9 May 2024

Cümə axşamı, 12:42

DAŞLARIN DİLİNİ BİLƏN RƏSSAM

Heykəltəraş Hüseyn Haqverdi Mars planetindəki daşlarla eksperiment aparmaq arzusundadır

Müəllif:

16.12.2014

Azər­bayca­nın əmək­dar rəs­sa­mı Hüseyn Ha­q­ver­di adi daş­dan əsl incə­sə­nət əsə­ri­nin ya­ra­dıl­ma­sı, ona ruh ve­ril­mə­si­nin yol­la­rı­nı yax­şı bi­lir. Bu­nun üçün da­şa ruh ver­mək, xa­rak­ter ver­mək ki­fay­ət­dir. Rəs­sam müxtə­lif janrlar­da, müxtə­lif ma­te­ri­al­lar­la iş­ləy­ir. Bu­raya hey­kəl, rəsm, şə­kil, mo­nu­men­tal sə­nət, böyük for­ma­lar­la iş da­xil­dir. H.Ha­q­ver­di Ba­kı ka­to­lik kil­sə­sin­də qu­raş­dı­rıl­mış Müqəd­dəs Məryəm hey­kə­li­nin müəl­li­fi­dir. Sə­n­g­ə­çal ter­mi­na­lın­da­kı epik süjet­li mo­za­ik pa­nel də onun əl işi­dir.

- Hər şey nə­dən baş­la­dı?

- Mən rəs­sam Hə­sən Ha­q­ver­di­nin ai­lə­sin­də böyümüşəm. İn­şa­at­çı­lar pro­s­pek­tin­də­ki rəs­sam­lar evin­də ya­şayır­dıq. Evin bi­rinci mər­tə­bə­sin­də ema­lat­xa­na­lar var idi və biz - mən, qar­da­şım Ucal, bacı­la­rım Sə­i­də və Ai­də ya­ra­dıcı at­mo­sfer­də böyümü­şük. Şə­kil çək­məyi, pla­s­ti­lin­dən müx­­tə­lif fi­qur­lar ya­rat­mağı çox se­vir­dim. Ya­dım­da­dır, uşaq­lıq dövrümdə tə­sadüfən əli­mə düşmüş Ame­ri­ka jur­nal­la­rın­dan bi­rin­də do­stum­la bir­lik­də qey­ri-adi av­to­mo­bil mo­del­lə­ri görmüşdük. Pla­s­ti­lin­dən on­la­rın su­rə­ti­ni ha­zır­la­maq qə­ra­rı­na gəl­dik. Bu mo­del­lər üzə­rin­də çox iş­lə­dik - hər bir de­ta­lı nə­zə­rə alır, də­qiq­lik­lə iş­ləy­ir­dik. On­lar sa­dəcə sta­tik fi­qur­lar dey­il­di: pla­s­ti­lin­dən ha­zır­la­dığı­mız ma­şın­la­rın qa­pı­la­rı, yük ye­ri açı­lır, sa­lon­da sükan, ot­uracaq­lar var idi. Da­ha so­nra pla­s­ti­lin­dən at­lı or­du­su ha­zır­la­maq qə­ra­rı­na gəl­dik - Na­po­le­o­nun və Su­vo­ro­vun ar­zu­la­rı­nı. Hər bir or­du­da, təx­mi­nən, 20 at­lı var idi. Bütün günü bu iş­lə mə­şğ­ul olur, dü­şünür, ha­zır fi­qur­la­ra ye­ni­dən əl gəz­di­rir­dik. Uşaq­lı­q­da ya mul­tip­li­ka­tor, ya da re­jis­sor ol­mağı ar­zu­layır­dım. 12 ya­şım olar­kən qar­da­şım və do­stla­rım­la bir­lik­də hə­və­s­kar ka­me­ra ilə ci­zgi filmlə­ri çə­kir­dik. On­la­rın qəh­­rə­ma­nı pla­s­ti­lin­dən ha­zır­lan­mış fi­­­qur­lar və ya çə­kil­miş şə­kil­lər olur­du. Mək­tə­bi bi­tir­dik­dən so­nra Əzim Əzim­za­də adı­na Azər­baycan Döv­lət Rəs­sam­lıq Mək­tə­bi­nə da­xil ol­dum. Ora­da hey­kəl­tə­raş­lıq fakültə­sin­də təh­­­sil al­dı­q­dan so­nra da­ha 5 il V.İ.Mu­xi­na adı­na Le­nin­qrad Ali Rəs­sam­lıq Sə­naye Mək­tə­bi­nin me­mar­lıq-de­ko­ra­tiv pla­s­ti­ka fakültə­sin­də oxu­dum.

- Hey­kəl­lə­ri­niz necə ər­səyə gə­lir? Müa­sir incə­sə­nət­də hey­kəl­lə­rin ye­ri­ni ha­ra­da görürsünüz?

- Konseptual, zehni sənət ma­raq­lı­dır. Am­ma tex­ni­ka yox­dur­sa, öz idey­a­la­rı­nı in­san­la­ra uğur­lu şə­kil­də çat­dır­maq çə­tin olur. Hey­kəl­lər mə­nim üçün, ilk növ­bə­də, for­ma ilə bir­lik­də idey­a­dır. Bu, for­ma ilə əla­qə­li bir tə­bi­ət ha­di­sə­si, his­slər mə­ka­nı­dır. Bu, san­ki, qə­dim bir dil­dir və o, hər bi­ri­mi­zin da­xi­lin­də ya­şayır, hər bir in­san onu ba­şa düşür. Hey­kəl­lə­rin ha­zır­lan­ma­sı pro­se­si necə baş ve­rir? Mən əv­vəlcə bey­nim­də bir ob­raz ya­ra­dır, da­ha so­nra onu da­şa və ya tax­taya köçürürəm. Müxtə­lif ma­te­ri­al­lar­la ek­s­pe­ri­ment et­məyi, oy­na­mağı çox se­vi­rəm. Bu, mə­nə işi­mi da­vam et­dir­mək üçün əla­və tə­kan ve­rir. Hər şey bir-bi­ri­lə əla­qə­li­dir. Daş­dan qra­fi­kaya, qra­fi­ka­dan rə­s­mə, ora­dan ye­ni­dən da­şa ke­çə bi­lə­rəm. Müxtə­lif üslub­lar­da və tex­ni­ka­da iş­ləy­i­rəm. Özümə heç bir məh­du­diyyət qoy­ma­dan, ən müxtə­lif ek­s­pe­ri­men­t­lə­rə əl atı­ram. Daş­la, ağacla, par­ça ilə və MDV ilə iş­lə­məyi çox se­vi­rəm.

- Amma daşa xüsusi məhəb­bə­ti­niz var. Bu ya­xın­lar­da Müa­sir İn­cə­sə­nət Mu­zey­in­də "Daş" ad­lı fər­di sə­rg­i­niz ke­çi­ril­di. Bu ma­te­ri­a­la hə­və­si­niz ha­ra­dan qay­naq­la­nır?

- Bə­li, da­şı se­vi­rəm. Bu, tə­bii fi­qu­ra, müxtə­lif ça­lar­la­ra ma­lik möh­kəm, uzu­nömürlü ma­te­ri­al­dır. Xüsu­si­lə bi­zim Ab­şe­ron da­şı­mı­zı, qum da­şı­nı çox se­vi­rəm. Mə­nim üçün onun xüsu­si rəm­zi mə­na­sı var. O, özündə ke­ç­mi­şə da­ir in­for­ma­siy­a­la­rı qo­ruy­ub sax­layır. Daş öl­kə­mi­zin, onun me­mar­lığı­nın ta­ri­xi, san­ki ke­ç­mi­şin do­nub qal­mış mu­si­qi­si­dir. Sə­rg­iyə 45 he­kəl­tə­raş­lıq işi tə­q­dim et­miş­dim və on­la­rın 7-si - relyef löv­hə­lə­rin­dən, 9-u da­i­rə­vi hey­kəl­lər­dən iba­rət sil­si­lə, 11-i "Re­k­viy­em", 8-i "To­tem­lər", 10-u "Por­t­ret­lər" sik­lin­dən, 7-si isə qra­fik iş idi.

- Əl iş­lə­ri­niz ara­sın­da çox par­laq iş­lər də var və on­lar rə­ng­a­rə­ng­­liyi ilə se­çi­lir. Həy­at­da nik­bin in­san­­sı­nız­mı?

- (gülümsəy­ir) Görünür, hə­min an mən­də par­laq­lıq olub. Həy­at­da isə fər­q­li əh­val­lar­da olu­ram. On­la­rı rə­ng­­lər­lə ifa­də et­mək olar: tünd, tut­qun qa­ral­mış rə­ng­lər­dən tut­muş, nik­bin par­laq və ay­dın rə­ng­lə­rə­dək. Hər şey əh­va­lım­dan, iş­də qar­şı­ma qoy­duğum və­zi­fə­lər­dən ası­lı­dır. Rə­ng­lər­lə və for­ma­lar­la ek­s­pe­ri­ment et­məyi xoş­layı­ram. Bə­zən bir müddət keç­dik­dən so­nra ar­tıq ha­zır işə əla­və ştrix­lər ver­mək qə­ra­rı­na gə­li­rəm. Nə­­ticə­də, əsər san­ki ye­ni əh­va­la bü­rünür.

- Han­sı rəs­sam­la­rın ya­ra­dıcı­lığın­dan tə­sir­lən­mi­si­niz?

- İlk növ­bə­də, ata­mın adı­nı çə­kər­dim. O, mə­nim üçün nümu­nə olub. Ya­ra­dıcı ai­lə­də doğul­ma­q­da bəx­­tim gə­ti­rib. Fu­ad Ba­kı­xa­nov, Sə­nan Qur­ba­nov və bir sı­ra di­g­ər Azər­baycan rəs­sam­la­rı ilə qar­şı­laş­dığım üçün ta­ley­i­mə min­nət­da­ram. İncə­sə­nə­tə ba­xı­şı­mın for­ma­laş­ma­sı­na isə Pi­kas­so­nun, He­n­ri Mu­run, Van Qo­qun, Ar­xi­pen­ko­nun, Ma­le­vi­çin, Kan­din­ski­nin, Elya Li­si­s­ki­nin, Ca­ko­met­ti­nin, Bran­ku­zi­nin, Ro­de­nin ya­ra­dıcı­lıq­la­rı tə­sir edib. Bu siy­a­hı­nı uzat­maq da olar. Bi­zim vax­tı­mız­da Av­ro­pa incə­sə­nə­tin­də nə­lə­rin baş ver­di­y­in­dən na­dir hal­lar­da xə­bər tu­tur­duq. Bu, tə­sadüfən əli­mi­zə ke­çən Al­ma­niya De­mo­kra­tik Re­s­pub­li­ka­sın­dan gə­ti­ril­miş jur­nal­lar say­ə­sin­də müm­kün olur­du. San­ki qay­na­ma­q­da olan dünyaya qa­pa­lı olan qa­pı­nın ar­xa­sın­da idik. Qa­pı­nın o bi­ri tə­rə­fin­də isə sə­rg­i­lər açı­lır, müxtə­lif fe­s­ti­val­lar, ya­ra­dıcı­lıq ax­şam­la­rı ke­çi­ri­lir­di. Bu gün isə hər şey çox asan və sa­də­dir: in­ter­ne­tə da­xil ol, ma­raq­lan­dığın möv­­zu­nu ax­ta­rı­şa ver, vəs­sa­lam - ot­ur bax, oxu, öy­rən.

- De­mək olar ki, bütün ma­te­ri­al­la­rı sı­na­q­dan ke­çir­mi­si­niz. Da­ha nə­dən məm­nu­niyyət­lə hey­kəl ya­ra­dar­dı­nız?

- (gülür) Mar­sdan gə­ti­ril­miş daş­dan. Ya­ra­dıcı­lı­q­da məş­hur olan bütün ma­te­ri­al­lar­la ta­nı­şam, on­la­rın hər bi­ri ilə ek­s­pe­ri­ment apar­mı­şam. Düşü­nürəm ki, çə­tin ma­te­ri­al yox­dur. Hər bir ma­te­ri­al­dan incə­sə­nət əsə­ri ya­rat­maq mümkündür. İs­tək, is­te­dad və əl­bət­tə ki, tex­ni­ki im­kan­lar var­sa. Tə­əssüf ki, tex­no­lo­g­iy­a­lar ba­xı­mın­dan hə­lə çox ge­ri­dəy­ik. Ya­dım­da­dır, Bayıl­da pas­lan­may­an me­tal­dan fəv­va­rə­nin ha­zır­lan­ma­sı üzə­rin­də iş­ləy­ir­­dik. Bu işə o qə­dər vaxt və güc sərf et­dik ki! Ən pri­mi­tiv üsul­lar­la iş­ləy­ir­dik. Hal­bu­ki dünya­da da­ha sü­r­ət­li və məh­sul­dar iş­lə­məyə im­kan ve­­rən tex­no­lo­g­iy­a­lar­dan çox­dan is­ti­fa­də olu­­­nur. Tə­səvvür edin ki, şə­hər­də ucal­­dı­lacaq hey­kə­lin necə gö­rü­nəcəy­i­ni kağız üzə­rin­də çə­kir­sən, la­kin işə gəl­dik­də say­sız-he­sab­sız çə­tin­lik­lər­lə qar­şı­la­şır­san. Odur ki, tex­ni­ki ba­za, ema­lat­xa­na­lar ol­ma­lı­dır ki, rəs­sam bütün ideya və plan­la­rı­nı hə­y­a­ta ke­çi­rə bil­sin.

- Fi­k­ri­nizcə, biz­də is­te­dad­lı gənc hey­kəl­tə­raş­lar və rəs­sam­lar var­mı?

- Biz­də is­te­dad­lı uşaq­lar həd­din­dən ar­tıq çox­dur. Ən baş­lıca­sı isə in­di on­lar üçün öl­kə­də yax­şı ya­ra­dıcı­lıq mühi­ti for­ma­laş­dı­rı­lır. Gənc is­te­dad­la­ra be­lə də­s­təy­in ve­ril­mə­si çox vaci­b­dir. Çünki is­te­dad­lı gənclik öl­kə­mi­zin gə­ləcəy­i­dir.



MƏSLƏHƏT GÖR:

576