19 Aprel 2024

Cümə, 20:41

HEYKƏLTƏRAŞIN PARALEL DÜNYASINDA

Gənc heykəltəraş Mahmud Rüstəmovun "R+" jurnalına müsahibəsi

Müəllif:

01.04.2014

Mah­mud Rüstə­mov bö­yük bir ya­ra­dıcı nəs­lin nümay­ən­də­si­dir. Ata­sı As­lan Rüstə­mov və böyük qar­da­şı Tey­mur məş­hur hey­kəl­tə­raş­lar olub­lar. Mah­mu­dun da uşaq yaş­la­rın­dan məş­hur hey­kəl­tə­raş ol­maq ar­zu­su­na düşmə­si, bütün vax­tı­nı incə­sə­nə­tə həsr et­mə­si tə­əccüblü dey­il. Onun is­te­da­dı ar­tıq gənc yaş­la­rın­da hiss edil­məyə baş­lanıb. 2000-ci il­də isə Mah­mud Rüs­tə­mov Mə­də­niyyət və Tu­rizm Na­zir­liyi ilə Gənclər və İd­man Na­zir­liyi tə­rə­fin­dən ve­ri­lən "İlin hey­kəl­tə­ra­şı" adı­na lay­iq görülüb. Hey­kəl­tə­raş müx­tə­lif il­lər­də Ba­kı­da ke­çi­ril­miş Bey­nəl­xalq müa­sir incə­sə­nət bi­a­nel­le­sin­də, 2003-cü il­də isə Mos­k­va­da təş­kil olun­muş "Mart" gənclər sə­rg­i­sin­də iş­ti­rak edib. Onun ya­ra­dıcı­lıq bio­qra­fiy­a­sın­da bir ne­çə fər­di və bi­rgə sə­r­g­i­lər var. Mah­mu­dun əl iş­lə­ri dünya­nın bir çox öl­kə­sin­də sə­rg­i­lə­nir. O, həm Azər­baycan­da, həm də xa­ricdə mo­nu­men­tal hey­kəl­tə­raş­lıq iş­lə­ri­nin müəl­li­fi­dir.

- Mah­mud, si­zin əl iş­lə­ri­niz o qə­dər də adi iş­lər dey­il - on­lar­da fan­ta­s­ti­ka ilə re­al­lığın müəyyən qa­rı­şığı­nı gör­mək mümkündür. İdey­a­la­rı­nız necə ya­ra­nır?

- Bu, baş­qa mə­kan, mə­nim ya­şa­dığım pa­ra­lel dünya­dır. Uşaq­lı­q­da el­mi fan­ta­s­ti­ka­la­rı oxu­mağı se­vir­dim. Mə­nim əla tə­xəyyülüm var idi! Bütün günü fan­ta­s­ti­ka oxuy­ur­dum, ki­tab qəh­­­rə­man­la­rı ilə ko­s­mo­sa "səy­a­hət edir", mar­slı­la­rın necə ya­şa­dıq­la­rı­nı tə­səv­vür edir­dim. Yə­qin ki, əl iş­lə­rim­də də uşaq­lı­q­da­kı fan­ta­ziy­a­la­rım öz ək­si­ni ta­pır. Mən bir araya sığmay­an şey­lə­ri bir­ləş­dir­məyi, qey­ri-adi hey­kəl­lər ya­rat­mağı xoş­layı­ram.

- Siz də ata­nız As­lan Rüstə­mov, əmi­niz və böyük qar­da­şı­nız Tey­mur ki­mi, həy­a­tı­nı­zı hey­kəl­tə­raş­lıq sə­nə­ti­nə həsr et­mi­si­niz. Bu iş­də ən çox bəy­ən­diy­i­niz cə­hət han­sı­dır?

- Hə­qi­qə­tən də, özümü dərk edən­dən ət­ra­fım­da hər za­man şə­kil­lər və hey­kəl­lər olub. Uşaq­lı­q­da vax­tı­mı ata­mın ema­lat­xa­na­sın­da ke­çir­məyi se­vir­dim. Onun necə iş­lə­diy­i­ni ma­raq­la seyr edir, bən­zər nə­lər­sə ya­rat­mağa ça­lı­şır­dım. Or­ta mək­tə­bi bi­tir­dik­dən so­nra Əzim­za­də adı­na Azər­baycan Döv­lət Rəs­sam­lıq Tex­ni­ku­mu­nun hey­­kəl­tə­raş­lıq fakültə­si­nə da­xil ol­dum. So­nra or­taya han­sı is­ti­qa­mət­də get­mək, təh­si­li­mi ha­ra­da da­vam et­dir­mək mə­sə­lə­si çıx­dı - Mos­k­va­da, Le­nin­qrad­da, yox­sa Tbi­li­si­də. Am­ma heç ye­rə get­mə­li ol­ma­dım. Bəx­tim­dən hə­min il Döv­lət İncə­sə­nət Uni­ver­si­te­tin­də hey­kəl­tə­raş­lıq fakültə­si açıl­dı və mən də ora­nın tə­lə­bə­si ol­dum. Da­ha so­nra SSRİ Rəs­sam­lıq Aka­de­miy­a­sı ya­nın­da Ömər El­da­ro­vun rəh­bər­liy­i­lə ya­ra­dıcı­lıq dər­slə­ri ve­ril­məyə baş­la­ndı. Ye­ri gəl­miş­kən, atam­da və onun qar­daş­la­rın­da sə­nə­tə ma­rağı ba­bam Mah­mud Rüstə­mov ya­ra­dıb. O, dövrün ki­fay­ət qə­dər uğur qa­zan­mış sa­hib­ka­rı idi - ba­ba­mın Ab­şe­ron­da duz göl­lə­ri, Bi­ləcə­ri­də za­vo­du var idi. Ev ar­xi­vi­miz­də Nə­ri­man Nə­ri­ma­no­vun ba­ba­ma yaz­dığı mək­tub hə­lə də qa­lır. Mək­­tu­b­da ba­bam­dan Qı­zıl Or­duya yar­dım et­mə­si, cəb­həyə bir ne­çə va­qon duz gön­dər­mə­si is­tə­ni­lir. So­nra­lar ba­ba­mın bütün mülkü müsa­di­rə olun­du, özünə isə 10 il həbs cə­za­sı ve­ril­di. O, 1967-ci il­də, mə­nim dünyaya gəl­mə­y­im­dən bir ne­çə ay əv­vəl və­fat et­di və mə­nə ba­ba­mın adı­nı ve­rib­lər. Atam da­nı­şır­dı ki, ba­bam mu­si­qi­ni və incə­sə­nə­ti çox se­vir­miş. O, öv­lad­la­rı­nın mu­si­qi, bə­dii sə­nət sa­hə­si­nə get­mə­lə­ri­ni is­təy­ir­miş. Ba­ba­mın yə­hu­di do­stla­rı ona "uşaq­la­rın ba­şı­nı boş şey­lər­lə dol­dur­ma­mağı" məs­lə­hət gö­rür­lər­miş: "Mah­mud, bu za­man­da nə mu­­si­qi, nə şə­kil? Sə­nin öv­lad­la­rın hü­quq­şünas, hə­kim, biz­ne­s­men ol­ma­lı­dır­lar". Ba­bam isə bu fi­kir­lə­ri tə­bəs­süm­lə qar­şı­lay­a­raq, uşaq­la­rın mu­si­qi, rəs­sam­lıq dər­slə­ri­nə gö­rə pul ödə­məyə da­vam edir­di. Pe­şəm­də ən çox bəy­ən­diy­im cə­hət­lə bağlı su­a­lı­nı­za gə­lincə, qı­sa ola­raq deyə bi­lə­rəm ki, bu, azad­lıq və özünü ifa­də im­ka­nı­dır.

- Siz mər­mər­dən-tunca­dək, müx­­­tə­lif ma­te­ri­al­lar­la iş­ləy­ən hey­kəl­tə­raş­sı­nız. Rəs­sam ol­maq üçün yax­şı us­tad mək­tə­bi ke­ç­məy­in, pro­se­sin tex­ni­ki tə­rə­f­lə­ri­nə yiy­ə­lən­məy­in va­cib­liyi ha­q­da fi­kir­lər­lə ra­zı­sı­nız­mı? Yox­sa bu iş­də idey­aya sa­hib ol­maq, idey­a­nı bacar­dığın şə­kil­də in­san­la­ra çat­dır­mağa ça­lış­maq ki­fa­y­ət­­dir?

- Tex­ni­ka yox­dur­sa, idey­a­nın ifa­də­si o qə­dər də uğur­lu alın­maya bi­lər. Öy­rən­mək, nə­zə­riyyə­ni bil­mək, təc­rü­bə top­la­maq, öz üzə­rin­də ça­lış­maq la­zım­dır. Hey­kəl­tə­raş­lı­q­da  idey­a­­la­rı­nı bu za­man ger­çək­ləş­di­rə bi­lər­sən. He­sab edi­rəm ki, in­san han­sı sa­hə­də ça­lı­şır­sa-ça­lış­sın, pe­şə­kar ol­ma­lı­dır.

- Bəs incə­sə­nə­tə pul la­zım dey­il?

- La­zım­dır.  Am­ma gə­lin pri­o­ri­tet­lə­ri müəyyən­ləş­di­rək. Pul ke­çici­dir, sə­­nət isə yox. Bəl­kə də in­san cə­miy­yə­ti­nin in­ki­şa­fı­nın han­sı­sa mər­hə­lə­sin­də pu­la son qoy­u­lacaq. Am­ma incə­sə­nə­tə son qoy­u­lar­sa, biz məhv ola­rıq.

- Bir hey­kə­lin ha­zır­lan­ma­sı­na nə qə­dər  vax­tı­nız ge­dir?

- Adə­tən, qar­şı­ma hey­kə­lin 1 gü­nə ha­zır­lan­ma­sı və­zi­fə­si­ni qoy­u­ram. Bu, çə­tin ol­sa da, ta­ma­mi­lə müm­kündür. Am­ma vax­tın əhə­miyyə­ti yox­­dur. Əsas odur ki, idey­a­nı ifa­də edə, hey­kə­lə müəyyən mə­na, ruh ve­rə bi­lə­sən. Son za­man­lar es­kiz­siz iş­ləy­i­rəm. Bey­nim­də ha­zır iş ya­ra­nır və sa­dəcə, onu da­şa və ya gi­lə köçürmək qa­lır.

- Si­zin üçün da­ha çox nə ma­raq­lı­dır - ki­çik hey­kəl­lər ya­rat­maq, fər­di kol­lek­siy­a­lar üçün iş­lə­mək, yox­sa gündə min­lər­lə in­sa­nın gö­rə bi­ləcəyi miqyas­lı şə­hər hey­kəl­lə­ri ha­zır­la­maq?

- Mə­nim üçün bun­la­rın fər­qi yox­dur. Mən sa­dəcə, öz işim­lə mə­şğ­ul ol­mağı xoş­layı­ram. Hey­kəl­dən həzz alı­ram və onun ölçüsünün, fər­di kol­lek­siya üçün və ya şə­hər üçün ol­ma­sı­nın fər­qi yox­dur. Məm­nun­luq ürək­dən gə­lir - düşüncə­mi həy­a­ta ke­çi­rə bil­dik­də xoş­bəxt olu­ram.

- İş­lə­ri­niz­dən bi­ri ata­nız və qar­da­şı­nız­la bir­lik­də Xoca­lı faci­ə­si­nə həsr et­diy­i­niz "Ana fərya­dı"dır. Bu abi­də­nin ya­ran­ma­sı ha­q­da  da­nı­şın...

- Ha­zır­da me­t­ro­nun "Xə­tai" stan­siy­a­sı ya­xın­lığın­da­kı hə­min abi­də­nin ye­rin­də əv­vəl 1993-cü il­də ha­zır­lan­mış baş­qa abi­də var idi. O, tə­lə­sik ha­zır­lan­mış­dı və hə­min dəh­şət­li ha­di­sə­lə­ri tam əks et­dir­mir­di. Bu üzdən abi­də­nin da­ha fun­da­men­tal və əzə­mət­li abi­də ilə əvəz­lən­mə­si qə­ra­ra alın­dı. Qa­ra qra­nit və tuncdan ha­zır­lan­mış ye­ni abi­də əv­vəl­kin­dən ölçü­sünə gö­rə xey­li fər­q­lə­nir. Köh­nə abi­də­nin hündürlüyü 4 metr idi­sə, in­di­ki abi­də po­sta­men­ti ilə bir­lik­də, təx­mi­nən, 9 met­rdir. Abi­də­nin pyed­sta­lın­da­kı löv­həcik­lər­də faciə ha­q­da Azər­baycan və ing­i­lis dil­lə­rin­də qı­sa in­for­ma­siya ve­ri­lir: "26 fe­v­ral, 1992-ci il. Xoca­lı­da soy­qı­rı­mı". Bun­dan baş­qa, po­sta­men­tə Azər­baycan xal­qı­nın faci­ə­si­ni əks et­di­rən 3 ba­relyef, hə­m­çi­nin Xoca­lı­da qət­lə ye­ti­ril­miş 613 dinc sa­ki­nin ad­la­rı­nı da əla­və et­mi­şik.

- Fi­k­ri­nizcə, xal­qın mu­zey­lə­rə, bə­dii qa­le­rey­a­la­ra get­mə­si üçün nə et­mək la­zım­dır? İn­for­ma­siya tex­no­lo­g­iy­a­la­rı ilə böyüyən in­di­ki gənc­liy­in ma­rağı­nı bu sa­hə­lə­rə necə çək­mək olar?

- On il əv­vəl Ok­s­ford­da ke­çi­ri­lən Art in Action fe­s­ti­va­lı­na də­vət al­mış­dım. Lon­don ae­ro­por­tun­da fi­zi­ki məhdudiyyət­lə­ri olan ya­pon uşaq­lar­dan iba­rət qrup­la ras­tlaş­dığı­mı xa­tır­layı­ram. On­la­rın ək­sə­riyyə­ti əlil ara­ba­sın­da idi. Əv­vəlcə elə bil­dim ki,  Lon­do­na müa­licə üçün gə­ti­rib­lər. Am­ma mə­ni müşay­i­ət edən şəxs uşaq­la­rın bu uzaq  mə­sa­fə­ni Lon­do­nu gör­mək, ora­da­kı mu­zey və qa­le­rey­a­la­ra baş çək­mək üçün qət et­dik­lə­ri­ni söy­lə­di. Bu, mə­ni son də­rəcə hey­rət­lən­dir­miş­di... Bəs biz­də mu­zey­lə­rə ge­­dən, bə­dii qa­le­rey­a­lar­la ma­raq­la­nan mək­təb­li­lər çox­dur­mu? Gənc ol­du­ğum dövrlər­də müəl­lim­lər bi­zi mu­zey­lə­rə apa­rır, biz­də gö­zəl­lik his­si aşı­la­mağa ça­lı­şır­dı­lar. İn­di­ki mək­təb­li­lə­ri bu ma­raq­lan­dır­mır. On­la­rın va­li­deyn­lə­ri də mu­zey­lə­rə, qa­le­rey­a­la­ra can at­mır­lar. Bi­zim xal­qı­mız xa­rici öl­kə­lə­rə sə­fər­lər za­ma­nı ho­vuz­da, re­s­to­ran­da dincəl­məyə, ya­xud alış-ve­ri­şə üstünlük ve­rir. Sə­bəb nə­dir? Vaxt az­lığı? Bu, sə­bəb, hət­ta bə­ha­nə dey­il. Ək­sər gənclə­ri­miz ax­şam­la­rı ev­də vax­tla­rı­nı mə­na­sız ye­rə kompyu­te­rin qar­şı­sın­da ke­çi­rir­lər. İncə­sə­nə­ti təb­liğ et­mək la­zım­dır. Elə et­mək la­zım­dır ki, mu­zey­lə­rə, bə­dii qa­le­rey­a­la­ra sə­y­a­hət­lər də­bə min­sin. Uşaq­lar­da ən gənc yaş­la­rın­dan, mək­təb il­lə­rin­dən yax­şı  zövq for­ma­laş­dır­maq vaci­b­dir. Bütünlükdə xal­qın mə­nə­vi sağlam­lığı bun­dan ası­lı­dır.

- Azər­baycan­da müa­sir incə­sə­nə­tə də­s­tək ve­rən "YARAT!" qey­ri-kom­mer­siya təş­ki­la­tı ilə əmək­daş­lığı­nız ha­q­da nə deyə bi­lər­si­niz?

- Azər­baycan­da incə­sə­nət­dən an­lay­an, ya­ra­dıcı gənclə­ri də­s­tək­ləy­ən şəx­slə­rin ol­ma­sı çox xoş­dur. Biz­də çox say­da is­te­dad­lı rəssam, hey­kəl­tə­raş, re­jis­sor, fo­to­qraf var. On­la­rın ba­şa düşülmə­si, də­s­tək­lən­mə­si vaci­b­dir. Sə­nin iş­lə­ri­nin ki­min üçünsə ma­raq­lı və la­zım­lı ol­duğu­nu bil­mək xoş­dur. Mən "YARAT!" təş­ki­la­tı ilə ar­tıq bir ne­çə il­dir əmək­daş­lıq edi­rəm. İki il əv­vəl Ba­kı­da "012 Baku Public Art" fe­s­ti­va­lı çər­çi­və­sin­də mə­nim "Al­ter­na­tiv" lay­i­hə­min tə­q­di­ma­tı ol­du. Qız Qala­sı­nın ət­ra­fın­da qey­ri-adi hey­kəl­tə­raş­lıq kom­po­zi­siy­a­sı qu­rul­muş­du - kə­rg­ə­da­nın ar­xa­sınca ge­dən yad­pla­net­li.

- Ba­kı­nın əsas rəm­zi­nin ya­nın­da ki­fay­ət qə­dər ma­raq­lı bir kom­po­zi­siya... Niyə məhz yad­pla­net­li?

- Qız Qala­sı­nın nə za­man ti­kil­diy­i­nə da­ir də­qiq ta­rix hə­lə də bəl­li dey­il. Odur ki, mən bu qa­la­nın Ye­rə aid ol­ma­dığı­na da­ir idey­a­nın  mö­vcud ol­maq hüqu­qu­nu ta­nıyır və də­s­tək­ləy­i­rəm. Ye­ri gəl­miş­kən, mən kə­rg­ə­da­nın buy­nu­zu­na Azər­baycan mə­də­niyyə­ti­nin qə­dim sim­vol­la­rın­dan sayı­lan nar ta­xa­raq, öz ko­s­mik kom­po­zi­siy­a­ma mil­li  ko­lo­rit də qat­mış­dım. Ön­də ge­dən kə­rg­ə­dan isə rəs­sa­mın fi­k­rin­də göz­lə­ri­miz qar­şı­sın­da sürət­lə in­ki­şaf edən şə­hə­ri­mi­zi gö­s­tə­rir. Kom­po­zi­siya Qız Qala­sı­nın qar­şı­sın­da ki­fay­ət qə­dər uzun müddət qal­dı və o, sökülən za­man İçə­ri­şə­hər sa­kin­lə­ri məy­us ol­muş­du­lar. Sən de­mə, yad­pla­net­li on­la­rın əh­va­lı­nı qal­dı­rır­mış.

- İlk işi­ni­zi xa­tır­layır­sı­nız­mı? O, nə­dən iba­rət idi?

- Hə­min şək­li atam hə­lə də ema­lat­xa­na­sın­da sax­layır. On­da 4 ya­şım var idi və kağız üzə­rin­də in­san çək­məyə ça­lış­mış­dım. Atam­da mə­nim və qar­da­şı­mın uşaq­lı­q­da çək­diy­i­miz çox­lu say­da şəkil­lər var. İn­di isə o, ey­ni se­vgi ilə nə­və­lə­ri­nin "əsər­lə­ri­ni" top­layır. İlk hey­kəl­tə­raş­lıq əsə­rim isə dip­lom işim - "Za­ra­tu­s­t­ra" es­ki­zi olub: so­nra­dan onu İçə­rişəhər al­dı.

- Qız Qala­sın­dan baş­qa han­sı şə­hər abi­də­si­ni pay­tax­tı­mı­zın rəm­zi ad­lan­dı­rar­dı­nız?

- Mə­nim üçün bu, 1958-ci il­də Ba­kı­nın Neftçi­lər pro­s­pek­tin­də, Ba­kı Funi­kulyo­ru­nun qar­şı­sın­da qoy­ul­muş "Bəh­ram Gur" hey­kə­li­dir. Ye­ri gəl­miş­kən, o, Ba­kı­da tuncdan düzəl­dil­miş ilk abi­də­lər­dən­dir. "Bəh­ram Gur" kom­po­zi­siy­a­sı Ni­za­mi­nin "Yed­di gö­zəl" po­ema­sın­dan süjet­dir - əj­da­ha ilə sa­va­şan nağıl qəh­rə­ma­nı. Abi­də Xe­y­i­rin Şər üzə­rin­də­ki qə­lə­bə­si­dir. Çünki Şərq mi­fo­lo­g­iy­a­sın­da əj­da­ha şər rəm­zi­dir. So­vet dö­nə­min­də hər tə­rəf­də dünya pro­le­ta­ri­at­la­rı­nın rəh­bər­lə­ri­nin, gip­sdən bir-bi­ri­nə ox­şar fəh­lə və kol­xoz­çu hey­kəl­lə­ri­nin ucal­dığı bir vaxtda, bu cür al­le­qo­rik kom­po­zi­siy­a­nın ya­ra­dıl­ma­sı böyük çə­tin­lik­lər he­sa­bı­na ba­şa gəl­miş­di. "Bəh­ram Gur"un şə­hə­ri­mi­zin mər­kə­zin­də, lay­iq­li mə­kan­da ucal­dıl­ma­sı yal­nız oza­man­kı mer Əliş Ləm­bə­ran­ski­nin he­sa­bı­na mümkün olub. Ye­ri gəl­miş­kən, abi­də­ni atam As­lan Rüstə­mov do­stla­rı olan hey­kəl­tə­raş­lar Al­bert Mu­s­ta­fay­ev və Qor­x­maz Sücəddi­nov­la bir­lik­də ha­zır­layıb. O za­man on­lar hə­lə tə­lə­bə idi­lər və Ba­kı­nın tər­ti­ba­tı­nın yax­şı­laş­dı­rıl­ma­sı­na da­ir müsa­bi­qəyə qa­tı­lar­kən uğur qa­za­nacaq­la­rı­nı öz­lə­ri də düşünmürdülər. Am­ma göz­lə­nil­mə­dən, gənc hey­kəl­tə­raş­la­rın lay­i­hə­si hər kə­sin xo­şu­na gəl­di.

- Mahmud, həy­a­tı­nız­dan, özü­nüz-özünüzdən ra­zı­sı­nız­mı?

- Əl­bət­tə. Mə­nim çox gö­zəl ai­ləm və eti­bar­lı do­stla­rım var. Se­vim­li işim­lə mə­şğ­ul olu­ram və bu iş mə­nə məm­nun­luq­la ya­na­şı, həm də yax­şı gə­lir gə­ti­rir. Xoş­bəx­tlik üçün da­ha nə la­zım­dır? İş­lə­rim­dən bi­ri ötən il "Sotheby's" hər­rac evi tə­rə­fin­dən sa­tı­lıb. Bu sa­tış­dan cid­di qo­no­rar əl­də et­mi­şəm...

- "Qla­mur ge­ne­tik" ad­lı qey­ri-adi kom­po­zi­siy­a­nı nə­zər­də tu­tur­sunuz? Ma­raq­lı­dır, bu qə­ri­bə, hət­ta dey­ər­dim ki, ağlasığmaz işin idey­a­sı nə­dən iba­rət­dir?

- (gülür) O qə­dər də şişirtmək  lazım deyil. Mən qoy­u­nun ba­şı­nı, ke­çi­nin ay­aq­la­rı­nı, inəy­in alt çə­nə­si­ni və om­ba sümüyünü bir fi­qur­da top­lay­a­raq, bu "mu­tant"a çəh­rayı rə­ng­li sin­te­tik xəz geyindir­mi­şəm. Qla­mur və gö­zəl alı­nıb. İdeya nə­dən iba­rət­dir? Ata­lar sözü ilə ca­vab ve­rim: "Hər parılday­an qı­zıl dey­il".



MƏSLƏHƏT GÖR:

646