8 Yanvar 2026

Cümə axşamı, 03:56

SƏN – KRALSAN!

Tamaşaçıların qəlbini fəth edən tamaşa: istedad və dramın zəfəri

Müəllif:

15.11.2025

Azərbaycan Dövlət Akademik Musiqi Teatrında “Sən - kralsan!” tamaşasının premyerası baş tutub. Librettonun müəllifi və quruluşçu rejissoru - tanınmış rejissor Ələkbər Tağızadədir.

 

Arzu hakimiyyətə qarşı

XX əsrin əfsanəvi müğənnisi və aktyoru, “rok-n-roll kralı” Elvis Preslinin (1935-1977) ölməz hitləri əsasında hazırlanmış müzikl, ABŞ-nin kiçik bir şəhərində yerləşən klubda ofisiant işləyən Elvin (Atilla Məmmədov) adlı istedadlı gənc oğlanın taleyindən bəhs edir. Onun ən böyük arzusu professional mahnı ifaçısı olmaq, səhnəyə çıxmaq, ulduz olmaq və nəhayət, istedadlı müğənni Merilinin qəlbini fəth etməkdir. Lakin! Bu arzunun həyata keçməsi yolunda klub sahibi - mayor Braun (Elçin Əhədzadə) dayanır ki, o, daim oğlanın bu yolda qarşısını alır. XX əsrin pop-ulduzu Elvis Preslinin taleyinin səhnə versiyasının intriqası, “Sən - kralsan!” müzikl-tamaşasının libretto müəllifi və quruluşçu rejissoru Ə.Tağızadənin iradəsi ilə getdikcə sürətlənərək tamaşaçını daim gərginlikdə saxlayır. Onlar Elvinə rəğbət bəsləyir, acıqlı və paxıl “rəis” obrazını yaradan aktyor E.Əhədzadənin inandırıcı oyunu isə zalda oturanlara 21-ci əsrdə yaşayan insanların həyatında bənzər vəziyyətlər tapmağa imkan verir.

 

Ailə sirləri və gizli əlaqələr

Tamaşanın gedişatı emosional gərginliyin ən yüksək nöqtəsinə çatdıqda bütün daşlar yerinə oturur. Məlum olur ki, Elvinin anası (Mehriban Zaliyeva) da müğənni olub və bir zamanlar Braunun barında işləyib, lakin oğlu dünyaya gəldikdən sonra səhnəni tərk edib. Elvin Braunun onun bioloji atası olduğunu bilmirdi. Amma mayor Braun da bunu bilmirdi!

 

Daxili “Mən” və uğura gedən yol

Tamaşada Elvis (Rauf Babayev) adlı daha bir personaj var - Elvinin xəyali dostu. Daha dəqiq desək - onun daxili “Mən”i, təkcə şübhələrini deyil, həm də Elvini arzusuna doğru aparan, onu səhnəyə səsləyən yaradıcı ruhun axtarışlarını təcəssüm etdirir.

Tamaşanın bütün gedişatı boyu Elvin onunla danışır, suallar verir və cavablar alır. Elvis onun gah yuxusunda, gah xəyallarında canlanır. Aralarında güclü mənəvi bağ var. Elvin ümidsizliyə düşəndə, xəyali “rok-n-roll kralı” (Elvis Presli) onu depressiv vəziyyətdən xilas edir, səhnədə və sevgidə uğurlar üçün ilhamlandırır. Arzuladığı nəticəyə nail olduqdan sonra Elvis mikrofonu peşəkar estafet simvolu kimi Elvinə ötürür və deyir: “İndi sən - kralsan!” və zal, diqqətlə insan və müğənni Elvinin taleyinin bütün çətinliklərini izləmiş tamaşaçılar, gurultulu alqışlar və “Bravo!” sədaları ilə partlayır.

 

Uğur

Finalda pərdə üç dəfə endirilib - həyəcanlı tamaşaçılar tamaşa boyunca qazandıqları yeni qəhrəmanlarını buraxmaq istəmirdilər: rejissorun sayəsində peşəkar imkanlarının yeni işığında kəşf etdikləri aktyorlarını. “Sən - kralsan!” müzikl-tamaşası 2025-2026 mövsümündə Bakının teatr premyeraları siyahısında ən yaxşılarından biridir. Onun gedişatı tamaşaçıların diqqətini cəlb edərək, həm də onların qəlblərini fəth etməyi bacardı, təkcə həmin axşam üçün deyil, sonrakı günlər üçün də gözəl yüksək əhvali-ruhiyyə bəxş etdi. Bakıda çoxdan belə yekdil həyəcanlı tamaşa qavrayışı olmamışdı.

Quruluş teatr sənəti həvəskarlarına böyük zövq verib və maraqlı süjet, möhtəşəm musiqi, rəqs-xoreoqrafik səhnələr və aktyorların virtuoz ifaçılıq ustalığı sayəsində silinməz təəssürat yaradıb.

Teatr sənətinin bu əsl bayramı və təntənəsi möcüzəsini aktyorlarla, libretto və tamaşa müəllifi ilə birlikdə yaradırdılar: musiqi rəhbəri və quruluşçu dirijor Cavad Tağızadə, quruluşçu rəssam Vüsal Rəhim, baletmeyster Kamilə Əliyeva, xormeyster, Əməkdar artist Vaqif Məstanov, dirijor Səməd Süleymanlı, konsertmeyster, prezident təqaüdçüsü Kamil Həsənov, işıq üzrə rəssam Rafael Vaqifoğlu, rejissor assistentləri Tamilla Aslanova və Polina Fyodorova.



MƏSLƏHƏT GÖR:

50