Müəllif: Valentina REZNİKOVA
Adətən, hesab edilir ki, aktyorluq bir ictmai sənət olduğu üçün aktyorun özünün hər zaman diqqət mərkəzində qalmaq istəməsini zəruri edir. Lakin bu, heç də həmişə belə deyil. İstisnalar da var. Rus Dram Teatrının (RDT) aktyoru, Azərbaycanın əməkdar artisti Fuad Osmanov da məhz bu istisnalardandır. O da kameraları sevmir: nə fotoaparat, nə də kino kameralarını. Hə, məhz sevmir. Filmlərə dəfələrlə çəkilsə də, kameranı "sevməyə" alışa bilməyib. Onun peşə həyatında belə bir sevgi romanı olmasa da, o, buna heç təəssüf də etmir, çünki özünü teatr aktyoru sayır. Çünki teatr onun üçün hər şeydir: həm ikinci evi, həm yaradıcılıq axtarışlarının əzabı, həm analitik düşüncənin inkişafı, həm özünü axtarış yolu, həm də peşəkar təcrübə imkanı. Bir sözlə, artıq uzun müddətdir ki, teatr onun həyatının mənası və tərzinə çevrilib. O, müsahibə verməyi də xoşlamır. O, hesab edir ki, jurnalist aktyor və tamaşaçı arasında vasitəçi kimi çıxış edə bilməz. Bu tərəflər arasında açıq dialoq üçün tamaşalar var və bu tamaşalar aktyor barədə izləyicinin bilmək istədiyi hər şeyi "söyləməlidir". Əlbəttə ki, peşə baxımından bilmək istədiyi. Şəxsi həyatına gəldikdə, bu, yalnız ona və ailəsinə məxsus olan bir məkandır. Ora kənar adamların girişi qadağandır.
- Mən aktyorluq fakültəsini (Azərbaycanın xalq artisti Şəfiqə Məmmədovanın sinfini) bitirmişəm və Andrey Balıkinlə birlikdə Rus Dram Teatrına təyinat almışam. İlk gündən bizi montaj sexinə götürdülər və biz Odessaya qastrola getdik.
- Siz də razılaşdınız?
- Heç kim bizim razı olub-olmadığımızı soruşmadı. O zamanlar (90-larda) qayda belə idi. Səhnə arxasında bir neçə aylıq əmək terapiyası nəticəsində yaradıcılıq prosesi barədə öyrəndiklərin köməkçi heyətdə illərlə qazandığın təcrübədən qat-qat çox olur. Ancaq artıq sentyabr ayında məzuniyyətdən döndükdən sonra bizə "səssiz" nağıl personajı rolunu etibar etdilər. Sevincimizin həddi-hüdudu yox idi: bizə səhnəyə çıxmaq və böyük sənətkarlarla birlikdə oynamaq üçün icazə verildi! Sanki bizi də, nəhayət, seçilmişlər sırasına aid etmişdilər. İnanılmaz idi - biz teatra gəlirik və əfsanəvi aktyorlarla eyni məkanı bölüşürük. Məlik Dadaşov, Lev Lazareviç Qruber, Rahil Solomonovna Ginzburq, Tatyana Qross, Aleksandr Şarovski kimi əfsanələrin oynadıqları səhnəyə çıxırdıq ...
- Onlardan hansını o vaxt daha nüfuzlu sayırdınız?
- Onların hər biri böyük şəxssiyyət idi. Hər birindən nəsə bir şey öyrənə bilirdik. Məsələn, Qruberdən personajın xarakterinin dərin analitik tədqiqini, Məlik Dadaşovdan psixoloji oyunun incəlikləri öyrənirdik. Onun oyunu məni ovsunlamışdı. O, misilsiz bir ustad idi, personajda elə ifadəli detallar tapırdı ki, bu çox inandırıcı və önəmli olurdu və tamaşanı unudulmaz edirdi. Mən Mendel Qreekin "Qürub" tamaşasında məhz onun necə öldüyünü hələ də ən kiçik xırdalığına qədər xatırlayıram. Onun bu tamaşadakı oyunundan aldığım duyğu sarsıntısını hər dəfə yenidən yaşayıram.
- Kişilərin uşaq yaşından aktyor olmağı arzulaması, səhnəyə çıxmağa can atması məni həmişə təəccübləndirib. Sizin də uşaqlıqdan səhnə arzusunda olduğunuzu düşünəndə bu, sizinlə bağlı təsəvvürlərimlə təzad təşkil edir. Axı, siz müsahibələrdən, kino və televiziyalardan qaçırsınız.
- Mən heç vaxt arzulamamışam. Bütün bunlar öz-özlüyündə baş verib. İndi başa düşürəm ki, rəqs və mahnı oxumaqla təbiətimdə olan özünü ifadə etmək istəyi mənə anamdan keçib. O, çox istedadlı idi: gözəl oxuyurdu, rəqs edirdi və pianoda çalırdı. Öz-özünə öyrənməsinə baxmayaraq, məndə buna sevgi yarada bildi. Bu, onun ruhunun təbii halı idi və mənə də ötürüb. Evdə daim qonaqlarımız olardı və ailə konsertlərimizə hər kəs alışmışdı, normal sayılırdı. İstirahət saatlarında bu cür ünsiyyət modeli də tamamilə tanış və alışmış sayılırdı. Nə vaxtsa anam mənim Müslüm Maqomayev kimi böyük bir müğənni olmağımı istəyərək məni bir xoreoqrafiya məktəbinə apardı, mən də bunu evdəki improvizasiya konsertlərinin davamı kimi qəbul etdim.
- Amma niyə məhz xoreoqrafiya, niyə məsələn, musiqi məktəbinin vokal sinfinə deyil?
- A-a-a, bax, bu, mənim fiziki sağlamlığımı gücləndirmək üçün edilmişdi! Göründüyü kimi, kimsə mənim anama yaxşı məsləhət verib. Yaxşı rəqs etdiyimə görə, anam belə qərara gəlib ki, tədris xoşuma gələcək. Əslində, belə də oldu. Sonra mən Fərhad Vəliyevin rəhbərliyi altında xoreoqrafik miniatürlər ansamblında çalışdım, orduda xidmət etdim və 1986-cı ildə M. Əliyev adına İncəsənət İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universitetinə) daxil oldum.
- Niyə məhz aktyorluq?
- Marağıma görə. Özünü başqa bir insan kimi hiss etmək maraqlı idi. Beləliklə, xalq artisti Şəfiqə Məmmədovanın kursuna düşdüm, daha sonra onun sevimli tələbələrindən birinə çevrildim.
- O, sizə gələcək peşənizi doğru seçdiyinizi anlamaqda yardımçı oldu?
- O, peşəni və teatrı sevməyi öyrətdi. Səhnə sənətinin sirlərinə praktiki aşinalıq universitetini isə mən burada - RDT-da oxudum.
- Sizin bu gün bu sənətdə bilməli və bacarmalı olduğunuz hər şeyi bilib və bacardığınızı deyə bilərsinizmi?
- Zarafat edirsiniz? Aktyor peşəsində "hər şeyi" bilmək və bacarmaq mümkün deyil. Həyat öz yerində dayanmır. O inkişaf edir və görüntüsü dəyişir. Onunla birlikdə teatr da, aktyor peşəsi də dəyişir. Sanıram ki, bu peşə haqqında nələrisə bacarıram, anlayıram və bilirəm. Daha öncədən bilinən nələr barədəsə yenidən düşünürəm. Nəyisə özümçün yenidən tapıram. Məsələn, anlayışlar sırasından - "teatrda işləmək" və "teatra xidmət etmək" anlayışlarını. Əvvəllər mənə elə gəlirdi ki, bunlar, eyni şeydir. Yalnız köhnəlmiş "xidmət etmək" yerinə feilin daha çağdaş forması - "işləmək" istifadə olunur. Amma yox! İş bunda deyil, anlayışdadır. "İşləmək" yorucu işi yerinə yetirmək, "xidmət etmək" isə daimi yaradıcılıq prosesində olmaq deməkdir.
- Səhnə yoldaşlarınızla "birgə yaradıcılıq prosesində olmaq" sizin üçün nə deməkdir?
- Bu, tərəf müqabili ilə qarşılıqlı təsir strukturunun işlənməsi deməkdir. Başqa aktyorlarla birlikdə səhnəyə çıxmaq, rejissorun mizan səhnəsini pozmadan mətni oxumaq - hələ tərəf müqabili olmaq demək deyil. Tərəf müqabili olmaq ayrıca bir vergidir.
- Amma səhnəyə çıxan hər kəs aktyor hesab edilə bilməz! Bəziləri özlərini aktyor saysa da, uzun teatr həyatlarında buna nail ola bilmirlər. Mətni öyrənmək və səhnədə hərəkət etmək bu peşəyə aid olmaq üçün yetərli deyil.
- Mən aktyor olmaq haqqına sahib olanlardan danışıram. Bu arada, səhnədə hərəkət etmək özü də bacarıq və biliklər tələb edən bütöv bir elmdir.
- Razıyam. Düşünürəm ki, "yorğanı öz üstünə çəkmək" istəyi bir peşəkar kimi özünə əmin olmayan insanlara xasdır. Yoxsa, sizcə, belə bir özünə vurğunluq hissi peşəkar yox, insan xarakterinə xasdır?
- Hesab edirəm ki, bu, həm insani, həm də peşəkar amildir. Bunları ayırd etmək çətindir və buna gərək də yoxdur.
- Səhnədə yaxşı tərəf müqabili nə deməkdir?
- Bu, peşəkar bir həzdir. Bir-birini, demək olar ki, dəriyə qədər hiss edərək, həmahəng nəfəs almaq kimidir. Yalnız bu şəraitdə, bəlkə də, yüzüncü dəfə oynadığınız tamaşa əsnasında yarada bilərsiniz, nəzəriyyəçilərin yüksək dilində böyük hərflərlə incəsənət adlandırılan yaradıcılıq ortaya qoya bilərsiniz.
- Sizin səhnə təcrübənizdə bu halı yaşamaq alınıbmı?
- Əlbəttə! Əgər siz bir dəfə bu hala "düşdünüzsə", ona qovuşmağa təkrar-təkrar çalışacaqsınız. Buna görə, aktyorlar arasında "mənim tərəf müqabilim» ifadəsi yalnız tərif deyil, həm də həmkarının bacarıq səviyyəsinin etirafıdır.
- Son illərdə siz repertuar işləri ilə o qədər də yüklənmirsiniz. Məhz bu peşəni seçməyinizə görə təəssüf etmirsiniz ki?
- Yox. Mənim peşəm - gündə 24 saat əql və ruh halımdır. Əgər yeni bir rol üzərində iş yoxdursa, davam edən tamaşalar var, repertuar afişasından çıxarılmayana qədər onların üzərində işləmək olar. Mən peşə ilə davamlı dialoqda olmaq ehtiyacı duyuram.
- Bəs, elə rollarınız varmı ki, o xarakteri ideal ifadə edə bilmədiyinizi düşünürsünüz?
- Hə. Özü də bir deyil. Amma ən çox mən Şarovskinin "Kral oyunları" tamaşasındakı Kromvel roluma təəssüf edirəm. Gərək, olan səviyyəyə "çatdırmadım". Hələ də buna təəssüf edirəm. İndi Kromveli başqa cür oynayardım.
- Arxaya, 30 illik keçmişə boylanaraq, indən belə heç vaxt oynaya bilməyəcəyiniz rollardan oynamaq istədiyiniz, ancaq oynamadıqlarınızı sadalaya bilərsinizmi?
- Məndə Hamleti və ya məsələn, Romeonu oynamaqla bağlı həddindən artıq böyük bir arzu yox idi. Ancaq gəncliyimdə Ostap Benderi və ya Otellonu oynamaq istərdim. Otellonu niyə? Ona görə ki, mən həmişə çox qısqanc olmuşam. Mənə elə gəlirdi ki, Otellonun qəzəbini heç kim mənim anladığım qədər başa düşə bilməz. Amma sonra ... Gəncliyimdə o qədər yaşlı qəhrəmanları oynadım ki, gənclər üçün sadəcə vaxt qalmadı! Oynaya bilmədiyim gənc qəhrəmanları indi yaşımdan asılı olaraq, artıq oynaya bilmirəm. Yəni bu barədə danışmağın nə mənası var? Etmək istədiyim tək şey maraqlı bir pyesdə oynamaq, qeyri-adi bir xarakterli maraqlı bir rol üzərində və maraqlı bir rejissor ilə işləməkdir.
O, danışdı, biz də müxtəlif illərdə səhnəyə qoyulmuş bütün personajlarını xatırladıq, sonra keçmişə səyahət edərək teatr tarixinə çevrilmiş Səyyar satıcı ("Yaz və duman"), Fedya ("Xoş qadın"), Lui Lamar ("Sev məni, əzizim"), Ədəbi işçi ("Mənim sevimli dəlim"), Ser Tobi Belç ("Nə olursa olsun!") və başqa rollarını xatırladıq. Keçmiş illərin qəhrəmanları və bu gün səhnədə yaşayan qəhrəmanlar. Komediyalar, dramlar, faciələr, melodramlar - aktyor Fuad Osmanovun özünü rahat hiss etdiyi teatr janrlarıdır. Bu qısa siyahıda Rus Dram Teatrının səhnəsində faciə ilahəsi Melpomeneyə otuz illik xidmət ərzində aktyor tərəfindən yaradılanların üçdə biri yoxdur. Amma nağıllar, parodiya miniatürləri, parodiya şou-tamaşları da olub!
- Özünüzü istənilən janrda eyni cür sərbəst hiss edə bilən aktyor hesab edirsinizmi?
- Mən bu suala müsb
MƏSLƏHƏT GÖR: