5 May 2024

Bazar, 20:36

SİMURQ QUŞUNUN QANADLARINDA

İlk Avropa Olimpiya Oyunlarının loqosu hansı elementləri əks etdirir?

Müəllif:

03.12.2013

2015-ci ilin iyununda Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunlarının rəsmi loqosu eyni vaxtda Bakı, Roma və Madriddə ictimaiyyətə təqdim edildi.

Azərbaycanlı Adəm Yunisov tərəfindən hazırlanan və açıq ictimai müsabiqə nəticəsində seçilən loqo alov, su, əfsanəvi Simurq quşu, xalı və nar da daxil olmaqla, Azərbaycanın qədim və müasir mədəniyyətini tərənnüm edir.

Adəm Yunisov "R+"a açıqlamasında yaratdığı emblemlə mötəbər yarışın təbliğatına dəstək olmaq istədiyini bildirib: "Mən bununla Azərbaycan xalqının birinci dəfə keçiriləcək Avropa Oyunlarına olan həvəs və istəyini ifadə etmək, fikirdə və idmanda yenilikçi olmaq istədim. Bu həmin ideyanı əks etdirən əlamətdar bir loqodur. Avropa Oyunlarının Bakıda keçirilməsi tarixi hadisə olacaq." 

Loqo Romada baş tutan Avropa Olimpiya Komitəsinin 42-ci Ümumi Yığıncağında da təqdim olunub və AOK Prezidenti Patrik Hikki tərəfindən yüksək qiymətləndirilib. Onun fikrincə loqonun hazırlanması oyunların təbliğatı baxımından vacib addım sayılmalıdır: "Avropa tarixində ilk dəfə özünün qitə üzrə multi-idman tədbirini keçirəcək. Əksər avropalı atletlər üçün bu tədbir ölkələrini təmsil etmək imkanı qazandıracaq. Loqonun təqdimatı yarışın yüksək səviyyədə keçirilməsi istiqamətində atılan vacib addımdır. Bakının bu oyunları layiqli şəkildə keçirəcəyinə əminəm."

Qeyd edək ki, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 49 Olimpiya ölkəsindən 5400-dən çox atletin 18 idman növü üzrə yarışmasına şahid olacağıq. 

Azərbaycanın tanınmış idmançıları loqo haqda müsbət fikirdədirlər. 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarında Azərbaycana qızıl medal qazandıran yunan-Roma güləşçisi Fərid Mansurov fikrini belə izah etdi: "Bakı-2015" atletlər üçün karyera müəyyənləşdirən imkanlar və məqamlarla, azarkeşlər üçün yüksək səviyyəli idman tədbirləri ilə yadda qalacaq, gənclər üçün ilham qaynağı olacaq. Bu loqonun daşınması Avropa idmanının gələcəyini formalaşdırmağın tərkib hissəsi olmalıdır. Loqo bütün dünyaya ölkəmiz haqda məlumat verəcək."

Atıcılıq üzrə 2000-ci ildə Sidneydə olimpiya çempionu olan Zemfira Meftahəddinova turnir yaxınlaşdıqca həyəcanın artdığını söylədi. Avropa Oyunlarının təkcə ölkəmizin deyil, həmçinin idmançıların da həyatında mühüm hadisə olacağını düşünən xanım idmançımız loqonu bəyəndiyini gizlətmədi. 

Avroolimpiadanın loqosu İspaniya çempionatında Vicente Calderon Stadionunda "Hetafe" klubuna qarşı oynayan "Atletiko" Madrid futbol klubunun oyunçularının köynəklərində də əksini tapdı. Azərbaycanla strateji müttəfiqliyinin tərkib hissəsi kimi ispan futbol klubu loqonu stadionun ekranında nümayiş etdirməklə birinci Avropa Oyunlarına dəstək oldu. Həmin matçda David Vilya, Dieqo Kosta və Arda Turan kimi dünyada tanınan futbolçular Vicente Calderon Stadionunda "Hetafe" klubu üzərində 7:0 hesablı qələbə qazandı.

"Atletiko"nun ulduz hücumçusu Dieqo Kosta bildirib: "Biz “Atletiko”  Madrid olaraq 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarını dəstəkləyirik. Həm "Atletiko", həm "Bakı" bu işdə birgədirlər!" 

Dieqonun komanda yoldaşı Arda Turan da mötəbər yarışla bağlı fikrini açıqlayıb: "İdmanla insanları və ölkələri birləşdirəcək birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə çox şadam. Bu oyunların gənclərdə idmana maraq oyadacağına və bütün Avropada Olimpiya atmosferi yaradacağına inanırıq. Biz də sizinlə oynayacağıq!" 

Beləliklə, Avropa Oyunlarının loqosu artıq bütün idman aləminə təqdim olunub. Bu emblem dünyanın aparıcı televiziya kanalları, qəzet və saytlarında nümayiş olunur. Ölkəmizin qədim və müasir mədəniyyətini özündə əks etdirən loqo hər bir azərbaycanlının qürur mənbəyidir. Getdikcə həyəcan artır və Avropa Oyunlarının başlamasına az vaxt qalır. 

 

"BAKI - 2015" LOQOSUNUN SİMVOLLARI

 

"Ba­kı - 2015" lo­qo­su öl­kə­mi­zin  qə­dim və müa­sir mə­də­niyyə­ti­nin beş baş­lıca ele­men­ti­ni özündə cəm­ləş­di­rib:  

Xa­lı: UNESCO-nun 2010-cu il Bə­şə­riyyə­tin Qey­ri-Mad­di Mə­nə­vi İr­si­nin Nümu­nə­lə­ri­nin Siy­a­hı­sı­na da­xil edil­miş Azər­baycan xal­ça­çı­lıq sə­nə­ti öl­kə­nin ək­sər xal­ça­çı­lıq bö­lg­ə­lə­rin­də şi­fa­hi və əmə­li şə­kil­də nə­sil­dən-nəs­lə ötürülən ai­lə ənə­nə­si­dir. Lo­qo­nun bu ele­men­ti "Ba­kı- 2015" plan­la­rı­na xas olan mə­də­ni ir­sin, müxtə­li­f­liy­in və ya­ra­dıcı ifa­də­nin vacib­liyi ki­mi prin­sip­lə­ri əks et­di­rir.

  Alov: Azər­baycan "Od­lar yur­du" ki­mi ta­nı­nır. Ba­kı­nın hər ye­rin­dən görünən və alov dil­lə­ri­nin hə­rə­kə­ti­ni əks et­di­rən LED ilə örtülən "Alov qüllə­lə­ri" və dan ye­ri ağa­ran­da ye­rin tə­kin­dən çı­xan tə­bii qaz­la alov­la­nan "Ya­nar­dağ" dünya­nın hər ye­rin­dən tu­rist­lə­ri cəlb edir. Bu ele­ment Ba­kı­nın Av­ro­pa­nın ilk Av­ro­pa Oy­un­la­rı­na ev sa­hib­liyi et­mək üçün alı­şıb-ya­nan am­bi­siy­a­sı­nı əks et­di­rir. 

 lDa­lğa: Də­niz sə­viyyə­sin­dən 28 metr aşağı­da yer­lə­şən Ba­kı dünya­nın ən al­çaq nöq­tə­sin­də yer­lə­şən pay­taxt şə­hə­ri­dir. Bu şə­hər, hə­m­çi­nin dünya­nın ən böyük gölü ki­mi ta­nı­nan Xə­zər də­ni­zi­nin ya­xın­lığın­da­kı Ab­şe­ron ya­rı­ma­da­sı­nın cə­nub sa­hi­lin­də yer­lə­şir. Ba­kı li­ma­nı dünya­nın ən böyük də­niz li­ma­nı olub, ta­ri­xi 1902-ci il­dən baş­layır. Hal-ha­zır­da Azər­baycan pay­tax­tı­nın uni­kal coğra­fi möv­qeyi onun iq­ti­sa­di, so­si­al və mə­də­ni in­ki­şa­fı­na tə­kan ve­rir. Bu ele­ment şə­hə­rin Xə­zər də­ni­zi­nin sa­hi­li boyu şərq-qərb oxu üzrə di­na­mik in­ki­şa­fı­nın və qi­tə­də id­ma­nın gə­ləcəy­i­ni for­ma­laş­dı­racaq Av­ro­pa Oy­un­la­rı üçün ye­ni da­lğa kon­sep­siy­a­sı­nın rəm­zi­dir.  

Si­murq qu­şu: Xoş­mə­ram­lı əf­sa­nə­vi Si­murq qu­şu Yer­lə Göy ara­sın­da vəh­də­tin rəm­zi he­sab edi­lib, hər iki­si ara­sın­da va­si­tə­çi və müjdə­çi ro­lu­nu oy­nayır. Bu ele­ment Azər­baycan xal­qı­nın tə­bi­ət­lə bağlı­lığı­nın, on­la­rın 2015-ci il­də at­let, azar­keş və rə­s­mi­lə­ri qar­şı­lay­ar­kən gö­s­tə­rəcək­lə­ri meh­ri­ban­lıq və qo­naq­pər­vər­li- y­in rəm­zi­dir.  

Nar: Azər­baycan­da məş­hur olan mey­və və irs ki­mi, nar əzəl­dən bə­rə­kət və bol­luğun rəm­zi ol­muş­dur. Lo­qo­nun bu be­şinci ele­men­ti "Ba­kı - 2015"in av­ro­pa­lı­la­rı id­man sa­hə­sin­də bir araya gə­tir­mək və gə­ləcək nə­sil­lər üçün mi­ras qoy­maq am­bi­siy­a­sı­nı təm­sil edir.



MƏSLƏHƏT GÖR:

705