Müəllif: Valentina REZNİKOVA
Bütün teatr adamları pərdə arxasında böyüyüb. Bu məşhur ifadəni Oleq Əmirbəyova aid etməmək çətindir. Lakin bu, həm də gözəl yalan olardı. Oleq tez-tez teatrda olmasına baxmayaraq, pərdə arxasında böyüməyib. Anası Rita Əmirbəyova yalnız müstəsna hallarda uşağı özü ilə birlikdə teatra aparıb. Oğlunun gələcək peşəsini də o müəyən etməyib. Öz peşəsini Oleq özü seçib. Amma... nə bilmək olar? Bəlkə, peşə onu seçib?
Bununla belə, qaydalara istisna kimi bəzən aktyor uşaqları valideynlərinin peşəsini seçmirlər. Körpə yaşlarından valideynlər uşaqlarını teatr haqqında sonsuz söhbətlərlə "zəhərləyirlər". Çünki onlar üçün peşə bir həyat tərzi və yaşayış üslubuna çevrilir. Arnold Xarçenko - Oleqin atası tanınmış aktyor olub və XX əsrin 70-80-ci illərində teatra xidmət edib. O, erkən dünyasını dəyişib, amma Bakı izləyiciləri arasında hələ də onun incə ruh halına malik, həm komediya, həm də dramatik plan personajlarına çevrilmək bacarığı olan bir sənətkar kimi xatırlayanlar var. Deyirlər ki, o, "Tanrı vergisi olan aktyor" idi.
İlk dəfə teatr səhnəsinə çıxanda Oleqin, təxminən, 11 yaşı olub. Bu, Rüstəm İbrahimbəyovun "Cəftə" pyesi əsasında hazırlanmış bir tamaşa olub. Ona quruluşu Aleksandr Şarovski verib. Və bir söz deməyən Oleq Alekseyi - II Nikolayın (Romanovun) oğlunu təsvir etməli idi. Həddindən əyləncəli durum idi. Çünki hətta o zaman onda hadisədən kinayəli uzaqlaşma kimi uğurlu bir bacarıq aşkar edildi. Ancaq onda heç kimin ağlına gəlmirdi ki, bu səssiz və gülümsəyən uşaqdan yaxşı, maraqlı bir artist yetişəcək. Bu gün o, S.Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının aktyorudur - həm doğma teatrında, həm televiziyada, həm də dövlət səviyyəsində konsert və digər tədbirlərin aparıcısı kimi ona tələb var. Oleq Azərbaycan və rus dillərindəmükəmməl danışır, ingilis dilini də bilir.
- Oleq, ailənizdən, soyunuzdan danışaq?
- Buna ehtiyac varmı? Mən ikinci nəsil aktyoruyam. Əgər ailəyə peşə bacarıqlarının nəsildən-nəslə ötürməyin bir yolu kimi yanaşsaq, bu, ailədə bir neçə əsr boyu eyni peşə ilə məşğul olan bir neçə nəslin olmasını nəzərdə tutur. Yaxud eyni işlə. Aktyorluq peşəsi bizim ailədə valideynlərimlə başlayıb. Ancaq övladlarımın və nəvələrimin aktyor olub-olmayacağını bilmirəm. Buna görə də, sülalə haqqında danışmaq hələ tezdir.
- Bəs, nənə və babalarınız?
- Mən öz nənə və babalarımla fəxr edirəm. Onların aktyorluq peşəsi ilə heç bir əlaqələri yox idi, amma mən onların nurunu xatırlayıram. Uşaqlıq yaddaşım onlardan mənə axan işıq və sevgi hisslərini qoruyur.
- Bir dəfə ananız mənə demişdi ki, siz ailənizin şəcərə ağacını öyrənməyə çalışırsınız. Bu nə ilə bağlıdır?
- Bu, tamamilə fərqli məsələdir. Sadəcə, həyatımın bir anında düşündüm ki, öz nənə və babalarım haqqında heç nə bilmirəm. Onların taleyi necə olub? Kim və necə olublar? Onların hamısı həm milliyyətlərinə, həm fəaliyyətlərinin xarakterinə, həm də sosial vəziyyətlərinə görə fərqli olublar. Bəlkə də, bir gün ailəmizin soyağacı məsələsi ilə gerçəkdən məşğul olacam, çünki yetərincə maraq doğuran faktlarla rastlaşmışam.
- Maraqlı nəsə ortaya çıxdı?
- Bəli. Məsələn, məlum oldu ki, mənim ailə tarixçəmin bütün personajları maraqlı, qeyri-adi taleləri olan insanlardır. Onların hər biri haqqında roman və ya macəra hekayəsi yazmaq mümkündür.
- Onlardan hansısa biri avantürist-qəhrəman roluna iddia edirmi?
- Hə ... yəqin ki, daha çox sülalənin kişi təmsilçilərindən Sırokomlya adlı bir cəngavər.
- Qəribə adı olan bu adam kimdir?
- Ukrayna-Polşa soyunun nümayəndəsi! Onun öz gerbi olub, sonradan hansısa yollarla bu, Boqdan Xmelnitskinin (Ukrayna sərkərdəsi, siyasi və dövlət xadiminin) ailə gerbinə çevrilib və indi o, ("Abdank - Sırokomlya" gerbi) Ukrayna Prezidentinin yaxasındakı kollar zəncirinə asılmış yeddi medalyonun biridir...
- Maraqlı hekayədir!
- Bütün bəşəriyyətin tarixi kimi.
- Tarixlə maraqlanırsınız?
- Bəli. Ancaq peşəkar araşdırmaçı yox, daha çox həvəskar maraqlı səviyyəsində.
- Bəlkə də, siz teatrı yox, tarixi seçməli idiniz?
- Yox, nə danışırsız? Tarix mənim peşəmin əlavə hissəsidir. O, digər peşələrdən nə pis, nə də yaxşı deyil, amma şəxsən mənim üçün aktyor peşəsi daha maraqlıdır. Ona yaxşı sənətkar hörməti ilə yanaşılarsa, o, hər zaman sənə maraqlı həyat təmin edə bilər!
- Nikbinsiniz! Ancaq bütün bunlar bir nəzəriyyədir. Bəs, gerçəklik necədir?
- Gerçəkliyi biz özümüz yaradırıq. İnsanın özündən çox şey asılıdır, amma hər şey deyil. Məsələn, sənin rolun materialına nə qədər uyğun gəlməyin vacibdir – həmçinin rejissorla, onun quruluş estetikası, səhnə düşüncəsi ilə...
- Siz 9 ildir teatrdasınız...
- Yox. Bu, rəsmi olaraq 9 ildir. Üstəgəl,5 il mən Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan zaman teatrın kütləvi səhnələrinə qatılırdım. Mən hesabımı2005-ci ildən bəri aparıram.
- Ancaq siz Donald Beykeri - Leonard Qerşinin pyesi əsasında Şarovskinin "Bu azad kəpənəklər" pyesinin qəhrəmanı rolunu 2007-ci ilin dekabrında oynamısınız. Bu böyük və çətin bir roldur...
- Bəli. Tamaşanın özündə heyrətamiz bir incəlik var. Gənc Donaldın hekayəsi hər kəsi duyğulandırdı: həm aktyorları, həm də salondakı tamaşaçıları. Əlbəttə, Aleksandr Yakovleviç bu rolu mənə verərkən risk etdi. Ədalət hissi gərginləşmiş bir kor oğlan rolunu oynamaq lazım idi və rejissor mənə gözlərimi qara eynək arxasında gizlətməyə icazə vermədi. O, ətraf dünyanı Donaldın gördüyü kimi baxmağa və “görməyə” məcbur etdi. Çətin, amma maraqlı idi. Mən baxmadan görməyi öyrəndim...
- Bu, ilk böyük rol sizə nə verdi?
- Nə vaxtsa bir gün aktyor olacağıma inam verdi. Əgər işim gətirsə, yaxşı aktyor olacağıma.
- Alındı?
- Çalışıram. Səhnəyə çıxıb mətni səsləndirmək özünü aktyor adlandırmaq üçün yetərli deyil. Peşəyə yiyələnmək - bir ömür boyu öyrənmək yoludur. Özünüzü və peşənizi, sənətkarlığı və insanları dərk etmək yolu.
- Psixoloji incəliklər barədə danışırsınız?
- Həm də onlar barədə. Çünki "rol - xarakter – insan" təkcə psixoloji incəlik nüansı deyil, həm də qəribə də olsa, tarixi nüansdır. Həm də coğrafi. Həm də kulturoloji. Çünki özünü aktyor adlandırırsansa, qəhrəman haqqında hər şeyi bilməlisən: hansı dövrdə yaşayıb, cəmiyyətdə hansı əxlaq normaları, hansı etiket qaydaları var və s.
- Oynadığınız rollardan hansı peşəyə bir az fərqli baxmağınıza səbəb oldu?
- Timur Nasirovun "Qurdlar və qoyunlar" tamaşasındakı Klavdiya Qoretski rolu. Bir cazibədar avantürist rolunu oynayaraq mən gerçək həyatda «mənfi qəhrəmanın» nə olduğunu anladım. Ancaq bu rolu alan zaman mən bir növ nisbi təcrübəyə malik idim və anlayırdım ki, obrazın tutumlu olması üçün xırda təfərrüatlar axtarmaq lazımdır. İrana Tağızadə "Karamazov qardaşları" tamaşasında mənə Alyoşenka Karamazovu həvalə etdi. Mən çox həyəcanlanırdım: necə oynayacağam? Bütün günü romanı oxuyurdum, çox düşünürdüm, quruluşçunun personaj haqqında söylədiyi hər şeyə diqqətlə qulaq asırdım, qarşıma qoyulmuş öhdəliklərdən çəkilməməyəçalışırdım. O, mənimlə səbirlə çalışırdı. Ancaq yalnız illər sonra ağlımla deyil, ürəyimlə Alyoşanın kim olduğunu başa düşdüm. Belə də olur.
- Peşədən nə gözləyirsiniz?
- Mən gözləmirəm. Onu öyrənirəm. Həmişə. Həm teleaparıcı rolunda, həm də konsertlərin və ya hökumət tədbirlərinin aparıcısı rolunda.
- Bəs, kino ilə münasibətləriniz necə alınır?
- Bilmirəm, kinoda «bəyəniləcəmmi», cəmi 4 rolum var, amma filmlərə çəkilmək mənim üçün çox maraqlıdır. Başqa özəllik, başqa bir mövcudluq üsuludur. Bu - mənim komfortzonamdır. Ümumiyyətlə, özüm üçün yeni bir şey açmaq və öyrənmək xoşuma gəlir.
- Özünüzü hansı tip qəhrəmanların ampluasına aid edirsiniz?
- Bu suala konkret cavab vermək mənim üçün çətindir, çünki bütün teatr janrlarında iştirak etməmişəm.
- Sizə əsasən komediya rolları təklif olunur. Niyə? Səbəb rejissorların sizin peşə qabiliyyətləriniz barədə stereotipik qavrayışlarındadır?
- Bu suala cavab verə bilmirəm. Bilmirəm. Amma İrana Tağızadə mənə Alyoşenka rolunu verdi, məsələn? "Artistin taleyi" tamaşasındakı Bığlı Artist rolu bəs? Yəqin ki, o, məni yalnız komediya artistikimi görmür.
- Marionet-aktyor kimi tanınmaq istərdinizmi?
- Bilirsiniz, bu gün "marionet" sözü ilkin anlayışda daha çox başqasının, yəni rejissorun iradə və gücünə kor itaət kimi şərh olunur. Yəni ipləçəkib hərəkət etdiriləbiləcək küt kukla kimi. Əslində isə, dramatik teatrda bu anlayış istənilən janr çərçivəsində virtuoz asanlığı ilə mövcud olmağı bacaran aktyor deməkdir. Başqa sözlə, bu, hətta eyni tamaşa zamanı, hətta eyni rol çərçivəsindəjanrdan janra necə keçməyi bilən sintetik aktyordur. Bax, belə virtuoz marionet olmaqistərdim.
- Mane olan nədir? Siz ki öyrənməyi sevirsiz?
- Bəli. Ancaq istənilən elmi mənbədən götürə biləcəyim nəzəriyyə ilə yanaşı təcrübə də lazımdır. Təkmilləşməyə yardım etməklə yanaşı, köhnəlmiş konsepsiyalardan kənara çıxmağa kömək edən master-klasslara da ehtiyac var. Dünya inkişaf edir, teatr incəsənəti də. Bu master-klasslarda tək deyil, səhnə ortaqları ilə birlikdə olmaq daha yaxşıdır. Birlikdə inkişaf edir və birlikdə keyfiyyətcə fərqli nəticələr əldə etməyə çalışırsınız. Boş yerdən demirlər ki, teatr kollektivyaradıcılıqdır. Bu yay teatrımızın bir qrup gənc aktyorunun Şekvitilidə beynəlxalq peşə inkişafı dərslərində iştirakı çağdaş akytor üçünlazım olan tədbirdir – orada biz peşəkar sənətin yeni üsullarını praktikada mənimsədik.
- Teatr yaradıcılığı təqvimi fəsillərlə ölçülür. Xidmət etdiyiniz teatr 99-cu mövsümə qədəm qoyur. Yeni mövsümə hansı ümidlərlə daxil olursunuz?
- Bütün həmkarlarımda olan eyni ümidlərlə. Bizim hamımıza maraqlı, yaradıcı, əyləncəli biryubiley öncəsi mövsüm arzulayıram. Gələn ilin sentyabrında biz teatr həyatının yüzüncü mövsümünə girəcəyik. Bizim hamımızın dərhal 100 yaşı olacaq! Özünüz fikirləşin, hər kəsin eyni anda 100 yaşının tamam olması tez-tezmi baş verir?! Əlbəttə ki, biz, o cümlədən mən də daxil olmaqla, nəsə qeyri-adi bir şey gözləyirik. Amma hələlik mən fürsətdən istifadə edərək teatrdan bütün həmkarlarımı və şəhərin digər teatrlarında çalışan həmkarlarımı ölkədə, səhv etmirəmsə, 147-ci, yeni teatr mövsümünün başlanması münasibətilə təbrik edirəm. Hamımıza - maraqlı yaradıcılıq və peşə uğurları, tamaşaçılara isə xoş bədii yeniliklər və həyəcan arzulayıram.
MƏSLƏHƏT GÖR: