19 May 2024

Bazar, 13:29

"ƏYİLMİŞ" SİFƏTDƏ MASKA

Rusiyalı rəssam Natalya NESTEROVA: "Mənim sənətim "maskaradla faciə" arasındadır"

Müəllif:

26.08.2014

Ru­siya Te­atr Sə­nə­ti Aka­de­miy­a­sı­nın pro­fes­so­ru, Ru­siya Rəs­sam­lıq Aka­de­miy­a­sı­nın hə­qi­qi üzvü, Ru­siya Döv­lət Müka­fa­tı la­u­re­a­tı Na­talya Ne­ste­ro­va bu gün bütün dünya­da məş­hur­dur. Onun rəsm əsər­lə­ri Mos­k­va­da­kı Tretya­kov­ski Qa­le­rey­a­sı, Sankt-Pe­ter­bur­q­da­kı Rus Mu­zeyi, Nyu-York­da­kı So­lo­mon Quq­qen­haym Müa­sir İncə­sə­nət Mu­zeyi ki­mi məş­hur  mu­zey­lər­də sax­la­nı­lır. Ne­ste­ro­va­nın iş­lə­ri­nə nüfuz­lu hər­raclar­da, o cümlə­dən ki­fay­ət qə­dər po­pulyar olan Sotheby's hər­racın­da cid­di tə­lə­bat var. Rəs­sa­mın özü Mos­k­va, Nyu-York və Pa­ri­s­də ya­şayır və ya­ra­dır, hər üç şə­hər­də özünü ki­fay­ət qə­dər ra­hat hiss edir. N. Ne­ste­ro­va­nın iş­lə­ri "ma­s­ka­rad­la ko­me­diya ara­sın­da" sə­nət ad­lan­dı­rı­lır. Onun özü də iş­lə­ri­nin "ma­s­ka­rad­la faciə ara­sın­da" ol­duğu­nu düşünür. Bu ya­xın­lar­da Ba­kı­da, Müa­sir İncə­sə­nət Mər­kə­zin­də onun ki­fay­ət qə­dər uğur­lu fər­di sə­r­g­i­si ke­çi­ri­lib. Na­talya Ne­ste­ro­va "R+" jur­na­lı­na müsa­hi­bə­sin­də həy­a­ta ba­xı­şı, əsər­lə­ri­nin fəl­sə­fə­si ha­q­da da­nı­şıb.

- Bu, si­zin Ba­kı­da ke­çi­ri­lən ilk sə­rg­i­niz ol­sa da, Ba­kıya ilk sə­fə­ri­niz dey­il...

- Bə­li, mən Ba­kıya ilk də­fə ötən il Nə­rg­iz xa­nım Pa­şay­e­va­nın də­və­ti­lə gəl­miş­dim. Şə­hə­ri­ni­zə və in­san­la­rı­nı­za va­leh ol­mu­şam - qo­naq­pər­vər, gü­lərüz və çox emo­si­o­nal. Bu­ra çox xo­şu­ma gə­lir.

- Əsər­lə­ri­niz­dən bi­ri­ni Ba­kıya həsr et­mək qə­ra­rı­na gəl­səy­di­niz, şə­kil necə alı­nar­dı?

- Mən heç za­man kon­kret nə­sə çək­mi­rəm. Kə­ta­na, adə­tən, həy­a­tım­la bağlı han­sı­sa ha­di­səyə, ya­zı­çı­nın han­sı­sa fi­k­ri­ni ifa­də et­diyi han­sı­sa ki­ta­b­dan oxu­duğum fi­k­rə aid xa­ti­rə­lə­ri­mi və ya as­so­si­a­siy­a­la­rı­mı kö­çü­rürəm. Bu­nun necə baş ver­diy­i­ni ifa­də et­məyə çə­tin­lik çə­ki­rəm. Bu, san­ki, qə­fil, bir an­da gə­lən idey­a­dır. Bə­zən gördüyüm yu­xu və ya han­sı­sa tə­əssürat iş­lə­məyə il­ham ve­rir. Bu za­man, sa­dəcə, kə­tan qar­şı­sı­na əy­lə­şə­rək iş­lə­məyə baş­layı­ram. Ba­kı xa­ti­rə­lə­rim­lə bağlı nə çə­kər­dim? Də­niz, gü­nəş və İçə­ri­şə­hə­rin qə­liz küçə­lə­ri. O, mə­nim yad­da­şım­da be­lə qa­lıb.

- Əsər­lə­ri­niz ara­sın­da heç bir hal­da ay­rıl­may­acağı­nız əsər­lər var­mı?

- Əl­bət­tə, bütün iş­lə­ri­mi se­vi­rəm. Am­ma qə­tiyyən si­mic dey­i­ləm və on­la­rı asan­lıq­la hə­diyyə edə və ya sa­ta bi­lə­rəm. Düşünürəm ki, is­tə­ni­lən ya­ra­dıcı in­san - is­tər rəs­sam ol­sun, is­tər­sə də ya­zı­çı - onun iş­lə­ri­nə tə­lə­ba­tın ol­duğu­nu an­la­ma­lı­dır. Biz özümüz üçün dey­il, in­san­lar üçün ya­ra­dı­rıq. Tə­bii ki, ya­ra­dıcı­lığı­mı­zı in­san­la­rın gör­mə­si­ni, eşit­mə­si­ni, duy­ma­sı­nı is­təy­i­rik. Vax­ti­lə sə­fər­də ol­duğum şə­hər­lə­ri tez-tez kə­tan üzə­ri­nə köçürürəm. Am­ma hə­min mən­zə­rə­lər­də be­lə, han­sı­sa for­ma­da in­sa­na yer ver­mək is­təy­i­rəm. Əlin və ya si­fə­tin bir his­sə­si ol­sa be­lə.

- Əsər­lə­ri­niz çox par­laq və emo­­si­o­nal­dır. Dey­ə­sən, nik­bin adam­sı­nız...

- Xeyr!  Mən bəd­bin in­sa­nam. Mə­nim üçün həy­at, sa­dəcə, faci­ə­dir. Tə­əssüf ki, son za­man­lar ət­raf­da şər, pis­lik, ya­lan, ölüm çox­dur. Am­ma əsər­lə­ri­min in­san­la­rı incit­mə­mə­si üçün əlim­dən gə­lə­ni edi­rəm. Mə­nim həy­at­la bağlı bəd­bin­liy­im əsər­lə­rim­də nik­bin­liyə çe­v­ri­lir. Mə­nim sə­nə­tim "ma­s­ka­rad­la faciə ara­sın­da"dır. Ma­s­ka­rad isə bu faci­ə­ni pər­də­lə­mək, "əy­il­miş" si­maya şən ma­s­ka­nın ta­xıl­ma­sı üçün özünə­məx­sus va­si­tə­dir.

- Bu faci­ə­ni nə­də görürsünüz?

- Mə­nim üçün bu, ya­xın in­san­la­rın iti­ril­mə­si, ötüb ke­çən günlə­ri­mi, gücümü, ma­raq­la­rı­mı itir­məy­im­dir. Ar­tıq gə­ləcək­lə bağlı ar­zu­la­rım da yox­dur. Tez-tez ge­ri, ke­ç­mi­şə nə­zər sa­lı­ram. Çünki ke­ç­miş­də olan­lar mə­nim üçün çox dəy­ər­li­dir. Ar­xaya bax­dı­q­da sev­dik­lə­ri­ni xa­tır­layır­san. Bəl­kə də, mən, sa­dəcə, qar­şıya ba­xa bil­mi­rəm. Bəl­kə də, sa­dəcə, qor­xu­ram. Am­ma hər şey o qə­dər də pis dey­il. Mən xoş­bəxt həy­at ya­şa­mı­şam. Sev­diy­im işim, hər iş­də mə­nə kö­mək edən oğlum var. Dünya­nın is­tə­ni­lən öl­kə­si­nə sə­fər edə, ora­da ya­ra­da bi­li­rəm. Çox say­da yax­şı və is­te­dad­lı do­stla­rım var.

- Ki­mi müəl­li­mi­niz sayır­sı­nız?

- Ye­g­a­nə müəl­li­mim ba­bam - rəs­­sam Ni­ko­lay İva­no­viç Ne­ste­rov­dur. O, Fal­kao ilə təh­sil alıb. Evi­miz­­də sax­la­nı­lan Qərb İncə­sə­nə­ti Mu­zeyi al­bo­mu­na bax­mağı çox xoş­layır­dım. Az qa­la kör­pə­lik­dən De­re­nin, Van Qo­qun, Ma­tis­sin, Qo­qe­nin, Dyüfi­nin, Mar­ke­nin, tə­bii ki, Se­zan­nın əsər­lə­ri­ni ta­nıyır­dım. Odur ki, uşaq­lı­q­dan, ilk növ­bə­də, fran­sız sə­nə­ti­lə tər­biy­ə­lən­mi­şəm. Ba­bam mə­nim üçün rəsmlər çə­kir, mə­nim ne­çə çək­diy­i­mə ba­xır­dı. O, mən 7 ya­şın­da olar­kən və­fat edib. Ba­ba­mın ölü­mü mə­nə əsl zər­bə ol­du. Çox çə­tin idi və uzun müddət özümə gə­lə bil­mə­dim. Hə­lə də onun yox­luğu ilə ba­­rı­şa bil­mi­rəm. O, mə­nim üçün çox önəm­li in­san idi. Bi­lir­si­niz, həy­at­da ya­şa­dıq­la­rı­mı mə­nə məhz o öy­rə­dib. Ba­bam mə­nim düşüncə­lə­ri­mə, his­s­lə­ri­mə hə­rə­kət ve­rib.

- Bəs, me­mar va­li­deyn­lə­ri­niz­dən nə götürmüsünüz?

- Yə­qin ki, de­tal­lar­da ən önəm­li olan­la­rı fər­q­lən­di­rə bil­məyi, ştrix­lə­rin, xət­lə­rin ar­xa­sın­da nə­lə­rin giz­lən­diy­i­ni gör­məyi. Me­mar­lıq - don­muş yağış, don­muş bu­lud­dur, me­mar­lı­q­da də­qiq xət­lər ol­mur. Bu da çox gö­zəl­dir. He­sab edi­rəm ki, hər bir iş­də ona müəm­ma ve­rən qə­ri­bə­lik ol­ma­lı­dır.

 - Ən cid­di müəm­ma dünya rəs­sam­la­rın­dan han­sı­nın iş­lə­rin­də­dir?

- Mə­nə elə gə­lir ki, in­ti­bah dövrü rəs­sam­la­rı­nın hər bi­rin­də - Şa­qal­da, Tış­ler­də, bütün is­te­dad­lı, da­hi rəs­sam­lar­da. Ya­ra­dıcı in­san­la­rın ha­mı­sın­da nə­sə qə­ri­bə­lik­lər var, on­lar ət­raf­da­kı­lar­dan fər­q­lə­nir­lər. 

- Bəy­ən­mə­diy­i­niz incə­sə­nət nö­vü var­mı?

- Mən bay­ağı­lığa və sə­feh­liyə qar­şıy­am. Düşünürəm ki, bu, ən qor­xu­lu qüsur­lar­dan bi­ri­dir. İs­tər həy­at­da, is­tər­sə də ya­ra­dıcı­lı­q­da.

- Bəs, in­san­la­rın key­fiyyət­li sə­nə­tə üstünlük ver­mə­lə­ri üçün nə et­mək la­zım­dır? 

- İs­tə­ni­lən incə­sə­nət növü ilə tə­mas vər­diş­dir. Onu uşaq­lı­q­dan öy­rən­mək la­zım­dır. Uşaq­la­ra bax­mağı və an­la­mağı öy­rət­mək la­zım­dır. İncə­sə­nət xa­rici dil ki­mi­dir: yüz də­fə tə­k­rar­layır­san, yüz bi­rinci də­fə an­layır­san. Axı, uşaq­lar ağ və­rəq ki­mi­dir­lər. Oraya nə çə­kir­sən­sə, nə ya­zır­san­sa, gə­ləcək­də onu gö­rəcək, onu oxuy­acaq­san. Odur ki, uşaq­lar­da ən er­kən yaş­la­rın­dan gö­zəl­liyə se­vgi ya­rat­maq la­zım­dır. Bu "pey­vənd"i nə qə­dər tez vu­rar­san­sa, uşaq o qə­dər sağlam olacaq...



MƏSLƏHƏT GÖR:

626