21 May 2024

Çərşənbə axşamı, 18:05

"HƏR KƏS ÖZÜ ÜÇÜN ÖNƏ ÇIXMAĞA ÇALIŞIR"

Görkəmli kamança ifaçısı, xalq artisti Şəfiqə Eyvazovanın "R+"a müsahibəsi

Müəllif:

22.04.2014

Şə­fi­qə Ey­va­zo­va­nı mu­si­qi mək­tə­bi­nə gə­ti­rən­də, ata­sı­nın, bəl­kə, heç ağlı­na da gəl­məz­di ki, il­lər ke­çəcək və onun qı­zı Azər­bayca­nın    ən ta­nın­mış ka­man­ça ifa­çı­la­rın­dan olacaq. "Atam ka­man­ça alə­ti­ni çox se­vir­di. Mə­nim on ya­şım var idi. Ka­man­ça alə­ti­ni, de­mək olar ki, heç gör­mə­miş­dim. Atam bir gün mə­ni fi­lar­mo­niy­a­nın yay za­lı­na apar­dı. Hə­min dövrlər­də ora­da Rə­hi­lə Hə­sə­no­va, Sa­ra Qə­di­mo­va, Şöv­kət Ələk­bə­ro­va oxuy­ur­du. Ha­fiz Mir­zə­liy­ev isə ka­man­ça­da ifa edir­di. Elə o vaxt atam mə­nə ka­man­ça­nı gö­s­tər­di və mə­nim də ka­man­ça ifa­çı­sı ol­mağı­mı is­tə­diy­i­ni de­di"- dey­ən xalq ar­ti­s­ti, so­nra­dan bütün həy­a­tı boyu onun səh­nə yol­da­şı olan alət­lə ilk ta­nış­lığı­nı be­lə xa­tır­layır.

Or­ta mu­si­qi təh­si­li­ni bi­ti­rən      Ş. Ey­va­zo­va da­ha so­nra kon­ser­va­to­riy­aya da­xil olub və ora­da Tər­lan Qa­zıy­ev­dən dərs alıb. 1957-ci il­də mu­si­qi təh­si­li­ni ba­şa vur­du­q­dan bir il­dən so­nra isə ar­tıq Azər­baycan Döv­lət Te­le­vi­ziy­a­sın­da efi­rə çıx­mağa baş­layıb.

So­nra­kı sə­nət yo­lu ba­rə­də xa­ti­rə­lə­ri­ni və mu­si­qi alə­min­də­ki müa­sir pro­ses­lə­rə müna­si­bə­ti­ni xalq ar­ti­s­ti bi­zim­lə bölüşüb.

- Şə­fi­qə xa­nım, necə­si­niz? Özü­nüzü necə hiss edir­si­niz?

- Bil­diy­i­niz ki­mi ke­çən il ürək əmə­liyya­tı ke­çir­mi­şəm. Am­ma bu­na bax­may­a­raq, ar­tıq özümü çox yax­şı hiss edi­rəm. Şükür Al­la­ha ki, müəy­yən mə­qam­la­rı ar­tıq ke­ç­mi­şəm, in­di yax­şıy­am, pe­da­qo­ji fə­a­liyyə­ti­mə də da­vam edi­rəm. Bu günlər də isə özü­mü da­ha yax­şı hiss edi­rəm. Döv­lə­ti­mi­zin qayğı­sı, Hey­dər Əliy­ev Fon­du­nun pre­zi­den­ti Meh­ri­ban xa­nım Əliy­e­va­nın tə­şəbbüsü ilə ye­ni mən­zil al­mı­şam. Ona tə­şəkkürlə­ri­mi bil­di­ri­rəm. Çox sağ ol­sun ki, mə­nim 49 il­lik səh­nə fə­a­liyyə­ti­mi yüksək qiy­mət­lən­dir­di və mə­nə bu hə­diyyə­ni lay­iq gördü. İlk qa­dın in­stru­men­tal­çıy­am ki, mə­nə be­lə bir müka­fat tə­q­dim edi­lib.

- Tə­b­rik edi­rik!

- Çox sağ olun! Ar­zu edi­rəm ki, Al­lah bütün ol­may­an­la­ra da qi­s­mət elə­sin!

- Am­ma sağal­mağı­nı­za bax­ma­y­a­raq, efir­lər­də az-az görünür­sü­nüz. Bu­nun sə­bə­bi nə­dir?

- Bu­nun bir çox sə­bəb­lə­ri var. Bi­rinci və ən əsas sə­bəb səh­hə­tim­lə bağlı olan prob­lem­lə­rim­dir. Düzdür, te­le­vi­ziya ka­nal­la­rın­dan də­vət alı­ram. Am­ma müəyyən sə­bəb­lər­dən ge­də bil­mi­rəm. Son dövrlər­də isə te­le­vi­ziya ka­nal­la­rın­dan bi­rin­də ge­dən bir lay­i­hə­də yer al­dım. Də­vət et­di­lər və mən də məm­nu­niyyət­lə qə­bul et­dim. Bun­dan so­nra isə əg­ər səh­hə­tim im­kan ve­rər­sə, is­təy­i­rəm tək­li­f­lə­rin ha­mı­sı­nı mümkün qə­dər qə­bul edim. Çünki in­san bir gənc olan­da ener­ji­li olur, hə­vəs gə­lir, bir də yaş­la­nan­da. Əg­ər in­sa­nın ca­nın­da o is­tək, hə­vəs, ener­ji qa­lır­sa, on­da in­san ömrünün axı­rı­na ki­mi öy­rə­nir və öy­rə­dir. Sə­id Rüstə­mo­vun rəh­bər­liyi ilə or­kest­rdə uzun il­lər ka­man­ça ifa et­mi­şəm. Məş­qlər­də də kon­sert­də­ki ki­mi mə­su­liyyət­lə və hə­vəs­lə çal­mı­şam. Mən bu sə­nə­tə, ümu­miyyət­lə, hər ifaya ca­nı­mı qoy­mu­şam. Heç vaxt sə­nə­tim­də yo­la ver­mək söh­bə­ti ol­mayıb.

- Bə­zən dey­ir­lər ki, ka­man­ça ifa­çı­lığı da­ha çox ki­şi­lə­rə xas sə­nət­dir. Siz necə düşünürsünüz, do­­ğur­dan­mı qa­dın ki­şi ki­mi ka­man­ça ifa edə bil­məz?

- Mən də be­lə bir söz de­mi­şəm. Am­ma ba­xın, han­sı mə­qam­da. Qa­dı­nın ifa­sı ta­mam baş­qa­dır, ki­şi­nin ifa­sı isə ta­mam baş­qa. Tə­bii ki, söh­bət tər­z­dən ge­dir. Am­ma muğam ey­ni­dir, axı. Muğam is­tər ki­şi üçün, is­tər­sə də qa­dın üçün ey­ni­dir. Ən əsa­sı isə lay­la­nı qa­dın ifa edib. Lay­la da muğam üstündə­dir. On­da necə dey­ək ki, ki­şi muğa­mı da­ha yax­şı ifa edir? Qa­dın­da his­slər da­ha güclü ol­duğu üçün düşünürəm ki, muğa­mı qa­dın da­ha yax­şı ifa edə bi­lər. Am­ma onu da dey­im ki, Rə­şid Beh­bu­do­vun ifa­sın­da­kı incə­lik in­di ək­sər qa­dın­lar­da yox­dur. De­mək, bu da sə­nə­ti han­sı­sa çər­çi­vəyə sa­lıb, ki­şi və ya qa­dın ay­rı-seç­ki­liyi et­mək ol­maz, hər şey qa­bi­liyyət­dən ası­lı­dır. Bir şeyi də qeyd edim ki, o vaxt Oq­tay Rəcə­bov Bəh­ram Man­su­rov­dan mə­nim ifa tər­zi­min necə ol­duğu­nu so­ru­şan­da o dey­ib ki, Şə­fi­qə bütün muğam­la­rı yax­şı ça­lır. Özümün şa­hid ol­duğum bir mə­qam da var. Bi­zim us­tad tar­zə­ni­miz Va­miq Məm­mə­də­liy­ev­dən də mə­nim ifam haq­qın­da so­ru­şan­da o de­di ki, Şə­fi­qə ka­man­ça­nı ki­şi ki­mi ça­lır. Ka­man­ça­da yer var ki, ağlat­maq ol­maz, söh­bət bi­zim tex­ni­ki muğam­la­rı­mız­dan ge­dir, han­sı ki, onun tex­ni­ka­sı var. Bax, onu ki­şi ki­mi çal­maq la­zım­dır. Yer də var ki, ona qa­dın incə­liyi ve­ril­mə­li­dir. Əg­ər mən qa­dın ola­raq, ka­man­ça­nı pis ifa et­səy­dim, 60-dan ar­tıq öl­kə­də - Ya­po­ni­y­a­da, Uk­ray­na­da, Ru­siy­a­da və di­g­ər öl­kə­lər­də ma­e­s­t­ro Niy­a­zi­nin tə­şəbbüsü ilə çı­xış et­məz­dim. 1968-ci il­də "Muğam-68" müsa­bi­qə­sin­də 20 ya­şın­da xa­nən­də­lə­rin müşay­i­ət­çi­si ki­mi səh­nəyə çıx­maz­dım. 1978-ci il­də Bəh­ram Man­su­rov­la Kol­bı­şev­də, Hə­bib Bay­ra­mov­la Mos­k­va­da, 1987-ci il­də Sə­mər­qənd­də ke­çi­ri­lən 4-cü Bey­nəl­xalq Muğam Sim­po­zi­u­mun­da iş­ti­rak et­məz­dim.

- Bil­diy­i­miz ki­mi, qı­zı­nız da si­zin sə­nə­ti­ni­zin da­va­m­çı­sı­dır. Sə­nət yo­lu ağır olan ək­sər pe­şə sa­hib­lə­ri is­tə­mir­lər ki, öv­lad­la­rı on­la­rın yo­lu­nu get­sin. Siz necə? Qı­zı­nı­za bu ki­mi məs­lə­hət­lə­ri ver­di­niz­mi?

- Qı­zı­mın mu­si­qiyə se­vg­i­si lap ki­çik yaş­la­rın­dan ya­ran­mış­dı. Biz onu pi­a­no dər­slə­ri­nə qoy­duq. Am­ma so­nra­dan özünün tə­ki­di ilə pi­a­no­dan uzaq­laş­dı və ona ka­man­ça al­dıq, o da bu yol­da ad­dım­la­mağa baş­la­dı. İlk müəl­li­mi isə Al­maz Kə­ri­mo­va olub. Ev­də­ki im­ta­ha­nı­nı isə ata­sı­na ver­di. Və bu im­ta­han­dan keç­di. Qı­zım ya­ra­dıcı ifa­çı­dır. Mən çər­çi­və da­xi­lin­də, klas­sik ifa­çıy­am. Qı­zım isə bə­zi mə­qam­lar­da çər­çi­və­lə­ri sev­məy­ən, ye­ni­lik­çi ifa­çı­dır.

- Ma­raq­lı­dır  ki, Siz də, yol­da­şı­nız da ka­man­ça ifa­çı­sı ola-ola qı­zı­nı­zın ilk müəl­li­mi Al­maz xa­nım olub...

- Bi­lir­si­niz, mək­təb baş­qa şey­dir, mək­təb əlif­ba­dır. Ev­də çox pe­şə­kar­lar­dan dərs ala bi­lər­sən, am­ma, axı, gə­rək in­sa­nın mu­si­qi təh­si­li ol­sun. Mə­sə­lən, İl­ha­mə Qu­liy­e­va da Tü­kəz­­ban xa­nım, Hə­bib müəl­li­mi gör­müşdü, on­la­rın ocağın­da böyü­müş­dü. Am­ma o Rə­şid Beh­bu­dov te­a­t­rın­da iş­lə­mə­səy­di, Fi­k­rət Əmi­rov bə­s­tə­lə­ri ifa et­mə­səy­di, bu­günkü İl­ha­­mə ola bi­lər­di­mi? Ona gö­rə də in­san hər­tə­rə­f­li ol­ma­lı­dır.

- Müsa­hi­bə­lə­ri­ni­zin bi­rin­də de­mi­si­niz ki, son dövrlər­də muğam üçlüyündə xa­nən­də­nin çı­xı­şı­na az yer ve­ri­lir. Nə­dən, bu qə­na­ə­tə gəl­mi­si­niz?

- Bi­lir­si­niz, üçlükdə so­list xa­nən­də­dir. Tar və ka­man­ça isə müşay­ət­çi­dir. Əv­vəl­lər be­lə dey­il­di, o vaxt tar və ka­man­ça da­ha çox müşay­ət­çi ro­lu­nu oy­nayır­dı­lar, nə­in­ki in­di. Bu o de­mək­dir ki, müşay­i­ət­çi­lər də öz­lə­ri­ni xa­nən­də qə­dər gö­s­­tər­mək is­təy­ir­lər. Ar­tıq bu­na alış­mı­şıq. Müşay­i­ət­çi odur ki, xa­nən­dəyə ifa­sı ilə kö­mək et­sin. Am­ma bi­zim in­di­ki müşay­i­ət­çi­lər­də be­lə şey yox­dur. Hər kəs özü üçün önə çıx­mağa ça­lı­şır. Mən ta­ma­mi­lə bu­nun ək­si­nə dey­i­ləm, ola bi­lər ki, qə­də­rin­də nə­y­ə­sə yer ve­ril­sin, am­ma uzun-uza­dı şə­kil­də xoş dey­il, mən­cə. Adi ot­u­ruş qay­da­sı da in­di əv­vəl­ki ki­mi dey­il. Əv­vəl­lər elə əy­lə­şər­di­lər ki, ifa­çı da, müşay­i­ət­çi də bir-bir­lə­ri­ni görsünlər. Am­ma in­di ha­­mı­sı üzü ta­ma­şa­çıya əy­lə­şir. Heç bir-bi­rin­dən xə­bər­lə­şə də bil­mir­lər.

- Özünüz də vu­rğ­u­la­dığı­nız ki­mi bir çox xa­rici öl­kə­lər­də ol­mu­su­nuz. Si­zin döv­rdən bu dö­v­rə ki­mi bir çox ifa­çı­la­rı­mız xa­ricdə olub və bun­dan so­nra da olacaq. Necə düşünürsünüz xa­rici öl­kə­lər­də, xa­rici ta­ma­şa­çı­la­ra ta­rın və ka­ma­nın Azər­bayca­nın mil­li mu­si­qi alət­lə­ri ol­duğu­nu sübut et­mi­şik, yox­sa hə­lə bu yol­da ye­nə han­sı­sa ad­dım­lar at­ma­lıyıq?

- Bil­diy­i­miz ki­mi, Meh­ri­ban xa­nım Əliy­e­va­nın səyi nə­ticə­sin­də ta­rı­mı­zı UNESCO-nun ta­ri­xi irs siy­a­hı­sı­na sa­la bil­mi­şik. Bircə, qa­lıb ka­man­ça ki, bu­nun da üzə­rin­də müəyyən ad­dım­lar atı­lır, bu ya­xın­lar­da onun haq­qın­da da Mə­də­niyyət və Tu­rizm Na­zir­liy­in­dən əla­qə­dar şəx­slər gəl­miş­di. Ka­man­ça haq­qın­da sə­nəd­li film ha­zır­la­dı­lar. Mə­ni də hə­min sə­nəd­li fil­mə də­vət et­miş­di­lər. Yə­qin ki, onun da nə­ticə­si­ni gö­rəcəy­ik. Mə­sə­lən, olub ki, mən Por­tu­qa­liy­a­da kon­ser­tim­dən so­nra­nın ora­nın ta­nın­mış skrip­ka ifa­çı­sı ya­xın­la­şıb və ka­man­ça­nın necə mu­si­qi alə­ti ol­ma­sı ilə ma­raq­la­nıb. Mən ona ka­man­ça­nı tə­q­dim et­mi­şəm, necə ifa olun­ma­sı­nı və ən əsa­sı Azər­bayca­nın mil­li mu­si­qi alə­ti ol­duğu­nu de­mi­şəm və hə­qi­qə­tən də, o, bu alə­tə hey­ran­lığı­nı giz­lə­də bil­məy­ib. De­mək, hə­min mu­si­qi­çi ikinci də­fə nə za­man­sa bu alə­ti gö­rən­də ya­dı­na Azər­baycan düşəcək. Ka­man­çaya sa­hib çıx­mağa ça­lı­şan mən­fur qon­şu­la­rı­mız da çox yax­şı bi­lir­lər ki, bu alət bi­zim­dir. Am­ma ney­lə­sin­lər ki, öz­lə­ri­nin heç nəyi yox­dur və məcbur­dur­lar bi­zim olan­la­ra göz dik­məyə. Am­ma bir şeyi bil­sin­lər ki, biz on­la­ra öz haq­qı­mız olan heç nəyi ver­məy­əcəy­ik. Nə­in­ki ka­man­ça­nı, ümu­miyyət­lə, heç nəyi.

- Müsahibələrinizdə tez-tez gənc musiqiçilərin əksəriyyətinin notu bilməməsini vurğulayırsınız...

 

- Bəli. Hamısını demirəm,amma çoxu bilmir. Bəhanə olaraq da onu gətirirlər ki, onsuzda muğam ifa edəcəyik də. Nə olsun ki, muğam notla çalınmır. Notla çalmaq, mu­ğam çalmaq üçün əlləri açır. Gənc­lərimiz muğama yönləndikcə nota dırnaqarası baxırlar. Bu isə düzgün yanaşma deyil. Axı, musiqinin əlifbası notdur. Notu bilmək savadın da olması deməkdir. Arif Əsədulla­yev notu bilməsəydi, muğamı nota köçürə bilərdimi? Düzdür, muğamı tamamilə nota köçürmək mümkün deyil, amma onun sütununu gələcək üçün saxlamaq da doğru addımdır. İndi müşahidə edirəm ki, cavanla­rımız bu yolda da önə getməyə ça­lışırlar.



MƏSLƏHƏT GÖR:

488