20 Dekabr 2024

Cümə, 03:15

HƏYAT OYUNU

Nərgiz KƏRİMOVA: «Arzum var. Amma o, konkret rolla bağlı deyil. Mənim arzum iş prosesi ilə bağlıdır»

Müəllif:

01.05.2024

Azərbaycanın əməkdar artisti, Beynəlxalq İfaçılar Müsabiqəsinin Birinci mükafatının laureatı (Qazaxıstan, 2012), Azərbaycan Musiqili Teatrının aktrisası, Stlva (İ.Kalman, «Silva»), Lalə (R.Hacıyev, «Qafqazlı qardaşqızı»), Larisa Oqudalova-Martins (Ostrovskinin «Cehizsiz qız» pyesinin motivləri əsasında, Lara Martins. Jazz club) rollarının ifaçısı Nərgiz KƏRİMOVA ilə teatr aktrisası peşəsi haqda danışmışıq. Musiqili teatrın aktrisası peşəsi haqda.

Nərgizin uşaqlığı Bakıda doğulmuş əksər qız uşaqları kimi, qayğısız, xoşbəxt keçib. O, məmnuniyyətlə və həvəslə oxuyub: əvvəlcə Bülbül adına Musiqi Məktəbində fortepiano ifaçılığını, daha sonra Üzeyir Hacıbəyli adına Konservatoriyada vokal sənətini öyrənib. Onun üçün ifa nəfəs almağa bərabər olub. Lakin oxuya bilməyib. Üstəlik, bu ruh halı aktrisanı bu günədək tərk etməyib. Bu səbəbdən də, deyir ki, onun bütün qəhrəmanları hansısa dərəcədə elə özüdür: sevimli Musiqili Teatrının səhnəsində canlandırdığı qəhrəmanların üslubu, davranışı, xarakteri və s.

- Praktik təcrübəyə malik şəxs olaraq, sizin üçün aktrisa olmaq nə deməkdir?

- Bu, daim «həyat həqiqətləri» axtarışı deməkdir ki, mənə yaratdığın qəhrəmanların yalnız mənə deyil, tamaşaçıya da maraqlı olacaq xarakterini yaratmaq imkanı verir…

- Bağışlayın, qəhrəmanlarınızın xarakterik xüsusiyyətlərinin öyrənilməsini araşdırarkən monoton yanaşma sizi yormurmu?

- Həyatın müxtəlif sahələri yorucudursa, bu da yorucudur! Sənə verilən və ümid edirəm ki, doğru ifadə olunan hər bir canlı personajın rolu hər zaman yeni dramaturgiya, yeni vokal materialdır. Hər qəhrəmanın yeni həyatı var. Burada isə yad tale və xarakterlərlə bağlı maraqlı araşdırma, dərk etmə, kəşf və «mənimsəmə» başlayır. Hesab edirəm ki, mənim peşəm ən maraqlı, ən təkrarolunmaz sənətdir, çünki mənə bir deyil, çox sayda insanın həyatını yaşamaq imkanı verir.

- İddia edirsiniz ki, aktyorun müxtəlif qəhrəmanları canlandırması zamanı təkrarçılıq mümkün deyil?

- Baxır «təkrar» dedikdə nə nəzərdə tutulur. Söhbət «forma»nın yaradılmasında işlənmiş texniki üsuldan gedirsə, bu, peşə dilində işlənmiş ştamp adlanır. Personajın obrazının psixoloji strukturuna, başqa sözlə, formanın məzmumuna gəlincə, əminəm ki, ancaq təsadüfən aktyor peşəsinə düşən tənbəllər klişelərlə yaşayır.

- Çünki sizin üçün bu…

- …özünü başqa qadının xarakteri, dünyagörüşü və əhvali-ruhiyyəsi vasitəsilə tanımağa imkan verən maraqlı prosesdir! O, fərqli mən oluram!

- Dram teatrı aktrisası ilə musiqili teatr aktrisası arasında fərq varmı?

- Düşünürəm ki, yoxdur. Çünki musiqili teatrda qəhrəmanların xarakterinin öyrənilməsinə yanaşma mənim dram teatrlarındakı həmkarlarımın keçdikləri prosesdən fərqlənmir.

- Bəli, amma musiqili teatr aktrisasının işində vokal partiyalar da var. Fəaliyyətində sözlərlə musiqini birləşdirmək necə bir işdir?

- O! Mənim üçün bu, sadəcə, peşəkar təkmilləşmə prosesində sonsuz imkanlar yox, həm də peşəkar həzdir. Bu, mənə qəhrəmanın xarakterini çoxtərəfli, canlı, tanınan obraza çevirmək imkanı verir.

- Sizə elə gəlmir ki, özünüzü bu qədər rahat hiss etdiyiniz bu peşə həm də variant iqr s zapredelğem?

- Hesab edirəm ki, bunu istənilən ağıllı insan başa düşür. Hər halda, bəşəriyyət tarixində aktyorları əbəs yerə uzun illər «böyük günah sahibləri» kimi ayrıca qəbiristanlıqda dəfn etməyiblər. İlahi insana bir həyat verib: burada və indi. Aktyorlar isə onlarla, bəzən yüzlərlə müxtəlif insanın obrazını yaradır, onları da yaşayır.

- «Yaşayır»mı? Çünki bu termin yüz faizli olmasa da, ona yaxın dərəcədə şişirtmədir. Müasir teatr krayne redko poqrujaetsə v qlubinı toy psixoloqiçeskoy pravdı, kotoraə mojet i doljna porajatğ i vosxihatğ zritelə otkroveniem poznaniə çeloveçeskoy suti. Zato vse çahe i çahe vmesto qlubokoqo proniknoveniə v sutğ dramaturqiçeskoqo materiala vstreçaem profanaüionnoe skolğjenie po poverxnosti söjeta i xarakterov…

- Haqlısınız. Amma bizim teatrımızda – mən kollektivdən və rəhbərlikdən danışıram – hər zaman maksimum peşəkar məziyyətlərin ortaya qoyulmasına çalışırıq. Çünki tamaşaçını məyus etmək onu itirmək deməkdir. Həm Azərbaycan, həm rus dillərində oynadığımız repertuar tamaşalarında tamaşaçı ilə qarşılıqlı maraq, qarşılıqlı anlaşma olur. Musiqili teatr sənətinə istər müasir bakılılarda, istərsə də şəhərimizin qonaqlarında tələbat var.

- Sizə bayağı bir sual vermək istəyirəm: hansısa klassik operetta və ya müasir müziklə aid konkret rol arzunuz varmı?

- Arzum var. Amma o, konkret rolla bağlı deyil. Mənim arzum iş prosesi, aktrisanın quruluşçu-rejissor, bəstəkar, libretto, həmçinin məşq prosesindən ala biləcəyi peşəkar yaradıcılıqla bağlıdır. Arzulayıram ki, bu, mümkün qədər çox olsun…

Biz teatr haqda, müxtəlif teatr peşələrinin xüsusiyyətləri haqda çox danışdıq. Aktrisa inandırıcı şəkildə, peşəkar analitik məharəti ilə, onun fikrincə, idrak prosesi olan aktyorluq nəzəriyyəsini və praktikasını mənim üçün əsaslandırdı. Bu idrak prosesi isə insanın ətrafındakı həyat və insanın daxilindəki həyatı əhatə edir. Başqa sözlə, söhbət insanın özünün şəxsiyyət kimi psixoloji dərkindən gedir.

Nərgiz Kərimovanı dinləyərkən gözümün qarşısında istər-istəməz, «Lara Martins. Jazz club» akademik musiqşili teatrından Lara Martinin obrazı canlandı. Bu enerjili, işləmək istəyən, ona təlabatın olmasını arzulayan bu aktrisanın orqanizminin hər hüceyrəsində yaratmaq, öz yaradıcılığını insanlara çatdırmaq coşğusu var. Mən xəyalən ona, bu fərqli, təhsilli insana peşəsində uğurlar, arzularının gerçəkləşməsini dilədim. Onun isə yalnız bir arzusu var: işləmək, işləmək, işləmək!



MƏSLƏHƏT GÖR:

87