23 Noyabr 2024

Şənbə, 20:46

ONLAR QAYIDIR

Xarici şirkətlər Azərbaycanın az öyrənilmiş neft-qaz yataqlarına marağı bərpa edirlər

Müəllif:

15.09.2018

Qiymətlərin artması və neft bazarının sabitləşdirilməsi neft-qaz sektorunda investisiya fəaliyyətinin canlanmasına səbəb olub. Norveçin «Rystad Energy» konsaltinq şirkətinin analitikləri proqnozlaşdırırlar ki, qiymətlərin barelə görə 70 $ ətrafında sabitləşməsindən sonra, artıq 2019-cu ildə dəniz layihələrinə sərmayələr 13 il üzrə rekord 150 milyard $ səviyyəsinə çata bilər.

Bu baxımdan, Xəzər dənizi və onun şelfi hələ də dünyanın ən böyük neft şirkətlərinin hədəfindədir. Fransanın enerji nəhəngi «Total» ABŞ-ın İrana qarşı sanksiyalarının yenilənməsi ilə əlaqədar olaraq "Cənubi Pars-11" qaz layihəsindən ayrılmasından sonra Azərbaycanın neft-qaz sektorunda yeni investorların gəlişi barədə xəbərlər xüsusi ruh yüksəkliyi ilə qəbul edilir.

 

Təkrar maraq

Həqiqətən, cari ilin bağlanmış neft və qaz müqavilələrinin sayına görə ölkəmiz üçün çox məhsuldar olub - 8 ay ərzində Xəzər dənizinin Azərbaycan sektorunda yataqların işlənməsi üzrə 4 saziş imzalanıb. Bildirmək gərəkdir ki, bu günə qədər Azərbaycan dünyanın 41 şirkəti ilə 30-dan çox Hasilatın Pay Bölgüsü Sazişi (PSA) tipli neft müqaviləsi imzalayıb ki, bunun nəticəsində ölkənin neft-qaz sektoruna 95 milyard $-dan çox sərmayə yatırılıb.

Təəssüf ki, bəzi PSA müqavilələri kəşfiyyat qazma işlərinin bitməsindən sonra ləğv edilib. SOCAR-ın bu layihələrə cəlb edilmiş xarici tərəfdaşları 2000-ci illərin əvvəllərindəki aşağı neft qiymətləri şəraitində bu yataqlarda kommersiya baxımından cəlbedici karbohidrogen ehtiyatlarının aşkar edilmədiyini göstərən kəşfiyyat-qazma nəticələrindən sonra onların icrasından imtina ediblər.

Bunların arasında "Oğuz", "Yalama", "Qarabağ", "Dan Ulduzu - Əşrəfi", "Lənkəran dəniz -Talış dəniz", "Lerik dəniz - Savalan", "İnam", "Naxçıvan", "Zəfər - Məşəl", "Yanan Tava - Atəşgah - Muğan dəniz", "Kürdaşı - Araz - Kirqan", "Abşeron", "Muradxanlı - Cəfərli - Zərdab", "Hövsan-Zığ" strukturlarının kəşfiyyatı və işlənməsi üzrə müqavilələr də yer alır.

Lakin neft qiymətlərinin sonrakı artımı, bir sıra yataqlarda qazma nəticələrinin daha dərin təhlili və onların ehtiyatlarının yenidən qiymətləndirilməsi bu sahələrə xarici investorların təkrar marağına səbəb olub. Nəticədə, Fransanın «Total» şirkəti ilə "Abşeron" yatağının, Kanadanın «Zenith Energy» şirkəti ilə «Muradxanlı-Cəfərli-Zərdab» yataqlarının, Rusiyanın «Global Invest» şirkəti ilə «Hövsan-Zığ» yatağının işlənməsi üzrə PSA tipli yeni müqavilələr bağlanıb. Hazırda hər üç müqavilə üzrə fəal şəkildə iş gedir.

Belə ki, quyuların təmirindən başlayan «Zenith Energy» "Muradxanlı-Cəfərli-Zərdab" blokunda quyuların qazılması üçün 2018-ci ilin avqustunda 2,3 mln. avroluq qazma qurğusu alıb. Şirkət qazma işlərini qarşıdan gələn 18 ay ərzində aparmağı planlaşdırır. İşin məqsədi blokun neft hasilatını indiki 0,3 min barel səviyyəsindən artırmaqdır. Artıq 2018-ci ilin sonuna qədər bu həcmin 1 min barelə qədər artırılması planlaşdırılır.

SOCAR və «Zenith Energy» arasında "Muradxanlı-Cəfərli-Zərdab" blokunun işlənməsi haqqında saziş 16 mart 2016-cı ildə 25 il müddətinə imzalanıb. Layihədə «Zenith Energy» şirkətinin payı 80%, SOCAR-ınkı 20% təşkil edir. Müqavilə blokunun ümumi sahəsi 642,4 kvadrat km-dir, qalıq ehtiyatlar isə 1,8 milyon ton neft və 36 milyon kubmetr qaz səviyyəsində qiymətləndirilir.

 

«Total»ın qayıdışı

«Abşeron» yatağının işlənməsi layihəsi ətrafında daha maraqlı bir vəziyyət alınıb. Bu sahə üzrə ilk müqavilə 1997-ci ildə Amerikanın «Chevron» şirkəti (30%-lik səhm payı - operator), ARDNŞ (50%) və «Total» (20%) arasında imzalanıb. Layihəyə qoyulacaq sərmayələrin həcmi 3-4 milyard dollar, ilkin proqnozlaşdırılan karbohidrogen ehtiyatları - 1-3 trilyon kubmetr qaz və 150 ​​milyon ton qaz kondensat səviyyəsində qiymətləndirilir. Lakin 2001-ci ildə qazılmış ilk kəşfiyyat quyusu yalnız kiçik qaz axınları aşkar etdi və 2005-ci ildə xarici səhmdarların işləri davam etdirməkdən imtina etməsindən sonra müqavilə ləğv edildi.

Lakin müəyyən vaxt keçdikdən sonra «Total» bu layihənin gerçəkləşdirilməsinə dönməyə qərar verdi, amma 27 fevral 2009-cu il tarixində 30 illik müddətə yeni hasilatın pay mübadiləsi müqaviləsi imzaladı. Layihənin səhmdarları bərabərlik əsasında (50% x 50%) SOCAR və «Total»dır. 2011-ci ilin sentyabrında başa çatdırılmış kəşfiyyat quyusu bu sahədə 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat səviyyəsində qiymətləndirilən əhəmiyyətli karbohidrogen ehtiyatlarının olduğunu təsdiq edib. Bu, «Total»a SOCAR-la birgə layihə çərçivəsində gələcək əməliyyatları planlaşdırmağa və bu ilin may ayında "ABD-001" ilk hasilat quyusunun qazılmasına başlamağa imkan verib. Quyunun gözlənilən gündəlik hasilat həcmi 2 min ton kondensat və 4,3 milyon kubmetr qaz təşkil edir. Qazma işlərinin görmə müddəti 379 gün olacaq. Şirkətlər «Abşeron» yatağından ilk qazın 2020-ci ilin əvvəlində çıxarılacağına ümid edirlər.

"ABD-001" quyusunun qazılması "Abşeron" yatağının işlənməsinin birinci mərhələsinə daxildir. Bu mərhələdə hasilat ildə 1,5 milyard kubmetr qaz təşkil edə bilər, layihə çərçivəsində ən yüksək hasilat, təxminən, 5 milyard kubmetr qaz istehsalı ola bilər. Eyni zamanda birinci mərhələ çərçivəsində istehsal olunan bütün qaz Azərbaycanın daxili bazarına yönəldiləcək.

Yeni müqavilələrə gəldikdə isə, bu ilin aprel ayında SOCAR və BP Xəzər dənizinin Azərbaycan sektorundakı Şimali Abşeron sahəsində D230 perspektiv blokunun birgə kəşfiyyatı üzrə PSA tipli müqavilə imzalayıblar. Tərəflərin müqavilədə iştirak payı bərabərdir: SOCAR (50%), BP (50%). BP şirkəti layihənin ilkin iş proqramının həyata keçirilməsində operator rolunu oynayacaq.

D230 blokun haqqında praktiki olaraq heç bir məlumat yoxdur. Yalnız bu bilinir ki, orada suyun dərinliyi 150 m-dən 700 m-ə qədər dəyişir, məhsuldar təbəqələrin dərinliyi isə 3000-3500 m arasındadır. Başqa sözlə, bura Xəzər dənizinin Azərbaycan sektorunun şimal hissəsində yerləşən öyrənilməmiş ərazidir. SOCAR üçün D230 bloku neft ehtiyatlarının aşkar edilməsi baxımından perspektivli hesab olunur. 2019-cu ilin birinci yarısında burada seysmik tədqiqatlar başlayacaq. BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qeri Cons əmin edir ki, "sənaye önəmli karbohidrogen ehtiyatları aşkar edildikdə şirkət zəruri hasilat və nəqliyyat infrastrukturunun tikintisi üçün milyardlarla dollar sərmayə yatırmağa hazırdır".

 

Dəyişikliklər maraqların adını dəyişmir

Bununla yanaşı, Norveçin «Equinor» şirkəti (keçmiş «Statoil») 2015-ci ildə Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi layihəsini tərk edərək, "portfelini optimallaşdırmaq" məqsədilə öz payını (15,5%-i) Malayziyanın «Petronas» şirkətinə satandan sonra bəxtini eyni zamanda Xəzərin Azərbaycan sektorunda yerləşən iki sahənin işlənməsində sınamağa qərar verdi. Ancaq üç il sonra - bu ilin may ayında SOCAR və «Equinor» "Dan Ulduzu-Əşrəfi-Aypara" perspektiv strukturlar blokunun kəşfiyyatı və işlənməsi üzrə, «Risk Service Contract» ilə isə "Qarabağ" yatağının işlənməsi üçün PSA tipli saziş imzalayıb. Yeri gəlmişkən, "Aypara" istisna olmaqla qalan sahələr yuxarıda göstərilən tərk edilmiş layihələr siyahısında da yer almışdı. Lakin «Equinor», yəqin ki, bu sahələrdə həyata keçirilən əlavə tədqiqatların nəticələri hesabına öz istəyinə inamını artırıb.

Şirkətin Azərbaycan üzrə meneceri Karsten Stoltenberq bildirib ki, 2012-ci ildə «Equinor» şirkəti "Dan Ulduzu", "Əşrəfi", "Aypara" strukturlarında və "Qarabağ" yatağında kəşfiyyat işlərinə başlayıb. Tədqiqat zamanı bu sahələrdə quyular qazılıb, üç ölçülü (3D) seysmik kəşfiyyat aparılıb, çıxarıla bilən mövcud neft və qaz ehtiyatları aşkarlanıb - bu, 90-cı illərin sonunda əldə edilən ilkin göstəricilərlə müqayisədə daha böyük həcmdə olub. «Risk Service Contract»ın şərtinə görə isə «Equinor» müqavilə sahəsində ehtiyatları qiymətləndirmək üçün 12 ay ərzində "Qarabağ"da bir kəşfiyyat quyusu qazmalıdır. Qazmanın nəticələri layihənin ticari məqsədəuyğunluğunu təsdiqləsə, iş davam etdiriləcək. Əks halda, «Equinor» müqavilədən imtina etmək hüququna malikdir. Qazma işlərinə 2018-ci ildə başlamaq planlaşdırılır, ilkin hasilat isə 2021-ci ilə gözlənilir.

Xatırladaq ki, Qarabağ sahəsinin çıxarıla bilən ehtiyatları 16 milyon ton neft və 28 milyard kubmetr qaz səviyyəsində qiymətləndirilir. Uzaq 1996-cı ildə bu sahənin işlənməsi üçün Caspian International Petroleum Company (CIPCO) konsorsiumu yaradılmışdı və oraya Rusiya-İtaliya birgə müəssisəsi «LukAgip», daha sonra Britaniyanın «Royal Dutch Shell» şirkəti tərəfindən alınmış Amerika şirkəti «Pennzoil» şirkəti, Rusiyanın «Lukoyl» şirkəti, İtaliyanın «Agip» şirkəti və SOCAR daxil idi. Lakin 1999-cu ilin fevral ayında xarici səhmdarların işi davam etmək istəməməsi üzündən müqavilə ləğv edildi, səhmdarlar düşündülər ki, neftin o vaxt bir barel üçün 10-12 $-a bərabər qiymətləri fonunda yatağın ehtiyatlarının çıxarılması ticari baxımdan cəlbedici deyil. Xarici səhmdarlar kəşfiyyat işlərinə 130 milyon dollara qədər sərmayə qoymuşdular.

Oxşar taleh 1997-ci ildə BP və SOCAR (30%), «Unocal» (25,5%), «Itochu» (20%) və «Delta Hess» (4,5% ) tərəfindən "Əşrəfi- Dan Ulduzu" strukturları blokunun işlənməsi üzrə bağlanmış müqavilənin də qismətinə düşüb. 1999-cu ildə aparılmış qazma işlərinin nəticələrinə görə, ehtiyatları 13 mlrd. kubmetr qaz və 17 milyon ton kondensat olan "Əşrəfi" yatağı aşkar edilib. Müqavilə öz hüquqi qiymətini 7 mart 2000-ci ildə itirib.

«Equinor» üçün yeni müqavilələrin imzalanması ona özünü neft və qaz yataqlarının işlənməsi layihələrinin operatoru kimi sınamaq imkanı verməklə yanaşı, həm də uğur qazanacağı təqdirdə, şirkətin Xəzər regionundan dünya bazarlarına karbohidrogen ixracı işində mühüm oyunçuya çevrilmək üçün şərait yaradır. Azərbaycan üçün, öz növbəsində, bu layihələrin gerçəkləşdirilməsi neft hasilatından sabitləşdirilməsi və daxili bazarda qaza artan tələbatı ödəmək baxımından böyük əhəmiyyət kəsb edir.

 

Gözlənilməz cütlük

Yuxarıda sadalanan layihələrin haqqında məlumatlar müqavilələrin imzalanmasına qədər nadir də olsa, mətbuata sızsa da, «Abşeron yarımadasının dayaz şimal hissəsinin və «Qoşadaş» blokunun və neft və qaz potensialının birgə öyrənilməsi haqqında» 2018-ci ilin avqust ayında SOCAR-la Rusiyanın "Rosneft" şirkəti arasında imzalanmış saziş tam bir sürpriz olub. Müqavilənin detalları hələlik açıqlanmır.

"Qoşadaş" strukturu haqqında yalnız o bəllidir ki, o, Abşeron yarımadasının şimal-şərq hissəsində sahildən 15 km məsafədə yerləşir. Bu rayonda dənizin dərinliyi 10 m-dən 50 m-dək aralıqda dəyişir. SOCAR bir zamanlar "Qoşadaş" strukturunda mühəndis-geoloji tədqiqatlar və ikiölçülü seysmik kəşfiyyat aparıb, qiymətləndirmə quyuları qazıb. Buna baxmayaraq, strukturun ehtiyatları haqqında heç bir proqnoz verilməyib.

Bu sahənin işlənməsinə Rusiyanın LUKOYL, Britaniyanın BP və Malayziyanın «Petronas» şirkətləri tərəfindən maraq göstərilib. Özü də «Petronas» ilə 2016-cı ilin sentyabr ayında perspektivli "Qoşadaş" strukturunun da daxil olduğu blokun kəşfiyyatı, işlənməsi və karbohidrogen ehtiyatlarının hasilatı üzrə anlaşma memorandumu imzalanıb. Tərəflər 6 ay ərzində perspektivli "Qoşadaş" strukturunun da daxil olduğu blokun işlənməsi üzrə əsas ticari prinsipləri və PSA tipli müqavilənin şərtləri barədə razılığa gələcəklərinə ümid edirdilər, lakin bu, saziş imzalanmasına gətirib çıxarmadı.

Rusiya şirkəti niyə bu strukturu seçib? Bəllidir ki, "Rosneft" Rusiyanın ən böyük neft-qaz şirkətidir, karbohidrogen ehtiyatlarına və maye karbohidrogenlərin hasilatına görə publik şirkətlər arasında dünyanın ən böyük şirkətlərindən biridir. Rusiyanın neft hasilatında «Rosneft»in payı, təxminən, 41%-dir, dünya üzrə hasilatın 5%-dən çoxu onun payına düşür. Nəzər alınsa ki, "Rosneft" əsas prioritetlərindən biri kimi resurs bazasının genişləndirilməsini əsas götürür, əgər kəşfiyyatın nəticələri müsbət olarsa, onda Azərbaycan şelfinə giriş bu məqsədə nail olmaq işində töhfə verə bilər.

Digər tərəfdən "Rosneft" Rusiyada «Qazprom»dan sonra ikinci ən böyük qaz istehsalçısıdır və müstəqil istehsalçılar arasında birincidir. Şirkət Rusiyada, Vyetnamda və Venesuelada qaz hasilatı ilə məşğul olur. Perspektivdə "Qoşadaş" strukturunda önəmli təbii qaz ehtiyatlarının kəşfi "Rosneft"ə Azərbaycan vasitəsilə Avropa bazarlarına daxil olmaq üçün imkan yarada bilər və şirkət orada "Qazprom"la rəqabət apara bilər.

İstənilən halda, tədqiqatların yekun nəticələrinin necə olmasından asılı olmayaraq, onlar "Qoşadaş" strukturu barədə aydın mənzərə ortaya qoyacaqlar və Azərbaycana yataqlarının sonrakı kəşfiyyat və işlənmə planlaşdırılmasında yardımçı olacaq. Özü də Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə ölkədə qaz hasilatının artırılması prosesini intensivləşib və bu yeni yataqların işə salınması hesabına davam edəcək.

Belə ki, SOCAR 2019-cu ilin ortalarında BP ilə birgə "Şəfəq-Asiman" perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazılması üzrə işlərə başlayırlar. Yatağın ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat səviyyəsində qiymətləndirilir. Bundan başqa, ehtiyatları 400 mlrd. kubmetr qaz və 80 milyon ton kondensat olan "Babək" strukturunda ("Ümid-Babək" bloku) kəşfiyyat işlərinin keçirilməsinə hazırlıq işləri görülür.

SOCAR həmçinin "Naxçıvan" və "Zəfər-Məşəl" perspektiv strukturlarının işlənməsinə xarici şirkətləri cəlb etmək niyyətindədir. Bu sahələr üzrə də PSA kimi müqavilələr bağlanmışd



MƏSLƏHƏT GÖR:

358