18 May 2024

Şənbə, 11:17

ZİDDİYYƏTLƏR ARADAN QALDIRILDI

Xəzər Əməkdaşlığı İnstitutunun (Rusiya) direktoru Sergey Mixeyevin "R+" jurnalına müsahibəsi

Müəllif:

07.10.2014

- Xəzəryanı dövlət başçıları Həştərxan sammitində  hansısa  nailiyyətlər  əldə edə  bildilərmi?

- 5 Xəzəryanı ölkə prezidentinin Həştərxan görüşündə Xəzərin su məkanının bölüşdürülməsi kimi çox vacib məsələ həllini tapıb. Eyni zamanda dənizin dibinin bölüşdürülməsi məsələsində qismən razılıq da əldə edilib. Bu, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsilə bağlı problemin 70%-nin həlli deməkdir. Əsas ziddiyyətlər aradan qaldırılıb və tərəflər ümumi kompromisə gəliblər.

- Amma dənizin dibinin, yəni karbohidrogen ehtiyatlarının yerləşdiyi hissənin bölüşdürülməsi məsələsi açıq qalır.

- Həllini tapmış məsələlər və 5 Xəzəryanı ölkə arasında anlaşmanın əldə olunması yaxın 2-3 ildə onların dənizin dibinin bölüşdürülməsi məsələsində də konsensus əldə edəcəklərinə ümid yaradır.

- Xəzərin statusunun müəyyənləşdirilməsi prosesini əngəlləyən əsas məqam Türkmənistanın, ümumiyyətlə, dənizin bölüşdürülməsinə qarşı çıxması və İranın Sovet-İran müqaviləsindəkindən daha böyük ərazi tələb etməsi idi...

- Həştərxan Bəyannaməsinin imzalanması ilə Türkmənistan və İranın ortaya atdıqları bütün maneələr də aradan qalxıb. Müqavilədə göstərilmiş bölüşdürülmə parametrlərilə razılaşan Aşqabad və Tehran faktiki olaraq, Xəzərin milli zonaları ilə bağlı indiyədək irəli sürdükləri bütün iddialardan  imtina ediblər.

 - Son illər İran Xəzərə sürətli hərbi gəmilər və sualtı qayıqlar yerləşdirəcəyilə bağlı hədələr səsləndirirdi. Halbuki ləğv edilmiş Sovet-İran müqaviləsinə əsasən, Tehran Xəzərdə hərbi gəmilər saxlaya bilməzdi. Razılaşma dənizin demilitarizasiyasına zəmanət  verirmi?

 - Təhlükəsizliyə əsas problemlər Xəzəryanı ölkələrdən yox, xarici qüvvələrdən gəlir. Müqavilədə Xəzərdə 5 sahilyanı dövlətdən başqa, hər hansı ölkənin hərbi mövcudluğunun yolverilməzliyilə bağlı əksini tapmış bənd təhlükəsizliyə zəmanətdir. Birincisi, Xəzəryanı ölkələr arasında münaqişə riski minimal həddədir. İkincisi, Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran liderləri onların Xəzərdəki hərbi mövcudluqlarının  müəyyən səviyyədən artıq olmayacağını bəyan ediblər. Xəzəryanı dövlətlər arasında gərginliyin yaranacağı təqdirdə, problem beştərəfli və ya ikitərəfli danışıqlar vasitəsilə çözüləcək.

Mümkün münaqişələrin ən doğru həll yolu məsələlərin beştərəfli formatda müzakirəsidir. Bu, gərginliyin aradan qaldırılmasına daha böyük zəmanətdir. Məsələn, münaqişələrin həlli üçün beştərəfli formatda müstəvinin yaradılması mümkündür.

- Həştərxan razılaşması Xəzərin dibi ilə Türkmənistan sahillərindən Azərbaycana qaz kəmərinin çəkilməsi kimi iddialı layihələrlə ziddiyyət təşkil etmir ki?

- Həştərxan Bəyannaməsinin Trans-Xəzər layihələrinin reallaşdırılmasına hansısa şəkildə mane olacağını göstərən əlamətlər yoxdur. Aydındır ki, Rusiya və İranın Xəzərin dibi ilə boru xəttinin çəkilməsinə xüsusi münasibətləri var. Amma beştərəfli danışıqlar vasitəsilə bu məsələdə də kompromisə gəlinməsi mümkündür.


MƏSLƏHƏT GÖR:

523