22 Dekabr 2024

Bazar, 06:58

SONU OLMAYAN PİLLƏKƏN

Gənclər arasında narkotik problemi və öz üzərində qələbənin necə qazanıldığına dair teatr

Müəllif:

15.03.2024

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında iki mövsümə yaxındır ki, yeniyetmələr, onların müəllimləri və valideynləri ilə narkotiklərin dağıdıcı gücü ilə bağlı səmimi söhbət aparılır. Rejissor Məhəmməd Abdullayevin “Məchul pilləkən” tamaşası narkotik aludəçisi olan bir oğlanın hekayəsi ilə bağlıdır. Bu hekayə xüsusi səhnə dilində - klassik rəqs dilində və personajların ifadəli plastik qarşılıqlı əlaqəsi ilə bəhs olunur.

 

Alt-üst olmuş dünyadan

Gənc oğlan (Məhəmməd Abdullayev) yaşıdlarının, o cümlədən sevgili olduğu qızın (əməkdar artist Viktoriya Şahmuradova) təsiri altında narkotik aludəçisi olur. Bu, onun şüurunu zəhərləyib. Odur ki, gənc oğlan ​​ətraf aləmi öz obyektiv reallığında dərk etmək iqtidarında deyil. Bundan sonra o, alt-üst olmuş dünyada yaşayacaq. Yəni gənc oğlan reallıqla xəyal dünyası arasında fərqi başa düşməyəcək. Bu quruluş ideyasını dəstəkləmək üçün tamaşanın quruluşçu rejissoru və quruluşçu rəssamı (Vüsal Rəhim) Pablo Pikassonun əsərindən istifadə edib. Belə ki, o, tamaşanın bədii tərtibatında Oğlanın yaşayış məkanını tərs formada təsvir edib. Buna görə həm stul, həm də çarpayı tavanda “dayanıb”. Onlar eyni şəkildə, “güzgü prinsipi” ilə səhnəyə də yerləşir. Güzgünün yanında. Qəhrəmanımızın təkcə fiziki əksini deyil, həm də Ruhunu görmək üçün baxmalı olacağı güzgünün yanında. Yəni hər dəfə narkotik zəhərinə qərq olduqdan sonra geri qayıtdığı real qavrayış dünyasına baxmaq üçün. Hələ ki, geri qayıdır! O, şüurun aydınlaşdığı anda isə anlayır ki, narkotiklər onda təkcə Həqiqi Həyatın axınının sevincini və hissini deyil, həm də özünü öldürür. Ruhən, Fiziki, Mənəvi, Əxlaqi cəhətdən.

Roman Krasnovun ifa etdiyi qəhrəmanın ikinci “mən”i onu daim kişi xarakterinin gücünə və mətanətinə görə sınayır, onu güzgünün arxasındakı həyatın “sevincləri” ilə yoldan çıxarır. Söhbət narkotik zəhərdə yaşamaqdan gedir. Bəs gənc Oğlan hansı yolu seçəcək? Özünü aldatma illüziyasını, yoxsa real həyatı? Özünü aldatma illüziyası dünyasında hər şey cazibədar şəkildə gözəl görünür: həm qadın gözəlliyi, həm də bütün əxlaqi qadağalara məhəl qoymamağın icazə verilən mövcudluğu. Amma! Burada şəxsi “mən” hissi yoxdur. Həmin dünya qəhrəmanın özü və sevgilisi kimi eyni oğlan və qızların ümumi kütləsi ilə “yuyulub”. Orada aqressiv olan ümumi bir kütlə var. Rejissorun fikrincə, bu, “Şər qüvvələr”in təcəssümüdür. Bu mühitdə fərdiliyə yer yoxdur. Şəxsiyyət anlayışı yoxdur.

 

Öz daxili dünyasına

Güzgü arxasındakı narkotik həzlərin qalıcı olduğunu başa düşdükdən sonra Oğlan öz Ruhuna, Ağlına baxmaq üçün güc tapdı. Baxandan sonra anladı ki, real həyat onun üçün daha yaxşı, maraqlı, vacib və zəruridir. Söhbət narkotiksiz həyatdan gedir. Məhəmməd Abdullayevin qəhrəmanı o qədər güclü olur ki, onun bir qrup narkoman dostu ilə münasibətləri kəsməyə, narkotikdən əl çəkməyə və Sevgilisini ondan nümunə götürməyə inandırmağa gücü və cəsarəti çatır. Amma sevgilisi şiddətlə müqavimət göstərir! Viktoriya Şahmuradova insanları inandırmaq bacarığına malik olan gözəl-cazibədar qız obrazını çox inandırıcı şəkildə yaradır! Şər Ruhun gözəlliyini və cazibədarlığını təcəssüm etdirən həmin qız gənc oğlanı özü kimi narkomanların arasından buraxmaq istəmir. Amma o, seçim etməli olacaq: narkoman olaraq qalmaq və ya sevgilisindən nümunə götürərək narkotikdən imtina edib real həyata qayıtmaq. Reallığı və əsl Sevgini tapmaq üçün qayıtmaq. Beləliklə, hansı qalib gələcək: bir insana, yoxsa narkotikə sevgi? İnsana sevgi daha güclü oldu: qız ölümcül asılılığından qurtula bildi. O, qara paltarını ağa dəyişərək, Oğlanla həyatına davam edəcək. Bu onların Həyat adlı məchul pilləkəndə ilk addımı olsa da, ikinci və üçüncü addımlar da olacaq... Çünki sadə Həqiqəti hamımız bilirik. Çoxdan sübuta ehtiyacı olmayan bir həqiqət: yolun öhdəsindən məhz bu yoldan keçən gələcək...

 

Qlobal miqyasda problem

Teatr öz tamaşaçısı ilə yormadan, ifadəli və dinamik şəkildə, plastiklik, jest və klassik rəqs dili ilə dialoq qurur. Onları rəqsin sehrinə əsir götürən Teatr bir insana İnsan kimi qalmağın vacibliyindən danışır: o, müstəqil və azad seçim yolu ilə Həyat adlı Məchul Pilləkən boyunca pilləkənləri qət edə bilər.

Çünki yalnız real həyatda yaşamaq adama İnsan kimi qalaraq, özünü böyük işlər və nailiyyətlər üçün qoruyub saxlamağa kömək edə bilər. Narkotiklər isə onu asılı və bədbəxt bir məxluqa çevirir. Çünki narkomaniya insanı köləyə çevirir: zəif iradəli, idarə olunan, fərdilikdən məhrum.

Teatr bu mövzunu aktual hesab edərək onu müzakirəyə etməkdən çəkinmir. Çünki qədim zamanlardan bəri məlum olan və bütün müqəddəs kitablarda qeyd olunan pis əməllərə daha biri əlavə olunub: narkomaniya. 

Buna görə də tamaşanın rejissoru və baş rol ifaçısı Məhəmməd Abdullayevə belə bir sual ünvanladıq: bu mövzunu kim təklif edib - rəhbərlik, yoxsa siz özünüz?

- Bu mövzu məni çoxdan narahat edir. Bu, dissertasiya işimin mövzusu idi. Bu qlobal problemdir. Bu barədə danışmaq lazımdır. Səssiz qala bilməzsən. Nə vaxtsa bu tamaşanın ideyası ilə teatrımızın direktoru Əli Qismət Lalayevə gəldim, o, plastik tamaşa göstərmək istəyimdə mənə dəstək oldu. Ümumiyyətlə, o, hər zaman təcrübə etmək, yeni və maraqlı bir şey yaratmaq istəyini alqışlayır. Bu cür dəstək həm yaradıcılıq prosesi, həm də hər birimizin özünü inkişaf etdirməsi üçün vacibdir.

Bu gənc oğlanı dinləyərkən mədəniyyət və incəsənət müəssisələrində rəhbərliklə tabeliyində olan işçilər arasında düzgün qarşılıqlı əlaqənin vacibliyi haqqında düşündüm. Burada onlar naşı mütəxəssislərin yaradıcılığını həvəsləndirməli, inkişaf etdirməli və dəstəkləməlidirlər. Dövlət Akademik Musiqili Teatrında da məhz belə olur. Bu hörmətə və heyranlığa layiq olan məsələdir. Çünki qadağalar təkcə uzaq keçmişə qayıdışla deyil, həm də insan talelərinin qırılması ilə doludur. Amma hansının daha qorxulu olduğunu bilmirəm.



MƏSLƏHƏT GÖR:

97