23 Noyabr 2024

Şənbə, 05:16

«QARA QIZIL»DAN «YAŞIL» ENERJİYƏ

Azerbaycan neft-qaz layihələri üzrə tərfdaşları ilə bərpa olunan enerji mənbələrin inkişafı üçün əməkdaşlıq edəcək

Müəllif:

01.06.2021

Avropanın aparıcı neft-qaz konsernləri getdikcə daha fəal şəkildə hasilat yanacaqları ilə ənənəvi biznesdən uzaqlaşaraq, bərpa olunan enerji mənbələrindən (BOEM) istifadə ilə bağlı müxtəlif texnologiyalara artan marağı nümayiş etdirirlər. BP, məsələn, tam sürətlə yeni strategiyanı gerçəkləşdirməyə başlayıb və diqqətini bərpa olunan enerji mənbələri üzrə layihələrə yönəltməyə qərar verib. Yaxın on ildə Britaniya şirkəti neft və qaz hasilatını 40% azaltmaq və ABŞ sahillərində nəhəng külək stansiyalarının tikintisinə başlamaq niyyətindədir.

Azərbaycan rəhbərliyinin Qarabağda "yaşıl" enerji zonası yaratmaq planları nəzərə alınarsa, BP və burada təmsil olunan digər neft nəhəngləri üçün öz bizneslərini bərpa olunan enerji sahəsində yeni layihələr həyata keçirməklə genişləndirmək baxımından əlverişli imkan yaranıb.

 

«Yaşıl»a vurğu

BP-nin proqnozlarına görə, əgər növbəti 30 ildə orta illik temperatur 1,5 dərəcə yüksəlsə, dünyanı neftə tələbatda 75 faiz azalma gözləyir. Buna görə də şirkət inkişaf vektorunu «yaşıl» enerjiyə doğru dəyişdirməyə və 10 il ərzində hasilat həcmini gündə 1 milyon barel azaltmağa qərar verib. Bununla belə, neft və qaz satışı BP-nin yaxın on il ərzində əsas gəlir mənbəyi olmaqda davam edəcək.

Şirkətin planlarına 2030-cu ilədək «yaşıl» layihələrə sərmayələri 10 dəfə artıraraq 5 milyard dollara çatdırmağı və 50 QVt-lıq bərpa olunan enerci mənbələrini işə salmağı planlaşdırır - bu, bütün Böyük Britaniyadakı «yaşıl» enerji mənbələrindən daha çoxdur. Bununla yanaşı, BP, həmçinin 2050-ci ilə qədər atmosferə tulantıların səviyyəsini sıfra endirəcəyinə ümid edir.

Ancq BP bərpa olunan enerji sahəsində fəaliyyətini gücləndirməyə qərar vermiş yeganə neft şirkəti deyil - bu meyil dünya bazarının «Shell», «Total», «Eni», «Equinor», «Exxon Mobil» kimi oyunçuları tərəfindən də əsas götürülüb.

Bununla yanaşı, Fransanın «Total» şirkəti qarşısına iddialı bir hədəf qoyub - bərpa olunan enerji mənbələri sahəsində dünya (!) lideri olmaq. Artıq növbəti on ildə bərpaolunan enerji mənbələrinə və elektrik enerjisi sənayesinə "gəlirli sərmayələrini" ildə 2 milyard dollardan 3 milyard dollaradək artırmaq niyyətindədir ki, bu da şirkətin kapital qoyuluşlarının 20%-dən çoxu deməkdir. Həmçinin «Total» təsdiqləyib ki, yenilənə bilən enerji mənbələri əsasında işləyən elektrik stansiyaları portfelini 2030-cu ilə qədər 100 QVt-a kimi çatdırmağı düşünür.

İtaliyanın “Enel” şirkəti 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri üzrə gücünü 145 QVt-a çatdırmağı planlaşdırır. Onun ən yaxın rəqiblərinin planları daha təvazökardır. Belə ki, İspaniyanın «Iberdrola» şirkəti bərpaolunan enerji mənbələri əsasında işləyən elektrik stansiyalarının toplam gücünü 95 QVt-a qədər artırmaq niyyətindədir.

Yeri gəlmişkən, Rusiyanın təsiredici elektrik enerjisi aktivlərinə sahib neft-qaz konserni var – «Qazprom»dur. «Qazprom enerqoxoldinq»in toplam gücü 39 QVt olan elektrik stansiyaları var. Bununla belə, buradakı elektrik stansiyaları "profildir" - əsasən qazla işləyir.

«LUKOYL» da diqqətin gələcəkdə bərpaolunan enerji mənbələrinin inkişafına yönəltmək niyyətindədir. Özü də, Rusiya şirkəti öz enerji biznesinin bu seqmentinə uzunmüddətli strategiya kimi baxır və nəticədə, dünyanın bərpaolunan enerji mənbələri bazarının əsas oyunçularından birinə çevrilə bilər.

Bütünlüklə, bu meyil davam edərsə, 2030-cu ilədək iri neft-qaz korporasiyalarının sərmayələrinin 25 faizinin bərpaolunan enerji mənbələrinə yönəldiləcəyi gözlənilir.

 

«Günəş» altında yer  

Yeri gəlmişkən, Azərbaycanda ənənəvi olaraq neft və qaz hasilatı ilə məşğul olan şirkət - BP bərpa olunan enerji mənbələrini inkişaf etdirmək üçün ilk addımlarını atıb. Belə ki, 2018-ci ilin oktyabr ayında Azərbaycan Energetika Nazirliyi və BP tərəfindən imzalanan «Niyyət məktubu» çərçivəsində işçi qrupu yaradılıb və Azərbaycanda kiçik su elektrik stansiyalarının tikintisinin səmərəliliyini qiymətləndirmək üçün «SNC-lavalin’s Atkins» şirkəti cəlb edilib. Mövcud beş kiçik stansiyanın və yeni su elektrik stansiyaları üçün nəzərdə tutulmuş altı sahə üzrə qiymətləndirmə aparılıb.

2021-ci ilin fevralında Energetka Nazirliyi və BP əməkdaşlıq haqqında memorandum imzalayıblar ki, sənəd Azərbaycanın müvafiq bölgələrinin və ya şəhərlərinin karbonsuzlaşdırması üçün “baş plan”ın hazırlanmasını nəzərdə tutur. Baş plan təmiz enerji, aşağı karbonlu nəqliyyat, «yaşıl» binalar, tullantıların idarə olunması və təmiz sənaye üzrə layihələri, təbii iqlim üçün həlləri, inteqrasiya edilmiş tərəfdaşlıqları, həmçinin inteqrasiya edilmiş və karbondan təmizlənmiş enerji və nəqliyyat sistemlərinin inkişafını əhatə edəcək.

"BP, təxminən, otuz ildir ki, Azərbaycanın enerji tərəfdaşıdır və biz inanırıq ki, şirkətin aşağı karbonlu energetika sahəsində biznesini önəmli dərəcədə genişləndirməyə, nəqliyyat və komfort sahəsində təklif olunan xidmətləri transformasiya etməyə dəyişdirməyə çalışdığı bir zamanda uğurlu tərəfdaşlığımız böyük potensiala sahibdir",- deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Geri Cons bildirib.  

Bununla yanaşı, Abşeronda bərpaolunan enerji mənbələri sahəsində generasiya obyektlərinin qurulması üzrə keçirilən və Yaxın Şərq şirkətlərinin qalib gəldiyi tenderə qatılmış doqquz xarici şirkət arasında BP də olub. İndi isə, Qarabağın azad edilməsi və hakimiyyətin burada "yaşıl" enerji zonası yaratmaq niyyəti ilə Britaniya şirkətinin qarşısında yeni vektorda fəaliyyət üçün geniş bir sahə və bərpaolunan enerji mənbələri sahəsində infrastruktur layihələrini həyata keçirmək imkanı açılır.

Azərbaycan Prezidenti İlham Əliyev də bu yaxınlarda Böyük Britaniyanın ixrac naziri Qrehem Stüart ilə görüşü zamanı bunun vurğulayıb.

“Bildiyiniz kimi, həm BP, həm də Azərbaycan bərpaolunan enerji mənbələri üzərində fəal çalışırlar. Bu yaxınlarda nazirimiz mənə məlumat verib ki, işğaldan azad olunmuş ərazilərdə günəş enerjisinin istehsalına investisiya yatırmaq planı var. Xüsusilə Qarabağın işğaldan azad olunmuş ərazilərini “yaşıl zona” və “ağıllı şəhər” elan etdiyimizi nəzərə alsaq, bu, bizim üçün çox faydalı olacaqdır”, - deyə İlham Əliyev bəyan edib.

Azərbaycan lideri onu da vurğulayıb ki, iki ölkənin uğurlu əməkdaşlığı artıq Azərbaycan iqtisadiyyatına 30 milyard dollardan çox Britaniya sərmayəsi gətirib.

“Bu, bizim inkişafımıza kömək edib. Bu, bizə nəinki təkcə neft və qaz sənayesini inkişaf etdirməyə kömək edir, eyni zamanda ümumi inkişafımıza kömək edir. Çünki bu investisiya bizim büdcəmizə daxil olan və qeyri-neft sahələrinə təkrar investisiya kimi yatırdığımız gəlirlərə gətirib çıxarmışdır. Bu gün əməkdaşlıq çox fəal şəkildə davam edir. BP 30 il ərzində və ən azından bundan sonra da 30 il ərzində bizim strateji tərəfdaşımızdır, çünki yeni perspektivlər var, yeni müqavilələr imzalanıb”, - deyə Əliyev vurğulayıb.

 

Baş plan mərhələsində

Eyni zamanda Qarabağda "yaşıl" enerji zonasının yaradılması üzrə işlər artıq baş planın hazırlanması mərhələsinə keçib. Ölkə rəhbərliyi, həmçinin Qarabağ ərazisində 10-dan çox su elektrik stansiyasının tikiləcəyini açıqlayıb.

“Energetika Nazirliyinin hesablamalarına görə, işğaldan azad edilmiş ərazilərdə günəş enerjisi potensialı 5 min MVt-dır. Bu, bizim hazırda ölkədə istehlak etdiyimizdən çoxdur. Bu gün elektrik enerjisi ixracatçısı olduğumuzu nəzərə alsaq, bizim bəlkə də ehtiyacımızdan 1 min MVt artıq istehsal imkanınmız var. Rusiya, İran, Gürcüstan, Türkiyə ilə elektrik ötürmə xətləri var, biz bütün istiqamətlərə ixrac edirik. Elektrik ixracatı artıq on milyonlarla dollarla ölçülən gəlirlər gətirir, ancaq yüz milyonlarla ölçülən gəlir gətirəcək. Əslində, bu, bir reallıq olacaq”, - deyə Azərbaycan Prezidenti əmindir.  

Energetika Nazirliyi Azərbaycanın azad edilmiş ərazilərində «yaşıl» enerji zonası konsepsiyasını və baş planını hazırlamaq üçün Yaponiyanın «TEPSCO» şirkətini cəlb edib ki, bərpa oluna bilən enerji mənbələrinin potensialından səmərəli istifadə, enerjiyə qənaət edən texnologiyaların tətbiqi və enerji idarəetməsinə çağdaş yanaşmalar təmin edilsin.

Azərbaycan energetika nazirinin müavini Elnur Sultanov bildirib ki, «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun işlənməsinin həyata keçirilməsi üzrə yaradılmış konsorsiumun köməyi ilə Qarabağda "yaşıl" enerji zonası yaratmaq imkanları üzərində iş gedir.

“AÇG konsorsiumunun uğuru göz qabağındadır, onun uğurlu fəaliyyətinin nəticələri bəllidir. Bu layihənin miqyası və mürəkkəbliyi, eləcə də böyük sərmayə ehtiyacları nəzərə alınaraq, Qarabağda "yaşıl" enerji zonasının yaradılması üçün oxşar konsepsiya nəzərdən keçirilir. Buna görə də aparıcı dünya şirkətlərini bir konsorsium şəklində cəlb etmək məsələsi gündəmdədir, lakin bu barədə hələ danışmaq hələ tezdir, çünki proses hələ araşdırılmaqdadır”, m- deyə E.Sultanov bildirib.

 

Britaniya təcrübəsi

Yeri gəlmişkən, Britaniyanın ixrac nazirinin Azərbaycana səfərinin nəticələrindən biri də Energetika Nazirliyi ilə təmiz enerjiyə keçid sahəsində əməkdaşlıq barədə anlaşma memorandumunun imzalanması olub.

Sənəd iki ölkə arasında enerji sahəsində qarşılıqlı münasibətlərin möhkəmləndirilməsini və iqlim dəyişikliyi probleminin həlli üçün imkanların öyrənilməsini nəzərdə tutur. Söhbət bərpaolunan enerji mənbələri, enerji səmərəliliyi, azkarbonlu texnologiyalar, liberal enerji bazarına və elektrik şəbəkələrinə keçid sahəsində məlumat və təcrübə mübadiləsindən və əməkdaşlıqdan gedir.

“Böyük Britaniyanın indiyə kimi Azərbaycan iqtisadiyyatına yatırdığı 30,6 milyard dollardan 28,8 milyard dolları enerji sektorunun payına düşür. Bizim inteqrasiya edilmiş enerji və nəqliyyat sistemlərinin karbonsuzlaşdırılması, bərpaolunan enerji mənbələri, enerji səmərəliliyi, liberal enerji bazarına və enerji şəbəkələrinə keçid sahəsindəki əməkdaşlığımız təkcə iki ölkə arasındakı münasibətlərə deyil, həm də energetik keçid prosesinə imkan yaradacaq”, - deyə Azərbaycan Energetika Nazirliyinin rəhbəri Pərviz Şahbazov fikrini yekunlaşdırıb.

Nəzərə aldıqda ki, İngiltərə bərpaolunan enerji mənbələrinin inkişafına sərmayə qoyuluşu sahəsində dünya liderlərindən biri, eyni zamanda dalğaların və qabarma – çəkilmənin enerjisini və digər aşağı karbonlu texnologiyaları istifadə edən enerji sistemləri sahəsində liderdir, bu ölkənin təcrübəsi Azərbaycan üçün əvəzsiz ola bilər. İstənilən halda, Azərbaycan Energetika Nazirliyi şübhə etmir ki,

özünü uğurlu istehsalçı, etibarlı neft-qaz resursları təchizatçısı kimi təsdiqləmiş ölkə bərpaolunan enerji mənbələrinin inkişafında da lider ölkələr sırasında olacaq.



MƏSLƏHƏT GÖR:

205