Müəllif: Allanna LƏSKƏNLİ
O, 2018-ci il mayın 4-də Yerdən göylərə ucaldı və ulduzların zirvəsini fəth etdi. Əfsanə-aktyor, əfsanə-kişi doğum gününü görmək üçün 20 gün dözə bilmədi...
Bir il sonra aktyorların azad birliyi öz təşəbbüsü və arzusu ilə "Köhnə telefon" adlı bir tamaşa qoydu. Tamaşanın əsasında Pol Villardın "Gerçək əhvalat" hekayəsi dayanır. Çox qısa hekayə 1966-cı ildə Amerikanın populyar "Riderz Daycest" jurnalında çap olunmuşdu. Bir neçə on il sonra XXI əsrdə Jivoy Jurnalda ("Samizdat", 2011) bu hekayə "Köhnə telefon" adı altında Yevgeniya Qorovetsin (Nyu-Yorkda yaşayır) tərcüməsində rusca dərc edilmişdi. Lakin bu hekayəni "Operator –Zəhmət - Olmasa" adı altında başqa müəlliflərin tərcüməsində də tapmaq olar. Bu, minnətdarlıqla bağlı həssas və parlaq "Həqiqi Hekayə"dir. Təklikdən və qorxulardan qurtaran,ədalətsizliklərdən, bəla və şərlərdən bir qalxan kimi qoruyan sevgiyə görə minnətdarlıq hekayəsi.
Hekayədən sitat: "Bizim evə telefon çəkiləndə, mən çox kiçik idim - şəhərimizdə ilk telefonlardan biri idi. O böyük, qutuya bənzər cihazlar yadınızdadırmı? Divardan asılı telefonun parıldayan dəstəyinə çatmaq üçün boyum hələ çox qısa idi və həmişə valideynlərimin telefonla danışığına heyran olurdum. Daha sonra mən anladım ki, bu gözəl dəstəyin içərisində "Operator –Zəhmət - Olmasa" adlı bir adam oturur. Və dünyada bu kiçik insanın bilməyəcəyi bir şey yox idi ".
Göylərin qisməti
Yevgeniya Qorovetsin tərcüməsi internetdə yayılmağa başladı, oxucuları ovsunladı və onlar da çox həvəslə tərcüməni sosial şəbəkələrdə öz səhifələrində paylaşdılar. Bir gün rejissor və aktyor Abdulqani Əliyevin qızı bu hekayəni yüksək səslə atasına oxudu.
"Həmin andan başqa bir şey barədə düşünə bilmədim. Bu hekayə başıma möhkəm girdi və bir dəqiqə də olsun məni buraxmadı. Nə etdimsə, hara getdimsə, bu oğlanın hekayəsi mənim başımdan çıxmadı. Mən anladım ki, onu tamaşaya qoymaq istəyirəm."
Daha sonra hadisələr, demək olar ki, mistik bir şəkildə cərəyan edir. Eyni vaxtdaEstoniyada yaşayan bir qadın həmvətənimiz aktyor Hikmət Rəhimova müraciət edərək, onun iştirakı ilə tamaşa qoyulması barədə təkliflə çıxış edir. Aktyor qastrol layihəsi hazırlamaq təklifi ilə Abdulqaninin yanına gəlir. Həmin anı mistik hesab etmək olar. Çünki məhz həmin anda vəziyyətə nəzarət edən ulduzlar, ehtimal ki, eyni nöqtədə – maraqlar nöqtəsində bir araya gəldilər: qadın həmvətənimiz - rejissor - aktyor.
Hikmət dərhal tamaşanı xalq artisti Fuad Poladova həsr etməyi təklif etdi. Çünki Fuad Poladov onun üçün həmişə "Operator - Zəhmət - Olmasa" olub, ona öyrədib ki, «başqa dünyalar da var, orada da oxumaq mümkündür». O (Poladov), gənc həmkarları üçün heç də mentor tipli müəllim, peşədə meqaavtoritet deyil, sadəcə İnsan idi və yeni başlamış aktyorun nə qədər çətin olduğunu anlayırdı. Birildən artıqdır ki, o yoxdur,lakin bu günə qədər hələ də onun barəsində danışanda "Fuad müəllim" sözlərini sevgi, hörmət və ehtiramla səsləndirirlər. Fuad Poladov həmişəlik onlar üçün insan və peşə ləyaqətinin nümunəsi olaraq qalacaq. Həm həyat yolu ilə, həm də peşə yolu ilə nəcib və inamla addımlayıb. Öz çiynində şərəflə gözütox peşəkarın yükünü daşıdı və öz praktiki münasibəti ilə göstərdi ki, teatr muzası vurnuxanlara dözmür. Yalana və əsassız ehtiraslara, dikbaşlığa, həsədə və intriqalara da dözmür. İddiaların təmin olduğu yeganə yer səhnədir. Bu isə özünü fəda etmə prosesinin nəticəsidir, elə bir prosesdir ki, əgər "özünü incəsənətdə deyil, incəsənəti özündə" qiymətləndirirsənsə, bütün düşüncələrini və duyğularını bütünlüklə götürər, səhnəarxası didişmələrə yer qoymur.
Buna görə də, Rus Dram Teatrında onunla birlikdə səhnəyə çıxmaq xoşbəxtliyi yaşamışlar bu gün də belə deyirlər: "Fuad müəllim dedi ki, ...", "Fuad müəllim heç vaxt bunu etməzdi, "Fuad müəllim belə deyərdi, ...", "Fuad müəllim bunu bəyənməzdi...". "Bəyənmədi!"
Ölüm - YOXDUR!
Amma o, heç zaman öyüd verməzdi, yüksək səslə danışmazdı, heç kimi söyməzdi, hətta rolla aktyor arasında münasibət alınmasa belə. O, gənc həmkarlarının ləyaqətinə hörmətlə yanaşmağı, dikbaşlıqlarını bağışlamağı bacarırdı. Onların teatr etikasında nəsə oturuşmuş normativ anlayışlarına uyğun gəlmirdisə, o, buna qarşı amansız olurdu və sərt yanaşırdı. Bu isə insana bir yığın məzəmmət sözündən daha güclü təsir edirdi. Axşamda artistlər, Azərbaycan xalq artisti Fuad Poladovun həmkarları və dostları xatırlayaraq, bu barədə çox danışdılar. Bu insana, aktyora, şəxsiyyətə bir sevgi etirafı, bir himn kimi Abdulqani Əliyevin «Köhnə telefon» tamaşası səsləndirildi.
Yaşlı bir qəhrəmanın xatirəsi üzərində qurulan retrospektiv tamaşanın başlanğıcında onun adı səslənir - Poladdır. Bu, rejissorun bilərəkdən Poladov soyadına yönəltməsidir. Hekayənin müəllifində qəhrəmanın adı - Poldur. Salonda oturan izləyicilər tamaşa müəllifinin cürətinə müsbət cavab verirlər və tamaşaya dalırlar. Aktyor Hikmət Rəhimov həmkarları Münəvvər Əliyeva və Fidan Bayramova ilə birlikdə qəhrəmanın həyatını məktəbəqədər yaşdan ağsaçlı ahıllıq yaşına qədər yaşadılar. O həm də telefon dəstəyinin müdafiə, sevgi və dəstək hissi verən xilaskar səsi olmağı bacarmış İnsan Fuad Poladov üçün himn oxudu.
Tələsmədən beş dəqiqə ərzində oxuna bilən hekayə əsasında səhnələşdirilən tamaşatəxminən iki saat çəkdi. Sonda, səhnə hekayəsi başa çatdıqdan sonra ekranda Fuad Poladovun portreti – çox canlı və hər kəs üçün çox əziz olan üzü göründü. Stop kadrda birdən-birə Azərbaycanın xalq artisti Lüdmila Duxovnayanın ifasında Ələddin Yaqubovun "Zati-Aliləri Aktyor" şeiri səsləndi.
Onun tamaşalarda uzun illər boyunca tərəfdaşı olmuş xanım tərəfindən səsləndirilən sözlərin avazının kamera etibarı səhnədə olanlarla zalda oturanlar arasında qeyri-adi bir qarşılıqlı anlaşma mühiti yaratmışdı. Elə bir duyğu yaranmışdı ki, «Zati-Aliləri Aktyor» - Fuad Poladovun ona təşəkkür və sevgisini göstərmək üçün gələn hər kəslə açıq dialoqa girib. Çünki o, bütün bu illərlə onlarla birlikdə olmuşdu, olduğu kimi görünmüşdü, GÖRÜNMƏYİ yox, OLMAĞI bacarmışdı. Şeirinin sonuncu bəndi səsləndi:
Orada, o əbədi Tanrı önündə -
Kral monoloqunu özü oxuyacaq,
Və onun yolunun Sonunda
Səhnəyə Tanrının özü çıxacaq!
Və sürəkli alqış selinə səbəb oldu. Tamaşaçılar rejissorun Yaqubovun şeiri və Duxovnayanın ifası ilə təsdiqlənən quruluş versiyasını qəbul etdilər: Ölüm - YOXDUR! Ölüm başqa bir ölçüyə keçiddir. Ölüm Aktyorun həyatının onu xatırlayan və sevənlər; öz söhbətlərində onu xatırlayanlar tərəfindən uzadılmasıdır, çünki o, onların həyatlarına daxil olub,peşəkar və insani dəyərlərininmeyarına çevrilib.
Daha sonra, səslənən şeirlərdən sonra sürəkli alqışlar altında ekranda yenidən Aktyorun müxtəlif duyğusal hallarını əks etdirən portret görüntüləri canlandı. Heç kim, bir nəfər də belə zalı tərk etmək istəmirdi, çünki bir anda hər kəsdə mistik bir hiss yarandı ki, sağ tərəfdəki küncdən ... səhnəyə Aktyor Fuad Poladov çıxacaq! Bu hiss o qədər gerçəkçi idi ki, zalı istəksiz tərk edən tamaşaçıların üzlərində bir az təəccüb yaranmışdı: Necə? Yəni o çıxmayacaq?
24 may 2019-cu il tarixdə milli teatr və kino sənətinin əfsanəsi Fuad Poladov inamla və sədaqətlə otuz il xidmət etdiyi Rus Dram Teatrının, yəni bu yaxınlarda Akademik statusu verilmiş teatrın səhnəsində yenidən zirvədə idi. Bu yeni peşəkar statusun alınmasında müəyyən qədər onun da payı var. Aktyor görünməz olsa da, həmHikmətin, həm tərəfdaşlarının oyununa,həm də auditoriyanın duyğularına və hisslərinə hakim idi... Bəlkə də, elə həmin anda Kainatın uca dərgahında Aktyoru qarşılamağa… Tanrı özü gəlmişdi!
Yenə teatr. Ehtiras dənizi.
Yanır qəzəb tonqalı.
Ölümün belə
Zati-Aliləri Aktyora
Gücü çatmaz!
Doğrudan da, ölüm yoxdur. Həqiqətən, «başqa dünyalar da var, orada da oxumaq mümkündür».
MƏSLƏHƏT GÖR: