4 May 2024

Şənbə, 03:33

PROBLEMİN KÖKÜ

ABŞ Azərbaycanlıları Şəbəkəsinin və "Qarabağ" fondunun (ABŞ) həmtəsisçisi Adil Bağırovun "R+" jurnalına müsahibəsi

Müəllif:

29.07.2014

ABŞ pre­zi­den­ti Ba­rak Oba­ma Bir­ləş­miş Ştat­la­rın Azər­baycan­da­kı sə­fi­ri po­s­tu­na Ro­bert Fren­sis Se­ku­ta­nın na­mi­zəd­liy­i­ni irə­li sürüb. Zə­ng­in dip­lo­ma­tik  təcrübəyə ma­lik olan Se­ku­ta in­diy­ə­dək ABŞ döv­lət ka­ti­bi­nin ener­ji mə­sə­lə­lə­ri üzrə kö­mək­çi­si­nin müa­vi­ni po­s­tu­nu tu­tub, ABŞ-ın To­kio və Ber­lin­də­ki dip­lo­ma­tik nümay­ən­də­lik­lə­rin­də iq­ti­sa­di mə­sə­lə­lər­lə mə­şğ­ul olub. R. Se­ku­ta­nın təy­i­na­tı və Azər­baycan-Ame­ri­ka müna­si­bət­lə­ri­nin per­spek­tiv­lə­ri ha­q­da siy­a­si elmlər dok­to­ru, ABŞ Azər­baycan­lı­la­rı Şə­bə­kə­si­nin (U.S. AzerisNetwork) və "Qa­ra­bağ" fon­du­nun (ABŞ) həm­tə­si­s­çi­si, Di­rek­tor­lar Şu­ra­sı­nın üzvü Adil BAĞI­ROV­LA söh­bət­ləş­dik.

- Pre­zi­dent Oba­ma tə­rə­fin­dən ABŞ-ın Azər­baycan­da­kı sə­fi­ri po­s­tu­na Se­ku­ta­nın na­mi­zəd­liy­i­nin irə­li sürülmə­si­ni necə xa­rak­te­ri­zə edər­di­niz?

- Se­ku­ta böyük eh­ti­mal­la, sə­fir po­s­tun­da da  ça­lış­dığı za­man bütünlükdə dip­lo­ma­tik xid­mət­də­ki karye­ra­sı  boy­unca ol­duğu ki­mi, tex­no­k­rat ola­raq qa­lacaq. Gü­man ki, o, bu və­zi­fə­də əsas diq­qə­ti iq­ti­sa­di, xüsu­si­lə ener­ji mə­sə­lə­lə­ri­nə, ABŞ ilə Azər­baycan ara­sın­da qar­şı­lıq­lı müna­si­bət­lə­rə yö­nəl­dəcək. ABŞ-ın ke­ç­miş SSRİ öl­kə­lə­ri­lə bağlı pri­o­ri­tet­lər üçbucağı­nın di­g­ər iki prin­si­pi - təhlükə­siz­lik və de­mo­kra­tiya da diq­qət­dən kə­nar­da qal­may­acaq. Sa­dəcə, qar­şı­da­kı 3 il­də müna­si­bət­lər­də əsas ye­ri ener­ji sa­hə­sin­də əmək­daş­lığa da­ha praq­ma­tik ya­naş­ma tu­tacaq.

- Görünən odur ki, Se­ku­ta­nın na­mi­zəd­liy­i­lə bağlı Metyu  Bray­za­nın na­mi­zəd­liyi və təy­i­na­tın­dan so­nra ya­şan­mış çə­tin­lik­lər tə­k­rar­lan­may­acaq. Yox­sa onun na­mi­zəd­liy­i­nin Se­nat tə­rə­fin­dən tə­s­diq­lən­mə­si za­ma­nı  Bray­za ilə bağlı ya­şa­nan­la­rın tə­k­rar­la­nacağı eh­ti­ma­lı var?

- Be­lə eh­ti­mal hər za­man var. Am­ma ad­mi­ni­s­t­ra­siy­a­nın er­mə­ni lob­bi­si­nin fit­nə­lə­ri­nə əv­vəl­ki­tək dözümlülük nümay­iş et­di­rəcəy­i­ni düşünmürəm. Üstə­lik, er­mə­ni lob­bi­si­nin bütün fit­nə­lə­ri ki­mi, bu fə­a­liyyə­ti də Azər­baycan və Türkiy­ə­dən da­ha çox ABŞ-ın özünə və mil­li ma­raq­la­rı­na zər­bə vu­rur.

- Bə­zi­lə­ri Azər­baycan-Ame­ri­ka müna­si­bət­lə­ri­nin ha­zır­kı  mər­hə­lə­si­ni ən çə­tin dövrlər­dən bi­ri ki­mi xa­rak­te­ri­zə edir­lər. Söh­bət Bir­ləş­miş Ştat­la­rın Ba­kı­da­kı ha­zır­kı sə­fi­ri Mor­ninq­sta­rın bəy­a­na­tın­dan so­nra ya­ran­mış və­ziyyət­dən ge­dir. Fi­k­ri­nizcə, tə­rə­f­lər ara­sın­da zid­diyyət nə də­rəcə­də cid­di­dir?

- Müna­si­bət­lər və müva­fiq ola­raq, ri­to­ri­ka, əl­bət­tə ki, əv­vəl­ki il­lər­lə müqay­i­sə­də da­ha gə­rg­in­dir. Bu pro­ses sə­fir Mor­ninq­sta­rın Azər­bayca­na gə­li­şi­lə baş­layıb. Azər­baycan­la ABŞ ara­sın­da ilk na­ra­zı­lıq 2003-cü il­də, yə­ni 11 il əv­vəl o za­man­kı sə­fir Ri­no Har­ni­şin möv­qeyi üzündən baş qal­dı­rıb. Da­ha so­nra 2010-cu ilin noy­a­b­rın­da WikiLeaks ilə bağlı qal­ma­qal ya­şa­nıb.  Mor­ninq­star isə sə­fir po­s­tu­na yal­nız 2012-ci il­də təy­in olu­nub.

Ye­ri gəl­miş­kən, Mor­ninq­star vax­ti­lə ABŞ pre­zi­den­ti və döv­lət ka­ti­bi­nin ke­ç­miş SSRİ öl­kə­lə­ri­nə yar­dım üzrə xüsu­si müşa­vi­ri ol­duğu dövrlər­də - 1997-98-ci il­lər­də işğ­al al­tın­da­kı Qa­ra­bağ re­g­i­o­nu­nun er­mə­ni xun­ta­sı­na Kon­qre­sin er­mə­ni ko­ku­su­nun kö­məy­i­lə ay­rı­lan büdcə və­sa­i­ti­nin azal­dıl­ma­sı və day­an­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də is­tə­ni­lən ame­ri­ka­lı mə­mur­dan da­ha çox iş görüb. Bu­nu xa­tır­lay­an­lar, yə­qin ki, o za­man Mor­ninq­sta­ra er­mə­ni lob­bi­si­nin necə təzyiq­lər gö­s­tər­diy­i­ni də yax­şı xa­tır­layır­lar.

İki öl­kə ara­sın­da­kı zid­diyyət­lə­ri ara­dan qal­dır­maq və müna­si­bət­lə­ri yax­şı­laş­dır­maq mümkündür. ABŞ-Azər­baycan müna­si­bət­lə­rin­də də­rin prob­lem­lər yox­dur. Ar­tıq bu il ABŞ Se­na­tı­na nə­za­rət, gü­man ki, re­s­pub­li­ka­çı­la­rın əli­nə ke­çəcək. De­mək, Se­na­tın xa­rici əla­qə­lər ko­mi­tə­si­nin qa­tı er­mə­ni­pə­rəst olan rəh­bə­ri Me­nen­dez bu po­s­tu iti­rəcək. 2 il so­nra isə Ağ Ev­də ye­ni ad­mi­ni­s­t­ra­siya olacaq. Pre­zi­dent seç­ki­sin­dən ki­min qə­lə­bə qa­za­nacağın­dan ası­lı ol­may­a­raq, ye­ni ad­mi­ni­s­t­ra­siya Azər­bayca­nın re­g­i­on­da­kı ro­lu­nu və ye­ri­ni qiy­mət­lən­di­rəcək.

Tə­əssüf ki, Oba­ma ad­mi­ni­s­t­ra­siy­a­sın­da Cə­nu­bi Qaf­qaz, böyük Mər­kə­zi Asiya, Xə­zər re­g­i­o­nu ilə bağlı stra­te­g­iya heç za­man ol­mayıb və in­di də yox­dur. Prob­le­min kökü də bun­da­dır - nə za­man ki, stra­te­g­i­ya yox­dur, ən yüksək sə­viyyə­li tak­ti­ka be­lə, işə ya­ra­mır.

- Uk­ray­na­da ya­şa­nan dra­ma­tik ha­di­sə­lər­lə əla­qə­dar, ame­ri­ka­lı po­li­si­mey­ke­rov Azər­bayca­nın əra­zi prob­le­mi­nə diq­qə­ti ar­tı­racaq­la­rı­nı, ABŞ-ın Dağlıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li pro­se­si­də­ki ro­lu­nun yüksə­ləcəy­i­ni göz­lə­məy­ək olar­mı?

- Buz­lar necə dey­ər­lər, ye­rin­dən oy­nayıb və ABŞ-da bütünlükdə ke­ç­miş SSRİ əra­zi­si­nə, xüsu­si­lə Cə­nu­bi Qaf­qa­za diq­qə­tin art­dığı, bu sa­hə­də fə­al­laş­ma müşa­hi­də olu­nur. Ar­tıq ABŞ mət­bu­a­tın­da bu möv­zu­da da­ha çox mə­qa­lə­lə­rə rast gə­li­nir, bu mə­sə­lə ilə bağlı da­ha çox təd­bir­lər təş­kil olu­nur. Ame­ri­ka ATƏT-in Minsk Qru­pu­na həm­sədrlik et­diyi uzun il­lər ər­zin­də ilk də­fə kon­frans təş­kil edə­rək Azər­bayca­nın işğ­al edil­miş Qa­ra­bağ re­g­i­o­nu ilə bağlı möv­qey­i­ni or­taya qoy­ub (bu, Er­mə­ni­s­ta­nın siy­a­si da­i­rə­lə­rin­də və ABŞ-ın er­mə­ni lob­bi­sin­də cid­di qə­zəb ya­ra­dıb). Bun­dan baş­qa, ame­ri­ka­lı həm­sədr ilk də­fə ola­raq Azər­baycan icma­sı ilə, ABŞ-da­kı di­a­s­po­ru­muz­la do­lğun görüşlər ke­çir­məyə baş­layıb. Bu pro­se­sin tə­şəbbüska­rı bi­zim təş­ki­la­tı­mız - ABŞ Azər­baycan­lı­la­rı Şə­bə­kə­si­dir. Ar­tıq Va­şinq­ton­da 2 be­lə görüş ke­çi­ri­lib, azər­baycan­lı­la­rın çox ol­duğu da­ha bir ştat­da üçüncü be­lə görüşə ha­zır­lıq ge­dir.

- Azər­bayca­nın xa­ricdə­ki sə­fir­lik­lə­ri­nin və dip­lo­ma­tik nümay­ən­də­lik­lə­ri­nin rəh­bər­lə­ri­lə bu ya­xın­lar­da ke­çi­ri­lən görüşdə Azər­baycan Pre­zi­den­ti er­mə­ni lob­bi­si­lə müba­ri­zə­də səy­lə­rin da­ha da ar­tı­rıl­ma­sı­na tap­şı­rıq ve­rib. Ey­ni za­man­da o da mə­lum olub ki, bu­na qar­şı Av­ro­pa­nın er­mə­ni lob­bi­si bir sı­ra əks-təd­bir­lər gör­mək niyyə­tin­də­dir. Bu ba­xım­dan Av­ro­pa qi­tə­sin­də­ki ən iri di­a­s­por təş­ki­la­tı­mız olan Av­ro­pa Azər­baycan­lı­la­rı Kon­qre­si­nin fə­a­liyyə­ti­ni necə qiy­mət­lən­di­rir­si­niz?

- Birincisi, Azərbaycanın bütün ölkə­lər­də olan sə­fir­lə­ri­nin il­də ən azı 1 də­fə, ey­ni za­man­da Ba­kı­dan kə­nar­da da bir araya yığış­ma­sı çox vacib, la­zım­lı və fay­da­lı təcrübə­dir. İkinci­si, son il­lər­də Av­ro­pa Azər­baycan­lı­la­rı Kon­qre­si böyük iş­lər görüb. Bu ha­q­da mə­lu­ma­tım yal­nız mət­bu­at­dan dey­il. Bütün dünya­dan olan Azər­baycan di­a­s­po­ru və təş­ki­lat­la­rı­nın, o cümlə­dən Av­ro­pa Azər­baycan­lı­la­rı Kon­qre­si­nin Di­a­s­por­la İş üzrə Döv­lət Ko­mi­tə­si­nin təş­kil et­diyi təd­bir­lər çər­çi­və­sin­də bir araya gəl­diyi za­man görülən iş­lər ha­q­da in­for­ma­siya  alı­rıq.

Bu­nun­la ya­na­şı, bir da­ha qeyd et­mək is­təy­i­rəm ki, Azər­baycan­fo­bi­y­a­nın, türkfo­biy­a­nın və er­mə­ni­pə­rəst­liy­in mö­vcud ol­duğu Qər­bi Av­ro­pa öl­kə­lə­rin­də, Ame­ri­ka qi­tə­sin­də di­a­s­po­run, sə­fir­lik­lə­rin, hət­ta Azər­baycan lob­bi­si­nin fə­a­liyyə­ti­lə ən azı or­ta per­spek­tiv­də stra­te­ji dönüş göz­lə­mək ar­tıq olar­dı.


MƏSLƏHƏT GÖR:

543