23 Dekabr 2024

Bazar ertəsi, 15:10

PARALEL BAKIDA

Nazim YUNUSOV: «Yalnız rəssam ola bilməyənlər qalır»

Müəllif:

15.09.2018

Nazim Yunusov rəssamdır. Həm peşəcə, həm də sənətcə. Fırçadan yalnız yatanda və ya Azərbaycan Rəssamlıq Akademiyasında iş zamanı ayrılır. Burada o, müəllimdir, geyim dizaynı kafedrasının müdiridir. Sovet keçmişində Lvov Dövlət Dekorativ və Tətbiqi İncəsənət İnstitutunun "Moda" şöbəsində, daha əvvəl isə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində rəssamlıq fakültəsində oxuyub. Bu gün o, öz ətrafında ahəngdar məkan yaratmaq və insanlara İşıq, Xeyirxahlıq və Sevgidən toxunmuş xəyal dünyası bəxş etmək istəyən bir insandır, yalnız kafedra müdiri olmaqla qalmır, həm də Azərbaycan Dizaynerlər İttifaqının katibidir.

Ancaq bu, bir ictimai tələbdir. Müəllim rolunun funksiyası - bu, onun şəxsiyyətinin elə hissəsidir ki, həmin hissə ilə ürəkdən nəsillərin davamlılığı anlayışına və öz ustalığının, praktiki bacarıqlarının sirlərini bölüşmək istəyinə bağlıdır. Onun "Mən"inin ikinci hissəsi isə kətanla davamlı dialoqda olmaq kimi bir təbii ehtiyacla bağlıdır. Başqa sözlə isə, bu, onun özü ilə və bizimlə dialoqudur. Çünki rəssamın qəlbinin dərinliklərindən üzə çıxardığı və birbaşa öz tamaşaçılarının, yəni bizim üzərimizə yönəltdiyi dünyanın dəyəri yüksəkdir. Sadəcə, baxmaqla görmək olar ki, bunlar, demək olar ki, fəzada üzən nağıl kimi gerçək şəhərlər, Bakının keçmişindən janrlı rəsmlər və ya özünəməxsus natürmortlardır! Elə bir hiss yaranır ki, bütün bunların hamısı sizindir. Ona görə sizinki ki, bunlar sizin həyatınızda və sizinlə olublar - bu fantastik evlər, əşyalar və personajlar! Yalnız məhz nə zaman olublar? Harada? Xatırlamaq olmur! Amma siz dəqiq bilirsiniz: olub! Amma bir müddət sonra, öz təəssüratlarınızı yenidən yaşadıqdan sonra anlayırsınız: uşaqlığın hissləri yenidən sənə qayıdıb! Onda dünya olduqca gözəl, həyat - sonsuz və maraqlı, ağac - böyük, göy qurşağı isə üzərindən atılmağın mümkün olduğu yarım dairə kimi görünürdü!

- Özünü rəssam kimi hiss etmək, yəqin, xoşbəxtlikdir?

- Bilmirəm. Mən bu barədə heç düşünməmişəm. Çəkilə bildiyi üçün çəkirəm. Fırçalar, boyalar, kətan və ideya. Bundan ayrı heç bir şeyə də ehtiyac yoxdur.

- Xoşbəxt olmaq üçün?

- Həm də məna qazanmaq üçün.

- Bəs, məna nədədir?

- Hmm ... Həm də harmoniyadadır, yəqin. Çəkən zaman mən rəsmin hansı janrda alınacağı, ya nə ilə bağlı olacağı, ya da mənası nə olacağı barədə heç düşünmürəm. İdeya mənə gəlir və bunu kətana ötürürəm.

Onun Fəvvarələr meydanında nümayiş etdirilən işlərini görənlər anlayır ki, belə bir cavabda heç bir hiyləgərlik yoxdur. Nazim Yunusov, ümumiyyətlə, açıq, etibarlı, hiyləsiz və pozitiv bəxş edən insan təəssüratı yaradır. Onun əsərlərində heç bir qara rəng, heç bir neqativ yoxdur, çox günəş və çox İşıq var.

Rəssam şəhəri çəkir. Arzularının şəhərini. O, Bakıya oxşayır da, eyni zamanda oxşamır da. Qız qalası cizgiləri, Bakı körfəzinin qövsü və qayıqların ağ yelkənləri ilə - bu, nağıl-şəhər və ya arzu-şəhər barədə, hər şeyin Şərq ətirləri ilə, min bir gecə nağılları ilə nəfəs aldığı bir şəhər haqqında şairanə fantaziyadır. O, şəfəq saçır, körfəzin sularına xoşbəxlik şüalarını elə səpir ki, suyun üzü sanki qızılla örtülüb. Bu, İçərişəhərdir. Bakının incisi.

Şəhər əhalisinin qürur və turistlərin maraq yeri. Bu memarlıq kompleksinə çox əsrlərin, insan talelərinin və həyatının tarixi hopub: xalqın və ayrılıqda götürülmüş hər bir fərdin hekayəsi. Məişət mədəniyyəti, memarlıq, sənətkarlıq - bunlar xalqın tarixi yaddaşının qızıl fonduna daxil olmuş, intellektual və kulturoloji mirasın xəzinəsinə çevrilmiş dəyərlərin kiçik bir hissəsidir.  

- Mən materialın verilməsi üçün forma axtarmıram. İdeyalar oğulur və özləri ifadə formasını diqtə edirlər. Eyni ideyanın müxtəlif ifadə forması var. Mənim bununla eksperiment aparmaq xoşuma gəlir.  

- Sizin janrlı rəsmləriniz var. Məsələn, bu, burada ciddi bir cənab (yəqin ki, tacir) təsvir edilib, onun arxasında gənc bir gözəl elə də xoş olmayan baxışlarla ona baxır, onun önündə isə çadra ilə örtülmüş bir neçə qadın fiquru görünür (yəqin ki, onun arvadlarıdır). Motiv Əzim Əzimzadənin ötən əsrin əvvəllərinə aid işlərini xatırladır...

- Bu, tamamilə mümkündür! Bəlkə də, onun yaradıcılığı məhz bu şəkildə transformasiya olunur. Bilmirəm.

Burada eyni seriyadan olan daha bir neçə iş var. Rəngli xarakterə malik, şərti olaraq Tacir adlandırdığımız personaj süjetdən süjetə keçir, rəssamın transformasiya barədə dediklərini təsdiq edərək bir ideyadan digərinə keçir. Görünür, "Tacir" haqqında işlər seriyası - müəyyən sosial statusa malik insanların həyatı haqqında bir salnamədir. Buna görə rəssam mövzunu inkişafda təqdim edir: Tacir öz arvadları ilə və öz malları ilə birlikdə evindən çıxır, burada artıq o, yoldadır və onun karvanı arvadları, malları və dəvələri ilə birlikdə yalnız ona məlum olan istiqamətdə hərəkət edir.

- Sizin işlərin arasında natürmortlar da var. Natürmort kompozisiyaları çox qeyri-adidir...

- Onların klassik natürmort anlayışına dəxli yoxdur. Buna görə də, kompozisiyalar da klassik qaydalara uyğun deyil.

Əlbəttə ki, onun natürmortlarının natürmort haqqında ümumi anlayışlara, məsələn, kiçik hollandların natürmort haqqında anlayışına heç bir dəxli yoxdur. Amma ən azından bu janrda işlədiyi əsərlərindən birinə baxın. Bax, burada uzaq tarixi keçmişdən olan mətbəx əşyaları təsvir edilir: küplər, vazalar, güllər zaman və əhval atmosferi doğuran şairanə kompozisiya yaradır. Ön planda bütün bunları iki çox parlaq quş canlandırır. Elə gələ bilər ki, burada xüsusi bir şey yoxdur. Amma sizin bunu istəyib-istəmədiyinizdən asılı olmayaraq, bu işlər sizdə başqa bir dövrün həyatı ilə assosiasiya yaradır, sizin yaddaşınızı tarixi dünənin insanlarının məişətini və dəyərlərini təsvir edən ədəbiyyat mənbələrinə səfərə göndərir. Onun müsbət enerji və xoş əhvalla kökləyən işlərinə heyran qalaraq həm də xatırlayırsan ki, o, tez-tez rəssam olmadığını təkrarlayırdı. Həm də elə deyirdi ki, sanki çaşqınlıq yaratdığı üçün üzr istəyirdi. Peşəkarların həmişə bu mövzu ilə bağlı öz çətinlikləri var. Bunlar yalnız dar çevrədəki insanlar tərəfindən anlaşılır. Onların çevrəsinin peşəkar mütəxəssisləri tərəfindən. Bu incəsənət növünün aşiqi olan bizlər üçünsə başqa qiymətləndirmə meyarları önəmlidir: ruhumuzun əks-sədası. Burada vurğuları dəyişməyə çalışan istənilən ağıl oyunu gücsüzdür. Əsər sizin diqqətinizi çəkən zaman sizinlə və rəssamın əsəri ilə müəyyən bir sahə yaranır, müsbət işarəli bir sahə - siz həmişə dəqiq bilirsiniz ki, bu, incəsənətdir.  

- Siz müəllimsiniz. Deyin, bu gün bu peşəyə gələn gənclər çoxdurmu?

- Bəli, çoxdur. Ancaq tədris kursunu bitirənlərin heç də hamısı peşədə qalmır. Yalnız rəssam olmamağı bacarmayanlar qalır.  

- Həqiqi istedadlar varmı?

- İstedad nadir olan haldır. Onu zaman ortaya çıxarır. Ancaq həmişə qeyri-adi baxışları ilə diqqəti çəkən tələbələr olur.

- Onların öyrənməyə sevgisi və həvəsi varmı?

- Hər şey çox fərdidir. İnsanın özündən asılıdır.

- Müasir tələbənin peşəni mənimsəməyə yanaşmasında bir müəllim kimi sizi narahat edən şeylər varmı?

- Yəqin ki... Məşğələlərdə biz onlara canlı natura ilə işləmək imkanı veririk. Bizim vaxtımızda bu, böyük problem idi. Natura ilə işləmək imkanı heç də həmişə mümkün olmurdu. Amma onlar telefonu açırlar, «Google»a girirlər, naturadan deyil, fotoşəkildən çəkirlər. Anlayıram: zamanın imkanları və təsirləri bu cür imkanlar yaradır. Amma! İnternet analitik tədqiq bacarığını öldürür. Natura ilə yox, fotoqrafiya ilə işləmək işi ruhdan məhrum edir. Canlı natura ilə işləmək işi başqa bir işə çevirir. Ancaq onlar üçün gözlərini vərəqdən qaldıraraq naturaya baxmaqdan telefona baxmaq daha asandır. Canlı əlaqə yoxdursa - canlı iş də yoxdur. Buna görə işlər çoxu soyuqdur: onların ruhu yoxdur.

- Siz, demək olar ki, 15 ildir ki, "Geyim dizaynı" kafedrasının müdirisiniz. Deyin, akademiya məzunlar


MƏSLƏHƏT GÖR:

403