17 May 2024

Cümə, 10:01

YENİ TENDENSİYALAR

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran üzrə eksperti Yelena DUNAYEVANIN "R+" jurnalına müsahibəsi

Müəllif:

25.11.2014

- İran pre­zi­den­ti Hə­sən Ru­ha­ni Azər­bayca­na sə­fə­ri za­ma­nı İran­dan Av­ro­paya Azər­baycan­dan ke­ç­mək­lə nəq­liyyat dəh­li­zi­nin çə­kil­mə­si tək­li­fi ilə çı­xış edib. O, Ba­kıya İra­nın Fars kör­fə­zin­də­ki li­man­la­rın­dan is­ti­fa­də et­mə­si tək­li­fi­ni də ve­rib. Bun­dan baş­qa, tica­rət, ma­liyyə və di­g­ər sa­hə­lər­də ki­fay­ət qə­dər per­spek­tiv­li tək­li­f­lər səs­lən­di­ri­lib. Qər­bin Teh­ra­na iq­ti­sa­di və siy­a­si san­k­siy­a­lar tət­biq et­diyi bir şə­ra­it­də bu tək­li­f­lə­rin re­al­laş­dı­rıl­ma­sı eh­ti­ma­lı nə qə­dər yüksək­dir?

- Bi­rinci­si, İran pre­zi­den­ti Qərb döv­lət­lə­ri ilə müna­si­bət­lə­rin in­ki­şa­fı­na, qon­şu öl­kə­lər­lə sıx əla­qə­lə­rin ya­ra­dıl­ma­sı­na tə­rəf­dar­dır. Hə­sən Ru­ha­ni ha­ki­miyyə­tə məhz bu siy­a­si pro­qram­la gə­lib. Bu gün Ru­ha­ni hö­ku­mə­ti­nin əsas və­zi­fə­si san­k­siy­a­la­rın ara­dan qal­dı­rıl­ma­sı­na na­il ol­ma­q­dır. Bu is­ti­qa­mət­də fə­al da­nı­şıq­lar apa­rı­lır, müva­fiq ola­raq san­k­siy­a­la­rın ara­dan qal­dı­rıl­ma­sı pro­se­si bu və ya di­g­ər for­ma­da da­vam edir. Hə­lə­lik bu yol­da ma­neə görünmür.

İkinci­si, Ru­ha­ni də vax­ti­lə Ər­doğa­nın et­diyi ki­mi, "qon­şu döv­lət­lər­lə sı­fır prob­lem" şüa­rı­nı elan edib. Yə­ni, İran qon­şu­la­rı ilə mü­na­qi­şə­lə­rin, müna­si­bət­lər­də­ki gə­r­g­in­liy­in ara­dan qal­dı­rıl­ma­sı, iq­ti­sa­di əla­qə­lə­rin ge­niş­lən­di­ril­mə­si ilə xa­rici ba­zar­la­ra ge­niş çı­xış əl­də et­mək is­təy­ir.

Üçüncüsü, Ru­siy­a­nın xa­rici siy­a­­si stra­te­g­iy­a­sın­da vacib mə­qam re­g­i­on­çu­luğa üstünlük ve­ril­mə­si­dir. O, re­g­i­o­nal təş­ki­lat­la­rın güclən­di­ril­mə­si­nin tə­rəf­da­rı, ge­niş sə­la­hiy­yət­lə­rə ma­lik Xə­zərya­nı döv­lət­lə­rin ko­or­di­na­siya mər­kə­zi­nin ya­ra­dıl­ma­sı tə­şəbbüsünün müəl­li­fi­dir. Ru­ha­ni Xə­zərya­nı öl­kə­lə­rin yal­nız iq­ti­sa­di dey­il, həm də siy­a­si bir­liyi, Xə­zə­rin de­mi­li­ta­ri­za­siy­a­sı, də­niz­də təhlükə­siz­liy­in ar­tı­rıl­ma­sı və di­g­ər idey­a­la­rı də­s­tək­ləy­ir.

Ru­ha­ni İran pre­zi­den­ti se­çil­dik­dən so­nra­kı döv­rdə Azər­bayca­nın döv­lət baş­çı­sı İl­ham Əliy­ev­lə 4 gö­rüş ke­çi­rib. Onun Ba­kı­da ver­diyi bəy­a­nat İra­nın xa­rici siy­a­si stra­te­g­i­y­a­sı­na ta­ma­mi­lə uyğun­dur. Qeyd et­mək la­zım­dır ki, İran va­si­tə­si­lə Azər­baycan nef­ti­nin ix­racı da da­xil ol­maq­la, is­tə­ni­lən yükün ix­racı iq­ti­sa­di ba­xım­dan Ba­kı üçün bir­mə­na­lı ola­raq sə­mə­rə­li­dir. Ba­kı-Ti­f­lis-Heycan bo­ru xət­ti­nin in­şa­sı­na­dək həy­a­ta ke­çi­ril­miş araş­dır­ma­lar gö­s­tə­rir­di ki, Azər­baycan üçün bey­­nəl­xalq də­niz mar­ş­rut­la­rı­na, mü­­va­fiq ola­raq bey­nəl­xalq ba­zar­la­ra ən qı­sa çı­xış məhz İran əra­zi­sin­dən ke­çən yol­dur. Ru­ha­ni­nin Azər­baycan­la də­mir yol­la­rı­nın bir­ləş­di­ril­mə­si ilə nəq­liyyat dəh­li­zi­nin ya­ra­dıl­ma­sı tək­li­fi də böyük per­spek­ti­və ma­lik­dir. Ha­zır­da İran­da Rəşt-As­ta­ra də­mir yo­lu­nun ti­kin­ti­si ba­şa çat­dı­rıl­maq üzrə­dir. İran də­mir yo­lu­nun Azər­baycan də­mir yo­lu ilə bir­ləş­di­ril­mə­si ha­lın­da çox sa­də, bütün iş­ti­rak­çı­la­ra sərf edən İran-Azər­baycan-Ru­siya də­mir yo­lu dəh­­­li­zi ya­ra­nır.

- Teh­ra­nın qon­şu döv­lət­lər­lə əmək­daş­lığı ge­niş­lən­dir­mə­si per­s­pek­tiv­də İra­nın nüvə pro­qra­mı ilə bağlı ra­zı­laş­maya necə tə­sir gö­s­tə­rə bi­lər?

- Av­ro­pa öl­kə­lə­ri rə­s­mi "ləğv olun­du" qə­ra­rı­nı göz­ləy­ir­lər. Hət­ta da­nı­şıq­la­rın get­diyi bir vaxtda, Aİ öl­kə­lə­ri İran ba­za­rı­na ma­raq gö­s­tə­rir­lər. Ey­ni söz­lə­ri Ru­siy­aya da aid et­mək olar. Hə­lə bir il əv­vəl Mos­k­va İran­la əla­qə­lə­rin ge­niş­lən­di­ril­mə­si im­kan­la­rı­nı öy­rə­nir­di. Elə hə­min vaxt İran nef­ti­nin han­sı­sa mal və xid­mət­lər qar­şı­lığın­da Ru­siy­aya ix­racı lay­i­hə­si mey­da­na çıx­dı. Tə­rə­f­lər ara­sın­da av­qust­da im­za­lan­mış me­mo­ran­du­ma əsa­sən, Ru­siya İran­dan müəyyən həcmdə neft al­maq və onu ix­rac et­mək hüqu­qu­na ma­lik­dir. Bu hal­da İran neft san­k­siy­a­lar­dan qur­tul­muş olur. Əvə­zin­də isə Ru­siya İra­na müxtə­lif mal və əm­tə­ə­lər tək­lif edir.

İra­nın ge­o­siy­a­si ro­lu­nu, Ya­xın və Or­ta Şər­q­də­ki möv­qey­i­ni nə­zə­rə al­saq, ay­dın olur ki, Teh­ra­nın iş­ti­ra­kı ol­ma­dan İŞİD prob­le­mi­nin həl­li, Su­riy­a­da müha­ri­bəyə son qoy­ul­ma­sı, İra­q­da, Əf­qa­nı­s­tan­da sa­bit­liyə na­il olun­ma­sı və di­g­ər re­g­i­o­nal prob­lem­lə­rin çözülmə­si müm­kün dey­il. ABŞ və Aİ də bu­nu an­layır. Mə­sə­lən, Bir­ləş­miş Ştat­lar Teh­ran­la ge­niş icti­ma­iyyə­tə açıq­la­ma­dan əla­qə­lər qu­rur, ar­tıq ban­k­lar­da­kı İran ak­tiv­lə­ri­nin bir his­sə­si­nə qoy­ul­muş həbs ara­dan qal­dı­rı­lıb. Bun­dan baş­qa, İra­nın bey­­nəl­xalq ba­zar­da müəyyən həcm­də neft sat­ma­sı­na ica­zə də ve­ri­lib. Fran­sa İran­la Li­van­da və­ziyyə­tin sa­bit­ləş­di­ril­mə­si­nə da­ir da­nı­şıq­lar apa­rır. Ye­ri gəl­miş­kən, BMT Təhlükə­siz­lik Şu­ra­sı İra­na neft san­k­siy­a­la­rı tət­biq et­məy­ib. On­la­rı ABŞ, Ka­na­da və bir sı­ra Av­ro­pa öl­kə­lə­ri tət­biq edib­lər. İran isə bu san­k­siy­a­lar­dan müxtə­lif yol­lar­la yayı­na bi­lir. Də­mir yo­lu ti­kin­ti­si sa­hə­sin­də əmək­daş­lıq isə ümu­miyyət­lə, san­k­siy­a­la­rın aid ol­duğu sa­hə dey­il.

Hət­ta san­k­siy­a­la­rın ləğvi pro­se­si tə­xi­rə sa­lı­nar­sa be­lə, Ru­ha­ni­nin tək­li­f­lə­ri­nin re­al­laş­dı­rıl­ma­sı üçün han­sı­sa dəh­li­zin ta­pıl­ma­sı, san­k­si­y­a­la­rın tə­sir da­i­rə­si­nə düşməy­əcək lay­i­hə­lə­rin ha­zır­lan­ma­sı mümkün­dür.

- Ya­xın ke­ç­mi­şə­dək Azər­bay­ca­nın, hə­m­çi­nin bir sı­ra di­g­ər öl­kə­lə­rin Xə­zər mə­sə­lə­sin­də İran­la fi­kir ay­rı­lıq­la­rı var idi. Ba­kı­da isə Ru­ha­ni Azər­bayca­na bu də­ni­zin sər­vət­lə­rin­dən bi­rgə is­ti­fa­də olun­ma­sı­nı tək­lif edib. Bu me­sa­jın an­la­mı nə­dir?

- İran hər za­man Xə­zə­rin bə­ra­bərhüquq­lu bölünmə­sin­dən da­nı­şıb. Bu, suy­un sə­t­hi­nin bə­ra­bər ölçülər­lə 5 ye­rə bölünmə­si de­mək­dir. İn­di İran­da ha­ki­miyyə­tə ra­di­kal-mil­lət­çi qüvvə­lər əvə­zi­nə, mö­tə­dil-praq­ma­tik siy­a­sət­çi­lər gə­lib. Siy­a­si eli­ta­da, eləcə də icti­ma­iyyət ara­sın­da an­layır­lar ki, Ru­siya, Azər­baycan və Qa­za­xı­s­tan ara­sın­da Xə­zə­rin bölüşdürülmə­si­nə da­ir əl­də edil­miş ra­zı­laş­maya ye­ni­dən bax­maq, on­dan im­ti­na et­mək mümkün dey­il. İran ba­şa düşür ki, in­di ona qa­lan də­ni­zin bölünmə­si mə­sə­lə­sin­də Azər­baycan və Türkmə­ni­s­tan­la iki­tə­rə­f­li ra­zı­lıq əl­də et­mək­dir. Hə­ş­tər­xan sam­mi­tin­də iq­ti­sa­di və mil­li yu­ri­s­dik­siy­aya 25 mil­lik zo­na­nın aid ol­ma­sı ra­zı­laş­dı­rı­lıb. İran bu tək­li­fi qə­bul edib.

- İran üçün 25 millik zona Tehra­nın So­vet-İran ra­zı­laş­ma­sı ilə As­ta­ra-Hə­sən­qu­lu xət­ti üzrə sa­hib ol­duğu əra­zi­dən böyükdür­mü?

- Bə­li, 25 mil­lik zo­na SSRİ ilə İran ara­sın­da 1940-cı il­lər­də əl­də edil­miş ra­zı­laş­ma­da ol­duğun­dan da­ha böyükdür. Teh­ran SSRİ ilə ra­zı­laş­maya əsa­sən, də­niz höv­zə­si­nin, təx­mi­nən, 13%-nə sa­hib idi. La­kin Teh­ran­da he­sab edir­lər ki, As­ta­ra-Hə­sən­qu­lu müqa­vi­lə­sin­də Xə­zə­rin iki öl­kə - SSRİ və İran ara­sın­da bə­ra­bər bölüşdürülmə­sin­dən söh­bət ge­dir. Ye­ri gəl­miş­kən, heç bir sə­nəd­də İra­nın də­niz sər­həd­lə­ri ilə bağlı kon­kret fi­k­rə rast gə­lin­mir. As­ta­ra-Hə­sən­qu­lu xət­ti ha­q­da ilk fi­kir­lə­rə 1930-cu il­lə­rin son­la­rı­na aid so­vet sə­nəd­lə­rin­də rast gə­li­nir. Bu, Xalq Da­xi­li İş­lər Ko­mis­sar­lığı­nın sər­həd­çi­lə­rə bu xət­tin So­vet İt­ti­fa­qı­nın sər­hə­di ki­mi qo­run­ma­sı tap­şı­rığı ver­mə­si ilə bağlı­dır. Sər­hə­din sa­hilya­nı ya­şayış mən­tə­qə­lə­ri olan As­ta­ra və Hə­sən­qu­lu xət­ti ilə, İran­la qu­ru sər­hə­din baş­la­dığı yer­lə ke­ç­mə­si So­vet hö­ku­mə­ti­nin da­xi­li qə­ra­rı idi. SSRİ güclü Xə­zər do­nan­ma­sı­na ma­lik ol­duğun­dan, ümu­miyyət­lə, qüdrət­li döv­lət ol­duğun­dan, İran heç za­man onun­la sər­həd mə­sə­lə­sin­də müba­hi­sə et­məy­ib. Ümu­miyyət­lə, İran­dan sər­həd­lə bağlı fi­k­ri­ni so­ru­şan da yox idi. Teh­ran heç za­man Xə­zər­də müa­sir an­lam­da hər­bi-də­niz do­nan­ma­sı­na ma­lik ol­mayıb.

- Ru­ha­ni ener­ji sa­hə­sin­də ge­niş əmək­daş­lıq tək­li­fi ilə çı­xış edib. Mə­sə­lən, o, İran-Azər­bay­can-Ru­siya iq­ti­sa­di xət­ti­nin per­spek­ti­vi­ni vu­rğ­u­layıb. Am­ma Teh­ran, Ba­kı və Mos­k­va ener­ji da­şıyıcı­la­rı ba­za­rın­da rə­qi­b­dir­lər...

- Obyek­tiv ola­raq kar­bo­hi­d­ro­­g­en ba­za­rın­da və­ziyyət elə­dir ki, ha­­mıya alıcı ça­tır. Neft ix­racat­çı­la­rı­nın fə­a­liyyət­lə­ri­ni ko­or­di­na­siya et­mə­lə­ri­nin yax­şı nümu­nə­si var - OPEK. Nef­tin qiy­mə­ti ilə bağlı son böh­ran gö­s­tər­di ki, ix­racat­çı­lar nə qə­dər sıx əmək­daş­lıq edər­lər­sə, va­hid ix­rac siy­a­sə­ti, ix­rac həcmi ilə bağlı ra­zı­laş­ma nə qə­dər çox olar­sa, va­hid ener­ji siy­a­sə­ti­nin yürüdülmə­si də o qə­dər asan olar. Per­spek­tiv üçün ağıl­lı siy­a­sət çox yax­şı iş­dir. Biz ağıl­lı rə­qa­bət apa­ra bi­lə­rik.

- Bəs Dağlıq Qa­ra­bağ müna­qi­şə­si­nin həl­lin­də İran han­sı­sa müsbət rol oy­naya bi­lər­mi?

- Qaf­qaz­da is­tə­ni­lən müna­qi­şə İran­da­kı və­ziyyə­tə mən­fi tə­sir gö­s­tə­rir. Çünki ora­da böyük er­mə­ni di­a­s­po­ru, nə­hə­ng azər­baycan­lı ic­ma­­sı var. On­la­rın sayı on milyon­lar­la­dır. Bu ba­xım­dan, şi­mal sər­hə­din­də da­vam edən müna­qi­şə Teh­ran­da na­ra­hat­lıq ya­rat­maya bil­məz. İra­nın həm Azər­baycan­la, həm də Er­mə­ni­s­tan­la iq­ti­sa­di əla­qə­lə­ri var və tə­bii ki, o, re­g­i­on­da sülhün tə­min olun­ma­sın­da ma­raq­lı­dır.

- İran­da­kı azər­baycan­lı­lar­dan da­nış­dı­nız. Azər­baycan­da bə­zi da­i­rə­lər he­sab edir ki, İran Azər­bayca­nın çi­çək­lə­nən, in­ki­şaf et­miş re­s­pub­li­ka ol­ma­sın­da o qə­dər də ma­raq­lı dey­il...

- İra­nın praq­ma­tik, ağıl­lı siy­a­si da­i­rə­lə­ri heç za­man Azər­bayca­nın müstə­qil­lik, azad­lıq haq­qı­na mən­fi müna­si­bət gö­s­tər­məy­ib­lər. İran­da sayca bütün di­g­ər mil­lət­lə­ri üstə­ləy­ən azər­baycan­lı­lar İran cə­miyyə­ti­nə in­kor­po­ra­siya olu­nub. İra­nın ali di­ni li­de­ri Əli Xam­ne­i­nin azər­baycan­lı ol­duğu­nu vu­rğ­u­la­maq ki­fay­ət­dir. Ali siy­a­si eli­ta ara­sın­da çox say­da azər­baycan­lı tap­maq olar. Mən uzun müddət Teh­ran­da ya­şa­mı­şam. İra­nın nə­hə­ng şə­hər­lə­rin­də ki­fay­ət qə­dər azər­baycan­lı var. Bi­zim müşa­hi­də­lə­ri­miz gö­s­tə­rir ki, mil­li az­lıq­lar ara­sın­da - əs­lin­də, azər­baycan­lı­la­rı az­lıq say­maq çə­tin­dir - ay­rı-ay­rı et­nik qrup­lar ara­sın­da İran hö­ku­mə­ti­nə müxa­li­fət olan­lar var. On­la­rın ara­sın­da se­pa­rat­çı­lığa, mər­kəz­dən­qa­ç­ma əh­va­lı­na sa­hib olan­la­ra rast gə­li­nir. La­kin ümu­mi­lik­də, öl­kə­də mü­xalif fi­kir­li təş­ki­lat­lar və qrup­lar əha­li­nin 10-15%-ni təş­kil edir. Əha­li­nin əsas his­sə­si Teh­ra­na yö­nə­lib. Ru­ha­ni­nin ha­ki­miyyə­tə gə­li­şi ilə İra­nın mil­li siy­a­sə­tin­də ye­ni ten­den­siy­a­lar baş qal­dı­rıb. Əg­ər əv­vəl­ki ha­ki­miyyət­lər bütün­lükdə əha­li­ni şi­ə­lik və fars di­li ət­ra­fın­da bir­ləş­dir­məyə ça­lı­şır­dı­lar­sa, in­di İran xal­qı­nın mə­də­ni müx­tə­li­f­liy­i­ni qə­bul et­məy­in vacib ol­duğu­nu an­layıb­lar. Ar­tıq bu­nu açıq şə­kil­də di­­lə gə­ti­rir­lər. Ru­ha­ni­nin mil­­li az­lıq­lar­la iş üzrə xüsu­si kö­mək­çi­si də var.

Öl­kə­də və­tən­daş haq­la­rı məcəl­lə­si ya­ra­dı­lıb. Ora­da İra­nın mə­də­ni və dil müxtə­li­f­liy­i­ni ta­nı­ma­lı ol­duğu əks olu­nub. Ru­ha­ni baş­qa dil­lər­də dər­slə­rin ke­çi­ləcəyi mil­li mək­­təb­lə­rin açıl­ma­sı mə­sə­lə­si­ni qal­­dı­rıb. Am­ma an­la­maq la­zım­dır ki, et­nik az­lıq­la­rın dil­lə­rin­də tam­miqyas­lı təh­sil si­s­te­mi­nin qu­rul­ma­sı kadrla­ra, ma­liyyəyə, za­ma­na və di­g­ər amil­lə­rə eh­tiy­ac var. Yə­ni, İran hö­ku­mə­ti tə­d­ricən mil­li ey­ni­liy­in boğul­ma­sın­dan əl çə­kir və mil­li müxtə­li­f­liyi qə­bul edir.

 


MƏSLƏHƏT GÖR:

705