4 May 2024

Şənbə, 01:17

BAKI DƏRSLƏRİ

"R+"un "Peace One Day" ("Bir gün sülh") təşkilatının rəhbəri Eş ZUBEYRİ ilə müsahibəsi

Müəllif:

21.10.2014

- "Pe­ace One Day" qey­ri-kom­mer­siya təş­ki­la­tı tə­rə­fin­dən təş­kil edi­lən və BMT tə­rə­fin­dən də­s­tək­lə­nən Bey­nəl­xalq Sülh Günü, hər il 21 sentyab­r­da Dünya Atəş­kəs və Güc Tət­bi­qet­mə­mə Günü ki­mi qeyd edi­lir. Siz, hə­qi­qə­tən, bütün dünya­da sülhə na­il ol­maq im­kan­la­rı­na ina­nır­sı­nız?

- Bə­li, mən, hə­qi­qə­tən, ina­nı­ram ki, biz pla­ne­ti­mi­zi da­ha dinc yer edə bi­lə­rik. Bey­nəl­xalq Sülh Günü sübut edir ki, bu­na na­il ol­maq mümkündür. Ha­mı nəyə isə ina­nır. Bir çox in­san­la­rın di­ni inancla­rı var. Kim isə ina­na bi­lər ki, im­ta­han­da və ya iş­də müvəf­fə­qiyyət qa­za­nacaq və hər han­sı bir di­nin in­sa­nı da­ha hör­mət­li və nə­za­kət­li bi­ri edəcəyi im­kan­la­rı­na ina­nır. Sülh im­kan­la­rı­na inan­maq da - bu cürdür. Əv­vəlcə bu­nun iş­lə­diy­i­­ni an­la­mı­san. Axı, bə­zi­lə­ri­miz baş ve­rən bütün pis­lik­lə­rə ol­duqca çox za­man və ener­ji sərf edi­rik. Sülhün əl­də olun­ma­sı­nın ax­ta­rış yol­la­rı­na bir o qə­dər ener­ji sərf edir­lər­sə, ta­ma­mi­lə baş­qa nə­ticə gör­mək olar. Mə­sə­lən, biz Əf­qa­nı­s­tan­da "Ta­li­ban" və ko­a­li­siya qo­şun­la­rı­nı Bey­nəl­xalq Sülh Gününə qo­şul­mağa inan­dı­ra bil­dik. Bir gün ər­zin­də on­lar sa­vaş­ma­dı­lar və bi­zim bu­na da­ha çox eh­tiy­acı olan­la­rı ziy­a­rət et­mək im­ka­nı­mız ol­du. Bu, sübut edir ki, Bey­nəl­xalq Sülh Günü idey­a­sı iş­ləy­ir və biz müəyyən an­lar­da ona gü­və­nə bi­lə­rik. 

- "Pe­ace One Day" təş­ki­la­tı­nın rəh­bə­ri ki­mi siz bu ya­xın­lar­da Azər­baycan­da ol­mu­su­nuz və yə­qin ki, Dağlıq Qa­ra­bağ müna­qi­şə­si ilə ta­nış­sı­nız. Mə­sə­lə­nin sülh yo­lu ilə həll olun­ma­sı­na nə ma­neə olur?

- Adə­tən, ol­duğu ki­mi, məncə, bu ya din, ya da siy­a­sət­dir. Dünya­da çox müna­qi­şə­lər görmüşəm və hər də­fə ən çə­ti­ni - müna­qi­şəyə cəlb olu­nan in­san­la­rı sülh na­mi­nə öz fər­q­li­liy­i­ni, ni­f­rə­ti­ni, siy­a­sət və din­lə­ri­ni kə­na­ra qoy­mağa məcbur et­mək­dir. Biz cə­sa­rət­li ol­ma­lıyıq və bu­nu et­mək üçün mər­d­lik gö­s­tər­mə­liy­ik. Əks hal­da biz heç vaxt bağış­laya və əsl sülh ya­ra­da bil­mə­rik. Biz bir­ləş­mə­li və əda­lət­li həll yo­lu tap­ma­lıyıq. Unut­maq ol­maz ki, prob­le­mi onu ya­ra­dar­kən dü­şün­dü­yümüz şə­kil­də həll et­mək müm­kün dey­il.

- Azər­baycan­da müna­qi­şə zo­na­la­rın­dan olan məcbu­ri köçkün­lə­rin öv­lad­la­rı ilə görüşdünüzmü və on­lar­dan sülh vax­tı­nın şək­li­ni çək­məyi xa­hiş et­di­niz­mi? Bu rəsm­lər necə idi? Siz­də ən çox han­sı tə­əssürat­lar ya­ran­dı? Si­zin şəx­si "sülh rə­s­mi­niz" necə­dir?

- Mə­nim üçün bu, re­g­i­o­na bütün sə­fə­rim za­ma­nı ən sehrli və ən duyğu­sal an ol­du. Uşaq­lar çox meh­­ri­ban və hör­mətc­il idi­lər və şübhə­siz, bi­zim sə­fə­ri­miz­dən şad idi­lər. Da­ha çox ba­laca qı­zın rə­s­mi - "Ye­rin üstündə iki göy­ər­çin" ya­dım­da qal­dı. O, bütün dünya­da sül­hü be­lə görür. Sülh əl­də et­mək bü­tün bə­şə­riyyə­tin əsas qayğı­sı ol­ma­lı­dır - bey­nəl­xalq fə­a­liyyət pro­qra­mı­nın əsa­sı­nı təş­kil et­mə­li­dir. Hə­m­­çi­nin şə­kil­lər­də qə­şə­ng qır­mı­zı qı­zı­lgül, həy­at ağacı­nı gör­düm. Bir oğ­lan isə mey­dan­da gül­lər­lə do­lu Azər­baycan və Türkiyə bay­rağı­nı tə­s­vir et­miş­di. O, ba­laca oğlan əmin­dir ki, on­lar bi­rgə re­g­i­o­nu da­ha təhlükə­siz və sa­bit edə bi­lər. Mə­nim öz rə­s­mim be­lə olar­dı: bü­tün dünya li­der­lə­ri dəy­ir­mi ma­sa ət­­ra­fın­da əy­lə­şir, bir-bi­ri­nə ba­xır və ra­zı­la­şır­lar ki, "ki­fay­ət­dir, uduz­duq və bə­s­dir". On­la­rın üzlə­rin­də ar­tıq ni­f­rət və qor­xu­nun ol­ma­dığı görünür.

- Azər­baycan dünya­da ən to­le­rant öl­kə­lər­dən bi­ri he­sab olu­nur. Siz bu­nun­la ra­zı­sı­nız? Nə üçün?

- Bəli, razıyam. Hərçənd bu mə­na­da Azər­baycan qüsur­suz ol­ma­sa da. Am­ma heç bir öl­kə nöq­san­sız dey­il. Ey­ni za­man­da bu sə­tir­lə­ri oxuy­an və Azər­baycan­da ol­may­an hər bir kə­si əmin edə bi­lə­rəm ki, öl­kə və onun xal­qı - pre­zi­den­tin­dən tut­muş qaç­qı­nı­na qə­dər - to­le­ran­t­lıq na­mi­nə güclü səy gö­s­tə­rir və böyük uğur­lar əl­də edir­lər. Ba­kı­da çox vacib dərs al­dım - sa­dəcə, bir-bi­ri­mi­zə hör­mət et­məyi öy­rən­sək, biz bi­rgə ya­şaya bi­lə­rik. Ba­kı­da gə­zər­kən və ya mə­sə­lən, re­s­to­ran­da na­har edər­kən, görünür ki, müxtə­lif din­lə­rin və əha­li­nin bütün tə­bə­qə­lə­ri­nin nümay­ən­də­lə­ri ey­ni hüqu­q­dan ya­rar­la­nır­lar. Bu in­san­lar təhlükə­siz şə­ra­it­də ya­şayır­lar və hiss olu­nur ki, on­lar xoş­bəxtdir­lər. Mən mö­mi­nəm və müx­tə­lif şə­hər­lər­də ol­mu­şam və hər şey, adə­tən, ça­tan ki­mi ay­dın olur. Bu necə olacaq? İn­san­lar necə re­ak­siya ve­rəcək­lər? Öl­kə necə in­ki­şaf edir? Azər­baycan­da ol­duğum üç gündən so­nra hiss et­dim ki, öl­kə baş­çı­sı və hö­ku­mət qar­şıya öl­kə­ni və onun dünya­da qə­bul olun­ma­sı­nı dəy­iş­mək məq­sə­di­ni qoy­ub. 

- Azər­baycan­da ye­ni nə öy­rən­di­niz? Sizcə, Azər­baycan dünya­nın baş­qa öl­kə­lə­ri­nə necə sülh me­­sa­jı gön­də­rə bi­lər?

- Azər­baycan­da çox şey öy­rən­dim. Mi­sal üçün, se­vgi hə­lə də sağdır və ya­şayır. Və ya­xud sülh, hə­qi­qə­tən, mümkündür. Mən öy­rən­mi­şəm ki, ha­mı­mız ba­rış için­də ya­şaya bi­lə­rik və biz in­san­la­rı sülh için­də həy­a­tın mümkün ol­duğu­na inan­dı­ra­raq, on­la­rın ba­xış­la­rı­nı dəy­i­şə bi­lə­rik. İn­sa­nın pla­ne­ti­miz­də ol­duğu müddət­də nə­lər et­diy­i­nə bir ba­xın. Azər­bayca­nın baş­qa öl­kə­lə­rə is­ma­rı­şı on­dan iba­rət­dir ki, öl­kə di­g­ər pri­o­ri­tet­lə­ri­nin önündə sülhə na­il ol­mağı qoya bi­lər. Mən ha­mı­nı öz ke­ç­mi­şin­dən və baş­qa­la­rı­nın fə­a­liyyə­tin­dən öy­rə­nən ye­ni öl­kə­də nə­lə­rin baş ver­diy­i­ni gə­lib öz göz­lə­ri ilə gör­məyə çağı­rı­ram.

- Azər­bayca­nın iq­ti­sa­di in­ki­şa­fı ha­q­da nə düşünürsünüz? 

- Bu sə­viyyə­də olan iq­ti­sa­diyyat öl­kə üçün böyükdür. Öl­kə çox in­san­la­rın hə­lə bil­mə­diyi gö­zəl mə­ka­na çe­v­ri­lir. Qaz və neft uşaq­la­ra təh­sil ver­məyə, ha­be­lə on­lar­da sülhün zə­ru­ri­liyi ha­q­da ge­niş an­layış, öl­kə­də sa­kit mühit ya­rat­mağa im­kan ve­rəcək. Azər­baycan hö­ku­mə­ti­nin dünya lay­i­hə­lə­ri­nə sər­mayə ya­tır­ma­sı, qon­şu öl­kə­lər­lə ba­­rış mühi­ti­nə na­il ol­ma­sın­da tə­şəbbüslər gö­s­tər­mə­si, təh­si­lə sər­mayə ya­tır­ma­sı çox vaci­b­dir. Unut­maq ol­maz ki, dünya­da bütün sər­vət­lər in­sa­nın düşüncə tər­zi­ni, men­ta­li­te­ti­ni dəy­iş­məyə qa­dir dey­il. Ona gö­rə də in­san­la­ra lap er­kən yaş­la­rın­dan - sülhün in­ki­şa­fı­na çat­ma­nın ye­g­a­nə yo­lu ol­duğu­nu aşı­la­maq vaci­b­dir. Bu bütün in­san­la­ra - əha­li­nin bütün tə­bə­qə­si­nə, siy­a­sət­çi­lə­rə, böyük şir­kət­lə­rə, sə­nə və mə­nə aid­dir. Bəl­kə də, biz­də bir­dən uğur­lu alın­may­acaq, am­ma biz da­ha yax­şı sa­bah üçün ar­tıq bu gün baş­la­ma­lıyıq.


MƏSLƏHƏT GÖR:

503