3 May 2024

Cümə, 10:23

"ÖZGƏ GEOSİYASƏTİNİN ALƏTİ"

Məşhur rusiyalı tarixçi və siyasi analitik Oleq KUZNESOV ilə müsahibə

Müəllif:

22.07.2014

- Son za­man­lar Er­mə­ni­s­tan-Azər­baycan cəb­hə xət­tin­də çox­say­lı tə­x­ri­bat­la­rın şa­hi­di olu­ruq. Am­ma er­mə­ni  si­lah­lı qüv­və­lə­ri­nin guya Er­mə­ni­s­ta­nın Nax­çı­van­da bir ne­çə strna­te­ji əhə­miyyət­li nöq­tə­ni ələ ke­çir­mə­si ilə bağlı son tə­x­ri­ba­tı da­ha cid­di gə­r­g­in­liyə sə­bəb olub. Bəl­kə er­mə­ni tə­rə­fi Azər­bayca­nı bu is­ti­qa­mət­də hər­bi qar­şı­dur­maya cəlb et­məyə, bu­nun­la da KTMT-nin müna­qi­şəyə müda­xi­lə­si­nə ça­lı­şır?

- Mən Nax­çı­van­dan Mos­k­vaya bu günlər­də qayıt­mı­şam və ora­da cəb­hə xət­tin­də tə­rə­f­lər ara­sın­da miq­­yas­lı toq­quş­ma­la­rın əla­mə­ti sa­yı­­lacaq heç nə gör­mə­mi­şəm. Mə­nim oraya sə­fə­ri­min sə­bəb­lə­ri­lə bağlı yan­lış fi­kir­lə­rin or­taya çıx­ma­ma­sı üçün dey­im ki, sə­fər çox­dan plan­laş­dı­rıl­mış­dı və məq­səd bütün Azər­baycan əra­zi­sin­də ke­çi­ri­lən Nax­­çı­van Mux­tar Re­s­pub­li­ka­sı­nın ya­ra­dıl­ma­sı­nın 90-cı il­dönümü ilə əla­qə­dar el­mi kon­fran­sa qa­tıl­maq idi. Bu təd­bir­lə­rin qra­fi­ki Azər­baycan Pre­zi­den­ti İl­ham Əliy­ev tə­rə­fin­dən hə­lə ilin əv­və­lin­də  tə­s­diq­lən­miş­di. Mə­nim­lə ya­na­şı, el­mi kon­fran­s­da Türkiy­ə­dən, ABŞ-dan olan həm­kar­la­rım da iş­ti­rak edir­di­lər. Təd­bir Er­mə­ni­s­tan­la sər­hə­din bir ne­çə ki­lo­metrliy­in­də­ki Ağbu­laq ad­la­nan ku­rort zo­na­sın­da ke­çi­ri­lir­di. Kon­fran­sın, təx­mi­nən, 4 sa­at da­vam edən ple­nar icla­sın­da Mux­tar Re­s­pub­li­ka Mil­li Məcli­si­nin sə­d­ri Va­sif Ta­lı­bov, qu­ru­mun iş­lər ida­rə­si­nin rəh­bə­ri Əli Hə­sə­nov da iş­ti­rak et­di­lər. Düşünün, əg­ər sər­həd­də və­ziyyət dey­il­diyi ki­mi, gə­rg­in ol­say­dı, on­lar hər­bi əmə­liyyat­la­rın get­diyi əra­ziyə yol­la­nar­dı­lar­mı və üstə­lik həy­at­la­rı­na, fi­kir­lə­ri­nə hör­mət et­dik­lə­ri xa­rici qo­naq­la­rı oraya apa­rar­dı­lar­mı?

- Nax­çı­van is­ti­qa­mə­tin­də Er­mə­ni­s­tan­la Azər­baycan hər­bi gə­r­g­in­lik ocağı­nın ya­ran­ma­sı eh­ti­ma­lı nə qə­dər­dir?

- Nax­çı­van-Er­mə­ni­s­tan sər­hə­di­nin relye­fi elə­dir ki, ora­da prak­ti­ki ola­raq, miqyas­lı hər­bi əmə­liyyat­lar apar­maq mümkün dey­il. Sər­həd xət­ti de­mək olar ki, hər yer­də dağlar­dan-tə­pə­lər­dən ke­çir, on­la­rın ara­sın­da­kı də­rə­lər isə ney­tral xətt ki­mi qa­lır. Bu cür ney­tral əra­zi­lər­də gecə vax­tı, qa­ran­lı­q­da az­say­lı qrup­lar ora-bu­ra hə­rə­kət edə bi­lər­lər. Am­ma is­tə­ni­lən sər­həd po­zul­ma­sı dağın di­g­ər ya­macı­na ad­la­maq de­mək­dir və bu, sər­həd po­zucu­su­nu dər­hal ar­ti­lle­riy­a­nın, ya­xud mi­nomyo­tun hə­də­fi­nə çe­vi­rir. Bu­nun­la  ya­na­şı, sər­həd po­zucu­la­rı­na "özü­nünkülər" də atəş­lə heç bir də­s­­tək ve­rə bil­məz­lər. Çünki on­lar dağın di­g­ər tə­rə­fin­də qa­lır­lar. Bütün bun­lar­dan yal­nız bir qə­na­ə­tə gəl­mək olar: Nax­çı­van­la Er­mə­ni­s­tan ara­sın­da­kı sər­həd boy­unca hər han­sı zo­na­da stra­te­ji nöq­tə­lə­rin ələ ke­çi­ril­mə­si­nə, üstə­lik, nə­za­rət­də sax­la­nıl­ma­sı­na da­ir bütün bəy­a­nat­lar "blef" və sayıq­la­ma, ax­maq­lar və sa­vad­sız­lar üçün nə­zər­də tu­tul­muş uğur­suz siy­a­si pi­ar, jur­na­list "uy­dur­ma­sı" və sa­ir­dir.

- Be­lə olan tə­q­dir­də er­mə­ni si­lah­lı qüvvə­lə­ri­nin bir müddət əv­vəl Nax­çı­van­la sər­həd­də "vacib tak­ti­ki qə­lə­bə" ilə öyünmə­si­nin sə­bə­bi  nə­dir?

- Tə­bii ki, Nax­çı­van­da Er­mə­ni­s­tan­la sə­rəhddə­ki du­rum­la bağlı söh­bət­lər ge­dib. Azər­baycan di­lin­də cə­mi bir ne­çə söz bil­səm də, hər­bi ter­min­lər­lə apa­rı­lan söh­bət­lər­də əsa­sən rus söz­lə­rin­dən is­ti­fa­də olu­nur və bu, mə­nə hər­bi təcrübə­si olan bir şəxs ki­mi, baş ve­rən­lə­ri an­la­mağa kö­mək edib. Er­mə­ni­s­tan Si­lah­lı Qüvvə­lə­ri­nə məx­sus ver­tolyot qar­şı tə­rə­fə 2 ida­rə­o­lun­may­an ra­ket va­si­tə­si­lə zər­bə en­di­rib və nə­ticə­də Azər­baycan tə­rə­fi­nə məx­sus "Be­la­rus" mar­ka­lı trak­tor zə­də­lə­nib. O, ney­tral əra­ziyə səh­vən gi­rib, ola bil­­sin, ot da­lınca ge­dir­miş - bu­nu bil­mi­rəm. Bil­diy­im odur ki, 1 də­qi­qə için­də hər­bi ver­tolyo­tun ha­vaya qal­dı­rıl­ma­sı və hə­də­fi vur­ma­sı qə­ti şə­kil­də mümkün dey­il. Bu üzdən də gü­man edi­rəm ki, Azər­baycan kən­d­­li­lə­ri ney­tral zo­na­da tə­sərrüfat iş­lə­ri­lə çox­dan mə­şğ­ul olur­lar­mış və er­mə­ni­lər in­di bir­dən-bi­rə bu­na re­ak­siya ver­mək qə­ra­rı­na gə­lib­lər. Ha­va­dan atə­şə tu­tu­lan trak­tor məhv ol­mayıb, sa­dəcə zə­də­lə­nib. Bu za­man er­mə­ni hərbçi­lər av­to­mat­dan ha­vaya atəş aça-aça ona tə­rəf qa­ç­mağa baş­layıb­lar. Son­da isə bir az lo­vğ­a­lan­dı­q­dan so­nra on­lar ge­riyə - möv­qe­lə­ri­nə qayı­dıb­lar.

- Er­mə­ni­s­tan KİV-də isə Nax­çı­van­la sər­həd­də­ki yüksək dağlıq əra­zi­lər­də stra­te­ji nöq­tə­lə­rin ələ ke­çi­ril­mə­sin­dən da­nı­şı­lır, hət­ta Azər­bayca­nın ca­vab ad­dım­la­rı atacağı tə­q­dir­də KTMT-nin mü­na­­qi­şəyə cəlb olu­na bi­ləcəy­i­nə işa­rə edi­lir...

- Nax­çı­van­la sər­həd­də­ki gə­rg­in­lik­dən so­nra ən azı Ru­siy­a­nın er­mə­ni­pə­rəst İn­ter­net re­sur­sla­rın­da "stra­te­ji əhə­miyyət­li yüksək dağlıq əra­zi­lə­ri­nin ələ ke­çi­ril­diyi" bəy­an olu­nub. Am­ma mən "Be­la­rus" trak­to­ru­nun də­niz sə­viyyə­sin­dən 2000 metr yüksək­liyə necə qalxdığı­nı, onun di­zel­li mühər­ri­ki­nin dağ havasızlığı şə­ra­i­tin­də necə iş­lə­diy­i­ni an­la­mı­ram. Ay­rı-ay­rı­lı­q­da 2-3 in­si­den­tin baş ver­mə­si mümkündür. Am­ma on­lar da ey­ni də­rəcə­də o qə­dər gülünc olub­lar ki, hət­ta ca­vab ola­raq, Azər­baycan ar­ti­lle­riy­a­sı və ya mi­nomyot­la­rı va­si­tə­si­lə er­mə­ni si­lah­lı qüvvə­lə­ri­nin bir ne­çə müşa­hi­də nöq­tə­si məhv edi­lib­sə be­lə, KTMT qüvvə­lə­ri­nin Er­mə­ni­s­ta­nın əra­zi bütövlüyünün və təhlükə­siz­liy­i­nin tə­mi­ni mə­sə­lə­si­nə cəl­bin­dən söh­bət ge­də  bil­məz.

- Yə­ni, Er­mə­ni­s­ta­nın Ru­siy­a­nı Cə­nu­bi Qaf­qaz­da ye­ni müna­qi­şəyə cəlb et­mək cəh­dlə­ri or­ta­da­dır. Be­lə olan tə­q­dir­də mey­da­na su­al çı­xır: Er­mə­ni­s­tan ki­mə iş­ləy­ir?

- Siz Ru­siy­a­nın müa­sir siy­a­sə­ti üçün son də­rəcə cid­di, hət­ta ağrı­lı bir mə­sə­lə­ni qal­dır­dı­nız. Müxtə­lif öl­kə­lər, ilk növ­bə­də Uk­ray­na onu lo­kal si­lah­lı müna­qi­şəyə cəlb et­məyə ça­lı­şır. NATO-nun ha­di­sə­lə­rin Şər­qi Av­ro­pa­da ol­ma­sa da, Cə­nu­bi Qaf­qaz­da bu is­ti­qa­mət­də in­ki­şa­fın­da ma­raq­lı ol­duğu göz qar­şı­sın­da­dır. Çünki qısamüddət­li də ol­sa, be­lə si­lah­lı müna­qi­şə­nin ya­şan­ma­sı ona Krı­mın Ru­siy­a­nın tər­ki­bi­nə qay­ta­rıl­ma­sı­na ca­vab ola­raq, Qa­ra də­niz re­g­i­o­nun­da qüvvə­si­ni ar­tır­maq, Krı­mı də­niz­dən müha­si­rəyə al­maq im­ka­nı ve­rəcək. Ru­siya sər­həd­çi­lə­ri sər­həd­lə­ri­mi­zin müxtə­lif is­ti­qa­mət­lə­rin­dən əra­zi­lə­ri­mi­zin sut­­­ka­da on də­fə və da­ha ar­tıq atə­şə tu­tul­duğu­na da­ir fak­t­la­rı açıq­la­mağı xoş­la­mır­lar. Bu üzdən mət­bu­a­ta yal­nız ar­tıq giz­lə­dil­mə­si mümkün ol­may­an hal­lar çı­xır. Sər­həd bu­ra­xı­lış mən­tə­qə­lə­ri­nin və ya gömrük mən­tə­qə­lə­ri­nin atə­şə tu­tul­ma­sı və zə­də­lən­mə­si, qaç­qın­la­rı apa­ran av­to­bu­sa atə­şin açıl­ma­sı ki­mi hal­la­rı nə­zər­də tu­tu­ram. ABŞ xüsu­si xid­mət or­qan­la­rı­nın Uk­ray­na­nı Ru­siya ilə si­lah­lı müna­qi­şəyə sürüklə­mək məq­sə­di güddüyü ar­tıq heç ki­mə sirr dey­il. Bu, on­la­ra Uk­ray­naya bir­­ba­şa hər­bi yar­dım gö­s­tər­mək, yə­­ni, Ru­siya or­du­su­na qar­şı döyüş­lər­də NATO qüvvə­lə­rin­dən is­ti­fa­də et­mək im­ka­nı ve­rəcək. Ru­siya öz növ­bə­sin­də ha­di­sə­lə­rin bu is­ti­qa­mət­də in­ki­şa­fın­dan qa­ç­maq üçün əlin­dən gə­lə­ni edir, si­lah­lı tə­x­­ri­bat­la­ra yal­nız dip­lo­ma­tik va­si­tə­lər­lə ca­vab ve­rir.

Bu üzdən də Ru­siy­a­nın KTMT-yə üzvlüyü va­si­tə­si­lə də re­g­i­o­nal si­lah­lı müna­qi­şəyə cəlb edil­mə­si cəh­dlə­ri­nin ol­duğu­nu is­tis­na et­mi­rəm. Bu­ra­da məq­səd NATO öl­kə­lə­ri­nin Uk­ray­na­da üzləş­dik­lə­ri bi­a­bır­çı­lığa gö­rə re­vanş al­ma­sı­nı tə­min et­­mək­dir. Mə­sə­lən, be­lə bir sse­na­ri­ni ta­ma­mi­lə mümkün sayı­ram: ATƏT-in Minsk qru­pu­nun həm­sədrlə­ri olan ABŞ və Fran­sa­da tam zə­ma­nət alan Er­mə­ni­s­tan Dağlıq Qa­ra­bağ is­ti­qa­mə­tin­də dey­il, Nax­çı­van is­ti­qa­mə­tin­də tam­miqyas­lı hər­bi tə­x­ri­ba­ta əl atır, çünki bu­ra­da söh­­bət cəb­hə xət­tin­dən yox, döv­lət sər­hə­din­dən ge­dir. Nə­ticə­də er­mə­ni­lər əra­zi­si­nə so­xul­muş düşmə­nə hər­bi va­si­tə­lər­lə ca­vab ver­mək məcbu­riyyə­tin­də qa­lan Azər­baycan­dan ca­va­bı­nı alır və bu, açıq-aş­kar əra­zi bütövlüyünün po­zul­ma­sı­na yol çır. Be­lə­lik­lə, Kol­lek­tiv Təhlükə­siz­lik Müqa­vi­lə­si Təş­ki­la­tı­nın me­xa­niz­mi­nə uyğun ola­raq, Ru­siya Er­mə­ni­s­ta­nı müda­fiə et­mək məcbu­riyyə­tin­də qa­lır və öz ma­raq­la­rı­na zidd ge­o­siy­a­si oy­un­la­ra gi­rir, NATO öl­kə­lə­ri­nin xey­ri­nə iş­lə­məyə baş­layır. Bun­dan so­nra de-yu­re Ru­siy­a­nın müttə­fi­qi olan Er­mə­ni­s­tan ye­nə də de-fak­to onun düşmə­ni­nə çev­ri­lir - vax­ti­lə Dağlıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin baş­la­nğıcın­da ol­duğu ki­mi. Axı məhz bu müna­qi­şə­nin ge­o­siy­a­si nə­ticə­si ola­raq So­vet İt­ti­fa­qı dağıl­dı və post­so­vet mə­ka­nı­nın tə­bii eh­tiy­at­la­rı trans­mil­li mo­no­po­liy­a­­la­rın ix­tiy­a­rı­na ve­ril­di.

- Be­lə çı­xır ki, Azər­baycan po­li­to­loq­la­rı­nın də­fə­lər­lə xə­bər­dar­lıq et­dik­lə­ri mər­hə­lə ye­ti­şib: Er­mə­ni­s­tan Ru­siya üçün müstəs­na əhə­miyyət da­şıy­an Cə­nu­bi Qaf­qaz­da Mos­k­va­nın ma­raq­la­rı­nı sat­mağa ha­zır­la­şır...

- Ru­siy­a­da Cə­nu­bi Qaf­qaz­da ha­di­sə­lə­rin bu gür in­ki­şaf edə bi­ləcəy­i­ni an­lay­an yal­nız mən dey­i­ləm. Bu gün Ru­siy­a­nın Er­mə­ni­s­tan­dan özünə qar­şı siy­a­si loy­al­lıq göz­lə­mək üçün tam zə­ma­nə­ti yox­dur. Ən azı ona gö­rə ki, Er­mə­ni­s­ta­na Ru­siy­a­da­kı er­mə­ni di­a­s­po­ru­nun gö­s­­tər­diyi ma­liyyə yar­dı­mı on­la­rın ABŞ, Fran­sa və ya di­g­ər an­ti Ru­siya əh­val­lı öl­kə­də­ki di­a­s­por­dan al­dıq­la­rı yar­dı­mın ya­rı­sın­dan da az­dır. Bu­nun ən ba­riz nümu­nə­si bu gün Er­mə­ni­s­tan qa­nun­ve­rici­liy­i­nin Göm­­rük İt­ti­fa­qı qa­nun­ve­rici­liy­i­nə uy­ğun­­laş­dı­rıl­ma­sı pro­se­si­nin da­la­na di­rən­mə­si­dir. Hal­bu­ki, Er­mə­ni­s­tan Gömrük İt­ti­fa­qı­na qo­şul­maq niyyə­tin­də ol­duğu­nu hər yer­də və da­im di­lə gə­ti­rir. Ha­zır­da qlo­bal ma­k­ro­iq­ti­sa­diyyat çox tez-tez ən çir­kin hər­bi-siy­a­si va­si­tə­lər­lə for­ma­la­şır. Ən ya­xın gə­ləcək­də, təx­mi­nən 3-4 ay­dan so­nra dağlıq əra­zi­lər­də hər­bi əmə­liyyat­la­rın apa­rıl­ma­sı­nın yay­la müqay­i­sə­də da­ha çə­tin olacağı vaxt Er­mə­ni­s­ta­nın Dağlıq Qa­ra­bağ mü­na­qi­şə­si­ni əv­vəlcə­dən ha­zır­lan­mış pla­na uyğun ola­raq gə­rg­in­ləş­di­rə­cəy­i­ni is­tis­na et­mi­rəm. Məq­səd isə əl­bət­tə ki, Ru­siy­a­nın Qər­bin ma­raq­la­rı­na uyğun ola­raq, po­ten­si­al zə­i­f­lə­dil­mə­si­nə na­il ol­ma­q­dır. Bu­nun ye­g­a­nə al­ter­na­ti­vi Ru­siy­a­nın Azər­baycan­la tez­lik­lə və bütün is­ti­qa­mət­lər­də ya­xın­laş­ma­sı, Azər­bayca­nın əra­zi bütövlüyünün tam və qeyd-şərt­siz tə­mi­ni yo­lu ilə Cə­nu­bi Qaf­qaz­da­kı gə­rg­in­lik ocağı­nın ara­dan qal­dı­rıl­ma­sı­dır.

- Er­mə­ni­s­ta­nın bir Cə­nu­bi Qaf­qaz öl­kə­si ki­mi gə­ləcəy­i­ni necə görürsünüz və Ru­siya-Er­mə­ni­s­tan müna­si­bət­lə­ri­nin per­spek­ti­vi necə­dir? Ha­zırkı Er­mə­ni­s­tan Cə­nu­bi Qaf­qaz­da və di­g­ər Asiya re­g­i­o­nu is­ti­qa­mət­lə­rin­də Ru­siy­a­nın stra­te­ji ma­raq­la­rı­nın müda­fi­ə­si­nə kö­mək edə bi­lər­mi?

 - Ye­ni ge­o­siy­a­si şə­ra­it­də Er­mə­ni­s­tan rəh­bər­liy­i­nin siy­a­si per­spek­tiv­lə­ri mə­nə ta­ma­mi­lə "ümid­ve­rici" tə­sir bağış­layır. Son 2 onil­lik­də nə­zə­rə çar­pa­sa da, bu cün o, ye­ni­dən bey­nəl­xalq are­na­da diq­qət­lə­ri üzə­ri­nə çək­mək şan­sı qa­za­nıb. Bu də­fə də bu şans kim­lə­rin­sə ge­o­siy­a­si ma­raq­la­rı­nın tə­mi­nin­də alət ki­mi is­ti­fa­də olun­ma­q­dan iba­rət­dir. San­ki bir müddət onu ha­ra­da­sa toz ba­sır, la­zı­mi an­da isə ye­ni­dən təy­i­na­tı üzrə is­ti­fa­də olu­nur. Bu, hə­mi­şə, ən azı son 150 il­də be­lə olub və bu gün də be­lə olacaq. Er­mə­ni­lər ta­ri­xən Böyük Bri­ta­niya, ABŞ, Fran­sa ki­mi at­lan­tist­lər tə­rə­fin­dən kon­ti­nen­tal im­pe­riy­a­la­rın dağı­dıl­ma­sı işin­də is­ti­fa­də olu­nub­lar: İra­na qar­şı da be­lə olub, Os­man­lı İm­pe­riy­a­sı­na da, SSRİ-yə də. Er­mə­ni xal­qı­nın son 2 yüzil­lik­də­ki ta­ri­xi gö­s­tə­rir ki, ona məx­sus bütün mən­fi key­fiyyət­lər­dən qlo­bal, ge­o­siy­a­si böh­ran­lar za­ma­nı is­ti­fa­də olu­nur. Son il­lər­də isə biz məhz be­lə bir şə­ra­it­də ya­şayı­rıq. Mən Bo­ris Yeltsi­nin onu Cə­nu­bi Qaf­qaz­da Ru­siy­a­nın stra­te­ji müttə­fi­qi se­ç­mək qə­ra­rı­nın Mos­k­va­nın ma­raq­la­rı­na uyğun ol­duğu­na be­lə, şübhə edi­rəm. Yox­sa Ru­siya Fe­de­ra­siy­a­sı əra­zi­sin­də­ki ke­ç­miş so­vet sə­nay­e­si­nin stra­te­ji müəs­si­sə­lə­ri­nin özəl­ləş­di­ril­mə­si mə­sə­lə­sin­də ol­duğu ki­mi, bu ad­dı­mın atıl­ma­sı­nın vacib­liy­i­ni də kim­sə kə­nar­dan onun qu­lağı­na pı­çıl­da­mış­dı?

Mə­sə­lə­nin ikinci his­sə­si­nə mən re­al fak­ti­ki əsa­sı olan ta­ri­xi al­le­qo­riya ilə ca­vab ve­rə bi­lə­rəm. 1916-cı il­də Ru­mı­niy­a­nın Bi­rinci Dünya mü­ha­ri­bə­si­nə qa­rış­ma­sı müza­ki­rə olu­nar­kən onun son­da ki­min­lə müt­tə­fiq olacağı­nı heç kim də­qiq söy­ləyə bil­mir­di - At­lan­ta öl­kə­lə­ri­nin, yox­sa Üçlər İt­ti­fa­qı­nın? Ali Baş Ko­­man­da­nın qə­ra­rg­a­hı­nın rə­i­si, ge­ne­ral An­ton İva­no­viç De­ni­ki­nin bu ha­q­­da fi­k­ri­ni so­ruş­du­q­da o, özü­nə­məx­sus şə­kil­də, sə­mi­mi hərb­çi sa­­də­liy­i­­lə de­miş­di: "Ru­mı­niya bi­zim tə­rə­fi­miz­dən vu­ru­şacaq­sa, mə­nə onu qo­ru­maq üçün 16 di­vi­ziya la­zım gə­ləcək. O, bi­zə qar­şı çı­xa­caq­­sa, mə­nə onu dar­ma­dağın et­mək üçün 16 di­vi­ziya la­zım olacaq".

Bu gün Ru­siy­a­nın Er­mə­ni­s­ta­na müna­si­bə­tin­də bən­zər hal müşa­hi­də edi­rik: o, bi­zim üçün san­ki gənc qa­dı­nın qoca həy­at yol­da­şı­dır - onun­la ya­şa­maq mümkün dey­il, çı­xıb get­mək də ayı­b­dır. Tə­bii ki, bu və­ziyyət son­suz­luğa­dək da­vam edə bil­məz və bu­nu həm Mos­k­va­da, həm də İrəvan­da yax­şı an­layır­lar. Fərq sa­dəcə on­da­dır ki, İrəvan ha­zırkı və­ziyyə­tin mak­si­mum uzan­ma­sı­na ça­lı­şır, Mos­k­va isə se­çim et­məyə tə­lə­sir: İrəvan ki­min ya­nın­da­dır - Qər­bin, yox­sa Ru­siy­a­nın?


MƏSLƏHƏT GÖR:

592