23 Dekabr 2024

Bazar ertəsi, 12:08

LABORATORİYA İŞİ

Rusiya teatr rejissorları Bakı səhnəsində uşaqlara nə təklif edir

Müəllif:

15.10.2018

Teatr zamanı əks etdirən bir incəsənətdir. Həqiqət dünyanın özü kimi yaşlıdır, elə teatr sənəti də. Artıq çox əsrlərdir ki, teatrın ölməsi, bir sənət forması kimi tükənmiş olması və insanlara təklif etməyə daha bir şeyi olmaması barədə çox danışılır. Ancaq teatr heç nəyə və heç kimə baxmayaraq yaşayır və inkişaf edir, görkəmini dəyişir.

Bəs, hər əsrdə yaranan teatr işi böhranı nə ilə bağlıdır? Bu, ayrı mövzunun məsələsidir. Ancaq keçmiş SSRİ-nin geniş ərazisində teatr prosesinin dərin bir böhran yaşadığı faktdır və mübahisə doğurmur. Amma bu da var ki, bəzi yerlərdə müasir inkişaf prosesi və izləyicilərlə davamlı dialoq yollarının axtarışı daha intensiv, bəzi yerlərdə nisbətən zəif müşahidə edilir, bəzi yerlərdə isə heç görünmür. 

Azərbaycanda 2009-cu ildə teatr işinin təkmilləşdirilməsi üzrə dövlət proqramı işə salınıb. Proqram çərçivəsində ötən illər ərzində Bakı teatrları digər ölkələrdən quruluş qruplar, rejissorlar, rəssamlar dəvət edərək birgə beynəlxalq tamaşa layihələr həyata keçiriblər. Məsələn, Səməd Vurğun adına Rus Dram Teatrı əsasən Rusiyadan rejissorlar və rəssamlar dəvət edib. Bu, tamamilə məntiqlidir, çünki birgə yaradıcılıq müasir rus dilinin birləşdirici mədəniyyət fəzası tərəfindən motivasiya edilir. Keçən iki il ərzində Aleksandr Aleksandroviç Kalyaginin rəhbərlik etdiyi Rusiya Teatr Xadimləri İttifaqı, Sankt-Peterburqda Sergey Şubanın rəhbərlik etdiyi «Baltik Evi» teatr festivalının əsasında təsis edilmiş Rus Teatrları Assosiasiyası xaricdəki rus teatrlarına peşəkar və yaradıcı dəstək göstərilməsi üçün çox sayda proqramlar işləyiblər.

 

Yaxşıolarki, sizbizəbuyurun

Rusiya Teatr Xadimləri İttifaqı (Moskva) yanında Xaricdəki Rus Teatrlarına Yardım Mərkəzinin belə proqramlarından biri çərçivəsində sentyabrın ikinci yarısında S. Vurğun adına Dövlət Rus Dram Teatrına gəlib iki rejissor – Kirill Zavorixin və Aleksey Kuzmin-Tarasov gəlmişdi, nümayəndə heyətinə isə mərkəzin prodüseri Aleksey Valiyev-Kornilov rəhbərlik edirdi. Rusiya Teatr Xadimləri İttifaqı ilə teatr arasında əldə edilmiş anlaşmaya əsasən mərkəzin proqramlarından biri - gələcək tamaşanın eskizinin yaradılması üzrə laboratoriya rejissor işi yerinə yetirilib. Keçmiş bakılı Oleq Loyevskinin uğurla başladığı bu praktika artıq on illərdir ki, Rusiya Federasiyasında gerçəkləşdirilir. Bu, gənc rejissorlara özləri barədə bütün yaradıcılıq imkanları çərçivəsində bəyan etməyə, bununla da, peşədə itib-batmamağa imkan verir, teatrlara isə ölçüb-biçilmiş seçim üçün şərait yaradır. Çünki eskiz gələcək tamaşanın ilkin görüntüsü kimi rejissorun səhnə düşüncəsini qeydə alan əsas vasitədir.

Aleksey Valiyev-Kornilov, prodüser, Xaricdəki Rus Teatrlarına Yardım Mərkəzinin əməkdaşı:

- İki il bundan əvvəl Xaricdəki Rus Teatrlarına Yardım Mərkəzi, bir neçə illik fasilədən sonra, öz fəaliyyətini bərpa etdi və Mərkəzin rəhbəri Dmitri Mozqovoyun iştirakı ilə MDB ölkələrindəki, Gürcüstandakı və Baltikyanı ölkələrdəki teatrlara yardım etmək üçün geniş proqram hazırlandı. Bu, iki istiqamətdə aparılır. Birincisi, aktyor, səhnə nitqi, plastika, səhnə döyüşləri və s. üzrə master-klassların aparılması üçün mütəxəssislər ezam edildi. Bu layihə çərçivəsində iyun ayında Sankt-Peterburqdan aktyorluq məharəti üzrə pedaqoq Alisa İvanova "Demidov eskizləri" ilə Bakıya gəldi. Bu proqramın ikinci istiqaməti daha genişdir. Bu, tam formatlı bir tamaşanın quruluşu ilə nəticələnəcək eksperimental cizgini nəzərdə tutan rejissor laboratoriyasıdır. Yaradıcı və peşəkar tanışlığın ilk mərhələsində rejissorlar dörd gün ərzində cizgilər yaradır, bunu lap gələcək tam formatlı tamaşanın ilkin görüntüləri də adlandıra bilərsiniz. Teatrın bəyan etdiyi mövzuda bir eskiz seçildikdən sonra onlar müzakirə mövzusu olacaq. Bu dəfə teatr belə bir mövzu verdi: rus xalq nağılları.

 

Uşaqlar üçün eskizlər  

Rus Dram Teatrının səhnəsində dörd gün ərzində rejissorlar tərəfindən bu iş üçün seçilmiş aktyorlarla intensiv məşqlər keçirildi. Kirill Zaborixin A.Puşkinin "Yatan gözəl və yeddi qəhrəman" nağılının, Aleksey Kuzmin-Tarasov isə Rusiyanın "Kroşeçka-Xavroşeçka" nağılının motivləri əsasında "Qorxulu nağıl" cizgilərini qurub.  

Laboratoriya cizgilərinin göstərildiyi gün teatrın aktyorları və əməkdaşları ilk tamaşaçılar oldular. Hər iki Moskva rejissoru öz sənətkarlıq səviyyələrini nümayiş etdirdilər, quruluş stilistikasında indi populyar olan oyun teatrı istiqamətini göstərdilər. Bu cür quruluş yanaşması və aktyor oyunu Bakı teatrı üçün alışılmış deyil, ancaq müasir Rusiya teatrlarında artıq özünə yer edib.

Biz, əlbəttə, uşaqlarımızın uşaq olduğunu anlayaraq, bizi yanlış anlamalarından qorxaraq, onlarla dialoq üçün çox sadələşdirilmiş bir teatr dili icad edirik - onlar saçları ağarana kimi bizim üçün uşaq olaraq qalırlar. Rusiya rejissorları isə müasir dünyanın sərtliyini nəzərə alaraq, öz kiçik tamaşaçılarını əzizləmirlər, səhnə və zal arasında zamanın dilində dialoq qururlar, nəzərə alırlar ki, müasir uşaqlar artıq planşet və ayfonla işləyə bilirlər. Bəzən bunu böyüklərdən qat-qat yaxşı edərlər!

İndi rejissor cizgilərinin nəticələri teatrda təhlil ediləcək, bütün «hə» və «yox»lar götür-qoy ediləcək. Asan iş deyil - hər iki rejissor yüksək səviyyəli peşə hazırlığı və özlərinə xas quruluş imzası nümayiş etdiriblər. Qərar qəbul edildikdən sonra teatr Rusiya Teatr Xadimləri İttifaqı yanındakı yardım mərkəzi və yaradıcılıq əməkdaşlığının davam etdirilməsi üçün seçilmiş rejissorla müqavilə imzalayacaq. Tamaşaya quruluş 2019-cu ildə veriləcək.  

Azərbaycanın xalq artisti, Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski və Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, teatrın direktoru Ədalət Hacıyev laboratoriya rejissor cizgiləri barədə təəssüratlarını «R+»la bölüşüblər.  

Aleksandr Şarovski: - Hər iki işin nəticələri xoşuma gəldi. Uşaqlar yüksək səviyyəli peşə hazırlığı nümayiş etdirdilər. Buna görə də onların hansı birinə üstünlük verməyi müəyyənləşdirmək çətindir. Bir laboratoriya eskizinin seçilməsi barədə qərar vermək üçün vaxt lazımdır. Bunu etmək asan deyil. Quruluşçu rejissor dili teatrımıza gələnlərdən daha böyük uşaqlar üçün nəzərdə tutulub. Bu barədə düşünəcəyik. İndi isə bu eskizlərdə iştirak etmişlərin hamısını təbrik edirəm. Aktyorlar və rejissorları yaradıcılıq prosesində ən mühüm məsələ - qarşılıqlı anlaşma ilə bağlı təbrik edirəm.

Ədalət Hacıyev: - Rus dilinin və rus teatr mədəniyyətinin daşıyıcısı olan bir teatr kimi bizə Rusiya ilə mədəni, professional və yaradıcı tandem həmişə mühüm və zəruri olub. Əgər on il bundan əvvəl "2009-2019-cu illərdə teatr sənətinin inkişaf etdirilməsi haqqında" prezident fərmanına əsaslanaraq, buna biz özümüz təşəbbüs göstərirdiksə, hazırkı mərhələdə isə Rusiyanın bir çox strukturları bizimlə əməkdaşlığa can atırlar. Mən məmnunluqla vurğulayıram ki, proses qarşılıqlıdır və bu gün artıq nəticə verir. Keçən ilin sonunda Rusiyanın "Böyük qastrollar" dövlət proqramı çərçivəsində teatrımız Smolensk, Velikiye Luki və Pskovda tamaşalarla çıxış edib. Elə həmin proqram çərçivəsində Sankt-Peterburqdan Böyük Dram Teatrı, Moskvadan Mayakovski teatrı bizim teatrın səhnəsində qonaq oldu. Bizim izləyicilərimiz sevinclə Alisa Freyndlix, Oleq Basilaşvili, Yevgeniya Simonova və digər aktyorların oyunlarını görməyə gəldi. Bizim baş rejissor Aleksandr Şarovskinin üzv olduğu Rus Teatrları Assosiasiyası (Sankt-Peterburq, «Baltik Evi» teatr festivalı) isə keçən il səhnə hərəkəti, səhnə döyüşü və plastika üzrə aparıcı mütəxəssis İqor Kaçayevi bizə ezamiyyətə göndərdi. Üç gün ərzində onun master-klass dərsləri oldu və bizim aktyorlardan əlavə o qədər istəyən oldu ki, biz Mədəniyyət və İncəsənət Universitetinin ovaxtkı rektoru Fərəh Əliyevaya müraciət edərək bizi məşğələ üçün yerlə təmin etməsini xahiş etdik. Alisa İvanovanın master klassı "Demidov etyüdləri" ilə də belə alındı və orada Universitetin aktyorluq sənəti üzrə müəllimləri də iştirak etdilər. Bizim universitetlə sıx əməkdaşlığımız həmişə müsbət nəticələr verib. Mən hesab edirəm ki, bir çox məsələlərin həlli üçün bu, çox müasir yanaşmadır.

- Ancaq siz hələ eskiz seçimi haqqında heç bir şey söyləmədiniz. Hər hansı bir qərar varmı?

- Biz hələ baş direktorla bu məsələni müzakirə etməyə vaxt tapmamışıq. Hər iki eskiz xoşuma gəldi. Hər ikisinin də səhnə həyatına hüququ var. Amma bir "amma" var: bizə uşaqlar 3 yaşlan 9 yaşa qədər gətirilir və mən bu "eskizlərin" həmin yaşlara uyğun olacağına əmin deyiləm.

- Bəlkə, bunu praktikada yoxlamaq lazımdır? Böyüklər bəzən səhv edə bilirlər...

- Ola bilər. Amma əminliklə söyləyə biləcəyim bir şey var: hər ikisi yaxşı peşə imzasına sahibdirlər və hər biri özlüyündə maraqlıdır. Yəni Rusiya Teatr Xadimləri İttifaqına və cənab Aleksandr Kalyaginə minnətdarlığımızı bildiririk.

Qonaqların gözü ilə ...

Gərək, oxucu bizi bağışlasın, ancaq jurnalistlərin bizim qonaqlara verməyi sevdiyi ənənəvi suallardan qaçmaq mümkün olmadı. Bu, soruşmaq üçün başqa bir şey olmadığına görə deyil. Həqiqətən, olduqca maraqlıdır: cəmi dörd gündə yaradıcı peşə insanları şəhər və sakinləri haqqında, çoxu onların sayəsində bizi özümüzə fərqli gözlərlə baxmağa məcbur edən teatr aktyorları haqqında nə anlaya biliblər?  

Kirill Zaborixin, Rusiya Teatr İncəsənəti Akademiyasının rejissorluq şöbəsinin məzunu (Sergey Jenoviçin emalatxanası, 2018):

- Bakıda ilk dəfədir ki, oluram. Memarlıq inciləri o qədər heyran qoyur ki, baxa-baxa insan yolunu itirə bilər, getməyin lazım olmadığı yanlış istiqamətə dönə bilər. Amma bu qorxulu deyil, çünki Bakıda gözəl insanlar yaşayır. Onlar istənilən an köməyə gəlməyə hazırdırlar: suala cavab verərlər, yol göstərərlər və istənilən məlumatı bölüşərlər. Özü də bunu istənilən dildə edə bilərlər! Həyatımda ilk dəfə hiss etdim ki, məhz bu şəhərdə nitqə müraciət etmədən ünsiyyət qurmaq və yaşamaq olar! İşə, yaxud aktyorlarla birgə yaradıcılığa gəldikdə isə, Fomenko demişkən, biz "qarşılıqlı heyranlıq" əldə etdik. Biz bir-birimizi anlamağın yolunu çox tez tapdıq. Göstərdiklərimizin əksəriyyəti estetik gerçəkliyin birgə aranması nətiəsində oldu, bu, mənim əldə etdiyim məktəbə xas arama idi və onun fəndləri ilə aktyorları da tanış etdim. Onlar hər şeyi çox tez başa düşdilər və etüd cizgilərinin bir çox variantları bizimlə birgə tapıldı. Mən artistlərin hamısına işləməyə hazır olduqlarına görə, teatrın rəhbərliyinə mənə lazım olan laboratoriya eskizlərini özüm seçmək imkanı verdiklərinə görə minnətdaram.

Aleksey Kuzmin-Tarasov, Rusiya Teatr İncəsənəti Akademiyasının rejissorluq şöbəsinin məzunu (E.Kamenkoviç və D.Krımovun emalatxanası, 2011): - Bu günlərdə, demək olar ki, heç nə görmədim. Ancaq gördüklərim də qarışıq hisslər doğurdu. Qarışıq memarlıq üslubları və onlarda əks olunan dövrlər daha çox narahatlıq hissi yaradır. Hoteldən teatra gedən yol şəhər barədə tam olmayan təsəvvür yaratdı. Amma aktyorlarla işə gəldikdə isə, deyə bilərəm ki, mən onları şəhərdən daha yaxşı tanıdım. Onlarla "Qorxulu nağıl" icad etmək maraqlı və asan idi. Onlarla heç bir problemim yox idi ...

Layihə sona çatdı. Növbəti nədir? Gələn il aktyorlar və Bakı tamaşaçıları onlardan hansı ilə görüşəcəklər? Amma hələliksə Rus Dram Teatrı 98-ci teatr mövsümünü Azərbaycanın xalq yazıçısı Anarın "Təhminə və Zaur" kimi tanınan "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında hazırlanmış "Mənim yuxularımdan çıx" adlı tamaşa ilə açdı.



MƏSLƏHƏT GÖR:

377