4 May 2024

Şənbə, 03:58

İPƏYİN TOXUNUŞU

Azərbaycanın kəlağayısı UNESCO-nun qeyri-maddi mədəni irsinin bir hissəsi oldu

Müəllif:

02.12.2014

Nə vaxtsa Azərbaycanda hazırlanan ipəyin toxunuşunu hiss etmisinizmi? Bu, qəribə parçadır! Ondan kəlağayı - qadın baş örtüyü hazırlayırlar. Son dərəcə gözəl ləçəkdir. Kəlağayıda sevgi enerjisinin gücü və çöl küləyinin nəvazişli əsməsi, günəşin səxavətli istisi və dağ səhərinin sərinliyi, dəniz dalğasının təravətləndirici gümrah gücünü qoruyub saxlamağı bacaran xalqın qədim müdrikliyi var. İndi əsrlərin müdrikliyi - kəlağayı UNESCO-nun Qeyri-maddi mədəni irsinin siyahısına daxil olub. Onunla bərabər, bu ləçəyin hazırlanması, örtülməsi və rəmzinin Azərbaycan ənənəvi incəsənətini bildirməsi də. Kəlağayı təqdim edilən müxtəlif ölkələrin 46 namizədi yer alan ümumi siyahıdan digər iddiaçılarla birgə seçilib.

 

Milli geyimin bir hissəsi

Rusiyalı knyaz Qriqori Qriqoryeviç Qaqarin, həvəskar rəssam, incəsənət tədqiqatçısı, memar, Əlahəzrət İmperator sarayının ober- hofmeysteri, XIX əsrdə Rusiya Rəssamlıq İmperator Akademiyasının vitse-prezidenti ipək və kəlağayının (qaynar batika texnikası) Azərbaycanda istehsalının tarixi faktını əbədiləşdirib. Onun "Şamaxı rəqqasələri" işi deyir ki, rəssamın ürəyi bu gözəl ənənəyə biganə qalmayıb: qadın baş örtüyünü incəsənət əsərinə çevirərək, 150x150 və ya 160x160 sm ölçüsündə milli ornamentlə bəzəmək!

Kəlağayı qədimdən milli qadın kostyumunun ayrılmaz hissəsi olub və Azərbaycanın müxtəlif etnik zonalarında fərqli olub: həm rəng qammasına görə, həm də naxış kompozisiyasına görə. Kəlağayı yaratma incəsənəti - son dərəcə qədim, bənzəri olmayan, dünya mədəni ənənəsində analoqsuz möhtəşəm bir sənətdir. Kəlağayıya qaynar batika texnikası ilə naxışvurma İndoneziya və Hindistanda parçaların naxışlanmasına bənzəyir. Lakin orada rəsmlər parçanın yuxarı hissəsinə çəkilir (Çində olduğu kimi ipək sapla və ya Hindistandakı kimi boyaq maddəsi ilə), Azərbaycanda isə ipək başdan ayağa təbii boyaq maddəsinə hopdurulur. Hansısa izahedilməz sehr şəklində bu ənənələr eyni kökə malikdirlər. Və əlbəttə ki, İpək Karvan yoluna birbaşa aiddirlər. Bəlkə də, indi bu fakt xüsusi araşdırma üçün mövzu olacaq. Bu, necə baş verirdi? Bir yerdə sürfələr çoxaldılıb yetişdirilirdi, digərində - ipək parça toxunurdu, üçüncüsündə isə - rəngləyirdilər, naxış vururdular. Bax belədir, atadan oğula, nəsildən-nəslə ötürülən ənənəvi xalq sənəti. Ənənəvi olaraq, ipəkdən olan qadın baş örtüyü kəlağayı Şamaxı (ipəkçilik mərkəzi), Gəncə, Şəki və Qarabağda hazırlanırdı. Onlar kustar üsulla hazırlanırdı və ipək parçanın qalınlığı, keyfiyyəti və rəsmlərinə görə fərqlənirdi. Bunlar xalq arasında "qaz-qaz", "naz-naz" və "örpək" adlandırılan ipək yaylıqlar idi. Müxtəlif rayonlarda onlar fərqli örtülərdi. Naxçıvanda, məsələn, əvvəlcə araqçın (üst hissəsi yastı, qızılı möhürlü bəzəklərlə bəzədilmiş hündür olmayan papaqcıq) geyinərdilər, üstündən isə yaylıq atardılar. O isə araqçına elə bağlanırdı ki, "Şamaxı rəqqasələri" portretində olduğu kimi ucları qadının çiyinlərinə düşər və arxa hissədən onun saçlarını və kostyumunu örtərdi. Rəsmdə Şamaxı ipəyində Şərq gözəli təsvir edilib. Şübhə etməyin: onun bütün kostyumu - tumandan (ətək) tutmuş kəlağayıya qədər - əl işidir!

 

Yeddi rəng

Bütün zamanlarda yeddi rəng kəlağayı xüsusi bahalı və arzuolunan baş örtüyü hesab edilib. "Yeddi rəng"in hazırlanma texnologiyası olduqca mürəkkəb və mumun təkrar tökülməsi, habelə heç bir növbəti hazırlanma prosesində təkrarlanmayan rənglərin xüsusi qarışığından ibarətdir. Bu ədədi əmtəədir. Demək olar ki, eksklüzivdir. Proses isə zəhmət tələb edir: təkcə böyük maliyyə yatırımları deyil, həm də xüsusi duyumsal-bədii yanaşma tələb edir. Həm də naxışların kompozisiyası - bu, təkcə müəyyən həndəsi ritmlərin birləşməsi deyil, konkret mövzusu olan simvolların xüsusi kodlaşdırılmış dilidir.

 

Tarix və reallıq

Bunu necə edirdilər? Bir yerdə sürfələr çoxaldılıb yetişdirilirdi, digərində - ipək parça toxunurdu, üçüncüsündə isə - rəngləyirdilər, naxış vururdular. Bax belədir, atadan oğula, nəsildən-nəslə ötürülən ənənəvi xalq sənəti. Naxışı ipək parçanın səthinə vuran alət-qəliblər (naxış kəsilən formalar) ənənəvi olaraq möhkəm ağac növlərindən - armud və ya qozdan kəsilərmiş. Çox vaxt isə metaldan. Bundan isə "iris", "albalı gülü", "ağ üzüm", "qara üzüm" kimi kiçik gül naxışların zərif xətti alınırdı. Ağacdan hazırlanmış formalar sayəsində isə "gülləri olan buta", "balaca şah", "palıd", "portağal", "göbək", "günəş" və s. alınardı. Hamısını sadalamaq mümkün deyil. Onların sayı bu gün də formaların tədqiqatı aparıldıqca daha çox çıxır. Onlar isə qəfildən və bağ-tərəvəz işləri aparılarkən gözlənilməz şəkildə yerdən çıxır. Qiymətli sənətin dirçəlməsinə yönəlmiş səylərə sanki topraq özü kömək edir. Amma vaxt var idi ki, yenidənqurma və SSRİ dağılarkən biz az qalmışdı ki, əsrlik ənənələrimizi itirək. Və bu, qarışıqlıq, iqtisadi böhranlar və siyasi dəyişikliklərin bütün dövrlərində dəfələrlə baş verib. İpəkçiliyin mədəni təbəqəsinin itirilməsi təhlükəsi bu gün də qalır. Çünki sənətkarların sayı get-gedə azalır. İndiki gənclər də qaynar batika sənətinə can artmırlar. Bu gəlir gətirməyən, zəhmət tələb edən və ağır işdir. Çünki misal üçün, yeddi rəng - kəlağayı ("yeddirəng") hazırlanarkən, sənətkarin əlləri ipək parçanı doqquz dəfə +80 dərəcə temperaturda olan suya salır! Bu sadə iş deyil. Görünür, ona görə bu sənətlə ənənəvi olaraq kişilər məşğul olurlar. Lakin bu gün Azərbaycanda qadın rəssamlar var ki, ipək üzərində maraqlı bədii rəsmlər yaradaraq, maraqla qaynar batika texnikasında işləyirlər. Bu rəssamlığın, daha dəqiq, bədii portretin ilk nümunəsi Nizaminin şahidliyi ilə - hökmdar Nüşabənin peyda olması ilə saray sənətkarlarının hazırladıqları Makedoniyalı İsgəndərin portreti olub. Hadisə isə belə baş verib.

 

Demək olar ki, romantik hekayə

Dahi fateh onun yanına səyyah qismində gəlir. Lakin iti gözləri, zəkası, fəhmi və qadın intuisiyası hökmdara qaməti, davranışları və düşüncəsi ilə onun, əslində, kim olduğunu müəyyən etməyə imkan verir. Hökmdar bu faktın üstünü açmadan, qonağı ilə söhbətinə davam edir. Yemək vaxtı yetişəndə isə o, acından üzülən makedoniyalıya yemək əvəzinə, qiymətli daşlar olan böyük qab gətirməyi əmr edir. Çarın heyrətinin və hiddətinin həddi olmur. Lakin Nüşabə ona Şərq müdrikliyi dərsi verir: yaşamaq üçün insana yemək lazımdır: çörək, su, şərab, üzüm; bu fani dünyada heç kim qiymətli daşların parıltısı ilə tox olmur. Daha sonra isə onun fateh-çar olduğunu deyərək, bəxşiş kimi makedoniyalıya ipək üzərində işlənmiş portretini təqdim edir.

Və İsgəndər onun saray əhlinin təkcə zəkası ilə deyil, həm də istedadı qarşısında diz çökür (Nizami, "İsgəndərnamə").

 

Tədqiqat

Bu fakt - ipək üzərində qaynar batika incəsənətinin yer üzündə qədim ənənələrdən olduğunu bir daha sübut edir. Həmçinin İvan Qroznıya mirvarilərlə tikilmiş, ipək ipdən toxunan əlcəklərin təqdim olunma faktı kimi. Artıq o vaxtlar Azərbaycanda istehsal olunan qalın ipək parçalar Rusiyada çox populyar idi - şamaxı ("taıta") adlanardı və çox bahalı hədiyyə sayılardı. İpək parçalar Avropada da yüksək qiymətləndirilirdi. Çünki gigiyenik idi və məişətdə olduqca rahat istifadə olunurdu: yorğan-döşək üzünə, alt paltarı, saray geyimləri, qobelen və divarları örtən sadə parça kimi. Ona görə də gözəl parçaların istehsal olunduğu Azərbaycan torpağının təsvirinə Aleksandr Dümada, Marko Poloda, XV əsr səyyahı Şiptbergerdə, Venesiya səfiri Kontarinidə, Rusiya nümayəndəliyinin elçisi Afanasi Nikitində və başqalarında da rast gəlmək olur..

Şərqin bir çox ölkələri ipəyə gözəl münasibət bəsləyir. Məsələn, Yaponiyada indiyə kimi, elçi gedərkən bir parça təbii ipək aparırlar. Bu firavanlıq rəmzidir. Tərkibinə ipək daxil olan kosmetika dəbə düşür. Azərbaycanda indiyə kimi bir çox nişanələr qalır. Özünəməxsus yazılmamış qanunlar toplusu insanların ipəkçiliyin müqəddəs prosesinə necə yanaşmalı olduğundan bəhs edir. O cümlədən kəlağayı və boyaqçı-sənətkarlara da.

 

Əlamətlər və mövhumat

Məsələn, ipəyi oğurlamaq olmaz. Oğurlasan, Allah-Təalə səni cəzalandırar. Boyaqçıya qurban kəssən, Tanrı bu xeyirxahlığının əvəzini verər. Digərlərinin qarşısında yaxşı yetişən sürfələrinlə öyünmə, yoxsa tələf olarlar. Buna görə də, sürfə yetişdirilən məkanın girişindən gözmuncuğu asardılar. Sürfə yetişdirilən yerə girmək olmazdı: qızıl və gümüş bəzək əşyaları ilə, qol saatı, pis əhvali-ruhiyyədə və ya yaxın vaxtlarda yaxşı yuxu görməmisənsə və s. Bəlkə də, sürfələr bizdən fərqli olaraq, vibrasiyaya daha yüksək qaydada reaksiya verə bilər və onu yaxalaya bilər. Bu, kəlağayının hazırlanma prosesinə də şamil edilir. Külli miqdarda əlamət və qaydalar vardır ki, heç bir halda boyaqçıların davamçıları tərəfindən pozulmur. Misal üçün, əsl sənətkar heç vaxt kəlağayının üst hissəsindən naxış vurmaz. Olmaz! Çünki onun ruhu daxildə, yəni içəri hissədə olmalıdır. Bir də onu elə çevirmək lazımdır ki, 150 x150 sm ölçüsündə olan kvadrat həmişə elə düşməlidir ki, naxışı içəridə gizlədərək, yenə də bir neçə dəfə qatlamaq mümkün olan uzun dar xəttə bənzəsin. Sənətkarların bu yazılmamış qanunları qorunaraq, nəsildən-nəslə ötürülür. Onların arasında bu sənətlə 8-ci nəsildə də məşğul olanları var! Bu insanlar müəyyən rəsmi necə və hansı şəkildə yerləşdirmək, hansından sonra hansı boyağı vurmaq (ancaq təbii boyaqdan istifadə etməklə) və mumun (yumşaq axan konsentrasiyadan ibarət xüsusi qarışıq) axmadan, ləkə buraxmaması üçün nə etmək lazım olduğunu dəqiq bilirlər.

 

Reallıq: XXI əsrin əvvəli

Azərbaycanlı xanımlar ipək kəlağayını çox sevirlər. Bu baş örtüyünü əcnəbilər də qohumları üçün məmnuniyyətlə bayram hədiyyəsi olaraq alır və gecə geyimlərilə əlavə kimi pareo qismində istifadə edirlər. Eyni zamanda diqqət yetirin, boryurun xəttinə (kəlağayının kənarı boyu vurulan naxış) qəfil düşən rəngli ləkəsinə görə məyus olmurlar, əksinə buna sevinirlər. Bunu onlar əl əməyinin sübutu kimi qəbul edirlər: özünəməxsus olan və keyfiyyətli örtük. Təəssüf ki, biz dünyaya gəldiyimiz faktlara görə bilməli olduğumuz şeylərlə az maraqlanırıq.



MƏSLƏHƏT GÖR:

792