17 May 2024

Cümə, 12:53

GƏNC BAXIŞIN "TƏCAVÜZ"ü

YARAT təşkilatı tərəfindən həyata keçirilən ARTIM gənc istedadlara dəstək proqramı çərçivəsində "Təcavüz. Muzey 2014" ekspozisiyası layihəsi ilə yekun sərgilər silsiləsinə start verilib

Müəllif:

28.10.2014

YARAT təşkilatı tərəfindən həyata keçirilən ARTIM gənc istedadlara dəstək proqramı çərçivəsində "Təcavüz. Muzey 2014" ekspozisiyası ilə layihənin yekun sərgilər silsiləsinə start verilib. Proqram artıq birinci il deyil təzə başlayan rəssamlar, dizaynerlər və musiqiçiləri dəstəkləyir. Bu il layihənin mövzusu müasir gənc rəssamların şərhində ölkənin mədəni və tarixi irsi olub. Ona görə də sərgidə ən müxtəlif janr və istiqamətlərdə işlər təqdim edilib: təbiət və heykəltəraşlıq, instalyasiya, videoart, performans. 

Gənclərin müasir dünyaya baxışı hər zaman maraqlıdır. Bu qəbildən olan sərgilər rəssamların həyatı əks etdirdikləri həmin intellektual prosesi və həmin səmimi əlaqə anlayışını nümayiş etdirir. Axı, özünü cəmiyyətin bir parçası hiss etmək vacibdir: ona maraqlı və lazımlı olan.

Rəssam tələbə qızların söhbətindən təsadüfən eşidilənlər: 

Birinci: "Belə sərgiləri xoşlayıram. Onlar məndə uzunmüddətli fikirlər yaradırlar. Sonra gəzirəm, bir neçə gün gördüklərimi isə hələ də düşünürəm. Və hər işdə öz təfsirimi axtarıram". 

İkinci: "Düzdür! Mən də. Ona görə də mən konseptual janrı sevirəm. Burada nə qədər istəsən fantaziya qur, heç vaxt deyə bilməzsən ki, traktovka üçün artıq variantlar yoxdur. Var! Əgər səndə yoxdursa, deməli, dostlarından kimdəsə var".

Üçüncü: "Doğrudan? Bilmirəm. Şəxsən mənə bu, cansıxıcı gəlir. Mən daha çox realizmi sevirəm. Və impressionizmi". 

Qızlar rəsmlərdən uzaqlaşaraq, söhbətlərinə davam edirlər. Daxil olduqları zalda Nadir Eminovun maraqlı quruluşu durur. Zalın perimetri boyunca dünya ədəbiyyatı klassiklərinin büst heykəlləri düzülüb. O cümlədən də azərbaycanlıların: Natəvan, Vurğun və başqaları. Bu, XX əsrin mənəvi, intellektual, emosional, psixoloji və mədəni irsinin rəmzidir. Haradasa bu mərkəzin lap daxilində - atom göbələyi durur. Və dərhal XXI əsr insanının nə dərəcədə zərif olduğu anlaşılır. Və həm də onun nə qədər müdafiəsiz olduğu! Bəlkə ona görə ki, keçmişin dəyərləri rədd edilməyə başlanılır, yeniləri isə hələlik yaradılmayıb. Bəşəriyyət hansı yolu seçəcəyini bilməyərək, keçmiş və gələcək arasında sanki mat qalıb. Hələlik qərar qəbul edilməyib, dünya inyersiyalı şəkildə uçuruma yuvarlanır. Özünüyandırma uçurumuna. 

Ayxan Xəlilov. Videoinstalyasiya. Bu zalda videoquruluş incəsənətdə seçim mövzusuna aiddir. Böyük incəsənətin üstün avtoritetləri ətrafında stulda ağgeyimli gənc oğlan əyləşib. O, tellərlə ənənələrə, ideyalara və XX əsrin incəsənətində qəbul edilən formalarla sıx bağlıdır. O, genişlik, azadlıq, sərbəstlik istəyir. O, təsviri incəsənətdə keçmişin idealları ilə münasibətləri kəsir. Və sən demə, rəssam axtarışlarının yolu insan qəlbini dağıdan sərt tikanlara bənzəyir. Hərçənd qəlbin heç fiziki ifadəsi belə mövcud deyil. Sonda isə qəhrəmanın arxasında bəyaz təmiz divar dayanır. Şəklin nümunəsi. Onun üzərində özünəməxsus nə isə yaratmaq olar. Yeni. Orijinal. Bundan əvvəlki heç nəyə bənzəməyən. Müəllif divar - kətan rəsmi ona qoşulmaq istəyən hər bir kəsə təklif edir.

Aytən Abdullayeva. "Kitablar"ın instalyasiyası. Onlar sərgi zalının lap girişində düzülüb və girişin üzərində kitab-quşların süzdüyü tağlara bənzəyirlər! Bu tağlardan keçərək, içəri daxil olan hər bir kəs, sanki mərasimə icazə haqda hansısa xəbər alıb. Keçmişin mədəniyyəti: fikirlər, hisslər, ideyalar, mövqelər. O, ümumbəşəri marağın künc-bucağında qalmayıb. Və ancaq ithafnamə ritualını keçdikdən sonra siz irəli gedə bilərsiniz. Çünki insan nə qədər sağdır, heç nə sıfırdan başlaya bilməz. 

Arif Əmirov. "Uşaqlıq" instalyasiyası. Uşaqlarımızın uşaqlığı harada keçir? Əsasən, uşaq meydançalarında və ana-atalarının evində. Bu, uşaqlarımızın çox tez-tez olduğu və daha çox qaldıqları yerdir. Bəs təsəvvür etsək ki, bu elə dünyanın balaca modelidir? Daha sonra bu dünyanı dolduran cisimlərin detallarını təhlil edərək, özünə sual verəsən: "Biz, bu şərtlərdə böyüyən uşaqlardan, əslində, nə gözləyirik? Onlara hansı dünyanı verir və qoyuruq? Ahəngini itirmiş dünya, ahəngdar şəxsiyyət yarada bilməz. 

Nəzrin Musayeva. "Zamanların rabitəsi" instalyasiyası. İki nəhəng disk. Daxilində teatr binokllarının okulyarları bərkidilib. Onların strukturda mövqeyi: uzaqlaşdırmaq - yaxınlaşdırmaqdır. Keçmişi yaxınlaşdırmaq, indini isə uzaqlaşdırmaq olar. Bu, əgər siz bir tərəfdən konstruksiya ilə üzbəüz dayanırsınızsa, belə görünür. Ondan yan keçsəniz və əks tərəfdə dayansanız, əksi baş verəcək: keçmişi uzaqlaşdırmaq, indini isə yaxınlaşdırmaq. Optik hiylə. İllüziya. Fantaziya. Reallıqla "gizlənqaç" oyunu. Bəlkə də reallıqdan getmək üsulu?

Orxan Qarayev. "Farş" instalyasiyası. Zaman heç kimə və heç nəyə rəhm etmir. Bir formasiyanı digəri əvəz edir. Yaxşı ki, bu proses təbii axını ilə gedirsə, texnologiyaların inkişafı prosesində, misal üçün, onda köhnənin yanında yenisinə həmişə yer olacaq. Onlar da tamamilə təbii görünəcək. İnqilabi yolla necə? Onda köhnə olan şübhəsiz tarixin künc-bucağına atılacaq, ya da birdəfəlik yer üzündən silinəcək. Onda keçmişdən heç bir ismarış olmayacaq, onları anlamaq üçün cəhdlər də, onların rəng qammasını və s. oxuyaraq, simvol işarələrdə gizli ismarışları tapmaq lazım olmayacaq. Bu dörd ətçəkəni dünyanın dörd küncü kimi qəbul etsək, onda ümumiləşdirərək, ehtimal etmək olar ki, dünya xaos və özünüməhvin girdabında yox olub. Çünki keçmişlə əlaqəsi olmayan kəs, gələcəyindən məhrum olmağa məhkumdur. Mədəni irsdən xoşluqla imtina etmək isə öz inkişafında on il geri atılmaq deməkdir. İtirilmiş zaman. Tərəqqinin tormozlanması. 

Mehriban Şəmsəddinskaya. "Saatların proqramı" instalyasiyası. Bu işin müəllifi bizə - yerüstü, divar və masaüstü saatları təklif edir. Onların hamısı fərqli vaxtı göstərir. Yasəmən - bənövşəyi çalarlarda zaman axrasında dövrləri buraxaraq, siferblatdan bəşəriyyətin yaddaşını silərək, toplanan təcrübə və biliklərin kulturoloji qatını dağıdaraq, gələcək haqda yaddaşdan məhrum edərək harasa irəli qaçıb. Bərpaedilməz prosesin amansızlığı ilə boşluqda maddi və qeyri-maddi dünyaların ölümü yayılır. Bu, xəbərdarlıqdır. Qayğısız məşğuliyyətə qarşı, zamanın axınına qarşı səmərəsiz münasibətdir. Və kəlağayı, böyük incəsənətin ötən simvolu kimi siferblatın əqrəbinə ilişdirilərək, zamanda asılı qalır. O isə görünür, sıxışdırma qorxusu və ilgəkləri ilə strukturunun nizamlılığını itirib. Bəs real zaman haradadır?

Bu, asanlıqla başqaları ilə əvəz edilə bilən versiyaların təfsir edilmiş variantlarıdır. Sərgiyə səfərimizin lap əvvəlində qızların mülahizə etdikləri kimi konseptual incəsənət doğrudan da çoxversiyalıdır. Bu, yaradıcı fikirləri inkişaf etdirməyə, fantaziyanı oyatmağa və aktivləşdirməyə qadir olan əyləncəli intellektual treninqdir. O isə öz növbəsində gənclərin, qalmaqallıların və cəsarətlilərin növbəti təcavüzlərinin mümkün qədər çox olması üçün bütün zəminləri yaradacaq. Alışmış dayanıqlı, ənənəyə çevrilmiş ideyalar, baxışlar və formalara təcavüz. Çünki Van Qoq, Sezan, Dali kimi dahilər ancaq belə doğulur. 



MƏSLƏHƏT GÖR:

633