28 Aprel 2024

Bazar, 23:19

"BAL AYI" BİTDİ

Gürcüstan xarici işlər nazirinin sabiq müavini, politoloq Sergi Kapanadzenin "R+" jurnalına müsahibəsi

Müəllif:

28.10.2014

Gürcüstan-Ru­siya müna­si­bət­lə­ri­nin tə­d­ricən yax­şı­laş­ma­sı fo­nun­da ta­nın­ma­mış Ab­xa­ziya Re­s­pub­li­ka­sı par­la­men­ti­nin Ru­siya ilə ye­ni müttə­fiq­lik müqa­vi­lə­si­ni müza­ki­rəyə çı­xar­dığı­na da­ir xə­bər ay­dın sə­ma­da şim­şək ef­fek­ti ve­rib. Ru­siya və Ab­xa­ziya rəh­bər­lə­ri ara­sın­da ye­ni müqa­vi­lə ha­q­da ra­zı­lıq av­qu­s­tun 27-də əl­də olu­nub. Oktya­b­rın 13-də isə müqa­vi­lə­nin lay­i­hə­si Ab­xa­ziya par­la­men­ti­nə tə­q­dim olu­nub. Ru­siya ba­zar­la­rı­nın gürcü məh­sul­la­rı­nın üzünə açıl­ma­sın­dan yum­şal­mış Gürcüstan rəh­bər­liyi ye­ni ra­zı­laş­ma ha­q­da xə­bə­rə Mos­k­vaya "aq­res­siv ca­va­bın olacağı" ha­q­da bəy­a­nat­la re­ak­siya ve­rib­lər. Azər­baycan­la qon­şu olan bu iki döv­lət ara­sın­da gə­rg­in­li­y­in ye­ni­dən ar­t­ma­sı­nın re­g­i­on üçün han­sı fə­sad­lar ve­rə bi­ləcəy­i­ni Gür­cüs­tan xa­rici iş­lər na­zi­ri­nin sa­biq müa­vi­ni, po­li­to­loq Sergi Ka­pa­nad­ze­dən öy­rən­məyə ça­lış­mı­şıq.

- Ru­siya tə­rə­fin­dən Gürcüsta­nın qiy­a­m­çı Ab­xa­ziya re­g­i­o­nu­na tək­lif et­diyi ye­ni ra­zı­laş­ma nəyi nə­zər­də tu­tur?

- Bu müqa­vi­lə Ab­xa­ziy­a­nın Ru­siya ilə tam in­te­q­ra­siy­a­sı­nı nə­zər­də tu­tur. Ora­da bütün sa­hə­lər­də in­te­q­ra­siy­a­dan söh­bət ge­dir: siy­a­si, iq­ti­sa­di, müda­fiə və s. Gürcüstan Ab­xa­ziy­a­nın müstə­qil­liy­i­ni ta­nı­ma­sa da, he­sab edi­rik, ye­ni müqa­vi­lə­nin im­za­lan­ma­sın­dan so­nra, Su­xu­mi müstə­qil­liy­in bütün ele­men­t­lə­ri­ni iti­rəcək və ta­ma­mi­lə Ru­siy­a­nın nə­za­rət et­diyi bir re­g­i­o­na çe­v­ri­ləcək. He­sab edi­rik, bu ad­dım işğ­al ak­tı­dır. Bu, Gürcüstan əra­zi­lə­ri­nin 2008-ci il­də həy­a­ta ke­çi­ril­miş işğ­a­lı­nın hüqu­qi ba­xım­dan qa­nu­ni­ləş­di­ril­mə­si cəh­di­dir.

- Ra­zı­laş­ma­nın hər­bi əmək­daş­lığı nə­zər­də tu­tan mad­də­sin­də nə­lər əks olu­nub?

- Hər­bi sa­hə­də Ab­xa­ziya si­lah­lı qüvvə­lə­ri­nin Ru­siya stan­dar­t­la­rı­na ke­ç­mə­si, Ru­siya-Ab­xa­ziya bi­rgə or­du qrup­la­rı­nın ya­ra­dıl­ma­sı, bi­rgə sər­həd qo­şun­la­rı­nın for­ma­laş­dı­rıl­ma­sı, Ab­xa­ziy­aya hücum olu­nacağı tə­q­dir­də, hər­bi əmək­daş­lıq və di­g­ər mə­sə­lə­lər nə­zər­də tu­tu­lur. Son mad­də ay­dın şə­kil­də Gürcüsta­na qar­şı yö­nə­lib və jan­taj ami­li­nə çe­v­ri­lə bi­lər.

Siy­a­si sa­hə­də Ru­siya müxtə­lif bey­nəl­xalq təş­ki­lat­lar­da Ab­xa­ziy­a­nın müstə­qil­liy­i­nin le­g­i­tim­ləş­di­ril­mə­si­nə hər­tə­rə­f­li yar­dım gö­s­tər­mək və s. ki­mi öh­də­lik­lər götürür.

Bütün bun­lar müqa­vi­lə lay­i­hə­sin­də əks olu­nub. Am­ma Ab­xa­ziy­a­nın özündə bu sə­nə­din əleyhdar­la­rı var. On­lar sə­nə­din qə­bu­lu­nun və im­za­lan­ma­sı­nın qar­şı­sı­nı al­mağa ça­lı­şır­lar. Mə­sə­lə on­da­dır ki, ab­xaz­lar bu müqa­vi­lə­nin Ab­xa­ziy­aya heç bir in­ki­şaf, çi­çək­lən­mə gə­tir­məy­əcəy­i­ni an­layır­lar. Ab­xaz­lar, sa­dəcə, Ru­siya tə­rə­fin­dən as­si­milya­siya olu­nur­lar. Am­ma par­la­men­tin lay­i­hə­ni rədd et­mə eh­ti­ma­lı da çox az­dır. Ru­siya Ab­xa­ziy­a­nın iq­ti­sa­di, mad­di, siy­a­si si­s­te­mi üzə­rin­də sərt nə­za­rət qu­rub. Mos­k­va is­rar edəcək­sə, Ab­xa­ziya par­­la­men­ti sə­nə­di qə­bul et­mə­li ola­caq.

- Ra­zı­laş­ma Ru­siy­a­nın Gürcüs­tan-Ab­xa­ziya sər­hə­di­nə nə­za­rə­ti güclən­dir­mə­si­ni nə­zər­də tu­tur. Be­lə çı­xır ki, müqa­vi­lə­nin ra­ti­fi­ka­si­y­a­sın­dan so­nra, Gürcüstan-Ab­xa­ziya sər­hə­di fak­ti­ki ola­raq Ru­siy­a­nın xa­rici sər­hə­di­nə çe­v­ri­ləcək?

- Ta­ma­mi­lə doğru­dur. Ab­xa­ziya və Cə­nu­bi Ose­tiy­a­nın qəsb olun­ma­sı ten­den­siy­a­sı son za­man­lar da­ha ay­dın görünmək­də­dir. Mə­sə­lən, Sxin­va­li­də Ru­siya ilə in­te­q­ra­siy­aya qar­şı çı­xa bi­ləcək qüvvə qal­mayıb. Ab­xa­ziy­a­da isə pre­zi­dent seç­ki­sin­dən və son ha­di­sə­lər­dən so­nra ha­ki­miyyə­tə ta­ma­mi­lə rusiy­a­pə­rəst qüvvə­lər gə­lib. Ab­xa­ziya və Cə­nu­bi Ose­tiya üzə­rin­də tam nə­za­rə­tin qu­rul­ma­sı pro­­se­si Ru­siy­a­nın Krı­mı asan­lıq­la iş­ğ­al et­mə­sin­dən so­nra güclən­məyə baş­lanıb. Ab­xa­ziya və Cə­nu­bi Ose­ti­y­a­nın qəsb olun­ma­sın­dan so­nra hər şey dəy­i­şəcək. Bu re­g­i­on­la­rın ta­nın­ma­ma­sı siy­a­sə­ti­nin da­vam et­di­ril­mə­si çox çə­tin olacaq. Bu, yal­nız Gür­cüstan üçün dey­il, bütünlükdə bey­nəl­xalq bir­lik üçün bir çağı­rış­dır. Hö­­ku­mə­tin qiy­a­m­çı re­g­i­on­la­rı ta­nın­ma­mış əra­zi­lər ki­mi sax­la­ma­sı çox çə­tin olacaq.

- Ye­ni müqa­vi­lə­nin im­za­lan­ma­sı qə­ra­rı Tiflis ilə Mos­k­va ara­sın­da müna­si­bət­lə­rin nor­mal­laş­ma­sı fo­nun­da qə­bul olun­du. Bəl­kə Tifli­sin han­sı­sa ad­dı­mı Krem­li qıcıq­lan­dı­rıb? Mə­sə­lən, Gürcüstan əv­vəl­ki­tək NATO-ya can atır, öl­kə əra­zi­sin­də alyan­sın ba­za­la­rı­nın açı­lacağı­nı bəy­an edib...

- Gürcüstan-Ru­siya müna­si­bət­lə­ri­nin yax­şı­laş­ma­sı xülya idi. Ha­kim "Gürcü ar­zu­su" ko­a­li­siy­a­sı hə­lə seç­ki­dən əv­vəl qə­lə­bə qa­za­nacağı tə­q­dir­də, Ru­siya ilə müna­si­bət­lə­rin bər­pa olu­nacağı­nı vəd edir­di. Doğru­dur, Ru­siya ba­zar­la­rı­nı gürcü məh­sul­la­rı, o cümlə­dən şə­rab­la­rı və mi­ne­ral su­la­rı üçün aç­dı, Gürcüstan ix­racı­nı ye­ni­dən Ru­siy­aya is­ti­qa­mət­lən­dir­di. La­kin bu, yal­nız Gürcüsta­nın Ru­si­­y­aya ix­racdan ası­lı­lığı­nı ar­tır­dı. Ru­siy­a­nın Tifli­sə iq­ti­sa­di təzyiq­lər üçün əla­və rçaq­la­rı yarandı.

İn­di Gürcüstan hö­ku­mə­ti Ru­si­y­a­ya qar­şı sərt siy­a­sət yürüdəcəy­i­ni bəy­an edir. Bu siy­a­sə­ti 2 il əv­vəl da­vam et­di­ril­mə­li idi. Bəl­kə də bu siy­a­­sət Ru­siy­a­nın təzyi­qi­nə da­vam gə­tir­məyə az da ol­sa, im­kan ve­rəcək.

Gürcüsta­nın NATO-ya can at­ma­sı­nın mə­sə­ləyə ai­diyyəti yox­dur. Av­ro­paya in­te­q­ra­siya ha­ki­miyyə­tin şıl­taq­lığı yox, gürcü xal­qı­nın se­çi­mi­dir. Gürcüsta­nın üzləş­diyi və­ziyyət­də müstə­qil döv­lət ol­maq, la­kin NATO-ya can at­ma­maq mümkün dey­il. Ay­dın­dır ki, bu, Ru­siy­a­nı qa­ne et­mir. Bu, yal­nız Gürcüstan­la yox, di­g­ər qon­şu re­s­pub­li­ka­lar­la da be­lə­dir. Am­ma Av­ro­pa struk­tur­la­rı­na in­te­q­ra­siy­a­nın al­ter­na­ti­vi yox­dur.

- Bəs Gürcüstan hö­ku­mə­ti kon­kret han­sı ad­dım­la­rı ata bi­lər?

- Tə­əssüf ki, biz Gürcüsta­nın əra­zi bütövlüyünün bər­pa­sı üçün op­ti­mal im­kan­la­rın ol­duğu bir ili əl­dən ver­dik. Bütün diq­qət­lə­rin Krı­ma yö­nəl­diyi bir vaxtda, biz Ab­xa­ziya və Cə­nu­bi Ose­tiya mə­sə­lə­lə­ri­ni Krım prob­le­mi ilə əla­qə­lən­di­rə bi­lər­dik. Dünyaya gö­s­tər­mək la­zım idi ki, Krım­da ya­şa­nan­lar bun­dan əv­vəl Ab­­xa­ziya və Cə­nu­bi Ose­tiy­a­da baş ve­rib, bun­dan so­nra isə di­g­ər öl­kə­lər­də tə­k­rar­la­na bi­lər. Gürcüstan hö­ku­mə­ti bu iki mə­sə­lə­ni bir-bi­rin­dən ayır­maq­la səh­və yol ve­rib. Baş na­zi­ri­miz xa­rici mət­bu­a­ta müsa­hi­bə­sin­də bil­di­rib ki, Krı­mın işğ­a­lı ilə Ab­xa­ziya və Cə­nu­bi Ose­tiy­a­nın işğ­a­lı ara­sın­da ümu­mi cə­hət yox­dur. Bu­nun­la da vacib siy­a­si mə­qam əl­dən qa­çı­rı­lıb. İn­di hə­də­fə na­il ol­maq üçün böyük bir dip­lo­ma­tik ar­se­nal­dan is­ti­fa­də edil­mə­li­dir. Gürcüstan dip­lo­ma­tiy­a­sı­nın son iki il­də­ki pas­siv­liy­i­nin ye­ri dol­du­rul­ma­lı, diq­qət­lər Gürcüs­tan əra­zi­lə­ri­nin işğ­a­lı­na cəlb edil­mə­li­dir. Ab­xa­ziya və Cə­nu­bi Ose­tiy­a­nın işğ­a­lı mə­sə­lə­si bey­nəl­xalq fo­rum­la­rın və görüşlə­rin gündə­mi­nə qay­ta­rıl­ma­lı­dır. Xüsu­si­lə müxtə­lif bey­nəl­xalq məh­kə­mə­lər­də id­di­a­lar qal­dı­rıl­ma­lı­dır. Bun­dan baş­qa, Ru­siy­a­dan iq­­ti­sa­di ası­lı­lığın azal­dıl­ma­sı is­ti­qa­mə­tin­də ad­dım­lar atıl­ma­lı­dır. Ən baş­lıca­sı, Gürcüstan-Ru­siya müna­si­bət­lə­rin­də "bal ayı"nın ba­şa çat­dığı­na, müna­si­bət­lə­rin 2008-ci il­də ol­duğu və­ziyyə­tə qayıt­dığı­na da­ir açıq me­saj ve­ril­mə­li­dir. Ha­zırkı mər­hə­lə­də əra­zi bütövlüyünün qo­run­ma­sı pro­­­se­sin­də stra­te­ji xətt məhz bu­dur. Tak­ti­ki va­ri­an­t­lar isə müxtə­lif ola bi­lər.

 - Bu ya­xın­lar­da Gürcüstan baş na­zi­ri­nin Ru­siya ilə əla­qə­lər üzrə xüsu­si nümay­ən­də­si Zu­rab Aba­şid­ze Mos­k­va­nın Ru­siy­a­nı Er­mə­ni­s­tan­la bir­ləş­di­rən də­mir yo­lu­nun Ab­xa­ziya his­sə­si­nin açıl­ma­sı mə­sə­lə­si­ni bir ne­çə də­fə qal­dır­dığı­nı bil­di­rib. Aba­şid­ze­nin söz­lə­ri­nə gö­rə, hö­ku­mət bu mə­sə­lə­ni müza­ki­rə et­məyi düşünmə­sə də, Ru­siya tə­rə­fi­nin tək­li­f­lə­ri­ni din­lə­məyə ha­zır­dır...

- Bu də­mir yo­lu­nun açıl­ma­sı mə­sə­lə­si­nin Gürcüstan hö­ku­mə­ti­nin gün­də­liy­i­nə da­xil olacağı­nı düşün­mü­­­rəm. Bu, Ru­siya ilə Er­mə­ni­s­tan üçün la­zım­lı olan, am­ma Gürcüsta­na yax­şı heç nə vəd et­məy­ən çox ri­s­k­li lay­i­hə­dir. Vax­ti­lə ar­tıq sa­biq baş na­zir Bid­zi­na İva­ni­ş­vi­li Ab­xa­ziy­a­dan Er­mə­ni­s­ta­na də­mir yo­lu­na ma­raq gö­s­­tər­miş, so­nra­dan bu, unu­dul­muş­du. İn­di hö­ku­mət­də sözügedən mə­sə­lə ilə heç kəs mə­şğ­ul ol­mur və Gür­cüstan­da bu mə­sə­lə heç ki­mi ma­raq­lan­dır­mır. Yaxın­lar­da Pra­qa­da ke­çi­ri­lən növ­bə­ti görüşdə Ru­siya XİN-in nümay­ən­də­si Qri­qo­ri Ka­ra­sin bu mə­sə­lə­ni qal­dır­sa da, ona ca­vab bir­mə­na­lı olub: Gürcüstan bu də­mir yo­lu­nun bər­pa­sı­nı mümkünsüz sayır.


MƏSLƏHƏT GÖR:

582