3 May 2024

Cümə, 23:22

XALÇA DÖŞƏNMİŞ YOLLA

Azərbayjan Xalça Muzeyi dünyada ən böyük kolleksiyaya və dekorativ-tətbiqi injəsənət nümunələrinə malikdir

Müəllif:

16.09.2014

Hər bir xal­qın mə­də­ni ta­ri­xin­də onun zə­ng­in mə­nə­vi dünya­sı­nı, ona məx­­sus qə­dim xa­rak­te­rik cə­hət­lə­ri, in­tel­lek­ti, dünya­g­örüşünü, es­te­ti­ka­nı və həy­at fəl­sə­fə­si­ni özündə əks et­di­rən sə­nət var. Azər­baycan xal­qı üçün bu, xal­ça­çı­lı­q­dır. Xal­ça yal­nız mə­i­şət əşya­sı yox, həm də onun bə­dii özünüi­fa­də­si­nin əsas for­ma­la­rın­dan bi­ri­dir. Bu­na bir ne­çə gün əv­vəl ye­ni mən­zi­lə köç­müş Azər­baycan Xal­ça Mu­zey­i­nə baş çək­mək­lə əmin ol­maq  mümkündür.

Xal­ça Mu­zey­i­nin ye­ni bi­na­sı­nın açı­lı­şı­nın Azər­baycan üçün böyük əhə­miyyət kəsb et­diy­i­ni mə­ra­sim­də öl­kə Pre­zi­den­ti İl­ham Əliy­ev və xa­nı­mı Meh­ri­ban Əliy­e­va­nın iş­ti­ra­kı da tə­s­­­diq­ləy­ir.

"Biz öz xal­ça­mı­zı, xal­ça­çı­lıq sə­nə­ti­mi­zi qo­ruy­u­ruq. Azər­baycan xal­ça­sı­nın qo­run­ma­sı və in­ki­şaf et­di­ril­mə­si haq­qın­da müva­fiq qa­nun da qə­bul edi­lib. Bu, bi­zim böyük sər­və­ti­miz­dir və əl­bət­tə ça­lış­ma­lıyıq ki, gənc nə­sil bu sə­nə­tə ma­raq gö­s­tər­sin. Biz bu­nu tə­ş­viq et­mə­liy­ik", - deyə Pre­zi­dent  İl­ham Əliy­ev ye­ni bi­na­nın açı­lış mə­ra­si­min­də qeyd edib.

Azər­baycan Xal­ça Mu­zey­i­nin di­rek­to­ru, sə­nətşünas­lıq dok­to­ru, pro­fes­­sor Röya TAĞIYEVA "R+"a müsa­hi­bə­sin­də mu­zey­in dəy­ər­li ek­s­po­nat­la­rı, onun in­ki­şaf per­spek­tiv­lə­ri və pri­o­ri­tet­lə­ri ha­q­da da­nı­şıb.

- Zəh­mət ol­ma­sa, Xal­ça Mu­zey­i­nin ye­ni bi­na­sı ha­q­da da­nı­şın. O, nə də­rəcə­də fun­k­si­o­nal və  ra­hat­dır?

- 2004-cü il­də "Azər­baycan xal­ça sə­nə­ti­nin qo­run­ma­sı və in­ki­şaf et­di­ril­mə­si haq­qın­da" qa­nu­nun qə­bu­lun­dan so­nra Azər­baycan hö­ku­mə­ti bu mil­li sə­nət növünün də­s­tək­lən­mə­si və in­ki­şa­fı ilə bağlı kur­su­nu ay­dın şə­kil­də müəyyən­ləş­dir­di. Azər­baycan xal­ça­sı­nın qo­run­ma­sı və in­ki­şa­fı sa­hə­sin­də həy­a­ta ke­çi­ri­lən döv­lət təd­bir­lə­rin­dən bi­ri əsa­sı 2008-ci il­də qoy­ul­muş ye­ni mu­zey bi­na­sı­dır.

Bi­na­nın for­ma­sı bükülmüş xal­ça­nı xa­tır­la­dır. Ye­ni mu­zey­in uzun­luğu 121, eni 22, hündürlüyü 18 met­rdir. Onun sa­hə­si, təx­mi­nən, 18,5 min kva­d­­ratmet­rdir. Mu­zey­in ek­s­po­nat­la­rı - xal­ça­lar 3 mər­tə­bə­də yer­lə­şir. Ye­ral­tı mər­tə­bə­də isə ina­nıl­maz zə­rg­ər­lik kol­­­lek­siy­a­sı ilə ta­nış ol­maq müm­kün­dür. Elə ora­da­kı ən müa­sir tex­ni­ka­lar­la təchiz edil­miş müa­sir an­bar­lar­da mu­zey­in fon­d­la­rı yer­lə­şir. Bi­na müa­sir mul­ti­me­dia ava­dan­lıq­la­rı, si­qna­li­za­siya, xal­ça­la­rın kon­ser­va­siy­a­sı və bər­pa­sı üçün ya­ra­dıl­mış ema­lat­xa­na­lar­la, ki­tab­xa­na, su­ve­nir­lər mağa­za­sı və tə­q­di­mat za­lı ilə təchiz edi­lib.

Ye­ni Xal­ça Mu­zeyi nə­in­ki dünya­da bu tip­li ən iri mu­zey ol­mağa id­di­a­lı­dır, o, həm də Azər­bayca­nın ən önəm­li gəz­mə­li yer­lə­rin­dən bi­ri olacaq. Bi­na­nın for­ma­sı mu­zey ha­q­da ar­tıq çox şeyi dey­ir. Dünya­da ilk də­fə ola­raq, xal­ça­lar el­lip­sva­ri di­var­da nümay­iş olu­nur. Azə­ra­bayca­nın mə­də­ni həy­a­tın­da xal­ça­nın ta­ri­xi əhə­miyyə­ti­ni və ye­ni­lən­miş mu­zey­in ro­lu­nu nə­zə­rə al­saq, onun ek­s­po­zi­siy­a­sı­nın key­fiyyə­ti ən yüksək bey­nəl­xalq stan­dar­t­­la­ra ca­vab ver­diy­i­ni  deyə bi­lə­rik.

- Xal­ça Mu­zey­i­nin mö­vcud ol­duğu bütün dövr ər­zin­də han­sı iş­lər görülüb? Mu­zey­in na­iliyyət­lə­ri və uğur­la­rı ha­q­da da­nı­şın...

- Azər­baycan­da Xal­ça Mu­zey­i­nin əsa­sı 1967-ci il­də qoy­u­lub. Bu, dünya­da xal­ça­çı­lıq sə­nə­ti­nin nümay­i­şi üçün nə­zər­də tu­tul­muş ilk ix­ti­sas­laş­mış mu­zey­dir. Mu­zey fə­a­liyyə­tə baş­la­dığı ilk günlər­dən Azər­baycan xal­ça­la­rı­nın, yer­li xal­ça­çı­lıq ənə­nə­lə­ri­nin öy­rə­nil­mə­si və təb­liği sa­hə­sin­də əsas ix­ti­sas­laş­mış mər­kə­zə çe­v­ri­lib. Bu iş həm də bey­nəl­xalq sə­viyyə­də apa­rı­lıb. Mu­zey fə­a­liyyə­ti dövründə dünya­nın 30-dan ar­tıq öl­kə­sin­də sə­rg­i­lər təş­kil edib. Azər­baycan xal­ça­la­rı­nın xa­ricdə təb­liği məq­sə­di­lə mu­zey­in kol­lek­siy­a­sı Fran­sa­da, Av­striy­a­da, Al­ma­niy­a­da, İs­veç­də, Da­ni­mar­ka, Bel­çi­ka, Hin­di­s­tan, Ya­po­niya, İs­ra­il, Böyük  Bri­ta­niya və bir sı­ra di­g­ər öl­kə­lər­də nümay­iş olu­nub. Mu­zey­i­miz el­mi mər­kəz ola­raq bir sı­ra nə­hə­ng bey­nəl­xalq təd­bi­rin təş­ki­lin­də də iş­ti­rak edib. Söh­bət Şərq və Azər­baycan xal­ça­la­rı üzrə sim­po­zi­um­lar­dan ge­dir. İlk be­lə sim­po­zi­um 1983-cü il­də YUNESKO-nun hi­may­ə­dar­lığı ilə Ba­kı­da ke­çi­ri­lib ("Şərq xal­ça sə­nə­ti"). So­nra­kı sim­po­zi­um­lar - "Azər­bay­can xal­ça sə­nə­ti" (1988), "Azər­baycan xal­ça­sı və xalq-tət­bi­qi sə­nə­ti" (2003), Lə­­tif Kə­ri­mo­vun 100 il­liy­i­nə həsr olun­­muş "Azər­baycan xal­­ça sə­nə­ti" (Pa­ris, YUNESKO-nun mən­zil-qə­ra­rg­a­hı, 2007-ci il) də dün­ya­­nın bu sa­hə­dən olan mütə­xəs­sis­lə­ri­nin diq­qə­ti­ni çə­kib.

Mu­zey fəa­liyyə­ti dövründə YUNESKO, Bey­nəl­xalq Qır­mı­zı Xaç Ko­mi­tə­si və Bey­nəl­xalq Mu­zey­lər Şu­ra­sı (İKOM) ki­mi bey­nəl­xalq təş­ki­lat­lar­la tə­rəf­daş­lıq ha­lın­da Ba­kı­da mə­də­ni ir­sin və mu­zey me­necmen­ti­nin qo­run­ma­sı­na həsr olun­muş bir sı­ra kon­fran­s­lar təş­kil edib.

- Bu gün mu­zey­də nə qə­dər ek­s­po­nat var?

- Xal­ça Mu­zeyi Azər­baycan xalq sə­nə­ti­nin bütün zə­ng­in­lik­lə­ri­ni və müxtə­li­f­liy­i­ni özündə cəm­ləş­di­rib. Bu mu­zey dünya­da ən böyük xal­ça kol­lek­siy­a­sı­na və Azər­bayca­nın de­ko­ra­tiv-tət­bi­qi incə­sə­nət nümu­nə­lə­ri­nə ma­lik­dir. Bu gün mu­zey­də təx­mi­nən 15 min sə­nət əsə­ri sax­la­nı­lır. Kol­lek­siy­a­nın əsa­sı­nı xov­lu və xo­v­suz xal­ça­lar təş­kil edir. On­la­rın sayı 6 min­dən ar­tı­q­dır. Am­ma mu­zey­də həm də ənə­nə­vi kostyum­lar, zi­nət əşya­la­rı, mis qab-qacaq və sa­ir sax­la­nı­lır.

- Mu­zey­in ən qə­dim və ma­raq­lı ek­s­po­nat­la­rı mu­zeyə necə gə­lib çı­xıb və hə­min əşya­la­rın na­dir­liyi nə­dən iba­rət­dir?

- Xal­ça­la­rın top­lan­ma­sı, uço­tu, qo­run­ma­sı və el­mi ba­xım­dan öy­rə­nil­mə­si sa­hə­sin­də­ki fə­al işi­ i­lə əla­qə­dar ola­raq, mu­zey­i­miz Azər­baycan mil­li mə­də­niyyə­ti­nin xə­zi­nə­si­nə çe­v­ri­lib. Azə­r­­bayca­nın bütün re­g­i­on­la­rın­da təş­kil olun­muş çox­say­lı el­mi-təd­qi­qat ek­s­pe­di­siy­a­la­rı­na, o cümlə­dən xal­qdan xal­ça­la­rın, xalq tət­bi­qi sə­nət nümu­nə­lə­ri­nin yığıl­ma­sı is­ti­qa­mə­tin­də apa­rı­lan cid­di iş­lə­rə əsa­sən, mu­zey­də böyük bir kol­lek­siya ya­ra­dı­lıb. Ek­s­po­nat­lar ara­sın­da gör­mə­li nümu­nə­lər­dən bi­ri kol­lek­siy­a­nın ən qə­dim xal­ça­sı­dır. Bu, Qa­ra­bağ xal­ça­çı­lıq mək­tə­bi­nə məx­sus XVII əs­rə aid "Əj­da­ha xal­ça­sı"dır. 2013-cü il­də mu­zey Av­ro­pa və Ame­ri­ka­dan olan kol­lek­siy­a­çı­lar üçün Azər­bayca­na xal­ça tu­ru təş­kil edib. Qo­naq­lar ara­sın­da ABŞ-dan gəl­miş xa­nım Be­ver­li Şilts də var idi. O, xal­ça kol­lek­si­o­ne­ri və Çi­ka­qo­da­kı şərq xal­ça­sı və par­ça­sı cə­miyyə­ti­nin üzvü ol­muş mər­hum həy­at yol­da­şı Hro­ver Şiltse­nin xa­ti­rə­si­nə mu­zey­i­mi­zə "Əj­da­ha" xal­ça­sı­nı, hə­m­çi­nin XIX əs­rə aid "Sal­han xi­lə­si" Şir­van xal­ça­sı­nı hə­­diyyə et­di. Bu cür xal­ça­nın hər­racd­a qiy­mə­ti yüz min­lər­lə dol­la­ra ça­ta bi­lər.

- Muzeydə xalça sənətinin müa­sir nümunələrinə də yer verilibmi?

- İki min il boy­unca mə­də­ni-ta­ri­xi, fəl­sə­fi və di­ni ba­xım­dan baş ve­rən dəy­i­şik­lik­lər Azər­baycan mə­də­niyyə­tin­də çox şeyi dəy­i­şib. Am­ma Azər­baycan xal­ça­çı­lıq ənə­nə­lə­ri Lə­tif Kə­ri­mov, Ka­mil Əliy­ev, El­dar Mi­kayıl­za­də, Məm­mədhüseyn Hüsey­nov, Lə­ti­fə Qa­ray­e­va, Cə­fər Mücri, Ay­dın Rəcə­bov, Qu­lam Ba­bayi  və di­g­ər­lə­ri­nin iş­lə­rin­də in­ki­şa­fı­nı da­vam et­di­rib. Bu sə­nət­də  ye­ni is­ti­qa­mət­lər­dən bi­ri məş­hur rəs­sam Ta­hir Sa­la­ho­vun ya­ra­dıcı­lığı­dır.  Onun xal­ça­lar üzə­rin­də əks olun­muş əsər­lə­ri­ni bi­zim ek­s­po­zi­siy­a­la­rı­mız­da gö­rə bi­lər­si­niz.

- Azər­baycan xal­ça­la­rı Av­ro­pa­da Qaf­qaz xal­ça­la­rı ki­mi tə­q­dim olu­nur. On­la­rın Azər­baycan xal­ça­la­rı ki­mi qə­bul edil­mə­si üçün han­sı ad­dım­lar atıl­ma­lı­dır?

- Azə­r­baycan sə­nə­ti­nin təb­liği sa­hə­sin­də fə­al iş apa­rıl­ma­lı­dır. Azər­baycan Xal­ça Mu­zeyi, Mə­də­niyyət və Tu­rizm Na­zir­liyi və Hey­dər Əliy­ev Fon­du bu is­ti­qa­mət­də böyük iş­lər görür. On­lar tə­rə­fin­dən hər il Av­ro­pa öl­kə­lə­rin­də Azər­baycan xaç­la­la­rı­nın sə­rg­i­lə­ri təş­kil olu­nur. Bu is­ti­qa­mət­də cid­di na­iliyyət­lər­dən bi­ri 2010-cu il­də Azər­bayca­nın ənə­nə­vi xal­ça­çı­lıq sə­nə­ti­nin YUNESKO-nun Bə­şə­riyyə­tin Qey­ri-Mad­di Mə­də­ni İr­sin re­p­re­zan­ta­tiv siy­a­hı­sı­na sa­lın­ma­sı­dır. Bütün bun­lar mu­zey­i­mi­zin, Mə­də­niyyət və Tu­rizm Na­zir­liy­i­nin zəh­mə­ti­nin bəh­rə­si­dir. Xal­ça­la­rı­mı­zın bu siy­a­hıya sa­lın­ma­sı Azər­bayca­nın mil­li mə­də­ni ir­sin bey­nə­xalq mə­də­ni mə­ka­na in­te­q­ra­si­y­a­sı və mə­də­ni müba­di­lə, xal­qla­ra­ra­sı hə­m­rəy­liy­in di­a­loq va­si­tə­si­lə hə­vəs­lən­di­ril­mə­si­nə yö­nəl­miş uzun il­lik siy­a­sə­ti­nin da­va­mı­dır. Bu ha­di­sə nə­in­ki Azər­baycan mil­li mə­də­niyyə­ti­nin mir­va­ri­si olan xal­ça­çı­lıq sə­nə­ti­nin əhə­miyyə­ti­ni gö­s­tə­rir, həm də Azər­baycan xal­ça­çı­lıq ənə­nə­lə­ri­nin qo­run­ma­sı və gə­ləcək nə­sil­lə­rə ötürülmə­si­nə kö­mək edir.

- Fi­k­ri­nizcə, mu­zey­lə­rin mis­siy­a­sı nə­dən iba­rət­dir? Müa­sir dünya­da on­la­rın han­sı ro­lu var?

- Şübhə­siz, mu­zey­in vacib və­zi­fə­lə­rin­dən bi­ri  bə­şə­riyyə­tin mə­də­ni ir­si­nin gə­ləcək nə­sil­lər üçün qo­ru­nub-sax­la­nıl­ma­sı­dır. La­kin mu­zey­in ənə­nə­vi fun­k­siy­a­sı - qo­run­ma, öy­rə­nil­mə və ma­a­ri­f­lən­dir­mə - müa­sir nə­zə­riy­yə­də və təcrübə­də da­ha ge­niş, de­tal­lı trak­tov­ka alır. Bu, həm mühüm əsər­lə­rin sax­la­nıl­dığı de­po­zi­ta­riy, həm irs haq­qın­da müxtə­lif bi­lik­lə­rin yer al­dığı in­for­ma­siya mər­kə­zi, həm mil­li ta­ri­xin bir his­sə­si ki­mi, ir­sin ta­ri­xi­ni açan ma­a­ri­f­lən­di­rici in­sti­tut, həm də pe­şə­kar sə­nət adət­lə­ri­nin və ənə­nə­lə­ri­nin qo­ru­nub-sax­lan­dığı mər­kəz­dir. Ye­ri gəl­miş­kən, bə­şə­riyyət üçün mə­də­ni ir­sin qo­run­ma­sı haq­qın­da: mu­zey­i­miz­də­ki elm mər­­kə­zin­də ziy­a­rət­çi­lə­rə xal­ça­la­rın ta­ri­xin­dən, xalqtət­bi­qi sə­nə­ti­nin xüsu­siyyət­lə­rin­dən, əsas xal­ça­çı­lıq mək­təb­lə­rin­dən və to­xucu­luq tex­no­lo­g­iy­a­la­rın­dan da­nı­şı­lır. Bütün bun­lar­dan əla­və, bi­zim mu­zey müxtə­lif  tə­lim pro­qram­la­rı da tək­lif edir. On­la­rın ara­sın­da xal­ça­çı­lığın öy­rə­nil­mə­si üzrə dər­nək­lər, se­mi­nar­lar, uşaq və ai­lə pro­qram­la­rı var.

- Fi­k­ri­nizcə, Xal­ça Mu­zey­i­nin və­zi­fə­lə­ri, onun fə­a­liyyə­ti­nin pri­o­­ri­tet­lə­ri nə­dən iba­rət­dir?

- Xal­ça  Mu­zeyi ənə­nə­vi xal­ça­çı­lıq mə­də­niyyə­ti­nin qo­run­ma­sı və in­ki­şa­fı, onun Azər­bayca­nın müa­sir mə­də­niyyə­ti­nə da­xil edil­mə­si üçün ta­ri­xi po­ten­si­a­lın­dan is­ti­fa­də edir. Mu­zey­i­miz­də xal­çaya ge­niş mə­də­ni kon­tek­s­də ya­na­şı­lır, o, ənə­nə­vi həy­at tər­zi­nin di­g­ər ele­men­t­lə­ri ilə bir tu­tu­lur. Xal­ça kol­lek­siy­a­sı­nın for­ma­laş­dı­rıl­ma­sı ilə ya­na­şı, mu­zey xal­ça və xal­ça­çı­lıq­la bağlı qey­ri-mad­di ir­sin qo­run­ma­sı­na da böyük diq­qət ayı­rır. Bu­raya əf­sa­nə­lə­rin, adət-ənə­nə­lə­rin, xal­ça­nın se­man­ti­ka­sı və es­te­ti­ka­sı­na da­ir ənə­nə­vi və müa­sir bi­lik­lər, hə­m­çi­nin xal­ça­çı­lığın sir­lə­ri aid­dir. Mu­zey­in əsas ma­a­rif­çi­lik işi xal­ça­nın mil­li adət-ənə­nə və həy­at tər­zi­nin ay­rıl­maz his­sə­si ki­mi qə­bul edil­mə­si­nə na­il ol­ma­q­dır. Xal­ça yal­nız mil­li dey­il, həm də ümumdünya ir­si­nin vacib ele­men­ti ol­duğun­dan, mu­zey di­g­ər öl­kə­lə­rin ana­lo­ji iş­lə mə­şğ­ul olan mütə­xəs­sis­lə­ri, mu­zey­lə­ri və di­g­ər təş­ki­lat­la­rı ilə də tə­rəf­daş­lıq müna­si­bət­lə­ri­ni in­ki­şaf et­di­rir.

- Mu­zey­in gə­ləcək plan­la­rı­na nə­lər da­xil­dir?

- Xal­ça Mu­zeyi bun­dan so­nra da sə­rgi fə­a­liyyə­ti ­i­lə ya­na­şı, el­mi mər­kəz ki­mi də in­ki­şa­fı­nı da­vam et­di­rəcək. Ziy­a­rət­çi­lə­rin, tu­rist­lə­rin Azər­bayca­nın xalq tət­bi­qi sə­nə­ti­nin ta­ri­xi, xüsu­siyyət­lə­ri, xal­ça­çı­lıq mək­təb­lə­ri, to­xucu­luq tex­no­lo­g­iy­a­la­rı ha­q­da mə­lu­mat­lan­dı­rıl­ma­sı üçün lay­i­hə­lər həy­a­ta ke­çi­ri­ləcək. Lay­i­hə­lər çər­çi­və­sin­də in­san­la­rın xal­ça­nın sirlə­ri - rə­ng­lər, to­xu­ma tex­ni­ka­sı, na­xış­lar ilə ta­nış ol­ma­la­rı üçün us­tad dər­slə­ri təş­kil olu­nacaq. Ziy­a­rət­çi­lər  öz­lə­ri­ni xal­ça to­xucu­su ki­mi sı­naya da bi­ləcək­lər. Qar­şıya qoy­ul­muş və­zi­fə­lər­dən bi­ri iti­ril­miş to­xucu­luq və boy­a­ma tex­no­lo­g­i­y­a­­la­rı­nın bər­pa­sı is­ti­qa­mə­tin­də iş­lə­rin da­vam et­di­ril­mə­si, Azər­baycan Xal­ça Mu­zey­in­də­ki kol­lek­siy­a­dan olan xal­ça­la­rın eksklüziv su­rə­ti­nin ya­ra­dıl­ma­sı­dır.



MƏSLƏHƏT GÖR:

676