21 May 2024

Çərşənbə axşamı, 23:49

ÇEMPİONUN RESEPTİ

Şahmat tacının yeni sahibi Maqnus Karlsen Vüqar Həşimov, Anand üzərində qələbə və həyatının məqsədi haqqında

Müəllif:

22.04.2014

Hər il Azər­bayca­na çox­lu say­da məş­hur id­man­çı­lar gə­lir. Am­ma eti­raf edək ki, şah­mat üzrə dünya çem­pi­o­nu hər il Ba­kı­da ol­mur. Ya­xın ke­ç­miş­də - 4 il əv­vəl o vax­tkı dünya çem­pi­o­nu Vi­ş­va­na­tan Anand pay­tax­tı­mız­da qo­naq olub. Bu günlər­də isə dünya şah­mat tacı­nı ötən ilin noy­a­b­rın­da qa­za­nan, FİDE rey­tin­qi­nin li­de­ri, nor­veç­li is­te­dad Ma­qnus Karl­sen öl­kə­miz­də sə­fər­də­dir. Azər­bayca­na sə­fə­rin­də əsas məq­səd mər­hum şah­mat­çı­mız Vüqar Hə­şi­mo­vun xa­ti­rə tur­ni­rin­də iş­ti­rak et­mək­dir.

Sözsüz ki, "R+" dünya çem­pi­o­nuy­la müsa­hi­bə al­maya bil­məz­di.

Ma­qnus Karl­sen­lə müsa­hi­bə o qə­dər də asan alın­ma­dı - şah­mat­çı ge­niş da­nış­mağı sev­mir. Ba­kıya sə­fə­ri gə­rg­in qra­fik­lə yad­da qa­lan nor­veç­li qo­naq me­dia ilə ünsiyyət­dən yayın­ma­sa da, sa­at­lar­la da­nış­mağı da sev­mir.

- Si­zi ye­ni­dən Azər­baycan­da gör­məyə çox şad ol­duq. Yə­qin, bir ne­çə il əv­vəl Ba­kıya sə­fə­ri­ni­zi unut­ma­mı­sı­nız?

- Tə­şəkkür edi­rəm. İkinci də­fə­dir Azər­bayca­na gə­li­rəm. Hər za­man ol­duğu ki­mi qo­naq­la­ra qar­şı xüsu­si diq­qət­li­si­niz. Bu də­fə də Şəm­kir­də ke­çi­ri­lən tur­ni­rin yüksək sə­viyyə­də ol­duğu­nu qeyd et­mə­liy­əm. Ar­tıq ha­va li­ma­nın­dan hiss olu­nur­du ki, hər bir qo­naq öl­kə­ni­zi ra­zı tərk edəcək.

- İlk sə­fə­ri­niz FİDE Qran-Pri­sin­də iş­ti­rak­la bağlı idi. O za­man mər­hum Vüqar Hə­şi­mov 1-ci ye­ri tut­muş­du...

- Vüqar Qran-Pri­nin ilk mər­hə­lə­si­nin qa­li­bi ol­du. Mən 3-cü ye­ri tut­dum. Çox ma­raq­lı ya­rış idi. Hə­şi­mov o za­man gö­zəl par­tiy­a­lar­la yad­da qal­dı. Hə­min Qran-Pri­də­ki qə­lə­bə­dən so­nra karye­ra­sın­da yüksə­liş baş­la­dı.

- Vüqar­la bağlı hər han­sı bir xa­ti­rə­ni­zi bi­zim­lə bölüşə bi­lər­si­niz?

-           Düzü, gə­rək, bir qə­dər düşünüm. Çünki bu su­a­lı göz­lə­mir­dim. Bir ne­çə ya­rış­da bi­rgə çı­xış et­mi­şik. Gö­zəl in­san ol­duğu­nu de­səm, si­zi tə­əccüblən­dir­mə­rəm. Həm də gö­zəl şah­mat­çı idi. Onun və­fa­tı mə­nə çox pis tə­sir et­di. Tə­əssüf ki, ha­zır­da bi­zim­lə dey­il. Uzun müddət müa­licə al­dığı­nı bi­lir­dim. Do­stlar­dan və me­dia­dan bu ba­rə­də xə­bər­lə­ri oxuy­ur­dum. So­na qə­dər ümid edir­dim ki, hər şey yax­şı olacaq. La­kin is­tə­mə­diy­i­miz ol­du. Çox ya­ra­dıcı və is­te­dad­lı oy­un­çu idi, onun  "Be­no­ni müda­fi­ə­si"nə xas debütləri heç vaxt unu­dul­may­acaq.

- Fi­k­rimcə, bir qə­dər dəy­iş­mi­si­niz. O vaxt Ba­kıya gə­lən­də tam fər­q­­li Ma­qnus Karl­se­ni görürdük...

- (gülür) Yə­ni bir ne­çə yaş bö­yü­mü­şəm. Ba­kıya Oman­dan gəl­dim. Ora­­da tə­lim-məşq top­la­nı­şın­da iş­ti­rak et­mi­şəm. Bir qə­dər dincəl­mi­şəm. Dəy­i­şik­lik hiss et­mi­rəm.

- O vaxt siz nor­veç­li şah­mat­çı ki­mi gəl­miş­di­niz. İn­di ar­tıq dünya çem­pi­o­nu­su­nuz...

- (gülür) Həy­a­tı­mın məq­sə­di dünya çem­pi­o­nu ol­maq idi. Bu­na na­il ol­dum və in­di ti­tu­lu­mu qo­ru­maq is­təy­i­rəm. Baş­qa heç bir dəy­i­şik­lik yox­dur. Bəl­kə, bir az böyümüşəm.

- Ke­ç­miş dünya çem­pi­o­nu Vi­ş­va­na­tan Anan­d­la du­el ərə­fə­sin­də ha­mı si­zi fa­vo­rit gö­s­tə­rir­di. Yə­qin, bu amil də rə­qi­bə psi­xo­lo­ji tə­sir et­mə­miş ol­ma­dı...

- O ba­rə­də heç nə deyə bil­mə­rəm. Hər hal­da Anand güclü şah­mat­çı­dır. Onun­la görüşə xüsu­si ha­zır­laş­mış­dım. Nə­zə­rə alaq ki, dünya çem­pi­on­luğu mat­çı çə­tin req­la­ment­də ke­çir. Qə­lə­bə qa­zan­mağı­ma bax­may­a­raq, bütün bun­lar asan ba­şa gəl­mə­di. Böyük əziyyə­tin bəh­rə­si ol­du.

- Anand id­di­a­çı­lar tur­ni­rin­də qə­lə­bə qa­zan­maq­la ye­ni­dən si­zin­lə görüşmək im­ka­nı qa­zan­dı. Anan­d­la ikinci du­e­lə ha­zır­sı­nız?

- İca­zə­niz­lə bu su­a­lı ca­vab­sız qo­y­ar­­dım. İn­di bütün fi­k­rim Şəm­kir tur­ni­rin­də­dir. Gə­lin, o ba­rə­də da­nı­şaq.

- Si­zin üçün ya­rış­da nə­ticə vaci­b­dir?

- Əl­bət­tə, Azər­bayca­na qə­lə­bə qa­zan­maq üçün gəl­mi­şəm. Vüqar Hə­şi­mo­vun xa­ti­rə tur­ni­rin­də qə­lə­bə qa­zan­maq is­təy­i­rəm. Müba­ri­zə­nin çə­tin olacağı­nı ba­şa düşürəm. Yə­qin, rə­qib­lər də mə­nim­lə ey­ni fi­kir­də­dir­lər. Hər bi­ri qə­lə­bə qa­zan­maq is­təy­əcək.

- De­mə­li, ya­rı­şın 1 nö­m­rə­li fa­vo­ri­ti ol­duğu­nu­zu eti­raf edir­si­niz...

- Fa­vo­rit ol­duğu­mu sübut et­mə­li­y­əm. Am­ma bu o de­mək dey­il ki, asan­­lıq­la qə­lə­bə qa­za­nacam. Ya­rış çə­tin olacaq. Hər bir həm­ka­rım pe­şə­kar və təcrübə­li­dir. Ona gö­rə asan qə­lə­bə ol­may­acaq.

- Çem­pi­on olan­dan so­nra Karl­se­nin həy­a­tın­da nə dəy­iş­di?

- Sa­dəcə, in­di dünya çem­pi­o­nuy­am. Vəs­sa­lam. Bir qə­dər me­dia­nın diq­qə­tin­də olu­ram. Ça­lı­şı­ram üzə­rim­də da­ha çox iş­ləy­im. Də­vət­lə­rim ço­xa­lıb. İn­di da­ha çox ye­rə də­vət olu­nu­ram.

- Ata­nız müsa­hi­bə­lə­rin bi­rin­də de­miş­di ki, jur­na­list­lər hər yer­də Ma­qnu­su iz­ləy­ir. Düzünü dey­in, həm­kar­la­rım si­zi bez­di­rib?

- (gülür) Yox. Nə da­nı­şır­sı­nız. Atam de­mək is­təy­ib ki, hər za­man me­dia­nın ma­rağın­day­am. Bi­zim üçün də ma­raq­lı­dır. Han­sı öl­kəyə ge­di­rik jur­na­list­lər bi­zi qar­şı­layır, su­al­lar ve­rir­lər. On­la­ra ma­raq­lı ol­duğum üçün şa­dam. Am­ma gə­rək o ma­rağı sax­layım.

- Hər za­man ata­nız ya­nı­nız­da olur. Bu uğur üçün be­lə­dir, yox­sa da­rı­xır­sı­nız tək yo­la çı­xan­da...

- Atam mə­nim üçün va­li­deyn­dən baş­qa həm dost, həm də məs­lə­hət­çi­dir. Ək­sər da­nı­şıq­la­rı onun­la apa­rır­lar. Mə­nə də be­lə ra­hat­dır. Onun ya­nım­da ol­ma­sı da­ha yax­şı­dır. Özü də uşaq­lı­q­dan ha­ra get­mi­şəm­sə o, ya­nım­da olub. Hər­dən dey­i­rəm ona sən də mə­nə gö­rə bütün günü yol­lar­da­san.

- Ma­raq­lı­dır, bütün günü sə­fər­lər, ha­va li­ma­nı, təyya­rə uçuş­la­rı, ye­ni in­san­lar­la ta­nış­lıq. Yo­rul­mur­suz?

- Bə­zən olur. Am­ma siz də jur­na­list­si­niz, sə­fə­rə çı­xır­sı­nız, mə­nim ki­mi işi­niz çox olur. Mən şah­mat oy­na­ma­q­dan zövq alı­ram. Bu­nun üçün məşq də la­zım­dır, sə­fər­lər də. Ona gö­rə vər­diş et­mi­şəm. Am­ma çox vaxt ye­ni gəl­di­y­im şə­hər­də ot­el­də­ki ot­ağı­ma da­xil olu­ram və bir qə­dər tək qa­lı­ram. Yo­r­ğ­un­luğu­mu dincəl­mək­lə çı­xa­rı­ram.

- Azər­baycan şah­mat­çı­la­rı­nın dünya çem­pi­o­nu ol­maq şan­sı­nı necə qiy­mət­lən­di­rir­sız? Şah­mat tacı­nı Ba­kıya gə­ti­rə bi­lə­rik?

- Azər­baycan şah­ma­tın in­ki­şaf et­diyi öl­kə­lər­dən­dir. Güclü şah­mat­çı­la­rı­nız var. Sa­dəcə, bir qə­dər ça­lış­maq la­zım­dır. Son id­di­a­çı­lar tur­ni­rin­də Şəh­riy­ar Məm­mədya­rov pis çı­xış et­mə­di. Əsas odur ki, qar­şı­na məq­səd qoy­a­san və ona na­il ol­maq üçün ça­lı­şa­san.

- Dad­lı qi­da­lan­ma­nı se­vir­si­niz, yox­sa...?

 

- Dad­lı ye­məyi kim sev­mir. Bə­zən olur, qəh­və və mey­vəy­lə ki­fay­ət­lə­ni­rəm. Am­ma dad­lı ye­mək­dən qal­mı­ram. Düzdür, çox ye­mi­rəm. Əks hal­da, zal­da çox ol­ma­lıy­am. Gün ər­zin­də id­man­la mə­şğ­ul olu­ram. Qa­çı­ram, fut­bol oy­nayı­ram. Ona gö­rə for­ma­mı itir­mi­rəm. Dad­lı ye­mək olan­da da bi­li­rəm ki, so­nra id­man­la mə­şğ­ul olacam.


MƏSLƏHƏT GÖR:

427