21 May 2024

Çərşənbə axşamı, 13:19

NAİL OLUNMUŞ MƏQSƏD

Azərbaycan iqtisadiyyatının şaxələnməsində mühüm irəliləyişə nail olub

Müəllif:

22.04.2014

Azərbaycan iqtisadiyyatının şaxələnməsinə nail ola bilib ki, bunu da ölkənin sosial-iqtisadi inkişafının 1-ci rüb üzrə yekunları sübut edir. "Ötən il qeyri-neft sektorumuz 10%, bu ilin üç ayı ərzində isə 8,8% artıb. İqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetimizdir. Hesab edirəm ki, biz buna nail ola bilmişik. Çünki artıq uzun müddət ərzində qeyri-neft sektorumuz sürətlə artır", - deyə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarının müzakirəsinə həsr olunmuş iclasında bildirib. 

Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanda neft-qaz layihələrinin reallaşdırılması da uğurla davam edir. Bu da onlardan əldə olunan gəlirin iqtisadiyyatın başqa sahələrinin inkişafına sərf etməyə imkan verir.

Nazirlər Kabinetinin iclasında energetika naziri Natiq  Əliyev çıxışında qeyd etdiyi kimi, Prezident İlham Əliyev tərəfindən "Azəri-Çıraq-Günəşli" yataqlarında 2011-2012-ci illərdə neft hasilatının həcminin kəskin surətdə azalması ilə əlaqədar "BP-Azərbaycan" şirkətinin rəhbərliyinin ünvanına söylənilən tənqid və iradlar müsbət nəticələnib. Belə ki, 2013-cü ilin yekun nəticələrinə əsasən, AÇG yataqlarından 30 mln. 623 min ton proqnoz göstəricilərinə qarşı 32 mln.717 min ton xam neft hasil edilib. Bu ilin birinci rübündə isə real hasilat proqnozda nəzərdə tutulandan 214 min ton çoxdur.

Maraqlıdır ki, bu dəfə neft və qaz sektorundan savayı, potensial "gəlirli" sahə qismində diqqət ölkənin energetika kompleksinə cəlb edilib. Sirr deyil ki, bu sahə kifayət qədər sürətli templərlə inkişaf edir. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"çərçivəsində  və "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı milli energetikamızda yeni eranın başlanğıcını qoyub. Müasir qaz-turbin tipli "Şimal" Elektrik Stansiyasının istifadəyə verilməsi, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının tikilməsi, buxar-qaz tipli "Sumqayıt" və "Cənub" elektrik stansiyalarının istifadəyə verilməsi son beş il ərzində Azərbaycan energetika sisteminin generasiya gücünü 30 faizə yaxın artırıb və yeniləşdirib. Hazırda bu göstərici  7 105 meqavata çatdırılıb ki, bu da, orta hesabla, 24 mlrd. kilovat/saat elektrik enerjisi istehsal etməyə və 2,1 mlrd. kilovat/saata qədər elektrik enerjisinin ixracına imkan yaradır.

Bununla əlaqədar, N. Əliyev xüsusilə vurğulayıb ki, bu gün Avropa, Rusiya və İran istiqamətində elektrik enerjisinin ötürülməsi respublika üçün çox vacibdir. Bu məqsədlə qonşu dövlətlərin energetika sistemləri ilə əlaqələrin gücləndirilməsi üçün "Azərenerji" ASC tərəfindən İran ilə cənubda, Rusiya ilə şimalda və Gürcüstan ilə qərb istiqamətində yeni enerji təsərrüfat obyektləri quraşdırılıb. Azərbaycan-Gürcüstan-Türkiyə elektrik enerjisi verilişi dəhlizi yaradılaraq, Qərbi Avropa ölkələri ilə enerji mübadiləsinin təşkili istiqamətində 2014-cü ildən başlayaraq 350 meqavat, 2015-ci ildən isə 700 meqavat güc ötürmək imkanı yaranacaq. Bir sözlə, artıq yaxın illərdə Azərbaycanın büdcəsi doldurmaq gücünə malik olacaq ixracın yeni perspektivli və gəlirli məqaləsindən danışmaq olar.   

Qeyd etmək lazımdır ki, neft-qaz sektorunun uğurları və iqtisadiyyatın enerjidaşıyıcılarının ixracı hesabına əldə olunan gəlirlərindən hələlik açıq asılılığına baxmayaraq, Azərbaycan hökuməti həmişə iqtisadi siyasətin əsas oriyentirinin qeyri-neft sektorunun inkişafının neft sektorunun tam səviyyədə əvəz edilməsinə qədər olduğuna israr edirdi. Bunun üçün artıq uzun illərdir, xüsusilə yerli sahibkarlığa hərtərəfli dəstək, sənayenin, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin bərpası və inkişafının stimullaşdırılması və s., çoxsaylı infrastruktur layihələr həyata keçirilir. 

"Bu gün ölkə iqtisadiyyatının mütləq əksəriyyəti özəl sektorda formalaşır. Özəl sektor gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafını təmin edəcək", - deyə dövlət başçısı İ. Əliyev qeyd edib. 

Onun sözlərinə görə, aparıcı maliyyə qurumlarının reytinqlərində Azərbaycanda iqtisadi islahatlarla bağlı hesabatlar artıq burada dünya miqyasında biznes aparmaq üçün çox müsbət rəy yaradıb. Bu, avrobondlara olan tələbatın təklifi olduqca üstələdiyi vaxtda, Azərbaycanın ilk belə kağızlarını uğurlu şəkildə yerləşdirməsini də sübut edir. "Biz bu gün xarici maliyyə bazarlarından istənilən məbləğdə vəsait cəlb edə bilərik və bunu artıq bu yaxınlarda etmişik. Çox məhdud sayda etmişik. Ancaq tələbat və ya sifariş təklif etdiyimiz imkanlardan, təqribən, 4-5 dəfə artıq olub", - deyə İ. Əliyev əlavə edib. Lakin bu nəticə heç də hökumətin gələcəkdə də xarici borcun səviyyəsini artırmaq anlamına gəlməməlidir. Dövlət başçısının fikrincə, bu göstərici (Xarici borc ÜDM-in cəmi 8%-ni təşkil edir) üzrə aparıcı yerlərdən birini tutan Azərbaycan, bu mövqeyini gələcəkdə də qətiyyətlə saxlamalıdır. 

Ümumilikdə isə iqtisadi artım, məlum olduğu kimi, hər bir vətəndaşın büdcəsinə təsir edir. Belə ki, bu ilin 3 ayı ərzində əhalinin ümumi gəlirlərinin 4,5% artması fonunda inflyasiyanın səviyyəsi cəmi 2% olub. Birinci rübdə orta əməkhaqqı, təxminən, 7% artıb. Bu gün Azərbaycanda orta əməkhaqqı 430 manat, yəni 550 dollar səviyyəsindədir. Həmçinin əhalinin banklarda əmanətləri 20%-dən çox artıb. Bu, ilk növbədə, onu göstərir ki, insanların maddi vəziyyəti yaxşılaşır. Digər tərəfdən, bu hal banklara inamın təzahürüdür.

Sahibkarlıq və reytinqlərə qayıdaraq, qeyd edək ki, bu sahədə tətbiq edilən və gözlənilən yeniliklər yaxın gələcəkdə, ölkənin mövqeyini beynəlxalq institutların hesabatlarında daha da yaxşılaşdıra bilər. Belə ki, çox qısa zaman kəsiyində, təkcə Azərbaycan vətəndaşlarının deyil (bu vaxta qədər 1 mln.-dan çox vətəndaşa  xidmət göstərilib), eləcə də xarici ekspertlərin real marağına səbəb olmuş "ASAN xidmət" mərkəzlərinin xidmətləri, şübhəsiz ki, mühüm pozitiv dəyişikliklər kimi hesaba alınacaq. 

Vergilər naziri Fazil Məmmədovun qeyd etdiyi kimi, artıq cari ilin fevral ayında ilk dəfə olaraq elektron imzalar vasitəsilə Vergilər Nazirliyinin və Estoniyanın Sertifikat Mərkəzləri arasında Anlaşma Memorandumu imzalanıb. Bu da 2013-cü ilin may ayından etibarən Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilən müasir tipli Mobil imzanın "Asan İmza"nın beynəlxalq əməliyyatlarda tanınmasına və ölkələr arasında sərhədsiz rəqəmsal inteqrasiyaya nail olmağa imkan verir. "Asan ödəniş" sisteminin yaradılması (inzibati cərimələrin və məhkəmə qərarı ilə ödənilməli olan vəsaitlərin onlayn rejimdə ödənilməsi) vətəndaş-məmur münasibətlərini minimuma endirəcək. 

Bu məsələdə daha bir stimul, məlum olduğu kimi, dövlət investisiyaları hesabına ölkədə reallaşdırılan iri infrastruktur layihələri də xidmət edir. Burada, təkcə nüfuzlu əcnəbi şirkətlər deyil, eləcə də çox sayda yerli podratçılar və subpodratçılar da cəlb olunub. Belə ki, bu cür layihələrdən biri istismara hazır olan Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksidir. Dövlət başçısı İlham Əliyevin sözlərinə görə, bu, dünya miqyasında ən gözəl aerovağzal komplekslərinin arasında olacaq. Bundan başqa, bu ilin yay aylarında Ələtdə yeni tikilən beynəlxalq dəniz limanının birinci mərhələsi artıq tamamlanmalıdır. Bu liman Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı olacaq. "Qarşıya vəzifə qoyulubdur ki, bu ilin yayında artıq limanın birinci hissəsi istifadəyə verilsin. Belə olan halda indiki dəniz limanı şəhərin mərkəzindən köçürüləcək və onun yerində ictimai yerlər yaradılacaq. Oradan dəmir yolu xətləri də çıxarılacaq. Səkkizzolaqlı sahil avtomobil yolu, gözəl bulvar tikilir", - deyə dövlət başçısı məlumat verib.

Bir sözlə, iqtisadiyyatda inkişafın bu il üçün təməli uğurla qoyulub. "Bu gün bizim təcrübəmiz, vəsaiti iqtisadiyyatın real sektoruna yönəltmək, investisiyaları cəlb etmək və infrastruktur layihələrini icra etmək siyasətimiz hesab edirəm ki, dünya miqyasında artıq bir nümunə kimi qəbul edilir", - deyə İ. Əliyev bildirib.



MƏSLƏHƏT GÖR:

612