12 Mart 2025

Çərşənbə, 22:09

KÖHNƏ DÜNYA YENİSİNƏ QARŞI

Amerika-Avropa əməkdaşlığı müharibədən sonrakı dövrünün ən dərin böhranını yaşayır

Müəllif:

01.06.2018

«Trans-Atlantik Alyans, Allah sənə rəhmət eləsin, 1945-2018». Bunu «Foreign Policy» jurnalının redaktoru Ceyms Traub öz jurnalında yazıb.

Epitafiya gülməli olsa da, burada yumordan çox məyusluq var - son ildə avropalılarda nəzərəçarpacaq dərəcədə artmış məyusluq.

Doğrudur, Traubun qeyd etdiyi dövr ərzində ABŞ-Avropa münasibətlərini ideal olmayıb. Onların arasındakı tərəfdaş, dost münasibətləri zaman-zaman gərginliklə, bəzən isə aşkar düşmənçiliklə əvəzlənib.

 

Ünsiyyətdə çətinliklər

ABŞ İkinci Dünya müharibəsindən sonra Avropanın bərpası üçün ciddi cəhdlər göstərərkən qlobal miqyasda birincilik cəhdlərinə Avropanın mane olmayacağını düşünüb. Lakin postmüharibə Avropasının liderləri, ilk növbədə isə Uinston Çörçil və general de Qoll yeni peyda olmuş böyük qardaşın qarşısında diz çökməyə o qədər də həvəs göstərməyiblər.

Əslində, Avropanın 1946-cı ildə başlamış birləşmə prosesi o zaman formalaşan ikiqütblü (ABŞ və SSRİ) dünyada maraqların birgə qorunması məqsədi güdürdü. Elə həmin il Çörçill avropalıları millətlərarası hesablaşmaları bir kənara atmağa və «Avropa Birləşmiş Ştatları kimi bir şey yaratmağa» çağırmışdı.

O vaxtdan Avropa İttifaqı (Aİ) özünə bir neçə ad seçib, bir-birini əvəzləyən ABŞ prezidentlərisə Avropa ilə münasibətləri korlamağı da, daha sonra onu bərpa etmək üçün ciddi cəhdlər göstərməyi də bacarıb: Trumen - Koreya müharibəsi, Conson - Süveyş böhranı, Kennedi - Berlin böhranı, Reyqan - SSRİ ilə «soyuq müharibə»…

Balkanlardakı vətəndaş müharibəsi sanki onların dostluğunu son dərəcə möhkəmləndirmişdi. Lakin 2003-cü ilin İraq müharibəsi zamanı bu dostluq sona çatdı. Ümumiyyətlə, İraq müharibəsi Avropanın birliyinə də ciddi zərbə vurmuşdu. Oğul Buşu bu məsələdə qitənin yalnız bir neçə ölkəsi, ilk növbədə isə Böyük Britaniya dəstəkləyirdi. Aİ-nin bu savaşa etiraz etməsinə rəğmən, Avropanın az qala bütün şəhərlərində müharibəyə qarşı kütləvi etiraz aksiyaları keçirilirdi. Nəticədə, Buş ikinci prezidentlik müddətini Aİ ilə pozulmuş münasibətlərin bərpasına həsr etmək məcburiyyətində qaldı.

«Frankfurter alqemayne saytunq» o vaxt yazırdı ki, tərəfdaşların hər ikisi (2006-cı ildə) uğursuzluqları üzündən xeyli zəifləyib - Avropa ümumi Konstitusiyanın qəbulunun iflasa uğraması ilə daxili böhran yaşayır, ABŞ isə İraq və Əfqanıstandakı problemlərini həll edə bilmirdi. Nəticədə, hər iki tərəf təkbaşına çətin olacağını anlayaraq, lovğalıqdan əl çəkdi.

Amma idilliya uzun sürmədi. 2013-cü ildə münasibətlərdə yeni böhran başladı. Səbəb Avropa ölkələri Aİ-nin Vaşinqtondakı səfirliklərinin telefon danışığının dinlənilməsilə bağlı qalmaqal idi. Aİ-nin Vaşinqtonun mərkəzindəki ofisinə dinləmə qurğusu ittifaq üzvləri arasındakı fikir ayrılıqlarına dair məlumat toplanması məqsədilə quraşdırılıbmış. Bunu dünyaya Snouden bəyan etmişdi.

ABŞ-Avropa münasibətlərindəki bütün problemlərin siyasi sahəni əhatə etdiyini söyləmək mümkün deyil. Onlar kifayət qədər iqtisadi qalmaqallar da yaşayıblar.

1996-cı ildə Kuba, İran və Liviyaya sanksiyalar tətbiq edən Klinton Avropa şirkətləri də daxil olmaqla, bu ölkələrlə əməkdaşlıq edəcək qurumlara cəzaların veriləcəyini bildirmişdi. Buna cavab olaraq, Aİ mümkün Amerika sanksiyalarının qarşısının alınmasına imkan verəcək qanun qəbul etmişdi. Qanun Avropa şirkətlərinin ABŞ məhkəmələrinin qərarlarına məhəl qoymamasına şərait yaradırdı. Bundan başqa, sənəd maliyyə itkilərinin yaşanacağı təqdirdə, kompensasiya da nəzərdə tuturdu. Sonda prezident Klinton güzəştə getməli olmuşdu.

İllər keçdi, lakin ABŞ İranla əməkdaşlığı qadağan edən qanunların qəbulunu dayandırmadı - 2004 və 2010-cu illərdə də belə qanunlar qəbul edilib. Aİ isə heç də bütün belə hallarda öz hüquqlarını qoruya bilməyib. Məsələn, 2015-ci ildə - Obama administrasiyasının dövründə Fransanın BNP Paribas bankına rekord məbləğ - 8,9 milyard dollar cərimə kəsilmişdi.

Avropanın 2008-ci ildə qlobal maliyyə böhranına səbəb olmuş Amerika banklarını məsuliyyətə cəlb etmək cəhdlərinisə Vaşinqton kökündən kəsə bildi. Necə deyərlər, Quod licet Iovi, non licet bovi (lat: Yupiterə olan şey Öküzə olmaz»).

Bax, tərəfdaşlıq münasibətlərinin belə özünəməxsusluğu var.

Amerika ilə Avropanın bugünkü əməkdaşlığına gəlincə, hazırda münasibətlər, yəqin ki, postmüharibə dövrünün ən dərin böhranını yaşayır. Düşünmək olardı ki, Ukrayna hadisələri, Yaxın Şərqdə yaşananlar və Çinin qüdrətinin getdikcə artırması fonunda bu ittifaq gündən-günə möhkəmlənməlidir. Lakin reallıqda nəinki onun tam pozulması, hətta açıq qarşıdurmaya çevrilməsi belə, gündəmdədir.

Avropa ölkələrində aparılan ictimai rəy sorğuları göstərir ki, qitənin, demək olar ki, bütün ölkələrinin vətəndaşları müttəfiqləri Trampa düşmənləri Putindən daha az etibar edir. Məsələn, Almaniyada rəyi soruşulanların 82%-i ABŞ prezidentinin siyasətindən son dərəcə narahat olduğunu bildirib. Putinin siyasəti haqda belə düşünənlər 53%-dir.

 

Qarşıdurma üçün 6 səbəb

1. Donald Tramp ölkəsinin siyasi və iqtisadi kursuna tam hakim olmağa macal tapmamış, ötən ilin yanvarında NATO-nu ləğv edəcəyini açıqlayıb. O, bunu qədirbilməz avropalıların ABŞ-ın onların müdafiəsi üçün xərclədiyi vəsaiti qaytarmaq istəməməsilə əsaslandırıb. Üstəlik, Tramp əvvəlcə Avropa ölkələrinin milli büdcələrinin 2%-ni müdafiə xərclərinə ayırmalı olduğunu deyirdisə, indi 4%-dən danışır (doğrudur, hələlik bu rəqəm «sözarası işlədilib ki, burada da məqsəd, yəqin ki, reaksiyanı yoxlamaqdır»).

Bəs, Avropa buna necə cavab verib? Öz ordu quruculuğunu sürətləndirməklə. Ötən ilin payızında Avropa PESCO müdafiə proqramının icrasına başlanıldığını bəyan edib. Aİ hesab edir ki, hərbi xərcləri artırırsa, onu elə öz hərbi sənayesinin və infrastrukturunun inkişafına xərcləyər.

2. ABŞ atmosferə çirkli qazların atılması məsələsini tənzimləmək üçün ortaya qoyulmuş Paris sazişini imzalamayan yeganə dövlətdir. Amma Trampın əksinə olaraq, Amerikanın əksər ştatları, nəhəng şəhərləri və şirkətləri sözügedən beynəlxalq sazişdə qeyd olunmuş ideyalara sadiq olduğunu bəyan edib.

3. 2017-ci ildən ABŞ Ümumdünya Ticarət Təşkilatının arbitraj orqanına hakimlərin təyinatına mane olur. Bu, əlbəttə ki, qurumun fəaliyyətini iflic edəcək. Üstəlik, bu ilin martında Tramp polad idxalına 25, alüminium idxalına isə 10%-lik rüsumun tətbiq olunacağını açıqlayıb. O, bunu «milli təhlükəsizliyin təmini» üçün vacib sayır. Halbuki ÜTT-nin qaydalarına əsasən, belə hallara yalnız müharibə və ya təbiət kataklizmləri kimi qlobal fəlakətlər zamanı yol verilə bilər.

Təbii ki, bu rüsumların tətbiqi Avropa şirkətlərinin maraqlarına toxunub və Aİ cavab olaraq, ÜTT-yə ümumi dəyəri 1,4 milyard avro olan Amerika məhsullarının siyahısını təqdim edib. Söhbət siyahıdakı məhsullara əlavə 25%-lik rüsumun tətbiqindən gedir.

Eyni addımı Amerika administrasiyasının qərarı ilə maraqlarına xələl gəlmiş başqa dövlətlər də atır. Beləliklə, ABŞ əməllərilə faktiki olaraq, mövcud beynəlxalq azad ticarət normalarını pozur və hər kəsi «hərə özü üçün» prinsipinə əsaslanan açıq iqtisadi savaşa çağırır.

4. ABŞ Dövlət Departamenti Rusiyadan Almaniyaya uzanacaq «Şimal axını-2» qaz kəmərinin tikintisində iştirak edəcək şirkət və dövlətləri sanksiyalarla hədələyib. Almaniyanın iqtisadiyyat və enerji naziri Peter Altmayer isə Vaşinqtonu öz mayeləşdirilmiş qazını Avropaya «sırımaq» üçün güc tətbiqində günahlandırıb.

«ABŞ bizim dostumuz və tərəfdaşımızdır. Biz ümumi dəyərlərimizin qorunub saxlanmasını istəyirik. Lakin Vaşinqton öz iqtisadi maraqlarını bizim maraqlarımızdan yuxarı tutursa, Avropa öz maraqları uğrunda mübarizə aparacaq», - deyə nazir qeyd edib.

5. Tramp administrasiyasının ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürmək və onu İsrail dövlətinin yaradılmasının 70-ci ildönümü günü açmaq qərarı Yaxın Şərqdə vəziyyəti daha da ağırlaşdırıb. Nəticədə, nümayişə çıxmış xeyli dinc fələstinli həyatını itirib. Birləşmiş Ştatların bu qərarı dünyanın əksər dövlətləri tərəfindən sərt şəkildə pislənib. 28 Ai üzvünün 24-ü isə Qüdsdə Amerika səfirliyinin açılış mərasiminə qatılmaqdan imtina edib.

6. Tramp mayın 8-də ölkəsinin İranla nüvə razılaşmasından çıxdığını bəyan edib. Söhbət BMT TŞ-nin 5 daimi üzvü (ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya) və Almaniyanın 10 il davam etmiş gərgin danışıqlardan sonra 2015-ci ilin iyulunda əldə etdikləri razılaşmadan gedir.

Bu, İrana qarşı sanksiyaların yenidən qüvvəyə minəcəyi anlamına gəlir. Söhbət həm də İranla əməkdaşlıq edən hüquqi və fiziki şəxslərə tətbiq olunmuş sanksiyalardan gedir.

Aİ Tehranı razılaşmaya əməl etməyə çağırıb və öz tərəfindən bütün öhdəlikləri yerinə yetirəcəyini bildirib. Amma Aİ-nin bu vədinə inananlar çox deyil. Hər halda, Avropanın «Total», «Wintershall», «Maersk Tankers» və ya «Royal Dutch Shell» kimi nəhəng şirkətləri, yəqin ki, İrandakı fəaliyyətlərini dayandırmalı olacaqlarını bəyan ediblər.

Onları Aİ rəhbərliyinin 1996-cı ildə qəbul olunmuş qanunun yenilənərək qüvvəyə minəcəyinə dair vədi də ruhlandırmayıb. Halbuki, həmin qanun Avropa şirkətlərinin Amerikanın tələblərinə məhəl qoymamasına imkan verir. Məsələ ondadır ki, nəhəng transmilli şirkətlər üçün ABŞ bazarı İran bazarından daha önəmlidir.

Donald Trampın G7 sammitində Avropa ölkələrinin liderləri ilə ötən ilin mayında keçirdiyi ilk görüşündən sonra Avropa siyasətinə xas siması olan Almaniya kansleri Angela Merkel birmənalı olaraq ABŞ prezidentinə eyham vuraraq demişdi: «Son bir neçə gündə anladım ki, bizim bir-birimizə güvənə bildiyimiz günlər geridə qal


MƏSLƏHƏT GÖR:

397