18 May 2024

Şənbə, 09:57

"ONDAN O TƏRƏFİ YOXDUR"

Muğam müsabiqəsinin qalibi Güllü Muradova hansı zirvəni fəth etmək istəyir

Müəllif:

09.12.2014

Əs­lən Qa­ra­bağdan ol­sa da, 1990-cı il­də Ba­kı şə­hə­rin­də dünyaya gə­lib. Ata-ba­ba yur­du Ağdam er­mə­ni­lər tə­rə­fin­dən iş­ğ­al olu­nan­da Güllü Mu­ra­do­va­nın cə­mi 3 ya­şı var idi və çə­tin ki, o yer­lə­ri yax­şı xa­tır­laya bil­sin. La­kin qa­ra­bağlı kök­lə­ri onun so­nra­kı həy­a­tı­na tə­sir­siz ötüşməy­ib. Bu yer­lə­rin in­san­la­rı­na xas olan gö­zəl sə­si­nə la­qeyd qa­la bil­mə­y­ən va­li­deyn­lə­ri, Güllünü mu­si­qi mək­tə­bi­nə yaz­dı­rıb və o, gör­kəm­li xa­­nən­də Sa­bir Ab­dul­lay­ev­dən dərs alıb. 2008-ci il­də Mil­li Kon­ser­va­to­ri­y­a­nın nəz­din­də fə­a­liyyət gö­s­tə­rən Asəf Zey­nal­lı adı­na Mu­si­qi Kol­leci­nə da­xil olan gənc xa­nən­də, təh­si­li­ni ye­nə də us­ta­dı Sa­bir Ab­dul­lay­e­vin si­n­fin­də da­vam et­di­rib.

2007-ci il­də Güllü Mu­ra­do­va Hey­dər Əliy­ev Fon­du­nun lay­i­hə­si olan Te­le­vi­ziya Muğam Müsa­bi­qə­si­nə se­çi­lə­rək, bi­rinci ye­rə lay­iq görülüb. Məhz bu ha­di­sə onun həy­a­tın­da bir dönüş nöq­tə­si­nə çe­v­ri­lib və ya­ra­dıcı­lığı­nın gə­ləcək in­ki­şa­fın­da böyük rol oy­nayıb.

Tez­lik­lə, Qa­ra­bağdan olan gənc Azər­baycan xa­nı­mı öz is­te­da­dı ilə ABŞ, Ka­na­da, Böyük Bri­ta­niya, Al­ma­niya, Fran­sa və baş­qa öl­kə­lər­də də ta­nı­nıb. Ha­zır­da Güllü Mu­ra­do­va Pre­zi­dent tə­qaüdçüsüdür, la­kin bu­nun­la ki­fay­ət­lən­mək fi­k­rin­də dey­il. Gənc xa­nən­də öz ya­ra­dıcı­lıq plan­la­rı ilə bi­zim­lə bölüşüb.

- Müsa­bi­qə­dən əv­vəl, yə­ni 2007-ci ilə qə­dər çox fe­s­ti­val­lar­da, ya­rış­ma­lar­da iş­ti­rak et­miş­dim. Hər də­fə də yer qa­za­na bil­mə­diy­i­mə, ya­xud da yer ve­ril­mə­diy­i­nə gö­rə, hə­və­s­dən düşür­düm. Ona gö­rə müsa­bi­qə­lə­rə ma­­ra­ğım o qə­dər də çox dey­il­di. Bu müsa­bi­qə ərə­fə­sin­də isə ət­ra­fım­da­kı in­san­lar be­lə məs­lə­hət bil­di­lər ki, əg­ər bu ya­rış­maya qa­tıl­sam mə­nim üçün uğur­lu ola bi­lər. Mən də məs­lə­hət­lə­rə qu­laq asıb se­çim mər­hə­lə­lə­ri­nə qa­tıl­dım. Düzünü de­səm, üçüncü tur­dan ke­çən­dən so­nra da ina­nmır­dım ki, adım ilk iy­ir­mi­lik­də səs­lən­sin. Am­ma adım se­çi­lən­lər ara­sın­da səs­lə­nən­də ar­tıq inan­dım ki, qə­lə­bə də mə­nim ola bi­lər.

- Qə­lə­bəm­də müəl­li­mim Sa­bir Ab­­dul­lay­e­vin böyük əməyi olub. Çox böyük zəh­mət­dən, ha­zır­lıq­lar­dan so­n­ra, nə­hay­ət ki, qa­lib ol­dum və ta­ma­şa­çı­lar tə­rə­fin­dən gənc xa­nən­də ki­mi ta­nın­dım. Bu­nun üçün də hə­mi­şə müəl­li­mi­mə və müsa­bi­qə­nin təş­ki­lat­çı­sı Hey­dər Əliy­ev Fon­du­na və şəx­sən Meh­riban xa­nım Əliy­e­vaya min­­nət­dar olacam.

- Bəs müsa­bi­qə­dən so­nra sə­nə­ti­niz­də­ki du­rğ­un­luq nə ilə əla­qə­dar idi?

- Əs­lin­də, elə bir du­rğ­un­luq yox idi. Sa­dəcə, müsa­bi­qə­dən so­nra bir sı­ra döv­lət təd­bir­lə­ri, çə­ki­liş­lər, el şən­li­klə­ri in­sa­nı bir müddət mə­şğ­ul edir. Və ar­tıq efi­rə çıx­mağa bir o qə­dər im­kan ol­mur. Bun­dan əla­və, elə müsa­bi­qə bi­tən ki­mi Asəf Zey­nal­lı adı­na Mu­si­qi Kol­leci­nə da­xil ol­dum və təh­si­li­mi da­vam et­dir­dim. Bir müddət so­n­ra isə ba­şım disk ha­zır­lıq­la­rı­na qa­rış­dı və "Qa­ra­bağdır mə­ka­nım" ad­lı al­bo­mu­mu ma­raq­lı re­per­tu­ar­la din­ləy­ici­lə­rin ix­tiy­a­rı­na ver­dim.

Di­s­kin tə­q­di­ma­tın­dan so­nra isə so­lo-kon­sert ver­mək haq­qın­da düşün­düm. Elə bu gü­nə ki­mi də he­sa­bat xa­rak­ter­li kon­ser­tin ha­zır­lıq­la­rı ilə mə­ş­ğ­u­lam. Əs­lin­də, ta­ma­mi­lə fər­q­li bir kon­sert fi­kir­ləş­miş­dim. Am­ma bu­nun üçün çox vaxt tə­ləb olun­duğu­na gö­rə, ya­za sax­la­dıq. Çünki bu­nun üçün həm mə­kan, həm də im­kan­lar bir ba­laca fər­q­li ol­ma­lı­dır. Ancaq bu kon­sert­dən qa­baq - de­kabr ayı­nın 20-də Bey­nəl­xalq Muğam Mər­kə­zin­də he­sa­bat xa­rak­ter­li kon­ser­tim olacaq. Bu kon­sert­də isə sırf muğam­la ya­na­şı, di­g­ər bir gənc həm­ka­rım­la "Ley­li və Məcnun" ope­ra­sın­dan par­ça ilə çı­xı­şı­mız ola­caq. Düşünürəm ki, bu ma­raq­lı ol­ma­lı­dır. Çünki müsa­bi­qə ərə­fə­sin­də mün­si­f­lə­rin tək­li­fi ilə həm­ka­­rım Abgül Mir­zə­liy­ev­lə bu ope­ra­dan par­ça ifa et­miş­dik. Bu, ta­ma­şa­çı­lar tə­rə­fin­dən də uğur­lu he­sab edil­miş­di.

- Be­lə qə­na­ə­tə gəl­dim ki, di­g­ər gənc xa­nən­də­lər ki­mi, si­zin də ar­zu­la­rı­nız ara­sın­da Ley­li ol­maq ar­zu­su var...

- Ha­mı­nın ar­zu­su olub-ol­ma­ma­sı ba­rə­də bir söz deyə bil­mə­rəm. Am­ma mən öz gücümə, səs im­kan­la­rı­ma ina­nı­ram. Bi­li­rəm ki, onu uğur­la oy­naya bi­lə­rəm. Mə­sə­lən, in­di "Ley­li və Məcnun"da oy­nay­an gənc həm­ka­rım Vüsa­lə xa­nı­mın ifa­sı­na ba­xı­ram, onu çox bəy­ə­ni­rəm. Düşünürəm ki, mə­nim də gücüm ça­tar. Am­ma əg­ər bu ol­ma­sa, o qə­dər də heyfsi­lən­mə­rəm. Hər­çənd, tə­bii ki, ope­ra səh­nə­sin­də yol ke­ç­mək hər xa­nən­də üçün böyük uğur­dur. Mən də bir ne­çə də­fə bu­na cəhd elə­mi­şəm, İn­şal­lah, yə­qin, də­y­ər­­lən­di­rib mə­ni də­vət edər­lər, mən də məm­nu­niyyət­lə ge­dib o səh­nə­də Ley­li ola­ram.

- Adə­tən, gənc sə­nət adam­la­rı da­ha çox gündəm­də ol­maq üçün efir­lər­də, mət­bu­at­da tez-tez çı­xış­lar edi­lər. Siz isə ək­si­nə, bu va­si­tə­lər­dən uzaq gə­zir­si­niz. Bu­nun sə­bə­bi nə­dir?

- Mə­nim ki­mi ək­sər xa­nən­də­lər mət­bu­at­da o qə­dər də görünmürlər. On­lar da yal­nız ye­ni iş­lər gö­rən­də, han­sı­sa lay­i­hə­lər­də iş­ti­rak edən­də, ma­raq­lı iş­lər tə­q­dim edən­də te­le­vi­zi­y­a­­lar­da, qə­zet­lər­də, say­tlar­da olur­lar. Fi­k­rimcə, ən düzgünü də bu­dur. Çı­xıb bo­şu­na özün haq­qın­da da­nış­ma­q­dan­sa, nə isə ye­ni­lik­lə yad­da qal­maq da­ha doğru­dur.

- Gənc yaş­da xa­rak­te­ri­niz­də­ki ağırya­na­lıq, xa­iyyə­ti­niz­dən­mi irə­li gə­lir, yox­sa bu, muğa­mın tə­si­rin­dən­dir?

- Düzünü de­səm, bu fi­k­ri mə­nə çox­la­rı söy­ləy­ir. Bəl­kə də kə­nar­dan göründüyü ki­mi­dir. Bi­lir­si­niz, muğam elə bir mu­si­qi­dir ki, onun içi­nə da­xil ol­dun­sa, ya­şın­dan ası­lı ol­may­a­raq, ağır­la­şır­san, san­bal­lı olur­san, tər­biy­ə­lə­nir­sən. Muğam dərya­dır və hər də­fə bu dəryaya baş vu­ran­da nə­lər­sə in­sa­nın ca­nı­na ho­pur.

- Gənc xa­nən­də ki­mi, gə­ləcək­də han­sı us­ta­dın zir­və­si­ni fəth et­mək, özünüzü onun pil­lə­sin­də gör­mək is­təy­ər­di­niz?

- On­la­rın zir­və­sin­də de­məz­dim. Hə­lə­lik bu, mə­nim üçün im­kan­sız­dır. Əv­vəl­də də de­diy­im ki­mi, ilk müəl­li­mim us­ta­dı­mız, gö­zəl sə­nət­kar Sa­bir Ab­dul­lay­ev olub, in­di isə Azər­baycan Döv­lət Mil­li Kon­ser­va­to­riy­a­sın­da Xalq Ar­ti­s­ti­miz Arif Ba­bay­ev­dən dərs alı­ram. Bu­nun­la ya­na­şı, din­lə­diy­im xa­nən­də­lə­ri­miz də var. On­la­rın ha­mı­sın­dan il­ham al­dığı­mı, zövq al­dığı­mı de­səm, ya­lan olar. Düzdür, qə­bul edi­rəm ki, on­lar yax­şı xa­nən­də­dir­lər, se­çil­miş­lər­dən­dir­lər, çox yax­şı ifa edir­lər. Am­ma bu ifa mə­nə to­xun­mur.

Bütün müəl­lim­lə­ri­mə hör­mət edi­rəm, on­la­rın tə­rə­fi­ni sax­layı­ram. Am­ma mə­nim üçün əvə­ze­dil­məz xa­nən­də Alim Qa­sı­mov­dur. Muğam sə­nə­tin­də, ifa­sın­da ye­g­a­nə zir­və onu sayı­ram. Mə­nim üçün on­dan o tə­rə­fi yox­dur. Onun ifa­sı­na, sə­si­nə, şəx­siyyə­ti­nə vu­rğ­u­nam.

- Qa­ra­bağsız­lıq, və­tən­siz­lik, ifa­nı­zın ya­nğı­lı səs­lən­mə­si­nə tə­sir edir­mi?

- Açığın de­səm, is­tə­ni­lən hə­zin mu­si­qi in­sa­nı ya­ra­lı ye­rin­dən vu­rur. Əg­ər mən Və­tə­ni­mi fi­kir­lə­şib, bir "Se­g­ah" ifa edi­rəm­sə, bu, tə­bii ki, ya­n­ğı­lı olacaq. Əg­ər mə­ni din­ləy­ən in­san da və­tə­ni­ni iti­rib­sə, bu ya­nğı ona da si­ray­ət edəcək. Və­tən­siz­lik dil­lə, da­nı­şıq­la ifa­də olu­nan şey dey­il. Onu yal­nız his­slər büru­zə ve­rir. Ot­urub in­ter­net­də Qa­ra­bağın görüntülə­ri­nə ba­xan­da, elə bil, ürəy­i­mə dağ çə­kir­lər. Ancaq ina­nı­ram ki, İn­şal­lah, ya­ra­la­rı­mız tez­lik­lə sağa­lacaq.



MƏSLƏHƏT GÖR:

626