11 Avqust 2026

Çərşənbə axşamı, 23:32

GÜZƏŞT ETMƏDƏN

Bakı UFC turniri tamaşaçılara doqquz vaxtından əvvəl qələbə, parlaq nokautlar və Rafael Fiziyevin triumfunu bəxş edib

Müəllif:

01.07.2026

Möhtəşəm UFC Fight Night gecəsi iyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında baş tutub. Əsas döyüşdə Azərbaycan döyüşçüsü Rafael Fiziyev meksikalı Manuel Torresi ikinci raundda nokaut edərək parlaq qələbə qazanıb. Doqquz döyüşün vaxtından əvvəl başa çatdığı bu tarixi hadisənin döyüşlərini təhlil edək.

 

Rafael Fiziyev - Manuel Torres (yüngül çəki)

Döyüş ərəfəsində mütəxəssislər bu qarşıdurmanı yüngül divizionun ən təhlükəli iki zərbəçisinin görüşü adlandırırdılar. Birinci raund gərgin və dramatik alınıb. Fiziyev döyüşə aqressiv başlayıb, mütəmadi olaraq ağır lou-kiklər vururdu. Lakin Torres ritmi tuta bilib və azərbaycanlının müdafiəsini güclü sağ əl zərbələri ilə getdikcə daha tez-tez yarmağa başlayıb, son saniyələrdə təmiz düz zərbə endirib, bu da ona 10:9 hesabı ilə raundu qazanmağa imkan verib.

Döyüşdən sonra Fiziyev etiraf etdib ki, buraxdığı zərbələrdən birindən sonra sol gözündə ikili görmə yaranıb. Onun sözlərinə görə, məsafəni düzgün hesablamaq üçün, demək olar ki, yalnız sağ gözünə arxalanmalı olub.

İkinci raundun başlaması ilə Fiziyev hücuma keçib. O, 15-ci saniyədə rəqibi üçün gözlənilmədən dönərək effektli ayaq zərbəsi icra edib və bu zərbə Torresin çənəsinə dəyib. Meksikalı oktaqonun döşəməsinə düşüb, bundan sonra Fiziyev onun üzərinə zərbələr yağdırıb. Hakim Mark Qoddard döyüşü dayandırmağa məcbur olub.

Bu qələbə Fiziyevə məğlubiyyət seriyasını dayandırmağa imkan verdi. Döyüşdən sonra o, Çarlz Oliveyraya qarşı BMF (“Ən təhlükəli döyüşçü”) titulu uğrunda döyüşmək istədiyini bəyan edib.

Döyüşdən sonrakı mətbuat konfransında Fiziyev yenidən birinci raunddan sonra sol gözü ilə pis gördüyünü paylaşıb: “Rəqibin zərbəsindən sonra hər şey bulanıq görünürdü. İkinci raundda mən dönmə zərbəsini sınamaq qərarına gəldim və bu, işə yaradı”.

 

Şarabutdin Maqomedov - Mişel Pereyra (orta çəki)

Gecənin ikinci əsas döyüşü fərqli dinamikaya malik idi. Birinci raundda braziliyalı Mişel Pereyra güclü sağ düz zərbə ilə Şara “Bullet”i yerə yıxıb və raund boyu yerdə ağır zərbələrlə üstünlük qazanıb. Bu raund Pereyranın xeyrinə nəticələnib (10-9). İkinci raundda isə döyüşün ssenarisi dəyişib. Şarabutdin Maqomedov fərqli bucaqlardan vurduğu ağır zərbələrlə  rəqibə çətin anlar yaşadıb, Pereyra isə güclü əks-hücum axtarışında fəallığını itirib. Üçüncü raundda hər iki idmançı yorğunluq əlamətləri göstərsə də, Şaranın zərbə aktivliyi daha yüksək idi. Pereyranın cəhdlərini uğurla dəf edən rusiyalı döyüşçü, raundun sonunda rəqibini klinçdə diz zərbələri ilə sarsıdıb. Hakimlər yekdil qərarla (29-28, 29-28, 29-28) qələbəni Şarabutdin Maqomedova veriblər.

 

Mateus Kamilo - Nazim Sadıxov

Gecənin yerli azarkeşlər üçün ən böyük şoku Nazim Sadıxovun məğlubiyyəti olub. Arenanın inanılmaz dəstəyi altında döyüşə çox rahat və axıcı başlayan Sadıxov gözlənilmədən Camilonun dəqiq və sarsıdıcı sağ düz yumruq zərbəsinə tuş gəlib. Yerə yıxılan Sadıxov dərhal müdafiə olunmağa çalışsa da, Camilonun amansız yerdən zərbələri referini 1-ci raundun 1:31 saniyəsində döyüşü dayandırmağa vadar edib. Bu, Sadıxovun karyerasında ardıcıl ikinci nokaut məğlubiyyəti olub.

 

Asu Almabayev – Çarlz Conson

Qazaxıstanlı Asu Almabayev əsl ustad dərsi keçib. Döyüş boyu amerikalı rəqibindən həm sürət, həm də güləş texnikasında bir addım öndə olan Almabayev üçüncü raundun 3:33-cü saniyəsində MMA-da çox nadir hallarda rast gəlinən ağrılı fənd tətbiq edərək rəqibini təslim olmağa məcbur edib. Bu qələbə sayəsində idmançı öz çəki dərəcəsində TOP-10 reytinqə daxil olub.

 

İkram Aliskerov - Brunno Ferreyra

Döyüşü həm ayaqda, həm də parterdə idarə edən Aliskerov 3 raundluq dominantlıqdan sonra yekdil qərarla UFC-də ardıcıl üçüncü qələbəsini rəsmiləşdirib.

 

Abus Maqomedov - Mixal Olekseyçuk

Orta çəkidə keçirilən bu döyüş əsas kartın ən sürətli finişlərindən biri olub. A.Maqomedov ilk raundun ortalarında rəqibini sarsıdaraq yerə yıxıb və dərhal boğma fəndi  tətbiq edərək rəqibini 1-ci raundun 3:25 saniyəsində təslim olmağa vadar edib.

 

Əbdül-Raxman Yaxyayev - Culius Uoker

Yüngül-ağır çəkidə döyüşən gənc istedad Yaxyayev turnirin ən yaddaqalan qələbəsinə imza atıb. Döyüşün başlamasından cəmi 4 saniyə sonra vurduğu tək bir təmiz yumruq rəqibini nokdauna salıb, ardınca gələn yerdən zərbələrlə döyüş 8-ci saniyədə rəsmən dayandırılıb. Bu finiş UFC tarixinə 7-ci ən sürətli nokaut kimi düşüb.

 

Tahir Abdullayev - Cefferson Nasimentu

Azərbaycanlı idmançı Tahir Abdullayev yarım-orta çəkidə əsl xarakter nümayiş etdirib. Braziliyalı rəqibinə qarşı çətin keçən döyüşün üçüncü raundunda üstünlüyü ələ alan Tahir, raundun sonuna az qalmış (4:28) rəqibi zərbələrlə nokaut edərək arendakı azarkeşləri sevindirib.

 

Fərman Həsənov - Erik Nolan

Digər azərbaycanlı döyüşçü Fərman Həsənov isə güləş üstünlüyü sayəsində tam dominant bir döyüş keçirib. O, rəqibini dəfələrlə yerə yıxaraq hakimlərin yekdil qərarı ilə (30-27, 30-27, 30-27) qələbə qazanıb.

 

Bonuslar və UFC-nin nəticələri

UFC rəhbərliyi turnirin möhtəşəm təbiətini yüksək qiymətləndirib və döyüşçüləri səxavətlə mükafatlandırıb. “Gecənin performansı” Bonusu (Hər birinə 100,000 dollar) Rafael Fiziyev, Asu Almabayev, Əbdül-Raxman Yaxyayev və Daniil Donçenkoya qismət olub. Rəqiblərini vaxtından əvvəl məğlub edən Mateus Kamilo, Abus Maqomedov, Nursulton Ruziboyev, Kaan Ofli və yerli idmançımız Tahir Abdullayev əlavə olaraq 25,000 dollar mükafat qazanıblar.

Rafael Fiziyev bu çətin və gərgin qələbə sayəsində yüngül çəki reytinqində öz mövqeyini qoruyub və TOP-10 daxilində çempionluq yarışına yenidən vəsiqə qazanıb. Digər tərəfdən Asu Almabayev yüngül çəkidə birbaşa TOP-10 zirvəsinə yaxınlaşıb.

Milli Gimnastika Arenasını yaşanan anşlaq isə azərbaycanlı azarkeşlərin coşqusu və turnirin təşkilatçılıq səviyyəsi UFC rəhbərliyinin gələcəkdə regionda daha böyük turnirlər keçirmək ehtimalını ciddi şəkildə artırır.

Bakıda baş tutan UFC Fight Night turniri parlaq qələbələr və ümumilikdə 9 vaxtından əvvəl bitən döyüşlə UFC tarixinin ən dinamik və yaddaqalan gecələrindən biri kimi qeydə alındı.



MƏSLƏHƏT GÖR:

57