Müəllif: Xəzər AXUNDOV
Oturuşmuş ənənəyə görə, Azərbaycanda turizm mövsümü sentyabr ayının sonunda yekunlaşır və ilkin məlumatlara əsasən, 2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana gələn xarici turistlərin sayı artıb. Bu, sahənin inkişafındakı müsbət meyillərdən xəbər verir. Eyni zamanda cari il son dörd istirahət bumu ilində qazanılan təcrübənin ümumiləşdirilməsi və yeni uzunmüddətli bir tendensiyanın formalaşması - Çin və Asiya ölkələrindən turistlərin cəlb edilməsi baxımından önəmli olub.
Dəyişməz dinamika
Dövlət Turizm Agentliyinin məlumatına görə, 2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 190 ölkəsindən 2,136 milyondan çox xarici turist gəlib ki, bu da ötən ilin uyğun dövrünün göstəricisi ilə müqayisədə 8,3% çoxdur. Bununla da, xarici qonaqların sayının artmasını təmin etməklə yanaşı, həm də turist axınının artım tempini qorumaq mümkün olub. Müqayisə üçün deyək ki, ötən ilin 8 ayında artım templəri 8,5% təşkil edib ki, bu da indiki göstəricilərdən vur-tut 0,2% faiz çoxdur.
Üstəlik, bu gün Azərbaycan səyyahların cəlbi ilə bağlı dünya statistikasının iki dəfədən çox qabaqlayır. Belə ki, BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, 2019-cu ilin birinci yarısında dünya üzrə beynəlxalq turist qəbulu cəmi 4% artıb. UNWTO-nun statistikasına görə, turist axınının artımı ilə bağlı ən yaxşı göstəricilər 2017-ci ildə qeydə alınıb, onda dünya üzrə səyahət edənlərin sayı 1,3 milyard nəfərə çatmışdı. 2016-cı illə müqayisədə artım 7% təşkil etdi ki, bu da keçən 7 il üzrə ən yaxşı göstərici kimi tanınıb.
Maraqlıdır ki, 2017-ci il Azərbaycan üçün də turizm sahəsinin inkişafında ən yaxşı dövr olub: iki il qabaq ölkəyə 2,7 milyon turist gəlib ki, bu da bu baxımdan çox uğurlu olmuş 2016-cı ilə nisbətən 20% çoxdur.
UNWTO mütəxəssisləri, turist səyahətlərinin iki il əvvəl müşahidə olunan qlobal artımını "güclü iqtisadiyyat" amilləri – əlçatar aviasəfərlər və viza rejiminin önəmli dərəcədə asanlaşdırılması ilə əlaqələndirirlər. Ancaq BMT-nin profil qurumundan xəbərdarlıq edilib ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxması ətrafında yaranmış "qeyri-müəyyənlik" və dünyanın bir sıra ölkələrinin ticarət münasibətlərindəki gərginlik dünya turist axınının daha da artmasına mane ola bilər.
Liderlər sırasında
Bununla belə, elə də əlverişli olmayan qlobal konyunktura və turist fəallığının azalmasına baxmayaraq, Azərbaycan regional səviyyədə nisbətən yüksək göstəriciləri qoruya bilib. Ölkə hələ də postsovet məkanının üç lider ölkəsindən biridir və Cənubi Qafqazda Gürcüstandan sonra ikinci yerdədir. Maraqlıdır ki, ötən il «Bloomberg» mütəxəssisləri Azərbaycanı da Türkiyə, Gürcüstan, Makedoniya və İslandiya ilə birlikdə dünyanın ən sürətlə populyarlaşan on turist istiqamətinin sırasına daxil ediblər.
Öz növbəsində, «National Geographic Traveler» səyahət jurnalının «National Geographic Traveler Awards» üçün 2019-cu ildə keçirdiyi səsverməyə görə, bu il Azərbaycan ekskursiya istirahətinə görə dünyanın ilk beş aparıcı dövləti arasında yer alıb. Beləliklə, «National Geographic»in ilk 5-liyinə daxil olaraq, yerləri İtaliya, İngiltərə, Portuqaliya və Belçika kimi dünyanın ən populyar turizm mərkəzləri ilə bölüşüb.
Postsovet məkanında Azərbaycanın turist cəlbediciliyi qiymətləndirilərsə, Rusiyanın aparıcı turizm portalı "TurStat"a görə, ölkəmiz neçə illərdir ki, rus turistlər üçün ən populyar istirahət yerlərinin ilk 5-liyində aparıcı yerlərdən birini tutur. Bu, təəccüblü deyil, nəzərə almaq lazımdır ki, saylarına görə ruslar Azərbaycanın xarici qonaqları arasında birinci yeri tuturlar. Dövlət Turizm Agentliyinin məlumatına görə, 2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana gələn turistlərin yarıdan çoxu Rusiya və Gürcüstanın payına düşüb. Özəlliklə, hesabat dövründə Rusiyadan 653,8 min nəfər gəlib (artım 5% olub). Daha sonra Gürcüstan gəlib, oradan Azərbaycana 472,4 min adam gəlib, artım tempi rekord 22,8% olub. Dil baryerinin olmaması, logistika əlçatarlığı və şəksiz, təbii, mədəni və qastronomik cəlbediciliyi Azərbaycanın təkcə rus turistləri arasında deyil, həm də postsovet məkanın digər ölkələrinin sakinləri arasında da istirahət populyarlığının artmasına səbəb olur.
Xüsusilə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, Mərkəzi Asiya ölkələrində Azərbaycana səfərlərin populyarlığın nəzərəçarpacaq dərəcədə artması müşahidə olunur. Yanvar-avqust aylarında bu bölgədən 83 min adam gəlib, artım tempi fenomenal 40.4%-ə çatıb. Mərkəzi Asiya bölgəsindən gələnlərin ən böyük hissəsi Türkmənistan (32 min, artım 82,9%) və Qazaxıstan (31 min, artım 21.2%) vətəndaşlarının payına düşüb.
Şərq ekspressi
Hind-Çin bölgəsindən və Cənub-Şərqi Asiyadan turist axınının 38,1% böyüməsi də çox diqqətəlayiqdir, o bölgələrdən hesabat dövründə 72 min nəfər gəlib. Cənubi Asiyadan gələn turistlərin çoxu Hindistan vətəndaşları olub - 39 min (artım 68%), Pakistan vətəndaşları isə 29 min olub (artım 12.9% təşkil edib).
"2019-cu ildə Hindistandan turist axınının, təxminən, 63 faiz artacağını gözləyirik və ilin sonunadək Azərbaycana gələn hind turistlərinin sayının 65 minə çatacağını gözləyirik", - deyə Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid bu yaxınlarda Nyu-Dehliyə B2B formatdakı tur zamanı bildirib. Azərbaycan istiqamətinin təşviqi üçün Hindistanın üç ən böyük şəhərində - Dehli, Banqalor və Mumbay şəhərlərində roud-şoular və bir sıra təqdimatlar keçirilib.
Öz növbəsində coğrafi şaxələndirmənin ən vacib istiqaməti Çindən turist axınının artmasıdır. "2018-ci ildə 50 faizlik artım əldə edilib və növbəti illərdə Azərbaycana gələn çinli turistlərin sayı 200.000-ə çata bilər", - deyə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
Bu xətt üzərində işlər daha da intensivləşib və bu ilin yanvar-avqust aylarında Azərbaycana gələn Çin vətəndaşlarının sayı keçən ilə nisbətən 30% artaraq 17 minə çatıb. "Çinin böyük turizm potensialı var və bu, Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün perspektivlər açır", - deyə Florian Zenqstşmid bildirib: "Azərbaycan Turizm Bürosu Çinin iki əsas onlayn platforması – «Ctrip» və «Qyer» ilə anlaşma memorandumu imzalayıb. Bu müqavilə Çin bazarına yönəlmiş turizm məhsullarının birgə inkişaf etdirilməsinə və Çindən Azərbaycana turist axınının artmasına yardım etmək məqsədi daşıyır."
«Ctrip» və «Qyer» internet resurslarından istifadə edənlərin ümumi sayı 400 milyona çatır ki, bu da Azərbaycanın istirahət imkanlarının populyarlaşması üçün yaxşı perspektivlər vəd edir. Anlaşma «Azərbaycan-Çin Roadshow on Travel Trade» sərgisi çərçivəsində imzalanıb. Sərgidə Azərbaycandan 12 turizm agentliyi, Şanxay, Quançjou və Pekindən 250-ə yaxın şirkət iştirak edib. Sentyabrın 16-dan 21-dək Azərbaycan Turizm Bürosu B2B formatı bir sıra təqdimatlar və görüşlər keçirib. Büro turizm məhsullarını tanıtmaq üçün 2018-ci ildə Çində rəsmi nümayəndəliyini açıb.
Turizm qonşuları
Bu il sentyabrın 1- dən etibarən Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi ilə əlaqədar bu ölkədən gələn turistlərin sayının artması üçün yeni perspektivlər də açılır. "Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi iki ölkə arasında turizm sahəsində əlaqələrin dərinləşməsinə və xüsusən də Türkiyədən turist axınının artmasına öz töhfəsini verəcək", - deyə Türkiyə vitse-prezidenti Fuat Oktay bildirib.
Bununla birlikdə, bu ilin səkkiz ayı ərzində qonşu ölkədən turist axınının dinamikası kifayət qədər yüksək olaraq qalıb - 203 min Türkiyə vətəndaşı Azərbaycana səfər edib, artım 5,1% olub.
Eyni zamanda 2019-cu ilin yanvar-avqust aylarında ərəb dövlətlərindən və İrandan turist axınının azalması müşahidə olunub – halbuki, bu dövlətlər 2015-ci ildən bu yana Azərbaycanın turizm bazarında ən yüksək fəallıq göstərirdilər.
Qeyd edək ki, son vaxtlara qədər İran turistləri Azərbaycana gələn rus və gürcü səyahətçilərdən sonra üçüncü yerdə idilər. Ancaq keçən il İran İslam Respublikasından turist axınının 33 faiz azalması qeydə alındı və bu mənfi meyil bu il də davam edir. Belə ki, səkkiz ay ərzində İrandan Azərbaycana 164.393 min nəfər gəlib - azalma 11,6%-dir. Ekspertlər bu meyli beynəlxalq iqtisadi sanksiyaların sərtləşdirilməsi və İran milli valyutasının dəyərdən düşməsi ilə əlaqələndirirlər. Bununla əlaqədar, İran hakimiyyəti ölkədən valyuta çıxarılmasının qarşısını almaq üçün maliyyə tədbirlərini sərtləşdirmək məcburiyyətində qalıb ki, bu da xarici turizmin 50 faiz azalmasına səbəb oldu.
Öz növbəsində, bu ilin səkkiz ayında Yaxın Şərq bölgəsindən Azərbaycana 263,994 min nəfər gəlib və ərəb turistlərin sayı 7,9% azalıb. Mütəxəssislər bu faktı müxtəlif - həm obyektiv, həm də subyektiv səbəblərlə izah edirlər. Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırovun sözlərinə görə, axının azalmasının səbəbi ərəb səyahətçilərinə tələbin çox olduğu turizm bazarındakı yüksək rəqabətdir. Buna görə AzTA rəhbəri hesab edir ki, Azərbaycanın turizm agentlikləri, hotelləri və turizm bazarının digər iştirakçıları ərəb turistlərin Bakıya və ölkənin bölgələrinə səyahət marağını qorumaq üçün səy göstərməlidirlər - xidmətlərin keyfiyyətini və siyahısını genişləndirmək və artırmaq, istiqamətlərin coğrafiyasını şaxələndirmək, əyləncə növlərini genişləndirmək və nəhayət, qiymətləri azaltmaq, bununla da, yerli turizm məhsullarının rəqabət üstünlüklərini gücləndirmək lazımdır.
Turizm üzrə Dövlət Agentliyinin mətbut katibi Kənan Quluzadə hesab edir ki, Yaxın Şərqin siyasi cəhətdən qeyri-sabit bölgə olması üzündən ölkədən çıxmaqla bağlı problemlər tez-tez yaranır. Ərəb ölkələrindən Azərbaycana birbaşa uçuşların azalması və iraqlı turistlər üçün viza qaydalarına müəyyən dəyişikliklərin edilməsi, həmçinin bir sıra digər obyektiv amillər ərəb səyahətçilərinin axınının azalmasına təsir göstərib.
Ekspertlərin əksəriyyətinin fikrincə, Azərbaycanda turizm sahəsində keyfiyyət standartlarının yüksəldilməsi və qiymətlərin optimallaşdırılması istiqamətində hələ bir sıra tədbirlər həyata keçirilməlidir. Dünya İqtisadi Forumunun (WEF) turizm rəqabət qabiliyyətliliyi reytinqində Azərbaycanın mövqeyinin 2017-ci ildən bəri dəyişməz qaldığını nəzərə alınarsa, bu sahədə xeyli iş görülməlidir. Bu il Azərbaycan orta göstəricisini 2017-ci ildəki 2.7 bənddən 2019-cu ildə 3.8 bəndədək bir qədər yaxşılaşdıraraq dünyanın 140 ölkəsi arasında 71-ci yerini qoruyub. WEF-in reytinqinə görə, Azərbaycan turizm servisi (96-cı yer), ekoloji dayanıqlılıq (97-ci yer), təbii və mədəni resurslar (96-cı yer) və təbii ehtiyatlar (123-cü yer) üzrə ən zəif göstəricilərə malikdir.
Təəccüblü deyil ki, turizm servisi göstəricisinin yaxşılaşdırılması zərurəti Dövlət Turizm Agentliyinin ən vacib məqsədi kimi müəyyənləşdirilib. "Hotelçilik sektorunun potensialını inkişaf etdirmək və xidmət keyfiyyətini yüksəltmək əsas məqsədlərimiz sırasındadır", - deyə Fuad Nağıyev sentyabrın əvvəlində Bakıda keçirilən «İntour» sammitində bildirib.
Bütövlükdə, "Turizm Strategiyası - 2023"ü nəzərə alaraq, Azərbaycanın qarşısında 4-5 il ərzində gələn turist axınını iki qat artırmaq vəzifəsi durur.
"Azərbaycana gələn qonaqların sayının artırılması üçün işlər görülür və bu il turist axınının 8-10% artacağı gözlənilir. Eyni zamanda 2022-ci ilə qədər Azərbaycana turist axınını 4,5 milyona qədər artırmağa ümid edirik", - deyən Fuad Nağıyev bildirib ki, agentliyin əsas məqsədlərindən biri Azərbaycana bir dəfə gəlmiş turistin ölkəyə təkrar qayıtması üçün servis keyfiyyətinin yaxşılaşdırılmasıdır.
"2018-2023-cü illərdə Azərbaycana turistlərin cəlb edilməsi konsepsiyası” qarşıya qoyulan öhdəliklərin ən kütləvi turist axını təmin edən ölkələrlə turizm əlaqələrini inkişaf etdirməklə yanaşı, avia uçuşların genişləndirilməsi, servis keyfiyyətinin yaxşılaşdırılması və turizm məhsullarının ucuzlaşdırılması, Azərbaycanın özündə regional istiqamətlərin və istirahət növlərinin şaxələndirilməsi yolu ilə həllini nəzərdə tutur.
MƏSLƏHƏT GÖR: