25 Noyabr 2024

Bazar ertəsi, 07:26

SƏYYAHLARIN BAYRAMI

Azərbaycan qış istirahət növləri üzrə regional mərkəz statusu qazanır

Müəllif:

01.10.2013

Çox­say­lı bey­nəl­xalq təş­ki­lat­la­rın mütə­xəs­sis­lə­ri ar­tıq çox­dan Azər­bay­can­­da tu­riz­min in­ki­şa­fı­nın yük­sək tem­plə­ri­nin ol­ma­sı­nı tə­s­diq edir­lər. Mə­sə­lən, bu sa­hə­də ba­zar ar­tı­mı­nın tem­plə­ri, xa­rici tu­rist­lə­rin sayı­nın ço­xal­ma­sı və ya ot­el po­ten­si­a­lı­nın ge­niş­lən­di­ril­mə­si ki­mi bir sı­ra is­ti­qa­mət­lər­də öl­kə or­ta dünya gö­s­tə­rici­lə­ri­ni nə­zə­rə­çar­pacaq də­rəcə­də üstə­ləy­ir və post­so­vet mə­ka­nın­da öncül yer­lər­dən bi­ri­ni tu­tur. Yer­li re­k­re­a­siya biz­ne­si­nin na­iliyyət­lə­ri 2001-ci il­dən Azər­baycan­da rə­s­mi sə­viyyə­də qeyd edi­lən Bey­nəl­xalq Tu­rizm Gününə həsr olun­muş bu günlər­də ke­çi­ri­lən ümu­m­re­s­pub­li­ka kon­fran­sı­nın ge­di­şi za­ma­nı tə­q­dim edi­lib.

 

Məq­səd - ÜDM-in 10%-i 

Ha­zır­kı Ümumdünya Tu­rizm Gü­nü BMT-nin qeyd et­diyi su əmək­daş­lığı bey­nəl­xalq ili çər­çi­və­sin­də "Tu­­rizm və su re­sur­sla­rı: bi­zim ümu­mi gə­ləcəy­i­mi­zin müda­fi­ə­si" de­vi­zi al­tın­da ke­çir. Kon­fran­s­da Ümum­dün­ya Tu­rizm Təş­ki­la­tı­nın (UNWTO) baş ka­ti­bi Ta­leb Ri­fa­i­nin vi­de­omü­ra­ci­ə­ti də nümay­iş et­di­ri­lib. Vi­de­oy­a­zı­da su re­sur­sla­rın­dan ras­io­nal is­ti­fa­də olun­ma­sı və qo­run­ma­sı­nın tə­min edil­mə­si, meh­man­xa­na, re­s­to­ran, is­ti­ra­hət obyek­t­lə­ri və xid­mə­tin fə­a­liyyə­ti ara­sın­da sıx qar­şı­lıq­lı əla­qə xüsu­si ola­raq qeyd edi­lir­di.

"Hə­lə 10 il bun­dan əv­vəl Azər­bay­can re­g­i­on­la­rı­nın böyük ək­sə­riyyə­ti tə­miz iç­mə­li su ilə bağlı böyük çə­tin­lik çə­kir­di. La­kin son il­lər su təchi­za­tı si­s­tem­lə­ri, su eh­tiy­at­la­rı­nın sağlam­laş­dı­rıl­ma­sı, mo­dern­ləş­mə­si üzrə çox­say­lı lay­i­hə­lər öl­kə­mi­zin re­g­i­on­la­rın­da tu­riz­min in­ten­siv in­ki­şa­fı­nın ka­ta­li­za­to­ru ol­du", - deyə mə­də­niyyət və tu­rizm na­zi­ri Əbülfəs Qa­ray­ev he­sab edir. Onun söz­lə­ri­nə gö­rə, eko­lo­ji və tu­rizm ida­rə­lə­ri­nin, eləcə də eko­lo­ji və­ziyyə­ti yer­li tu­rizm biz­ne­si­nin əhə­miyyət­li his­sə­si­nin uğu­ru­na əsas tə­mi­nat olan öl­kə­nin göl­lə­ri, çay­la­rı və də­niz sa­hi­lin­də tə­miz­liy­in qo­run­ma­sı üzrə re­k­re­a­siya zo­na­la­rı­nın sa­hib­lə­ri­nin bi­rgə səy­lə­ri bir o qə­dər mən­tiq­li­dir.

Ötən il­lər ər­zin­də Azər­baycan­da tu­rizm sa­hə­si­nin key­fiyyət və kə­miyyət xüsu­siyyət­lə­ri­ni nə­zə­rə­çar­pacaq də­rəcə­də yüksəl­tmək mümkün olub ki, bu da gi­riş tu­riz­mi­nin sta­ti­s­ti­ka­sı­na müsbət tə­sir gö­s­tə­rib. Bu, kon­fran­sın iş­ti­rak­çı­la­rı­nın ço­xu­nun çı­xı­şın­da ley­tmo­ti­və çe­v­ril­di. "Son on­il­lik­də Azər­baycan­da tu­rizm sə­na­y­e­si­nin ba­za ele­men­t­lə­ri for­ma­la­şıb: müa­sir ot­el­lər və is­ti­ra­hət zo­na­la­rı is­ti­fa­dəyə ve­ri­lib, müva­fiq re­k­re­a­siya xid­mə­ti ya­ra­dı­lıb. Bütün bun­lar ümu­mi­lik­də is­tər xa­rici tu­rizm axı­nın ço­xal­ma­sı­na, is­tər­sə də bu sa­hə­də gə­li­rin əhə­miyyət­li də­rəcə­də ar­t­ma­sı­na yar­dım et­di", - deyə Ə. Qa­ray­ev qeyd edib.

UNWTO-nun mə­lu­mat­la­rı­na is­ti­nad edə­rək o, xə­bər ve­rib ki, ilin bi­rinci ya­rı­sın­da öl­kəyə 1,196 mln. tu­rist gə­lib ki, bu da ötən ilin ana­lo­ji dövrü ilə müqay­i­sə­də 10% ar­tım de­mək­dir. Hal­bu­ki ca­ri ilin nə­ticə­lə­ri­nə gö­rə, Azər­bayca­nı ziy­a­rət edən xa­rici və­tən­daş­la­rın sayı 12%-ə qə­dər ar­ta bi­lər. Müqay­i­sə üçün cə­mi 2005-ci il­də ol­muş xa­rici tu­rist­lə­rin sayı ca­ri ilin bi­rinci ya­rı­sı­nın gö­s­tə­rici­lə­ri­nə bə­ra­bər­dir, təx­mi­nən, 12 il bun­dan öncə bu gö­s­tə­rici güclə 436 min nə­fə­rə ça­tır­dı.

Mə­də­niyyət və tu­rizm na­zi­ri­nin söz­lə­ri­nə gö­rə, Azər­baycan re­k­re­a­siya ba­za­rı­nın həcmi­nin il­lik ar­tım tem­pi­nə gö­rə dünya­da ən yax­şı möv­qe­lər­dən bi­ri­ni tu­tur - bu gün on­lar 10%-a ça­tır ki, bu da orta dünya gös­tə­ricisini təxminən 3 dəfə üstələ­yir. So­nuncu məlumatlara görə, ölkə­də ey­ni zamanda 33 min istirahət edən insanlara eyni anda xidmət gös­tə­rən 516 mehmanxana və otel fəa­liyyət gös­tərir. Hazırda müxtəlif də­rə­cəli, təx­minən, 60 otelin tikintisi aparılır. Onlar istismara veriləndən sonra ye­kun tutumu 10-15 min və ya 40%-ə çatacaq.

Ayrıca infrastrukturun genişləndi­ril­məsində Azərbaycan, həmçinin re­gional liderlərdən biridir. Mütəxəs­sis­lərin hesablamalarına görə, hazırkı inkişaf templərini saxlayaraq və fəa­liyyət olmayan bütün rekreasiya re­surslarından istifadə edərək, yaxın 10 illikdə turizm sektoru ölkə ÜDM-nin 10%-nı təşkil edə bilər.

Azərbaycan UNWTO-ya yenicə se­çi­lib, nazirin sözlərinə görə, bu və­ziy­yət bizim ölkənin üzərinə böyük öh­də­liklər qoyur. "Bizim birinci nöm­rə­li vəzifəmiz - Azərbaycan turizm stan­dartlarını dünya səviyyəsinə qə­dər qaldırmaqdır: hər il yay möv­sü­mün­də Mədəniyyət və Turizm Nazir­li­yi pozuntular və bu sahənin zəif tə­rəf­lərini möhkəmləndirərək bazar sub­­yektlərinin monitorinqini həyata ke­çi­rir. Keçən yay biz kobud pozun­tular aşkar olunan dörd mehman­xa­na­nın li­sen­ziyasını ləğv etmişik və rəs­mi şə­kil­də 40 digər otel sahiblərinə çatış­maz­lıqların aradan qaldırılması üçün məhdud vaxt verməklə onlara xəbər­dar­lıq edilib", - deyə Ə. Qara­yev qeyd edib.

Nazirin sözlərinə görə, butipli ob­yektə lisenziyalaşdırma normala­rına ria­yət edilməsinə dair nəzarət güc­lən­diriləcək. Təxminən, 400 meh­man­­xana artıq lisenziya alıb, qalan 100-dən bir qədər az obyektin sə­nəd­lə­ri isə nəzərdən keçirilmə mərhələ­sin­dədir.

Turizm İdarəsinin prioritet isti­qa­mət­ləri sırasında nazirliyin beynəl­xalq konfranslar və forumların təşki­li­ni həvalə edəcək konqres-büroların ya­radılması da qeyd olunur.

Digər trend elektron viza siste­mi­nin sonrakı inkişafıdır: hazırda bu fəa­liyyətə yayın əvvəlindən xarici və­təndaşlara, təxminən, 3,5 min viza on­layn - xidməti göstərən, təqribən, 15 turizm şirkəti cəlb olunub.

Paralel olaraq idarə "Turizm" haq­qında yeni qanunun hazırlanması işini aparır ki, bunun əsasında bu sahənin inkişafı üçün üçüncü dövlət proqramı ha­zırlanması planlaşdırılır. Yeni döv­lət proqramının komponent­lərindən biri ixtisaslaşdırılmış turizm zona­la­rı­nın sonrakı inkişafı olmalıdır. "Bu gün ölkədə artıq beynəlxalq səviy­yə­li 3 turizm zonası yaradılıb - Qəbələ, Qusar və Neftçala. Sonrakı illərdə isə analoji turizm mərkəzləri cənub və mərkəzi Aran rayonları, Naxçıvan MR və s. yaradılacaq", - de­yə nazir­lik rəhbəri bildirib.

 

Qış mərkəzi 

Zona turizm mərkəzlərinin inki­şafı üzrə Azərbaycanın topladığı təc­rübə rekreasiya sektorunun təşki­linin bu cür formasının yüksək potensia­lın­dan xəbər verir. Əyani misal qis­mində Qusar və Qəbələ rayonlarında Böyük Qafqazın qollarında yerləşən turizm sənayelərini göstərmək olar.

Belə ki, dünya səviyyəli rekrea­si­ya layihəsinin uğurlu şəkildə real­laş­ması üçün, ilk növbədə, keçən ilin de­kabr ayında "Şahdəniz" yay-qış tu­rizm kompleksinin açılışı oldu. Bu tu­rizm obyekti ötən ilin qış-yay möv­sü­mündə, əsasən, xarici ölkə vətən­daş­larına - təxminən, 65 min müş­tə­ri­yə xidmət göstərib. Bundan savayı, Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri hesab edirlər ki, yara­dılan rekreasiya potensialı artıq yaxın vaxtlarda qış mövsümündə ölkəyə xa­rici turistlərin sabit axınının baş tutmasını yoluna salacaq.

Bu planlara zəmanəti ölkənin şi­mal-qərbində - Qəbələ rayonunda yer­lə­şən turizmin inkişafı üzrə ardıcıl səylər təkan verəcək. Son illər ayrı-ayrı sərmayədarların səyləri hesabına aqrar rayonu Azərbaycan turizminin əsl mirvarisinə çevrilib. Qəbələnin kurort və istirahət zonalarını hər il, təxminən, 30 min xarici turist və bun­dan bir neçə dəfə artıq həmvə­tə­nimiz ziyarət edir. Son illər burada 20-dən artıq otel və pansionat tikilib, regionda analoqu olmayan attraksion qurulub, istənilən növ təyyarələri qə­bul edən beynəlxalq hava limanı işə salınıb. Bu isə ərazidə formalaşan tu­rizm habının uzunmüddətli rentabel­li­yini təmin edərək, öz növbəsində, ölkənin şimal-qərb regionuna xarici turist axınını stimullaşdıran əhəmiy­yətli faktor olub.

Planın miqyasına görə, Qəbələnin turizm sənayesinin nüvəsi ölkədə ikinci yay-qış turizm kompleksi - "Tufan" olmalıdır, ilk obyektlərinin istismara verilməsi bu ilin sonlarına planlaşdırılır.

"Yaxın aylarda Qəbələdə yay-qış turizm obyektinin tikintisi üzrə işlər yekunlaşacaq. Kompleksin baza in­fra­strukturu yerli şirkətlərdən birinin səyləri ilə formalaşır, eyni zamanda, bu istirahət zonasında mehmanxana potensialının genişləndirilməsi məq­sə­dilə xarici investorların cəlb edil­məsi üzrə danışıqlar aparılır", - deyə mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib.

Yay-qış kompleksi "Tufan" 3 mi­nə qədər insana gündəlik xidmət gös­tərilməsi üçün nəzərdə tutulub. Dağ-xizək enişinin on xəttinin ümu­mi uzunluğu 18 km.-dir, burada plan­laş­dırılan 8 kanat yolun 5-i qurulub. Dağ-xizək yolunun enişinin bütün xət­ləri "süni qar" sistemləri və istira­hət edənlərin dağ zirvələrinə qalxma mexanizmləri ilə təchiz olunacaq. Dağ-xizək kompleksinin yaxınlığında "Golf Resort" idman və istirahət mər­kəzi, qolf meydançası, eləcə də Qolf Akademiyası və qolf-klub yara­dılması planlaşdırılır.

İkinci Dağ-Xizək Kompleksinin işə salınması ilə Azərbaycan istirahə­tin qış növləri üzrə regional mərkəz statusuna sahib olacaq. Bu, xüsusilə qış dövründə təkcə turist axınına gə­tirib çıxarmayacaq, həm də bizim və qonşu ölkələrə idmançıların hazırlan­ması üçün bu bazalardan istifadə edil­məsinə, gələcəkdə isə beynəl­xalq yarışların keçirilməsinə yardım edəcək.



MƏSLƏHƏT GÖR:

610