17 May 2024

Cümə, 11:40

SƏCİYYƏVİ BÖHRAN

ABŞ və Kanada İnstitutunun Yaxın Şərq Münaqişələrinin Təhlili Mərkəzinin direktoru Aleksandr Şumilinin "R+" jurnalına müsahibəsi

Müəllif:

22.07.2014

- İs­ra­il yə­hu­di gəncin qət­lə ye­ti­ril­mə­si ilə bağlı in­si­den­tə ca­vab ola­raq, Qəz­za sek­to­run­da hər­bi əmə­liy­yat­la­ra baş­layıb. Mos­sad, adə­tən, yə­hu­di­lə­rin qət­li­nə səs­boğucu­su olan ta­pan­ça­lar­la və ya pi­lot­suz təyya­rə­lə­rin zər­bə­lə­ri ilə ca­vab ve­rir. Bu də­fə Qəz­za­nın miqyas­lı şə­kil­də bom­ba­lan­ma­sı nə ilə bağlı­dır?

- İlk növ­bə­də, İs­ra­il­lə Qəz­za zo­lağı­na nə­za­rət edən HƏMAS ara­sın­da gə­rg­in­liy­in niyə məhz in­di art­dığı­nı müəyyən­ləş­dir­mək la­zım­dır. Bu­nun iki əsas sə­bə­bi var. Düz, bir il əv­vəl Mi­sir­də hərbçi­lər Mur­si­nin rəh­bər­lik et­diyi is­la­m­çı hö­ku­mə­ti de­vir­di. Mur­si hö­ku­mə­ti HƏMAS-a kö­mək edir, onun təchi­za­tı ilə mə­ş­ğ­ul olur, ar­xa cəb­həyə yar­dım gö­s­tə­rir, o cümlə­dən təş­ki­la­ta siy­a­si də­s­tək ve­rir­di. Mi­si­rin ye­ni hö­ku­mə­ti isə is­la­m­çı­la­ra zidd siy­a­sət yürüdür və HƏMAS-ın də­s­tək­lən­mə­si­nə son qoy­ub. Bun­dan əv­vəl isə ərəb­lər Teh­ra­nın Su­riya hö­ku­mə­ti­nə də­s­tək ver­mə­si üzündən HƏMAS-ı İran­dan "ayır­dı­lar". İran və Mi­sir ki­mi spon­sor­lar­dan məh­rum olan HƏMAS fak­tik ola­raq, təcrid du­ru­ma düş­müş­dü. O, ma­liyyə nöq­teyi-nə­zə­ri də da­xil ol­maq­la, bütün sa­hə­lər­də acı­na­caq­lı və­ziyyət­lə üzləş­miş­di. HƏMAS, hət­ta Qəz­za sek­to­run­da ça­lı­şan döv­lət mə­mur­la­rı­nın əmək­haq­qı­nı ve­rə bil­mir­di və mə­mur­lar ar­tıq qiy­am qal­dır­mış­dı­lar. Bütün bun­lar­la ya­na­şı, Su­riya müna­qi­şə­si ilə bağlı möv­qeyi üzündən HƏMAS İran tə­rə­fin­dən tən­beh edi­lir­di. Tə­d­ricən, siy­a­si nüfu­zu­nu və ma­liyyə im­kan­la­rı­nı iti­rən HƏMAS fə­lə­s­tin­li­lə­rin na­ra­zı­lığı­na sə­bəb olur­du. Qəz­za sa­kin­lə­ri ara­sın­da HƏMAS hö­ku­mə­tin­dən na­ra­zı olan­la­rın sayı ar­tır, sek­tor­da iğti­şaş­la­rın baş­lanma­sı ri­s­ki ço­xa­lır­dı və s. Bütün bun­lar HƏMAS-ı FƏTH ilə ko­a­li­siya ya­rat­mağa, mil­li bir­lik hö­ku­mə­ti for­ma­laş­dır­mağa məcbur et­di. Am­ma bu ad­dım HƏMAS-da tə­latümlə­rin ol­may­acağı­na zə­ma­nət ver­mir­di. Çünki FƏTH ilə ko­a­li­siya İs­ra­il­lə sülh pro­se­si­nin, iki döv­lə­tin - İs­ra­il və Fə­lə­s­tin - ya­ra­dıl­ma­sı­nın ta­nın­ma­sı de­mək idi.

Mə­lum ol­duğu ki­mi, HƏMAS-ın Ni­zam­na­mə­sin­də yə­hu­di döv­lə­ti­nin məh­vin­dən, ta­ri­xi Fə­lə­s­tin tor­paq­la­rın­da İor­dan çayın­dan Ara­lıq də­ni­zi­nə­dək Fə­lə­s­tin döv­lə­ti­nin ya­ra­dıl­ma­sın­dan da­nı­şı­lır. Be­lə olan tə­q­dir­də, HƏMAS-ın döyüşkən əh­val-ru­hiyyə­li üzvlə­ri­nin FƏTH-lə ko­a­li­siy­aya eti­raz ola­raq, baş­qa ter­ror təş­ki­lat­la­rı­na keçmə­lə­ri eh­ti­ma­lı ya­ran­mış­dı. Bu və­ziyyət­də HƏMAS li­der­lə­ri İs­ra­il­lə zor yo­lu ilə di­a­lo­qa qa­dir ol­duq­la­rı­nı nümay­iş et­dir­mək qə­ra­rı­na gəl­di­lər. Bu­nun üçün on­lar səciyyə­vi böh­ran ya­rat­ma­lı idi­lər. HƏMAS bu­nun­la nə­in­ki lax­la­mış imici­ni bər­pa et­mək, ey­ni za­man­da, FƏTH-dən azad­lığı­nı qo­ru­maq is­təy­ir­di. Nə­ticə­də, on­lar yə­hu­di uşaq­la­rı­na sui-qəsd yo­lu­nu seç­di­lər və bu, İs­ra­i­lin ca­vab ad­dım­la­rı­na, ya­raq­lı­la­rın Qəz­za­da­kı möv­qe­lə­ri­nə də­qiq zər­bə­lər en­dir­mə­si­nə sə­bəb ol­du. HƏMAS isə öz növ­bə­sin­də, İs­ra­il əra­zi­si­nə ra­ket zər­­bə­lə­ri­nin sayı­nı ar­tır­dı. Be­lə­lik­lə, və­ziyyə­tin məq­səd­li şə­kil­də gə­rg­in­ləş­di­ril­mə­si Qəz­za­da bu gün ya­şa­nan­la­ra gə­ti­rib çı­xar­dı.

- Bəs bu qar­şı­dur­ma­dan İs­ra­il nə qa­za­nacaq?

- Bu müna­qi­şə müəyyən mə­na­da İs­ra­il üçün mö­vcud­luq uğrun­da müba­ri­zə xa­rak­te­ri da­şıyır. İn­san­la­rın əh­va­lın­dan çox şey ası­lı­dır. İs­ra­il­li­lər bit­mək bil­məy­ən ra­ket zər­bə­lə­rin­dən, lo­kal müha­ri­bə­lər­dən be­zə və öl­kə­ni tərk et­məyə baş­laya bi­lər­lər. HƏMAS və di­g­ər təş­ki­lat­la­rın ümi­di İs­ra­i­lin tə­d­ricən gücdən düşmə­si­nə­dir.

Hə­lə­lik bu, baş ver­mir. İs­ra­il ra­ket zər­bə­lə­ri­nə ki­fay­ət qə­dər ef­fek­tiv ca­vab ve­rir.

- İra­nın əvə­zi­nə HƏMAS-ın ye­ni spon­sor­la­rı - Fars kör­fə­zi öl­kə­lə­ri mey­da­na çı­xa bi­lər­mi? İra­q­da baş ve­rən­lər gö­s­tə­rir ki, Sə­u­diyyə Ərə­bi­s­ta­nın­dan, Qə­tər­dən yar­dım alan­lar hər­bi uğur da qa­za­nır...

- Ərəb dünya­sın­da HƏMAS-a spon­sor­luq edəcək öl­kə­lər çox az­dır. Fars kör­fə­zin­də­ki mo­nar­xiy­a­lar­dan bu təş­ki­la­ta də­s­tək ver­məyə ha­zır ol­duğu­nu yal­nız Qə­tər bəy­an edib. Sə­u­diyyə Ərə­bi­s­ta­nı və Bir­ləş­miş Ərəb Əmir­lik­lə­ri də da­xil ol­maq­la, bütün qa­lan döv­lət­lər HƏMAS-ın də­s­tək­lən­mə­si­nin əley­hi­nə­dir­lər və bu­na sə­bəb onun "Müsəl­man qar­daş­lar"la do­stluğu­dur. Mo­nar­xiy­a­la­rın "qar­daş­lar"ı öz­lə­ri­nə təhlükə say­dıq­la­rı mə­lum­dur. Fars kör­fə­zi döv­lət­lə­ri HƏMAS-ı tam təcrid və­ziyyə­ti­nə sal­may­acaq­lar və onu han­sı­sa məh­dud yar­dım ilə öz­lə­ri­nə ta­be et­məyə ça­lı­şacaq­lar. Bu, təş­ki­la­tın hə­vəs­lən­di­ril­mə­si, ma­liyyə­ləş­di­ril­mə­si yox, onun nə­za­rə­tə götürülmə­si cəh­di olacaq.

- SAXAL Qəz­za­da qu­ru əmə­liyyat­la­rı­na baş­layıb. Bu, han­sı nə­ticə­lə­ri ve­rəcək?

- Adə­tən, or­du ye­ri­dil­mə­si­nin ar­dınca əra­zi­lə­rin ter­ror­çu­lar­dan tə­miz­lən­mə­si baş ve­rir. İs­tə­ni­lən hal­da, qu­ru əmə­liyyat­la­rı Qəz­za­nın dinc sa­kin­lə­ri ara­sın­da da­ha çox tələfa­ta sə­bəb olacaq. HƏMAS ti­pik ter­ror təş­ki­la­tı ki­mi da­v­ra­nır, qa­dın və uşaq­la­rı qa­bağa bu­ra­xır. Əsg­ər­lə­ri məhz on­lar daş-qa­laq edir­lər. Ter­ror­çu­lar isə dinc sa­kin­lə­rin ar­xa­sın­da giz­lə­nə­rək atı­şır­lar. Bu, or­du­nun irə­li­lə­mə­si­ni və ya­raq­lı­la­ra də­qiq atəş açıl­ma­sı­nı çə­tin­ləş­di­rir.

- İs­ra­i­lin Qəz­za­nı blo­ka­da­da sax­la­dığı bir şə­ra­it­də oraya yüzlər­lə, hət­ta bəl­kə də min­lər­lə ra­ket necə ge­dib çı­xır?

- Blo­ka­da stra­te­ji vacib yüklə­rə, si­lah­la­ra tət­biq olu­nur. Hu­ma­ni­tar yüklər Qəz­zaya bu­ra­xı­lıb və bu­ra­xı­lır. HƏMAS ra­ket­lə­rin ək­sə­riyyə­ti­ni hə­lə İran­la fə­al əmək­daş­lıq dö­nə­min­də əl­də edib. Bə­zi ra­ket­lə­ri isə Qəz­za zo­lağın­da ku­s­tar üsul­la ha­zır­layır­lar. Be­lə ra­ket­lər ya­xın mə­sa­fə­lə­ri vur­maq üçün is­ti­fa­də olu­nur. Müəyyən say­da ra­ket isə Qəz­zaya Si­nay va­si­tə­si­lə qa­çaq­mal­çı­lıq yo­lu ilə da­şı­nır.

- İs­ra­il ilə Fə­lə­s­tin ara­sın­da­kı sülh da­nı­şıq­la­rı pro­se­si­nin ta­leyi necə olacaq? Bu pro­se­si ABŞ da fə­al şə­kil­də də­s­tək­ləy­ir­di...

 - Hə­lə­lik bu pro­ses dəfn olu­nub. Am­ma ame­ri­ka­lı­la­rın təzyi­qi ilə tez­lik­lə da­nı­şıq­lar bər­pa olu­nacaq. Da­nı­şıq­lar­da tə­rəf­daş ki­mi HƏMAS de­y­il, Mah­mud Ab­ba­sın rəh­bər­lik et­diyi FƏTH çı­xış edir. Güman ki, müəy­yən müddət­dən so­nra İs­ra­il-Fə­lə­s­tin da­nı­şıq­la­rı bər­pa olu­nacaq.

- Bəs ümu­miyyət­lə, Ya­xın Şər­q­də yə­hu­di­lər­lə ərəb­lər ara­sın­da uzunmüddət­li sülh mümkün­dür­mü?

- Hə­lə­lik, bu müna­qi­şə­nin həl­li for­mu­lu ta­pıl­mayıb. Mə­sə­lə on­da­dır ki, Fə­lə­s­tin­də ra­zı­laş­ma­nı im­za­lay­a­caq və ona əməl edi­ləcəy­i­nə zə­ma­nət ve­rəcək eti­bar­lı tə­rəf­daş yox­dur. FƏTH sülh da­nı­şıq­la­rı apa­rır, san­ki İs­ra­il ilə sülh şə­ra­i­tin­də ya­şa­mağa ça­lış­dığı­nı gö­s­tə­rir. HƏMAS isə tam hər­bi əh­val­da­dır, İs­ra­il şə­hər­lə­ri­nə ra­ket zər­bə­lə­ri en­di­rir. Be­lə çı­xır ki, bir xal­qın ya­rı­sı sülh, di­g­ər ya­rı­sı isə müha­ri­bə is­təy­ir.

- İs­ra­il­lə HƏMAS ara­sın­da­kı ha­zır­kı in­si­den­t­lə Su­riy­a­da­kı və­tən­daş müha­ri­bə­si və İŞİD-in İra­q­da­kı si­lah­lı qiy­a­mı ara­sın­da əla­qə var­mı?

- Bir­ba­şa yox, do­layı əla­qə­lər var. Su­riy­a­da müna­qi­şə sünni-şiə, İs­ra­il-HƏMAS müna­si­bət­lə­ri ki­mi, fun­­da­men­tal qar­şı­dur­ma sə­viyyə­si­nə yüksə­lib. Əv­vəl­lər bu, föv­qəl­döv­lət­lə­rin qar­şı­dur­ma­sın­dan irə­li gə­lir­di. Yə­ni bir müna­qi­şə qon­şu döv­lət­lər­də di­g­ər müna­qi­şə­lər üçün əl­ve­riş­li şə­ra­it ya­ra­dır: HƏMAS-ın Qəz­za­da de­q­ra­da­siy­a­sı, İŞİD-in İra­qa hücu­mu və sa­ir. Bu­ra­da qar­şı­lıq­lı əla­qə var, am­ma bu, əsas amil dey­il. Su­riya müna­qi­şə­si ol­ma­say­dı, İs­ra­il ilə HƏMAS ara­sın­da gə­rg­in­lik baş­qa sə­bə­b­dən də baş qal­dı­raca­q­dı. 2009 və 2012-ci il­lər­də də be­lə ol­muş­du.

- İs­ra­il ilə HƏMAS ara­sın­da müna­si­bət­lər necə in­ki­şaf edəcək?

- Sxem bəl­li­dir. Va­si­tə­çi­lər tə­rə­f­lə­ri atəş­kə­sə məcbur edəcək­lər. Müna­qi­şə tə­rə­f­lə­ri bir müddət "soy­u­y­acaq", so­nra körpülə­rin qu­rul­ma­sı­na ça­lı­şı­lacaq və sa­ir.


MƏSLƏHƏT GÖR:

551