17 May 2024

Cümə, 16:13

HƏYAT YOLÇUSU

Rusiyalı fotojurnalist Yuri ROST: "İstəyirəm ki, mənim fotolarımdakı insanlar yaddaşımızda əbədi olaraq qalsınlar"

Müəllif:

22.07.2014

Yu­ri Rost özünü adi yol­çu sayır. O, həy­at yo­lun­da ad­dım­la­maq­la, hər şeyə diq­qət ye­ti­rir. "Mən in­san­la­rın tə­lə­sə­rək ya­nın­dan ötdüklə­ri­ni, fi­kir ver­mə­dik­lə­ri­ni gör­məyə öy­rən­mi­şəm", - deyə Rost bil­di­rir. O, hər bir fo­to­su­nu kə­s­kin və  tə­sir­li mətnlə şərh edir. Rost özünü "öz mə­qa­lə­lə­ri­ni fo­to­la­rı ilə iz­ah edən" jur­na­list sayır. O, Ru­siy­a­nın əsas qə­zet­lə­rin­də  ic­mal­çı və fo­tomüxbir iş­ləy­ib, iş­lə­diyi hər qə­zet­də öz par­laq iz­ini qoy­ub. Rost in­diy­ə­dək "Kom­so­mol­skaya prav­da", "Li­te­ra­tur­naya qa­ze­ta", "Ob­­şaya qa­ze­ta", "Mo­s­kov­skiye no­vo­s­ti" ki­mi qə­zet­lər­də ça­lı­şıb. Ha­zır­da o, "No­vaya qa­ze­ta"nın icmal­çı­sı­dır. Ba­kı­da ke­çi­ri­lən sə­rg­i­si­nin ge­di­şin­də Rost "R+"a fo­to­la­rı, məş­hur do­stla­rı və siy­a­sət ha­q­da da­nı­şıb.

- Yu­ri Mi­xay­lo­viç, siz şək­li­ni çək­diy­i­niz epi­zod­la­rı özünüz dü­züb-qo­şur­su­nuz, yox­sa sa­dəcə qar­şı­­nı­za çı­xır?

- Mən ça­lı­şı­ram ki, in­sa­nı ya­şa­dığı, həy­a­tı­nı ke­çir­diyi şə­ra­it­də çə­kim. Bu hal­da onun üçün ka­me­ra qar­şı­sı­na ke­ç­mək asan­dır, mə­nim üçün isə la­zı­mi ka­d­rı tut­maq. Mən məhz inan­dı­rıcı say­dığım ob­ra­zı ya­ra­dı­ram. Bu­nu fo­to­lar­la və mətnlə can­lan­dı­rı­ram.

- Məş­hur  şəx­slə­rin şək­li­ni çək­mək da­ha ma­raq­lı­dır, yox­sa adi in­san­la­rın?

- Ma­raq­lı adam­la­rı çək­mək da­ha ma­raq­lı­dır. On­la­rın məş­hur olub-ol­ma­ma­la­rı isə mə­nim üçün önəm­li dey­il. Mən psi­xo­lo­ji ba­xım­dan han­sı­sa anı tu­ta bi­li­rəm­sə, in­sa­nın iç üzü­nü aça bi­li­rəm­sə, de­mək, hər şey alı­nıb!

- Si­zin fo­to­la­rı­nız­da uşaq­la­ra və qoca­la­ra çox rast gə­li­nir. Niyə?

- Çünki on­lar ro­la gir­mir­lər. Uşaq­lar hə­lə al­dat­mağı bacar­mır, qoca­lar isə bu­na eh­tiy­ac duy­mur­lar. Bu üzdən də ob­raz­lar tam sə­mi­mi və saf alı­nır.

- İlk fo­to­nuz ha­q­da da­nı­şın. Hər şey necə  baş­la­dı?

- 8-9 yaş­la­rın­da idim. 1947-ci il, müha­ri­bə­dən so­nra­kı dövr idi. Ki­y­ev­­­də ya­şayır­dım. Atam könüllü şə­kil­də cəb­həyə yol­lan­mış və Mos­k­va ya­xın­lığın­da ağır ya­ra­la­na­raq ho­s­pi­ta­la düşmüşdü. Əmim isə Ber­li­nə­dək ge­dib çıx­mış, ora­dan mə­nə qə­ni­mət ki­mi "Seys İkon" gə­tir­miş­di. Ya­dım­da­dır, həy­ə­tə çıx­dım və uzun-uza­dı nəy­in­sə şək­li­ni çək­mək ha­q­da dü­şündüm. Biz Lesya Uk­ra­in­ka adı­na Rus Dram Te­a­t­rı­na məx­sus ev­də ya­şayır­dıq. Həy­ət­də do­stla­rı­mı gördüm və ilk fo­to­mu çək­dim. O za­man bö­yüklə­rin mə­nim üçün çı­xar­dıq­la­rı o fo­to ha­ra­da­sa itib-bat­dı. Ne­qa­tiv isə nə qə­dər qə­ri­bə də ol­sa, hə­lə də mən­də­dir.

 - Ma­raq­lı­dır, ilk fo­to­nuz­da əks edilən uşaq­la­rın ta­leyi necə ol­du?

- Uşaq­lar­dan bi­ri - Alik La­tin­ski Mos­k­va­da  ya­şayır. O, te­atr di­rek­to­ru­nun oğlu və da­hi rus aktyo­ru Oleq Bo­ri­so­vun qo­hu­mu idi. Şə­kil­də­ki ikinci oğlan - Bo­ris Ra­ti­mov mühən­dis ol­du. Üçüncü uşaq isə bi­let yox­lay­an Raya xa­la­nın oğlu Valya Ra­ti­mov idi. O, ha­zır­da To­v­sto­no­qov Te­a­­t­rı­nın aktyo­ru­dur. Bu fo­to­dan so­nra mən­də ma­raq ya­ran­dı və qar­şı­ma çı­xan hər şeyi len­tə köçürməyə baş­la­dım - şə­hə­ri, böyüklə­ri və uşaq­la­rı, hey­van­la­rı və sa­ir. Am­ma o za­man şə­kil çək­mək mə­nim üçün sa­dəcə hob­bi idi. Mək­tə­bi bi­tir­dik­dən so­nra, Kiy­ev Bə­dən Tər­biy­ə­si İn­sti­tu­tu­na qə­bul olun­dum. Ora­da təh­si­li­mi ba­şa vur­du­q­dan so­nra isə, bir il uşaq id­man klu­bun­da üzgüçülük tə­li­mat­çı­sı ki­mi ça­lış­dım. Da­ha bir il keç­di və Le­nin­qrad Döv­lət Uni­ver­si­te­tin­də jur­na­li­s­ti­lik oxu­mağa yol­lan­dım.

1967-ci il­dən baş­lay­a­raq "Kom­so­mol­skaya prav­da", "Li­te­ra­tur­naya qa­ze­ta", "Mo­s­kov­skiye no­vo­s­ti", "Ob­şaya qa­ze­ta", "No­voya qa­ze­ta" qə­zet­lə­rin­də xüsu­si müxbir, fo­to­müxbir, jur­na­list və icmal­çı iş­ləy­mi­şəm.

- Özünüzü jur­na­list sayır­sı­nız, yox­sa fo­to­qraf?

- Öz mə­qa­lə­lə­ri­ni fo­to­la­rı ilə iz­ah edən jur­na­list. Mə­nim mətnsiz çap olun­muş bir fo­tom be­lə yox­dur. On­la­rın ha­mı­sın­da mətn var. Bu il­lər ər­zin­də ki­lo­metrlər­lə plyon­ka­dan is­ti­fa­də et­mi­şəm. Çox say­da sə­fər­lə­rim, görüşlə­rim, çox­lu say­da açı­lış­lar, hət­ta məy­us­luq­lar da olub. Am­­ma bu gün çək­diy­im o plyon­ka mə­nim üçün çox dəy­ər­li­dir. Çünki ora­da bu gün si­ma­sı­nı itir­miş şə­hər­lər, bi­zi əbə­di ola­raq tərk et­miş in­san­lar əks olu­nub­lar. Hə­min fo­to­lar­da ge­ri qay­ta­rıl­ma­sı  mümkün ol­may­an ke­ç­miş, heç za­man tə­k­rar­lan­may­acaq an­lar  ya­tır.

- Si­zin üçün əsas nə­dir - fo­to, yox­sa mətn? Mə­sə­lən, si­zin məş­hur fo­to­nuz var - 2 il ae­ro­port­da sa­hi­bi­ni göz­ləy­ən it. Bu qəm­li ta­rix­çə nə ilə bi­tir?

- Bu qə­ri­bə it ha­q­da mə­nə do­s­tum, "İl-18" sürən təyya­rə­çi Va­len­tey da­nış­mış­dı. "Pal­ma" ad­lı iti sa­hi­bi, de­mək olar ki, təyya­rə­nin pil­lə­kə­nin­də ata­raq, bir­də­fə­lik çı­xıb get­miş­di. Sa­diq it düz, iki il yağış­da-qar­da Vu­nu­ko­vo ae­ro­por­tu­nun əra­zi­sin­də ya­şayıb. O, sa­hi­bi­ni göz­ləy­ir­di. Ae­ro­port  iş­çi­lə­ri "Pal­ma"nı yem­ləy­ir­di­lər. Bu söh­bət mə­nə çox tə­sir et­di və əv­vəlcə onun mət­ni­ni yaz­dım. Da­ha so­nra itin şək­li­ni çək­dim və "Kom­so­mol­skaya prav­da"da nəşr et­dir­dim. Və baş­lan­dı! İn­san­lar re­dak­siy­aya say­sız-he­sab­sız mək­tub­lar ya­zır, itə ba­xıl­ma­sı üçün pul gön­də­rir, onun­la ma­raq­la­nır­dı­lar. So­nra hey­va­nı da­hi Uk­ray­na ya­zı­çı­sı Kotlya­rev­ski­nin nə­ticə­si Ve­ra Kotl­ya­­rev­skaya öz ya­nı­na, Kiy­e­və apar­dı. "Pal­ma" uzun müddət ora­da ya­şa­dı, am­ma əziyyət çə­kə­rək  ya­şa­dı. Çünki o, inad­kar idi. Hey­van yal­nız küçüklə­dik­dən, ye­ni evi, evin­də ye­ni ai­lə­si ol­du­q­dan so­nra sa­kit­ləş­di. So­n­ra­lar, hət­ta onun küçüklə­rin­dən bi­ri­ni mə­nə hə­diyyə də et­di­lər. Odur ki, ta­rix­çə­nin xoş­bəxt son­luq­la bit­diy­i­ni söy­lə­mək olar. Am­ma mən əsas diq­qə­ti fo­to­nun mət­ni­nə yox, oxucu­la­rın re­ak­siy­a­sı­na yö­nəl­tmək is­tər­dim. İn­san­lar fak­ta öz müna­si­bət­lə­ri­ni bil­dir­di­lər, bu,on­la­rın ürəy­i­­­nə to­xun­du. Bu, yax­şı­dır. Bəs niyə in­san­lar baş­qa­la­rı­nın acı­sı­na yal­nız bu ha­q­da mət­bu­at­da ya­zıl­dı­q­dan so­nra re­ak­siya ve­rir­lər? Niyə ət­ra­f­la­rın­da ya­şay­an­la­ra, kö­məyə eh­tiy­acı olan­la­ra diq­qət ye­tir­mir­lər? Axı on­la­rın ət­ra­fın­da diq­qə­ti­mi­zə, qayğı­mı­za eh­tiy­ac duy­an çox say­da nə­nə­lər, ba­ba­lar ya­şayır...

Ət­ra­fa nə­zər sal­maq ki­fay­ət­dir ki, yar­dı­ma, də­s­təyə eh­tiy­acı olan­la­rı gö­rə­sən...

- İndiy­ə­dək Ba­kı­da ol­muş­du­nuz­mu? Bu­ra­da si­zi bir fo­to­qraf ki­mi, nə ma­raq­lan­dı­ra bi­lər?

- Ba­kı­da bir ne­çə də­fə ol­mu­şam. Bu­ra­da çox­lu do­stla­rım və ta­nış­la­rım var. Fə­x­riyyə Xə­lə­fo­va ilə, Mos­k­va­da isə Yu­li Qu­s­man­la məm­nu­niyyət­lə görüşürəm. Qı­sa za­man ər­zin­də Ba­kı ta­ma­mi­lə ye­ni­lə­nib və bu dəy­i­­şik­lik mə­nim xo­şu­ma gə­lir. Şə­hə­ri­niz gö­zəl ev­lə­rin, tə­miz küçə­lə­rin ol­duğu müa­sir Av­ro­pa şə­hə­ri­nə çe­v­­ri­lib. Bu­nun­la ya­na­şı, o öz Şərq ko­lo­ri­ti­ni də itir­məy­ib. Düşünürəm ki, bütün bun­la­rı çək­mək olar - in­san­la­rı, küçə­lə­ri, də­ni­zi, sə­ma­nı...

- Yu­ri Mi­xay­lo­viç, qəh­rə­man­la­rı­nız­dan han­sı da­ha çox yad­daş­lar­da qa­lıb?

- İs­tis­na­sız ola­raq, ha­mı­sı. Mə­sə­lə on­da­dır ki, nə za­man­sa şək­li­ni çək­diy­im in­san­la­rın ha­mı­sı­nı yax­şı ta­nıyı­ram. On­la­rın bir ço­xu ilə uzun il­lər­dir do­stluq edi­rəm - re­jis­sor­lar Ot­ar İo­se­li­a­ni və Ge­o­rgi Da­ne­liy­a­dan tut­muş, ya­zı­çı An­d­rey Bi­to­va, rəssam­lar İlya Ka­ba­kov və Na­talya Ne­ste­ro­vaya; mul­tip­li­ka­tor-rəs­sam Yu­ri  Nor­ş­tey­nə və di­g­ər­lə­ri­nə­dək. Mə­nə ən par­laq şəx­siyyət­lə­rin fo­to­la­rı­nı çək­mək qi­s­mət olub. Ya­dım­da­dır, Fa­i­na Ra­nev­skay­a­nın şək­li­ni çək­mək üçün Se­rg­ey Yur­ski­ni rol al­dığı ta­ma­şa za­ma­nı onu çox di­lə tut­dum, mə­nə kö­mək­lik gö­s­tər­mə­si­ni is­tə­dim. Ra­nev­skaya uzun müddət bun­­dan im­ti­na et­sə də, son­da rəh­mə gəl­di, çox sev­diyi Ma­ri­na Ne­lo­va ilə gə­ləcəy­im tə­q­dir­də, şə­kil çək­məy­i­mə ica­zə ve­rəcəy­i­ni söy­lə­di. Biz təy­in olu­nan vaxtda ak­tri­sa­nın evi­nə yol­lan­dıq. Nə­ticə­də, çox sə­mi­mi fo­to alın­dı. Tə­əssüf ki, Ye­vg­e­ni Le­o­no­vun, Oleq Ye­f­re­mo­vun, İn­no­ken­tiya Smok­tu­nov­ski­nin şə­kil­lə­ri­ni çək­­­məyə macal tap­ma­dım. Düşünür­düm ki, həy­at uzun­dur və hə­lə hər şeyə vaxt olacaq. Bu gün son də­rəcə gö­zəl aktyor Sla­va Lyub­şi­ni, xa­riz­ma­tik Mark Za­xa­ro­vu çək­mək is­tər­dim. İs­təy­i­rəm ki, on­lar nə­sil­lə­rin yad­daşların­da qal­sın­lar...



MƏSLƏHƏT GÖR:

567