1 May 2024

Çərşənbə, 17:34

DOĞRU ADDIM

"R+" jurnalının suallarını amerikalı siyasi analitik Piter TEYS cavablandırır

Müəllif:

18.11.2014

- Siz Azər­bayca­na aid pro­ses­lə­ri diq­­qət­lə iz­ləy­ir­si­niz. Bu ya­xın­lar­da Er­mə­ni­s­tan Si­lah­lı Qüvvə­lə­ri­nə məx­sus ver­tolyo­tun məhv edil­mə­si­lə bağlı nə dü­şü­nür­­sünüz?

- 2014-cü il noy­a­b­rın 12-də baş ver­miş in­si­dent 1994-cü il­də Er­mə­ni­s­tan­la Azər­baycan ara­sın­da atəş­kəs ha­q­da ra­zı­laş­ma­nın əl­də olun­ma­sın­dan so­nra ilk be­lə ha­di­sə­dir. Er­mə­ni­s­ta­na məx­sus "Mi-24" ver­tolyo­tu la­zı­mi sə­viyyə­də si­lah­lan­mış hal­da Azər­bayca­nın ha­va sər­həd­lə­ri­ni po­zub. Azər­baycan Si­lah­lı Qüv­və­lə­ri­nin onu məhv et­mə­si doğru ad­dım idi. Er­mə­ni­s­tan Si­lah­lı Qüv­və­lə­ri üçün bey­nəl­xalq hüqu­qun, tə­rə­f­lər ara­sın­da im­za­lan­mış ra­zı­laş­ma­la­rı po­zmaq, qa­nun­suz şə­kil­də Azər­baycan əra­zi­si­nə so­xul­maq ən­ə­nə­vi hal­dır. Əs­lin­də, üçüncü mi­nil­lik­də əra­zi müna­qi­şə­lə­ri­nin həl­li­lə bağlı or­ta əsrlə­rə xas düşüncə tər­zi­nə ma­lik ha­ki­miyyət­lər­lə iş­lə­mək çə­tin­dir. Xa­tır­layır­sı­nız­sa, Av­ro­pa Şu­ra­sı­nın sa­biq baş ka­ti­bi Val­ter Şvim­mer Er­mə­ni­s­tan pre­zi­den­ti­ni qo­şun­la­rı Azər­baycan əra­zi­sin­dən çı­xar­mağa çağır­dı­q­da ca­vab be­lə ol­muş­du: "Müha­ri­bə­də qa­lib gəl­mi­şəm­sə, bu əra­zi­dən niyə çıx­ma­lıy­am?"

Da­nı­şıq­lar apar­dığın şəxs cə­nab Sarqsyan ki­mi in­san­dır­sa, uzun il­lər­dir da­vam edən Dağlıq Qa­ra­bağ müna­qi­şə­si­nin sülh yo­lu ilə həl­lin­də irə­li­ləy­i­şə na­il ol­maq çə­tin­dir. Hal­bu­ki bu prob­lem bütünlükdə Cə­nu­bi Qaf­qa­zın in­ki­şa­fı­na ma­ne olur. Bun­dan baş­qa, Er­mə­ni­s­tan iq­ti­sa­diyya­tı İrə­va­nın sülhse­vər və çi­çək­lə­nən qon­şu­su­na qar­şı da­va­kar da­v­ra­nı­şı üzündən get­dikcə da­ha pis və­ziyyə­tə düşür. Noy­a­b­rın 13-də, yə­ni er­mə­ni ver­tolyo­tu­nun vu­rul­ma­sın­dan 1 gün so­nra Er­mə­ni­s­tan pre­zi­den­ti Er­mə­ni­s­tan və "DQR" or­du­su­nun "Bir­lik-2014" ad­lı bi­rgə hər­bi tə­lim­lə­ri­nə ta­ma­şa edib.

Di­g­ər cid­di səh­və ATƏT-in Minsk Qru­pu­nun həm­sədrlə­ri yol ve­rib­lər: on­lar er­mə­ni­lə­rin Dağlıq Qa­ra­bağda ke­çir­dik­lə­ri hər­bi tə­lim­lə­ri bu də­fə də pis­ləyə bil­mə­di­lər. On­lar göy­ər­tə­sin­də 3 hərbçi­nin ol­duğu er­mə­ni ver­tolyo­tu­nun Azər­bayca­nın ha­va mə­ka­nı­na da­xil ol­ma­sı­nı da pis­lə­mə­di­lər.

- Bir­ləş­miş Ştat­lar ver­tolyot­la bağlı in­si­dent­dən ən­di­şə­si­ni di­lə gə­ti­rib. Döv­lət De­par­ta­men­ti­nin mət­bu­at ka­ti­bi Cen­ni­fer Psa­ki bil­di­rib ki, baş ve­rən­lər gə­rg­in­liy­in ara­dan qal­dı­rıl­ma­sı­nın, re­g­i­on­da atəş­kəs ha­q­da ra­zı­laş­maya əməl olun­ma­sı­nın vacib­liy­i­ni xa­tır­la­dan "da­ha bir amil ol­du". Bir sı­ra di­g­ər döv­lət­lər və təş­ki­lat­lar da ox­şar bəy­a­nat­lar­la çı­xış edib­lər. La­kin heç kəs hər iki tə­rəf­dən it­ki­lə­rə sə­bəb olan prob­le­min kökün­dən - Er­mə­ni­s­tan Si­lah­lı Qüvvə­lə­ri­nin Azər­baycan əra­zi­lə­ri­ni işğ­al et­mə­sin­dən da­nış­mayıb. Azər­bay­ca­nın əra­zi bütövlüyü mə­sə­lə­si­nə ya­naş­ma­da bu cür iki­li stan­dar­t­lar­dan çı­xış edil­mə­si nə ilə iz­ah olu­na bi­lər?

- Şübhə­siz ki, bey­nəl­xalq bir­lik tə­rə­fin­dən Dağlıq Qa­ra­bağda il­lər­dir da­vam edən müna­qi­şəyə müna­si­bət­də iki­li stan­dar­t­lar müşa­hi­də olu­nur. Hal­bu­ki bu müna­qi­şə üzün­dən təkcə 1988-1994-cü il­lər­də 1 milyon­dan ar­tıq azər­baycan­lı qaç­qın və məcbu­ri köçkünə çe­v­ri­lib.

ABŞ Döv­lət De­par­ta­men­ti­nin bəy­a­na­tı sə­t­hi­dir və iki­li mə­na ve­rir. ABŞ hö­ku­mə­ti Dağlıq Qa­ra­bağ müna­qi­şə­si­nin sülh yo­lu ilə həl­li­nə yar­dım et­mək üçün pre­zi­den­tə xüsu­si nümay­ən­də təy­in et­mə­li­dir. Döv­lət De­par­ta­men­ti Su­dan və Cə­nu­bi Su­dan­la bağlı apa­rı­lan al­tı­tə­rə­f­­li da­nı­şıq­lar­da be­lə el­çiyə ma­lik­dir. Döv­lət De­par­ta­men­ti­nin Ho­lo­kost mə­sə­lə­sin­də də xüsu­si el­çi­si var. Dağlıq Qa­ra­bağla bağlı bit­mək bil­mə­y­ən müna­qi­şə, gü­man ki, Av­ra­siy­a­nın kə­siş­mə­sin­də yer­lə­şən ən vacib mə­sə­lə­dir. Döv­lət De­par­ta­men­ti və Pen­ta­qon ona da­ha çox diq­qət ayır­ma­lı­dır. 2014-cü il okt­ya­b­rın son­la­rın­da Fran­sa­da apa­rı­lan növ­bə­ti sülh da­nı­şıq­la­rı­nın po­zul­ma­sı­nı müşa­hi­də et­mək son də­rəcə tə­əssüflən­di­rici­dir. Er­mə­ni­s­tan li­der­lə­ri Dağlıq Qa­ra­bağ prob­le­mi­nin uzan­ma­sı, onun sülh yo­lu ilə həl­li­nə ma­neə ya­ra­dıl­ma­sı üçün əl­lə­rin­dən gə­lə­ni edir­lər.

- ABŞ, Ru­siya və Fran­sa­nın tim­sa­lın­da ATƏT-in Minsk Qru­pu­nun həm­sədrlə­ri, hə­m­çi­nin Aİ öl­kə­lə­ri­nin li­der­lə­ri Qa­ra­bağda sta­tus-kvo­nun da­vam et­mə­si­nin yol­ve­ril­məz­liy­i­ni də­fə­lər­lə bəy­an edib­lər. Bu öl­kə­lə­rin prob­le­min həl­li is­ti­qa­mə­tin­də kon­kret ad­dım­lar at­ma­la­rı, müna­qi­şə­nin həl­­li­nə yar­dım et­mə­lə­ri üçün da­ha nə­lər baş ver­mə­li­dir?

- Av­ro­pa İt­ti­fa­qı və Av­ro­pa Ko­mis­siy­a­sı Er­mə­ni­s­tan­la Azər­baycan ara­sın­da­kı son gə­rg­in­liyə da­ha cid­di ya­naş­ma­lı­dır­lar. ATƏT-in Minsk Qru­pu­nun mis­siy­a­sı­nı baş tut­ma­mış he­sab et­mək olar. Son onil­lik­də biz görünmə­miş du­rğ­un­luğa şa­hid­lik et­mi­şik. Nə­ticə­də, da­nı­şıq­lar pro­se­si­lə ye­ni bey­nəl­xalq qu­ru­mun mə­şğ­ul ol­ma­sı zə­ru­rə­ti ya­ra­nıb. Bu, BMT Təhlükə­siz­lik Şu­ra­sı tə­rə­fin­dən ya­ra­dı­lacaq xüsu­si ko­mis­siya ola bi­lər. ATƏT-in Minsk Qru­pu ya­ra­dıl­dığı 1992-ci il­dən Dağlıq Qa­ra­bağ müna­qi­şə­si­nin həl­li pro­se­si­nə cid­di tə­sir gö­s­tər­məy­ib və ha­zır­da bu pro­ses da­la­na di­rə­nib.

Bun­dan baş­qa, biz çoxqütblü dün­ya­da ya­şayı­rıq. Fran­sa, ABŞ və Ru­siy­a­dan baş­qa, prob­le­min sülh yo­lu ilə həl­li­nə cəlb edil­mə­li olan baş­qa döv­lət­lər də var. BMT, ABŞ və NATO müna­qi­şə­nin hər iki tə­rə­fin­dən re­g­i­o­na öz hər­bi müşa­hi­də­çi­lə­ri­ni gön­də­rər­lər­sə, bu, sülh ni­zam­lan­ma­sı­na fay­da ve­rər. Bu hal­da müşa­hi­də­çi­lər be­lə in­si­den­t­lə­rin baş ver­mə­sin­də əsas tə­x­ri­bat­çı­nın han­sı tə­rəf ol­duğu­nu ay­dın şə­kil­də gö­rə bi­lər­lər. Üstə­lik, ötən il­lər­lə müqay­i­sə­də bu il be­lə in­si­den­t­lər da­ha da ar­tıb.

Azər­baycan Si­lah­lı Qüvvə­lə­ri öl­­kə­nin əra­zi bütövlüyünü qo­ru­maq üçün bun­dan so­nra da sayıq­lıq nü­may­iş et­dir­mə­li­dir. Bey­nəl­xalq bir­lik, o cümlə­dən NATO-nun Av­ro­pa ko­man­dan­lığı və ye­ni for­ma­la­şan Av­ra­siya İt­ti­fa­qı İrə­va­na təzyiq gö­s­­tər­mə­li­dir. On­lar Er­mə­ni­s­tan li­der­lə­ri­ni inan­dır­ma­lı­dır­lar ki, re­g­i­on­da öz yer­lə­ri­ni tap­ma­la­rı üçün ye­g­a­nə yol Azər­baycan əra­zi­lə­ri­ni son san­ti­me­t­ri­nə­dək işğ­al­dan azad et­mə­lə­ri­dir.

Ta­ma­mi­lə ay­dın­dır ki, Er­mə­ni­s­tan 25 il­dir Azər­bayca­nın əra­zi­lə­rin­də di­ver­siy­a­lar tö­rət­mək­lə min­lər­lə dinc sa­ki­ni öldürür, bu­nun­la da, Azər­bayca­nın iş­lə­ri­nə qa­rış­ma­ğa ça­lı­şır.

Bütün dey­i­lən­lə­ri ümu­mi­ləş­di­rə­rək bir da­ha dey­i­rəm ki, Er­mə­ni­s­tan hö­ku­mə­ti­nin li­der­lə­ri və pre­zi­dent Sarqsyan diq­qə­ti həm öz xal­q­la­rı­nın, həm də ümu­mi­lik­də Qaf­qaz re­g­i­o­nu­nun işıq­lı gə­ləcəy­i­nə yö­­­nəl­tmə­li­dir­lər. Er­mə­ni li­der­lə­ri sülh ar­zu­la­mır­lar­sa, Dağlıq Qa­ra­bağda sülh göz­lə­mək çə­tin­dir. Azər­­bay­can xal­qı isə əmi­nəm ki, da­im bu sülhün xəy­a­lı ilə ya­şayır. Hət­ta Azər­baycan əra­zi­lə­ri­nin 20%-nin ar­tıq 25 il­dir işğ­al al­tın­da sax­la­nıl­ma­sı­na bax­may­a­raq, re­s­pub­li­ka­nın və­tən­daş­la­rı mil­li iq­ti­sa­diyya­tın uğur­lu in­ki­şa­fı­nın, Qər­bi Av­ro­paya məx­sus öncül həy­at stan­dar­t­la­rı­nın mə­nim­sə­nil­mə­si­nin bəh­rə­si­ni gö­rür.


MƏSLƏHƏT GÖR:

623