25 Noyabr 2024

Bazar ertəsi, 08:57

KİMYƏVİ ELEMENT

Azərbaycan kimya sənayesinin dirçəlişini sürətləndirib

Müəllif:

24.09.2013

Kimya sənayesi Azərbaycan iqtisadiyyatı üçün heç də yeni istiqamət deyil - ötən əsrdə kifayət qədər uzun müddət bu sahə ölkənin xeyrinə və ziyanına olub. Xeyrinə - çünki həmin vaxtlar Azərbaycan o vaxtkı SSRİ məkanında önəmli kimyəvi məhsullar istehsalının mühüm mərkəzlərindən birinə çevrilmişdi, mənfi nəticələr isə xüsusilə əsas müəssisələrin yerləşdiyi Sumqayıtda böyük ekoloji zərərdən ibarət idi. SSRİ dağıldıqdan sonra bu sahə önəmli şəkildə düşdü və uzun müddət ərzində açıq tənəzzül keçirdi. Və ancaq Prezident  İlham Əliyevin 2010-cu il tarixli sərəncamına əsasən,  SOCAR şirkətinin tərkibində "Azərkimya" İstehsalat Birliyi qismində bu sahənin dirçəlməsi ilə bağlı ilk ciddi layihələr yaranmağa başladı. Bu gün İB-nin strukturuna "Etilen-polietilen", səthi aktiv maddələr, "Üzvi sintez", mexaniki təmir sexi, "Kimyaelmitədqiqatlayihə" və s. idarələr daxildir. 

"Azərkimya" İB-nin rəhbəri Muxtar Babayevin “R+”a verdiyi məlumata görə, 2012-2013-cü illərdə artıq texnoloji infrastruktur layihələr reallaşdırılıb - istehsalın avtomatlaşdırılmasının yeni sistemləri tətbiq olunur, susoyutma kompleksi və azot-oksigen qurğusu istismara verilib, nəqliyyat və xüsusi texnika idarəsinin, anbar təsərrüfatının yeni binaları yaradılıb. "Həmçinin neft-kimya sənayesi üçün mütəxəssislərin hazırlanmasına dair müasir tədris mərkəzi də təşkil etmişik. Xammal parkı və hazır məhsulun həcminin genişləndirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur.  Ekoloji tələblərin təmin olunması məqsədilə sənaye çirkab sularının təmizlənməsi üzrə yeni müasir qurğuların, hidro- gen-sulfiddən sulfat turşusunun istehsalı üzrə qurğuların tikilməsi planlaşdırılır", - deyə M. Babayev bildirib.

Yenilik, həmçinin "Etilen-polietilen" zavod - "Azərkimya" İB-nin əsas iki "EP-300" və "Polimer-120" qurğularından ibarət olan neft-kimya məhsullarının istehsalı üzrə əsas baza müəssisələrinə də toxunacaq.  

Belə ki, istehsalın gücünün artması və "EP-300"ün sabit xammalla təmin olunması üçün mayedən qazaoxşar xammala keçid üçün zərurət yarandı. Bununla əlaqədar olaraq, istər "EP-300" və "Polimer-120"nin bərpa edilməsi, istərsə də xammalın hazırlanması üçün nəzərdə tutulmuş quru qazın turşu qarışıqlardan amin təmizlənməsi və C4 fraksiyasının tam hidrogenləşməsi  - yeni qurğuların tikintisini nəzərdə tutan perspektivli inkişaf proqramı hazırlanıb. Etibarlılıq və təhlükəsizliyin təmin olunması üçünsə texnoloji proseslərin avtomatlaşdırılma sistemi tətbiq olunacaq. 

"Azərkimya" İB-nin rəhbərinin sözlərinə görə, maye xammalın qismən qaza keçməsi əsas məhsulun hasilatını artırdı. "Bu ilin 8 ayı ərzində "Etilen-polietilen" zavodunda 198 min ton xammal emal olunub. Bundan başqa, 2012-ci ilin dekabr ayından SOCAR-ın Kulevi neft terminalı vasitəsilə kimyəvi məhsullarının boşaldılıb yüklənməsinə artıq başlanılıb, bugünkü gün isə həmin terminaldan butan-butilen fraksiyası olan 8 tanker və propilen olan 3 tanker yüklənib. Bu ilin sonuna qədər butan-butilen fraksiya olan daha 3-5 tanker və propilen olan 2-3 tankerin yüklənməsi planlaşdırılır. Tanker partiyaları 2,7-3 min ton təşkil edir. Bu istiqamətdə yükləmələrin həcmi daha çox Avropa bazarında qeyd edilən məhsula olan tələbatdan asılıdır", - deyə M. Babayev bildirib. 

Yaxın planlarda isə - ildə müvafiq olaraq 200 min və 100 min ton məhsuldarlıq ilə polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı üzrə qurğuların tikintisi nəzərdə tutulub. SOCAR 2012-ci ildə Sumqayıt Kimya-texnoloji parkı ərazisində qurğuların tikintisinə dair müqavilə imzalayıb. Bu layihənin reallaşması üçün SOCAR Polimer müəssisəsi yaradılıb. Bu qurğuların aktiv faza tikintisi 2014-cü ildə başlanacaq. 

Polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı məhsulları kənd təsərrüfatı, tibb, kimya və maşınqayırma sənayesi, tikinti, elektrotexnika, elektronika, məişət təyinatlı mallar və s. sahələrdə geniş istifadə olunur. Bu layihənin başlanması və məhsulun istehsalı Sumqayıt kimya parkı bazasında yeni istehsal məntəqələrinin yaradılması üçün təkan və şərtlər yaradacaq.

Ölkənin ərzaq təhlükəsizliyinə dair təminatı baxımından Sumqayıtda karbamid istehsalı zavodunun tikintisi yeni mühüm layihə hesab olunur. Bu layihədə zavodun baş podratçısı - "Samsung Engineering" ammiak və karbamidin istehsalı üzrə seçilmiş lisenziyaçılarla birgə layihə sənədləşmələrinin hazırlıq işlərini görür. Buna paralel olaraq, zavodun tikintisi üçün ayrılmış ərazilərin hazırlanması üzrə işlər də davam etdirilir.

"Zavodun tikinti işlərinin 2016-cı ildə yekunlaşması gözlənilir və biz ehtimal edirik ki, zavodun məhsulunu 40-45%-i daxili bazarda satılacaq, bu isə respublika daxilində azot gübrəsinə olan tələbatın tamamilə ödənilməsini təmin edəcək. Məhsulun qalan hissəsi, təxminən, ildə 400 min tonu ixraca yönəldiləcək", - deyə   M. Babayev bildirib. 

Kimya sənayesinin növbəti inkişaf mərhələsi SOCAR-ın Qaradağ rayonunda qeyri-kimyəvi kompleksin tikintisi olacaq. Kompleksin tərkibinə  qazemaledici, neftemaledici və neft-kimya zavodu daxil olacaq. Həmçinin zavodların işini avtonom rejimdə təmin etmək üçün avtonom energetik blokun tikilməsi planlaşdırılır. Kompleksdə neft məhsullarından başqa, ildə, təxminən, 1,7 mln. ton ixrac-yönümlü neft-kimya məhsullarının istehsalı planlaşdırılır. Nəzərdə tutulub ki, neft-kimya zavodunda istehsal olunacaq polietilen (ildə 880 min tona qədər), polipropilen (ildə 780 min tona qədər) və butadiyen (ildə 80 min tona qədər) məhsulunun ümumi həcminin 85-90%-i türk, eləcə də Avropa və Asiya bazarlarına ixrac olunacaq.

Bu kompleksin tikintisinin yekunlaşması ilə 2020-2021-ci illərdə Azərbaycanın kimyəvi məhsullar istehsalçısı kimi keçmişdəki şöhrəti bərpa olunacaq, müasir texnologiya isə ətraf mühitin çirklənməsinin qarşısını alacaq. Bütün bu işlərin əsas məqsədi - ölkədə təkcə kimyəvi xammalın deyil, həm də Azərbaycanın daxili bazarının tələbatını təmin etməyə imkan verəcək hazır məhsulların istehsalını qaydasına salacaq, eləcə də məhz sənaye məhsullarının ixracını artıracaq. 



MƏSLƏHƏT GÖR:

682