransa, Almaniya, İtaliya və Yaponiyanın qabaqcıl texnologiyalarına əsaslanan yun və akril ipliklər, dəri məhsulları, corablar və ayaqqabılar istehsal ediləcək. Tikintiyə yatırılan sərmayələr 60 milyon dollardan çox, avadanlıq və alətlər almaq üçün xərclənən vəsit isə 150 milyon dollardan çox olacaq, nəticədə burada 5,5 min nəfər işləyəcək. Beləliklə, yaxın gələcəkdə MSP daha 3 min top akril iplik və eyni miqdarda yun iplik, bundan əlavə 70 mln. cüt corab və 1,5 mln. cüt dəri ayaqqabı istehsal ediləcək.

MSP-də müəssisələrin işi yalnız toxuculuq sənayesi məhsullarının idxalına sərf edilən valyutanı əhəmiyyətli hissəsini qorumaqla yanaşı, həm də ölkəyə dünya bazarlarında «Made in Azerbaijan» markası altında Azərbaycan məhsullarının satışından əldə edilən maliyyə vəsaitlərinin gəlməsini təmin edəcək.

 

Yeni əczaçılıq sənayesinin yaranması

Yaradılmasına 14 sentyabr 2016-cı il tarixli Prezident sərəncamı ilə başlanan, 30 hektar əraziyə malik Pirallahı SP artıq müasir əczaçılıq sənayesi yaradılan bir innovasiya sahəsi kimi diqqət çəkir.

İlk əczaçılıq zavodu "Hayat Pharm"a sərmayə qoyuluşu 74 milyon dollar təşkil edəcək və məhsul buraxılışı 2018-ci ilə gözlənilir. Zavodda İİV infeksiyasının müalicəsi, sinir sistemi xəstəliklərinin müalicəsi, həmçinin antibiotiklər və diabetə qarşı dərman preparatların istehsalı nəzərdə tutulur. Ümumilikdə müəssisə 89 növ dərman istehsalını həyata keçirəcək. «Hayat Pharm»ın istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon həb və kapsul olacaq.

Həmçinin Pirallahı SP-də 2017-ci ilin yanvar ayında Azərbaycan-İran əczaçılıq fabriki «Caspian Pharmed»in təməli atılıb, işlərin ilk mərhələsində sərmayələr $20,6 milyona çatacaq. Tikinti işlərinin tamamlanması 2018-ci ildə nəzərdə tutulsa da, məhsul istehsalı 2019-cu ilə proqnozlaşdırılır. Birinci mərhələ zavodda hər il 200 milyon həb və kapsul, 84 adda dərman preparatı istehsalı planlaşdırılır ki, onların sırasında ürək-damar xəstəlikləri, infeksion və qeyri-infeksion xəstəliklər üçün nəzərdə tutulmuş dərmanlar, eləcə də antibiotiklər və ağrıkəsicilər nəzərdə tutulur.

Yeri gəlmişkən, Azərbaycan-İran əczaçılıq zavodunun ixrac həcmi ildə 100 milyon dollara kimi proqnozlaşdırılır.

26 may 2017- ci il tarixdə Azərbaycan şirkəti «Diamed Co» MMC Pirallahı sənaye parkının rezidenti statusunu alıb, şirkət birdəfəlik şprislər üçün zavod tikintisinə başlayıb. Sərmayə həcmi 4 milyon dollar təşkil edəcək və müəssisə 2018-ci ilin birinci yarısında istismara açılacaq.

Biznesin aparılması üçün yaradılmış əlverişli şərait Pirallahı SP-də yeni birgə müəssisələrin yaradılacağına olan inamı aratırır. Özü də, bu mövzu hökumət səviyyəsində keçirilən biznes forumları və görüşlər çərçivəsində mütəmadi olaraq müzakirə edilir. Xüsusilə Türkiyə, Ukrayna, BƏƏ, Yaponiya, Cənubi Koreya və digər ölkələrin şirkətləri birgə əczaçılıq müəssisələri yaradılmasına maraq göstərdiklərini dəfələrlə bəyan ediblər.

 

Rüblük öhdəlik

Ölkədəki sənaye inkişafının stimullaşdırılmasının daha bir forması bölgələrdə sənaye məhəllələrinin yaradılmasıdır. İşgüzar dairələrin sənaye məhəllələrində işə başlamağa və rezident olmağa maraq göstərməsi onunla bağlıdır ki, dövlət zəruri infrastruktur yaratmaq üçün bütün xərcləri öz üzərinə götürür. Ekspert hesablamalarına görə, sahibkarların zəruri infrastrukturun yaradılmasına xərcləri bəzən istehsalı işə salmaq üçün sərf etdikləri bütün xərclərin 30% -ə qədər çatır.

Bu gün Azərbaycanda üç sənaye məhəlləsi - Neftçala, Hacıqabul və Masallı üç sənaye məhəllələri var.

Neftçala sənaye məhəlləsinin (NSM) yaradılması 2015-ci ilin fevral ayında dövlət başçısının sərəncmına əsasən başlayıb və kompleks bu il 24 sentyabr tarixində prezident tərəfindən açılıb. Açılış zamanı NSM-dg 9 müəssisə və bir emalatxana fəaliyyət göstərib. NSM-in iştirakçıları artıq istehsal sahələrinə 45,3 milyon manat sərmayə qoyublar, 474 daimi iş yeri yaradıblar.

Prezident İlham Əliyevin Neftçalaya səfəri zamanı gücü ildə 25 min ton olan Neftçala balıq yemi müəssisəsi də açılıb. Gələcəkdə müəssisədə balıq yemi ilə yanaşı, mal-qara üçün də yemlərin, başqa növ yemlərin də istehsalı nəzərdə tutulur, müəssisəyəə qoyulan sərmayələr 12 milyon manat təşkil edir.

Lakin, əlbəttə, burada ölkə sənayesi üçün əsas rolu ildə 10 min avtomobil yığmaq gücünə malik «Azərmaş» ASC - İran Khodro birgə Azərbaycan-İran avtomobil zavodu olmalıdır. Yalnız birbaşa bu müəssisədə 300 nəfər məşğul olacaq, yanaşı sənaye sahələrində də iş yerləri yaradılacaq. Sərmayə yatırımı $15 mln. səviyyyəsində qiymətləndirilən müəssisənin açılışı 2018-ci ələ planlaşdırılır.

Müasir texnologiyaların, avadanlıq və alətlərin istifadə edilməsi ilə yaradılmış zavodda «Runna», «Samand», «Soren», «Dena», «Peugeot-206», «Peugeot-207", "Renault-Tondar » və « Renault-Pickup» kimi avtomobil modelləri istehsal ediləcək. Yeri gəlmişkən, avtomobil zavodunun inkişafının ikinci mərhələsində birgə Azərbaycan-İran avtobuslar istehsal etmək nəzərdə tutulur.

Yuxarıda göstərilənlərə bu ilin sentyabr ayında açılmış Balaxanı SP-ni və parkın beş rezidentinin "yaşıl iqtisadiyyat" istiqamətində işə başlanmasını, emalı sahəsində perspektivləri, Qaradağ SP-də müxtəlif sinif gəmilərin istehsalını əlavə etmək olar.

Bir sözlə, bütün təşəbbüslər nəzərə alındıqda 2018-ci ildə Azərbaycanda sənaye sahəsində sıçrayış gözlənir ki, bu da post-neft mərhələsində iqtisadiyyatın mütərəqqi inkişafını təmin edəcək.



MƏSLƏHƏT GÖR:

457