Müəllif: Valentina REZNİKOVA
Bakı şəhəri elə də böyük deyil. Sadəcə, adama elə gəlir. Əgər onu kilometrlərlə deyil, ailə, dostluq və peşə bağları ilə ölçsəniz, məlum olacaq ki, burada hamı bu və ya digər şəkildə bir-birini tanıyır. Lakin elə adlar var ki, onları həmişə eşidirsən. Gülşən Kəngərlinskayanın da adı həmişə üzdə olanlardandır. Bakı Xoreoqrafiya Məktəbi (indiki Bakı Xoreoqrafiya Akademiyası), Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti, Xəzər Universiteti və demək olar ki, otuz illik müəllimlik fəaliyyəti…
Onun bir çox uğur qazanmış, milli sənətin qüruruna çevrilmiş tələbələri arasında populyarlığının əsasında da məhz təhsil sahəsindəki fəaliyyəti dayanır... Lakin bu fəaliyyət yalnız incəsənət sahəsi ilə məhdudlaşmır. İndi Gülşən Kəngərlinskaya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunda işləyir.Sənətşünas, tarixçi, elmi işçi, pedaqoqdur... O, həm də "İki xalqın oğlu Maqsud Şeyxzadə" adlı məqalələr toplusunun müəllifi və redaktorudur, toplu həm Azərbaycan, həm özbək şairinin, yazıçısının, dramaturqunun, publisistinin, tərcüməçisinin və müəlliminin anadan olmasının 100 illiyinə həsr olunub. Gülşən xanım bu tanınmış şairin nəvəsidir. Çoxsaylı beynəlxalq və regional yaradıcılıq forumlarının iştirakçısı, narahat və həssas bir insan, ata-babaları kimi sədaqətlə xidmət etdiyi peşəsinə və işinə aşiqdir.
«Müəllim – uşaqların başçısıdır»
1993-cü ildə o, ilk dəfə müəllim kimi Bakı Xoreoqrafiya Məktəbinin auditoriyasına daxil oldu. Təsviri sənət tarixindən yuxarı sinif şagirdlərinə dərs verəcəyi proqramı diqqətlə oxuduqdan sonra heyrət içində aşkar etdi ki, proqramda milli təsviri sənətin öyrənilməsi nəzərdə tutulmayıb. Bu, sözün əsl mənasında onu özündən çıxardı. Azərbaycan mədəniyyətinin və sənətinin ən yaxşı nümunələri ilə tərbiyə olunmuşvə böyüdülmüş qadın başa düşmədi ki, bu, necə ola bilər? Uşaqları öz ölkələrində sənət tarixi biliklərindən necə məhrum etmək olar? Proqramı yenidən işlədikdən və ona Azərbaycan incəsənəti növləri barədə bütöv bir hissə daxil etdikdən sonra rəsmi səviyyədə təsdiqlətmək üçün Təhsil Nazirliyinə getdi. Musiqi, rəsm, memarlıq, heykəltəraşlıq, milli rəqs – müəlliminşagirdləri ilə söhbətinin əsas tərkib hissələridir.
O əmindir ki, ölkəsini, onun mədəniyyətini və incəsənətini sevən insanlar onu heç zaman heç bir şey üçün tərk etməyəcəklər. Özü də belə yaşayır, daima xaricdən gələn əlverişli təklifləri rədd edir. Repressiya olunmuş, Qazaxıstan çöllərindəki düşərgələrə və Daşkəndə sürgün edilmiş ailədən olan Gülşən xanım əmindir ki, öz torpağına və Vətəninə məhəbbət ailədən başlayır.
- Vətəni sevmək öz valideynlərinizi, öz nəslinizi, ailənizi sevmək deməkdir. Bu da öz xalqını sevmək deməkdir. Gənclər niyə gedir? Çünki öz Vətənlərini tanımırlar. Ailədə, məktəbdə və ali məktəblərlə hər şey edilməlidir ki, uşaqlar körpəlikdən hansı torpaqda yaşadıqlarını, hansı mənəvi və mədəni irsə sahib olduqlarını başa düşsünlər.
- Ancaq Azərbaycan tarixi ölkəmizin hər yerində öyrədilir. Çağdaş uşaqlar qacetləri gözəl bilirlər...
- Tamamilə doğru. Ancaq internetdən alınan məlumat, çətin ki, uşağın ürəyini Vətəninə yaxınlaşdırsın. Onun özü orada gəzməlidir.
- Nəyi nəzərdə tutursunuz?
- Uşaqlar erkən yaşlarından öz musiqilərinə qulaq asmalı, öz ədəbiyyatlarını oxumalı və ilk növbədə öz dillərində danışmalıdırlar. Öz torpaqlarını sevmək üçün onu ayaqları ilə gəzməlidirlər. Əlbəttə, sözün məcazi mənasında. Uşaq öz gözü ilə görməyincə, qayalarına öz əli ilə toxunmayınca, Qobustanın və qayaüstü rəsmlərin nə olduğunu heç vaxt anlamayacaq və xalqının qədim tarixinə bağlılığını hiss etməyəcək. Soyunun və xalqının davamında bağlılıq duymayacaq. İlk dəfə yuxarı sinif şagirdlərini, gələcək balet artistlərini Qobustana ekskursiyaya apardığım zaman bu bağlılıq duyğusunun onlarda necə və hansı emosional coşğunluqyaratdığını gördüm. Onlar qayalara dırmaşdılar və bura - bu qədim diyara, bu qayalara, bu xalqa və bu torpağın sözün əsl mənasında yaydığı enerji ritmlərinə aid olduqlarını dərk edərək rəqs etdilər. Şəhərə tam xoşbəxt halda qayıtdılar. Uşaqları Atəşgaha, Yanardağa, tarixi Qala kompleksinə aparmaq o qədər də çətin deyil... Axı, bunlar hamısı gözəl həftə sonunda gözəl bir ailə gəzintisi üçün yararlı yerlərdir. Elə də uzağa getmək lazım deyil. Öz təcrübəmdən bilirəm ki, uşaqlar bu səyahətlərdən tamamilə dəyişmiş şəkildə qayıdırlar. Doğmayurdlarına səyahət istəyi erkən uşaqlıqdan valideyn sevgisi ilə çulğalaşdıqda, uşaqlar onları daimi izləyən bir enerji yükü əldə edirlər. Soyları və xalqları onlar üçün konkret və ayrılmaz anlayışa çevrilir.
- Deməli, milli incəsənətin tarixinin praktiki və vizual təsdiqi olmalıdır?
- Bəlkə, həm də toxunulan təsdiqlər olmalıdır. Əks təqdirdə, bir uşaq xalçaya toxunmadan onun nə olduğunu necə anlayacaq? Ataların naxışlarda gizlənmiş ismarıclarını açmağı öyrənənə qədər? Özünüz düşünün: xalçanı onlara necə izah etmək olar ki, onda həm Vətəni və həm də onun qədim mədəniyyətini hiss etsinlər? Yalnız belə. Buna görə də, Xalça Tarixi Muzeyinə ekskursiyalar da ölkəmizin uşaqlarının mənəvi, bədii və vətənpərvərlik tərbiyəsi üçün çox arzuolunandır. Onlar bu gün uşaq, sabah xalqdırlar.
- Ancaq yenə də təkrar edim, bu gün internet və ekskursiyaları vizual həyata keçirmək üçün geniş imkanlar var...
- Hər şey doğrudur. Onlar bu şəkildə də əyani məlumat əldə edə bilərlər. Ancaq monitorun ekranı virtual yox, yalnız real vaxtda əldə edilə bilən duyğuların həyəcanverici təfərrüatlarını ötürə bilmir.
- Getdikcə daha çox eşidirik ki, çağdaş uşaqlar müəllimlərindən daha çox məlumatlıdırlar...
- Birincisi, nə Vikipediya, nə də başqa bir internet mənbəyi şagirdə (tələbəyə) dəqiq məlumatlar üçün zəmanət vermir, təxmini və ya təhrif olunmuş məlumatlar olur. İkincisi, artıq "müəllim" anlayışı praktiki gerçəkliyi tərk edir. Müəllim və şagird arasındakı qarşılıqlı əlaqədə çox vacib bir funksiya – tərbiyə funksiyası itməkdədr. Pedaqoq sözü qədim yunan dilindən hərfi tərcümədə "yeniyetmənin yol göstərəni ", "uşaqların başçısı" deməkdir. Çağdaş müəllimlərin funksiyası isə sinifdə materialın peşəkar təqdimatı ilə məhdudlaşır. Tərbiyə funksiyası artıq keçmişdə qalıb. Bu funksiyanı, təəssüf ki, internet öz üzərinə götürüb...
- Bəs, pandemiya zamanı təhsil strukturları tərəfindən istifadə olunan onlayn tədris sisteminə münasibətiniz necədir?
- Bu mərhələdə mənfi. Təcrübə göstərdi ki, belə bir tədris sistemi özünü doğrultmur. Elə fənlər var ki, ekran vasitəsilə onlayn tədris etmək sadəcə mümkün deyil. Məsələn, klassik rəqs. Və ya incəsənət. O cümlədən təsviri incəsənət də daxil olmaqla. Yaradıcılıq ali məktəblərində Boloniya təhsil sistemi özünü doğrultmadığı kimi, bilik və praktik bacarıqların ötürülməsində belə bir sistem özünü doğrultmur. Bütün müəllimlər və yaradıcılıq ali məktəblərinin rəhbərləri bu barədə danışırlar. Özümüzün düzgün tədris və təhsil sistemimizi axtarıb tapmalıyıq...
- Belə görünür, dərin biliklərin və keyfiyyətli təhsilin zamanı keçmişdə qalır. Niyə?
- Çünki Bolonya Konvensiyası çərçivəsində işlənmiş təhsil sistemi üçün nəzərdə tutulmuş biliklərin yoxlanılması üzrə kurikulyar yanaşma (kurikulum - tədris planı) daha yaxşısını arzu etməyə vadar edir. Nə olacaq, əgər 3-cü sinifdə uşağa, məsələn, Rafaelin əsərlərinin təqdimatını vermək tapşırılıbsa, təbii ki, bunu onun üçün valideynlərinin edəcəyi aydındır. Bu yaşda bir uşaq hələ belə çətin anlaşılan bir materialı öyrənə və təqdim edə bilməz, ancaq öz dövlətinin milli rəmzlərini tamamilə təqdim edə bilər.
- Siz elə danışırsınız ki, sanki indi təhsil sistemimizdə baş verən hər şey üçün şəxsi məsuliyyət hiss edirsiniz?..
- Məhz belədir. Buna görə tələbələrimə hər zaman deyirəm ki, dərin bilik yalnız onların silahı və gücü deyil, həm də dövlətin gücü, sabahı və bu günüdür. Əminəm ki, ölkəmizə məxsus musiqiyə, memarlığa, tarixə, mədəniyyətə və mədəni ənənələrə bir məhəbbət bəsləsək və aşılasaq - bu barədə danışmaqla qalmasaq, göstərsək, uşaqlarımıza öz xalqının irsinə ürəkləri ilə toxunmalarına imkan versək, güclü vətənpərvərlər nəsli yetişdirərik. Ermənistanla sərhəddəki dramatik hadisələr bu 30 ilə yaxın bir müddətdə nə qədər dəyişdiyimizi göstərdi. Uşaqlarımız da dəyişib.
- Bu günlərdə özünü göstərən vətənpərvərlik yüksəlişini nəzərdə tutursunuz?
- Bəli. Amma yalnız bu, deyil. Tarix haqqında biliklərimiz daha dərinləşdi və dəqiqləşdi: həm gənclər arasında, həm də əvvəllər bununla maraqlanmayanların arasında. Biz sülhsevər və geniş qəlbli insanlarıq. Başqalarının ərazilərini əllərindən almırıq. Sadəcə, öz torpağımızda yaşamaq, yaratmaq və sevmək istəyirik. Davosda Prezidentimiz tamamilə konkret bir açıqlama verdi: "Qarabağ Azərbaycandır və … nida işarəsi!" Bu, informasiya baxımından dünya ictimaiyyətinin qavrayışına tədricən daxil olan tarixi həqiqətdir. Bəli, biz informasiya müharibəsinin ilk dalğasını uduzmuşuq. Ancaq bu 30 ilə yaxın bir müddətdə güclənmişik, səhvlərimizdən dərs almışıq. Bizim uşaqlarımız bizimlə çiyin-çiyinədir. Birlikdə biz gücük. Uşaqlar bunu başa düşürlər. Əcdadlarımızın torpağına musiqidə, şeirdə, ədəbiyyatda, fəlsəfədə, memarlıqda ifadə olunansevgimizi onlara ötürsək, dünyanı tərk edən zaman onlar öz torpaqlarında olan bütün hər şeyi düşməndən necə qorumağı və saxlamağı biləcəklər. Bizim uşaqlarımız biləcəklər ki, torpaqlarımızın sahibləri onu əllərindən almağa gələnlər deyil, özləridir. Babaları, ulu babaları, ulu babalarının babaları kimi. Bu qarşıdurmanın tarixi qədim kökləri var.
- İnformasiya qarşıdurması prosesində milli incəsənətin rolu nədir?
- Hələ yetərincə fəal deyil. Əgər incəsənətə həyatın ayrılmaz bir seqmenti kimi baxsaq, KİV-in işini baş verənlərin ruporu kimi qəbul etməliyik. O cümlədən yerli incəsənət arenasında. Burada və indi. Kinoda, teatrda, ədəbiyyatda bununla bağlı nə baş verir? Təsviri sənətdə nə baş verir? Yəni təkcə pandemiya ilə bağlı çağdan danışmıram. Ümumi vəziyyətdən və incəsənət adamlarının bu problemlə bağlı mövqeyindən bəhs edirəm.
- Bəs, televiziya?
- Televiziya da. KİV-in, o cümlədən televiziyanın fəaliyyətindən. İnsanların az oxuduğu və daha çox baxdığı bir dövrdə yaşayırıq. O cümlədən televiziya proqramlarına baxırlar. Praktik olaraq bütün kanallarda (CBC kanalı istisna olmaqla) verilişlər yamsılama xarakterlidir – yad mentalitetin, yad idealların, yad baxışların stereotiplərini sırıyırlar. Mənə elə gəlir ki, senzuraya qayıtmalı olduğumuz dövr geri qayıdır. Çünki televiziya bu gün yalnız zövqləri deyil, həm də dünyagörüşü tərbiyə edir və formalaşdırır. Necə? Ekrandan yayılanlar heç dəhəmişə harmonik şəxsiyyət inkişafına səbəb olmur. Bəlkə də, səbəb bu proqramları yaradanların peşəkarlığının olmaması və dünyaya yaydıqlarının məsuliyyətini dərk etmələri ilə bağlıdır. Bu, özəlliklə özünütəcrid dövründə nəzərə çarpdı, onda televiziya proqramlarına daha çox baxıldı...
- Yeri gəlmişkən, özünü təcrid zmanı vaxtı necə və nə ilə doldururdunuz?
- Bizim institutun elmi fəaliyyəti dayanmadı. Məqalələr üzərində iş, gələcək elmi araşdırmalar üçün material toplamaq, onlayn konfranslar. Mövqe və məktub yazmağa, petisiyaları imzalamağa və göndərməyə çox vaxt gedir; mövqelərdə Qarabağ problemi və düşmən ordusunun döyüş əməliyyatları barədə yerləşdirilən məlumatların yoxlanılması da vaxt aparır. Dünya ictimaiyyətinin gözündə feyk istehsalçısı kimi görünməmək üçün özümüz yaratdığımız və ya xaricdən aldığımız bütün məlumatları yenidən yoxlamağa çalışırıq ...
MƏSLƏHƏT GÖR: