18 May 2024

Şənbə, 11:52

RİTORİK DƏSTƏK

"R+"un suallarını postsovet məkanı üzrə ekspert Tomas Ambrosio cavablandırır

Müəllif:

05.08.2014

Mət­bu­a­tın yay­dığı mə­lu­ma­ta gö­rə, Kon­qres Ru­siya tə­ca­vü­zünün qar­şı­sı­nın alın­ma­sı, Uk­ray­na, Mol­do­va və Gürcüsta­na NATO-ya da­xil ol­may­an müttə­fiq­lər sta­tu­su­nun ve­ril­mə­si­nə da­ir qa­nun qə­bul edib. Bun­dan baş­qa, kon­qre­s­men­lər  Azər­baycan­la hər­bi əmək­daş­lığı da ge­niş­lən­dir­məyi tək­lif edir­lər. Siz bu­nu necə dəy­ər­lən­di­rir­si­niz? Bu­nun­la bağlı ABŞ Azər­bayca­na han­sı də­s­təyi ve­rə bi­lər?

- Bir mə­qa­mı də­qiq­ləş­dir­mək is­tər­dim. Bu qa­nun lay­i­hə­si Bey­nəl­xalq Əla­qə­lər Ko­mi­tə­si­nə tə­q­dim edi­lib. Onun Se­nat­dan ke­ç­mə­si inan­dı­rıcı görünmür, çünki Se­na­ta nə­za­rət edən dem­krat­lar, çə­tin ki, bu­na yol ver­sin­lər. Bun­dan baş­qa, bu, pre­zi­dent Oba­ma­nın Ru­siy­aya qar­şı siy­a­sə­ti­nə də tə­sir gö­s­tə­rər və döv­lət baş­çı­sı, çox güman ki, bu­nu is­tə­məz­di.

Bu­na rəğmən, qa­nun lay­i­hə­si keç­sə be­lə, o da­ha çox prak­ti­ki dey­il, sim­vo­lik əhə­miyyət da­şıy­acaq.  Çünki bu sə­nəd müəyyən hər­bi üstünlüklər vəd et­sə də (mə­sə­lən, hər­bi yüklə­rin ve­ril­mə­si), ABŞ bu öl­kə­lə­rin müda­fi­ə­si üçün üzə­ri­nə heç bir öh­də­lik götürmür. Bu ad­dım hə­min öl­kə­lər­lə Ru­siya ara­sın­da müna­si­bət­lə­ri po­za bi­lər və bu döv­lət­lə­rin müda­fiə qa­bi­liyyə­ti­ni güclən­dir­mə­diyi hal­da, ru­siy­a­lı hərbçi­lə­rin dünya­g­örüşünə də han­sı­sa tə­sir gö­s­tər­mə­y­əcək.

- Necə bi­lir­si­niz, ənə­nə­vi ola­raq Kon­qre­s­də güclü möv­qe­lə­rə ma­lik olan er­mə­ni lob­bi­si bu hər­bi əmək­daş­lığa hər han­sı ma­neə ya­ra­da bi­lər­mi?

- Tə­bii ki, er­mə­ni lob­bi­si ABŞ-la Azər­baycan ara­sın­da müna­si­bət­lə­rin güclən­mə­si­nin qar­şı­sı­nı al­maq üçün hər şeyi edəcək. Hər­çənd, 11 Sentyabr ha­di­sə­lə­rin­dən so­nra er­mə­ni lob­bi­si­nin Va­şinq­ton­da­kı nüfu­zu xey­li zəifləy­ib: hə­min döv­rdən so­nra Ame­ri­ka qərbyönümlü müttə­fiq­lər­lə müna­si­bət­lə­rə yer­li lob­bi­lər­lə əla­qə­lər­dən da­ha çox önəm ver­məyə baş­layıb və lob­bi­lər ar­tıq öz ma­raq­la­rı­nı ABŞ-ın mil­li mə­na­fe­lə­ri ilə əla­qə­lən­di­rə bil­mir­lər.  Bu amil er­mə­ni lob­bi­si­nin öz niyyə­ti­ni re­al­laş­dır­ma­sı­na ma­ne olur.

- Sizcə, ABŞ-ın Uk­ray­na, Gür­cüs­tan və Mol­do­va üçün tək­lif et­diyi müttə­fiq sta­tu­su­nun Azər­bay­ca­na da tət­biq olun­ma­sı rə­s­mi Ba­kı­nın ma­raq­la­rı­na uyğun­dur­mu?

- Bu, Ba­kı­nın bu ad­dım­dan doğa­caq nə­ticə­lər­lə ya­şa­mağa ha­zır olub-ol­ma­ma­sın­dan ası­lı­dır. Bu nə­ticə­lər isə hər han­sı hər­bi mən­fə­ət əl­də et­mə­dən, Ru­siy­a­nın qıcıq­lan­dı­rıl­ma­sı olacaq.  İlk növ­bə­də an­la­maq la­zım­dır ki, ABŞ NATO-ya da­xil ol­may­an müttə­fiq­lə­ri­nin əra­zi bütöv­lüyü və su­ve­ren­liy­i­nə çox ab­strakt ya­naş­dığı hal­da, Ru­siya özünün Qaf­qaz­da­kı ma­raq­la­rı­nın qo­run­ma­sı siy­a­sə­ti­nə sa­di­q­dir. Ru­siya ilə dip­lo­ma­tik və ya hər­bi müna­qi­şə baş verərsə, ABŞ Azər­bayca­nın tə­rə­fin­də ol­may­acaq.  Ba­kı 2008-ci ilin "gürcü dər­si"ni heç vaxt unut­ma­ma­lı­dır.

- Ümu­mi­lik­də, Uk­ray­na­da­kı ha­di­sə­lər Cə­nu­bi Qaf­qaz­da­kı du­ru­ma necə tə­sir gö­s­tə­rəcək?

-  Xüsu­si­lə, "Ma­lay­ziya ha­va yol­la­rı"na məx­sus təyyərinin vu­rul­ma­sın­dan so­nra, Av­ro­pa Ru­siy­a­nın bu qi­təyə qar­şı qey­ri-kon­struk­tiv və qə­rəz­li ya­naş­ma­sı fak­tı ilə üz-üzə qa­lıb. Bu, Av­ro­pa­nın və Ame­ri­ka­nın Ru­siya və Cə­nu­bi Qaf­qaz­la müna­si­bət­lə­ri­nə tə­sir­siz ötüşməy­əcək. Bu­na rəğmən, ke­ç­miş SSRİ xal­qla­rı Uk­ray­na­da baş ve­rən ha­di­sə­lər­dən dərs çı­xar­ma­lı­dır­lar: Bir­ləş­miş Ştat­lar sim­vo­lik xa­rak­ter­li ad­dım­lar­dan kə­nar ad­dım at­ma­y­acaq. Av­ro­pa­nın ad­dım­la­rı­na gə­lincə, o, da­ha zə­if­dir.

- Bəs ümid et­mək olar­mı ki, Uk­ray­na ha­di­sə­lə­rin­dən so­nra ABŞ Dağlıq Qa­ra­bağ ni­zam­lan­ma­sın­da da­ha ak­tiv olacaq? Və ümu­miyyət­lə, be­lə bir ak­tiv­lik nə də­rəcə­də məh­sul­dar ola bi­lər?

- Yox. Açıq hər­bi əmə­liyyat­lar baş­la­mayınca, ABŞ son onil­lik­lər boyu  Qa­ra­bağ müna­qi­şə­sin­də­ki "iş­ti­rak"ın­dan fər­q­li möv­qe tut­may­acaq. Bu möv­qe isə ni­zam­lan­maya, o cümlə­dən Minsk pro­se­si­nə ri­to­rik də­s­­tək ver­mək, am­ma ey­ni za­man­da, bu pro­se­s­də irə­li­ləy­iş üçün hər han­sı siy­a­si və ya dip­lo­ma­tik ka­pi­tal xərc­lə­mə­məyə əsas­la­nır.

- On­da ABŞ-ın Cə­nu­bi Qaf­qaz­da­kı gə­ləcək­də­ki ro­lu­nu necə gö­rür­sünüz?

- Cə­nu­bi Qaf­qaz Ame­ri­ka ma­raq­la­rı üçün pri­o­ri­tet­lər siy­a­hı­sın­da de­y­il. Və bu si­tu­a­siy­aya məhz bu kon­tekstdən ya­naş­maq la­zım­dır. İs­ra­il və HƏMAS ara­sın­da­kı hər­bi əmə­liyyat­lar və ter­ror təş­ki­la­tı­nın (İŞİD) ak­tiv­ləş­mə­si - bu təş­ki­lat "Əl-Qa­i­də"dən də ra­di­kal­dır və Su­riya ilə İra­q­da ye­ni-ye­ni əra­zi­lər tut­ma­q­da­dır -  Ya­xın Şərq ye­ni­dən alov­la­nıb.  Av­ro­pa­da­kı du­rum isə qi­tə­də əra­zi­si­nə gö­rə ikinci döv­lət olan 45 milyon­luq Uk­ray­na­da­kı və­tən­daş müha­ri­bə­si ilə da­ha da gə­rg­in­lə­şib. Cə­nu­bi Çin də­ni­zi əra­zi­sin­də­ki böyük əra­zi­lə­rə id­di­a­sı­nı or­taya qoy­an Pe­kin Şər­qi Asiy­a­da ak­tiv­lə­şir. Ya­po­niy­a­nın ye­ni baş na­zi­ri da­ha sərt xa­rici siy­a­si kurs elan edir və s. Ame­ri­ka­nın diq­qə­ti və dip­lo­ma­tik ka­pi­ta­lı bun­la­ra yö­nə­lib.  Ba­kı, İrəvan, Tifli­sin ma­raq­la­rı­na zidd səs­lən­sə də, de­mək la­zım­dır ki, Va­şinq­ton üçün bu re­g­i­on pri­o­ri­tet dey­il.

- Son­da, si­zin ABŞ-ın Azər­baycan­da­kı ye­ni sə­fi­ri­nin - çox güman ki, bu, Ro­bert Se­ku­ta olacaq - təy­i­na­tın­dan so­nra, Va­şinq­ton­la Ba­kı­nın müna­si­bət­lə­ri­nin in­ki­şa­fı­na da­ir pro­qnoz­la­rı­nızı eşit­mək ma­raq­lı olar­dı.

- Düzü, mən han­sı­sa na­mi­zə­din di­g­ə­rin­dən üstün ol­duğu­nu düşünmürəm. İs­tə­ni­lən hal­da, hər bir sə­fir Döv­lət De­par­ta­men­ti və Ağ Ev­dən gə­lən tap­şı­rıq­la­rı əsas götürəcək. Odur ki, ABŞ və Azər­baycan ara­sın­da­kı əmək­daş­lığın miqya­sı və də­rin­liyi dip­lo­ma­tik per­so­nal­dan yox, Ame­ri­ka­nın ma­raq­la­rın­dan ası­lı­dır.


MƏSLƏHƏT GÖR:

567