18 May 2024

Şənbə, 10:25

QÜRBƏTDƏKİ HƏYAT

Keçmiş SSRİ əhalisinin miqrasiyası üzrə eksperti Janna ZAYONÇKOVSKAYANIN "R+"a müsahibəsi

Müəllif:

06.01.2015

Müa­sir dünya­da mi­q­ran­t­la­ra müna­si­bət get­dikcə da­ha zid­diyyət­li, mən­tiq­siz xa­rak­ter alır. Av­ro­pa və Asiya döv­lət­lə­ri da­i­ma mi­q­ra­siya siy­a­sət­lə­ri­ni get­dikcə sər­t­ləş­di­rir, əmək mi­q­ran­t­la­rı­na qar­şı in­te­q­ra­siya xa­rak­ter­li tə­ləb­lə­ri ar­tı­rır, on­la­rın öl­kə­də qal­ma müddə­ti­ni azal­dır, iş­lə­mək hüqu­qu­nu məh­dud­laş­dı­rır və s. Di­g­ər tə­rəf­dən isə, xa­rici iş­çi qüvvə­si­nə tə­lə­ba­tı olan­lar mi­q­ran­t­lar üçün kvo­ta­la­rı ar­tı­rır, on­la­rın işə­dü­zəl­­mə şər­t­lə­ri­ni sa­də­ləş­di­rir, mi­q­ran­t­la­rın in­te­q­ra­siy­a­sı üçün müva­fiq struk­tur­lar ya­ra­dır­lar. Müa­sir mi­q­ra­siy­a­nın, əs­lin­də, nə ol­duğu, bu sa­hə­də ya­xın gə­­ləcək­də han­sı dəy­i­şik­lik­lə­rin baş ve­rə bi­ləcəyi ilə bağlı su­al­la­rı­mı­zı ke­ç­miş SSRİ əha­li­si­nin mi­q­ra­siy­a­sı, yer­ləş­mə­si və əmək ba­za­rı üzrə ek­s­pert, Mi­q­ra­siya Təd­qi­qat­la­rı Mər­kə­zi­nin elm mə­sə­lə­lə­ri üzrə di­rek­to­ru Jan­na ZAYONÇKOVSKAYA ca­vab­lan­dı­rıb.

- Müa­sir mi­q­ran­t­lar, əs­lin­də, kim­lər­dir? Qlo­bal təhlükə­siz­lik üçün prob­lem, ter­ror mən­bəyi, so­si­al gə­r­g­in­liy­in sə­bə­bi, yox­sa iq­ti­sa­di in­ki­şaf, mə­də­niyyət­lə­rin zə­ng­in­ləş­di­ril­mə­si üçün vacib re­surs?

- Bir­mə­na­lı ola­raq, mi­q­ra­siya müs­bət ha­di­sə­dir. Bu, xüsu­si­lə qa­zanc üçün baş­qa döv­lət­lə­rə üz tu­tan in­san­lar üçün be­lə­dir. Bəl­kə də, mi­q­ran­t­la­rın sayı­nın sürət­lə ar­t­ma­sı, hət­ta  sər­ni­şin nəq­liyya­tı­nın im­kan­la­rı­nı aş­ma­sı bu­nun­la bağlı­dır. Dünya de­mo­qra­fik ba­xım­dan da­ha tə­zad­lı hal alır və ha­zır­da biz bu tə­za­dın pi­ki­ni müşa­hi­də et­mək­dəy­ik. Dünya­da əha­li­nin sayı və ar­tı­mı, iş­siz­lə­rin sayı və s. bağlı tə­zad yal­nız 2050-ci il­dən so­nra azal­mağa baş­lay­acaq. BMT-nin mə­lu­ma­tı­na gö­rə, il­də 200 milyon­dan ar­tıq in­san bir öl­kə­dən di­g­ər öl­kəyə köçür. Da­xi­li mi­q­ra­siya bu rə­qə­mə da­xil dey­il. Mi­q­ra­siya hər bir in­san üçün həy­a­tı­nı müxtə­lif as­pek­t­lər­də yax­şı­laş­dır­maq üçün əl­ça­tan va­si­tə­dir: əmək­haq­qı, təh­sil, ai­lə it­ti­fa­qı, əl­ve­riş­li iq­lim. Yə­ni in­san mi­q­ra­siya yo­lu ilə qayğı­la­rı­nı azal­dır.

- Bu ya­xın­lar­da ABŞ, Av­stra­liy­a­da mi­q­ran­t­lar ter­ror ak­t­la­rı tö­rə­dib­lər. Av­ro­pa­da isə mi­q­ran­t­lar müxtə­lif ter­ror təş­ki­lat­la­rı­na qo­şu­lur­lar. Av­ro­pa­nın sağçı par­tiy­a­la­rı mi­q­ra­siy­a­nın qlo­bal təhlükə­siz­liyə təh­di­də çe­v­ril­diy­i­ni id­dia edir...

- Mi­q­ran­t­lar tə­rə­fin­dən qlo­bal təhlükə­siz­liyə təh­did, əl­bət­tə ki, şi­şir­t­mə­dir. Am­ma mi­q­ran­t­lar ya­şa­dıq­la­rı öl­kə­lə­rə prob­lem­lər ya­ra­da bi­lir­lər. Bu­nu 2001-ci ilin sentya­b­rın­da ABŞ-da Ümumdünya Tica­rət Mər­kə­zi­nin bi­na­la­rı­nın ter­ror­çu­lar tə­rə­fin­dən par­t­la­dıl­ma­sı za­ma­nı müşa­hi­də et­mi­şik. Am­ma be­lə hal­lar­dan heç kəs sığor­ta­lan­mayıb, necə ki, in­san­lar sər­xoş sürücülə­rin tö­rət­dik­lə­ri yol qə­za­la­rın­dan, ya­xud asa­y­iş po­zul­ma­sı ilə bağlı di­g­ər hal­lar­dan sığor­ta­lı dey­illər. Mi­q­ra­siya isə get­dik­cə da­ha təhlükə­siz hal alan dünya üçün təh­did dey­il. Ta­rix­dən bi­li­rik ki, bir döv­­lə­tin di­g­ə­ri­ni işğ­al et­diyi za­man məğlub tə­rə­fin əha­li­si sa­dəcə məhv edi­­lib, bu­nun­la da, qa­lib­lər ya­şa­maq üçün öz­lə­ri­nə ye­ni mə­kan­lar açıb­lar. İn­di dünya da­ha si­vil­dir. Kütlə­vi qı­rğın son ola­raq İkinci Dünya müha­ri­bə­si za­ma­nı baş ve­rib və be­lə hal­la­rın gə­ləcək­də də tə­k­rar­la­nacağı­nı is­tis­na et­mək ol­maz. Am­ma xal­qlar ara­sın­da qar­şı­lıq­lı müna­si­bət­lər in­di da­ha si­vil xa­rak­ter alır.

- Dünya­da mi­q­ra­siya siy­a­sə­ti­nə se­lek­siy­a­lı ya­naş­ma­nın tə­rəf­dar­la­rı ar­tır. Mə­sə­lən, get­dikcə ağır­la­şan de­mo­qra­fik və­ziyyət fo­nun­da in­ki­şaf et­miş öl­kə­lər­də ay­rı-ay­rı iq­ti­sa­di sa­hə­lər mi­q­ran­t­la­rın diq­qə­ti­ni cəlb edir. Azər­baycan­da da mi­q­ran­t­la­rın bun­dan so­nra ça­lış­maq üçün ica­zə al­ma­lı ol­ma­dıq­la­rı sa­hə­lə­rin siy­a­hı­sı açıq­la­nıb. Bu cür se­lek­siya siy­a­sə­ti­nə müna­si­bə­ti­niz necə­dir?

- Hər bir öl­kə mi­q­ra­siya siy­a­sə­ti­nə fər­q­li ya­na­şır və bu za­man öz de­mo­q­ra­fik du­ru­mu­nu əsas götürür. Bu­ra­da ümu­mi qay­da­lar yox­dur. Mə­sə­lən, gənc­lər ara­sın­da iş­siz­liy­in sə­viyyə­sin­dən çox şey ası­lı­dır. Mə­sə­lə on­da­dır ki, mi­q­ran­t­la­rın ək­sə­riyyə­ti gənclər­dir. Nə­ticə­də, əmək ba­za­rın­da gənclər ara­sın­da rə­qa­bət güclə­nir. Gənclər ara­sın­da iş­siz­liy­in sə­viyyə­si yüksək­dir­sə, bu hal­da, tə­bii ki, döv­lət mi­q­ra­siy­aya müəyyən çər­çi­və­lər tət­biq et­mək­də haq­lı­dır. Am­ma bu, və­ziyyə­tin da­im bu cür qa­lacağı de­mək dey­il. Və­ziyyət dəy­i­şə bi­lər, be­lə hal­lar­da mi­q­ran­t­la­ra düşmən ki­mi bax­maq la­zım dey­il, sa­dəcə mi­q­ra­siya hüqu­qi çər­çi­vəyə sa­lın­ma­lı­dır.

- MDB mə­ka­nı­nın ən nə­hə­ng cəl­b­e­dici zo­na­sı olan Ru­siy­a­nın mi­q­ra­siya siy­a­sə­ti­ni necə qiy­mət­lən­di­rir­si­niz?

- Ru­siy­a­nın iş­çi qüvvə­si ilə bağlı re­al ça­tış­maz­lıq hiss et­diyi an­lar olur. Ru­siya Fe­de­ral Mi­q­ra­siya Xid­mə­ti­nin mə­lu­ma­tı­na gö­rə, öl­kə­də mi­q­ran­t­la­rın sayı 10 milyon­dan çox­dur. Ru­siy­aya qı­sa müddə­tə gə­lib meh­man­xa­na­lar­da ya­şay­an­lar bu­raya aid dey­il. Bu­nun­la ya­na­şı, öl­kə­də hər gün, ən azı, 2 mil­yon va­kan­siya elan olu­nur. Ru­siy­a­da mi­q­ra­siy­aya qar­şı olan, mi­q­ran­t­lar­dan qor­xan in­san­lar var. Am­ma hər kəs ye­mək, pen­siya al­maq və sa­ir is­təy­ir. Bu hal­da öl­kə­də kim­sə iş­lə­mə­li­dir, axı. İş­çi ça­tış­maz­lığı hər kə­sin ya­şayış sə­viyyə­si­nin da­ha da pis­ləş­mə­si­nə sə­bəb olacaq.

- Bir sı­ra öl­kə­lər­də mi­q­ran­t­lar­dan öl­kəyə da­xil olar­kən HİV-QİÇS vi­ru­su­na qar­şı müay­in­dən keç­dik­lə­ri­ni tə­s­diq­ləy­ən arayış tə­ləb olu­nur. Vax­ti­lə bu təcrübə­dən ABŞ, İran və di­g­ər döv­lət­lər də is­ti­fa­də edib. Bə­zi­lə­ri isə he­sab edir ki, mi­q­rant­dan sağlam­lıq haq­qın­da arayı­şın tə­ləb olun­ma­sı onun hüquq­la­rı­nın po­zul­ma­sı­dır. Be­lə fi­kir­də olan­lar­la döv­lə­tin mi­q­ran­t­la­rın sə­hhə­ti ha­q­da mə­lu­mat­lı ol­ma­sı­nın vacib­liy­i­ni düşünən­lər ara­sın­da müba­hi­sə­lər bit­mək bil­mir.

- Xey­ir, mi­q­ran­tın səh­hə­ti ilə bağlı mə­lu­mat­la­rın tə­ləb olun­ma­sı on­la­rın hüquq­la­rı­nın po­zul­ma­sı dey­il. Bu ya­xın­lar­da be­lə tə­ləb Ebo­la vi­ru­su­nun tüğyan et­diyi Af­ri­ka öl­kə­lə­ri və­tən­daş­la­rı­na qar­şı da irə­li sürülmüşdü. Af­ri­ka­da epi­de­miya yayı­lan za­man bir sı­ra öl­kə­lər Ebo­laya yo­lux­ma ri­s­ki olan af­ri­ka­lı­la­rın sər­həd­dən bu­ra­xıl­ma­ma­sı ha­q­da qə­rar qə­bul et­di. Am­ma kütlə­vi mi­q­ra­siy­a­nın ya­şan­dığı yer­lər­də - mə­sə­lən, Ru­siy­a­da mi­q­ran­t­la­rın hər bi­ri­nin müay­i­nə­dən ke­çi­ril­mə­si çə­tin­dir. İn­san bu mə­sə­lə­də is­təy­ər­sə, döv­lə­ti al­da­da bi­lər. O, öz prob­le­mi­ni həll et­mək üçün is­tə­ni­lən məh­dud­laş­dı­rıcı təd­bir­lər­dən qa­ç­maq üçün yol ta­pacaq. Mə­sə­lən, bi­zim öl­kə­miz­də is­tə­ni­lən tib­bi arayı­şı pu­la al­maq mümkündür. Di­g­ər döv­lət­lər­də də kor­rup­siya üçün ge­niş im­kan­lar var.

- MDB öl­kə­lə­rin­də mi­q­ra­siya ilə bağlı və­ziyyə­ti də­qiq bi­lir­si­niz. Bu döv­lət­lər mi­q­ra­siya siy­a­sət­lə­rin­də, ilk növ­bə­də, nə ki­mi qə­rar­lar qə­bul et­mə­li­dir­lər?

- Hər şey­dən öncə döv­lət öz və­tən­daş­la­rı­nın da­ha çox üz tut­duq­la­rı öl­kə­lər­də­ki və­ziyyə­ti­lə ma­raq­lan­ma­lı­dır. Bu öl­kə­lər­lə müxtə­lif ra­zı­laş­ma­lar va­si­tə­si­lə əmək­daş­lıq edil­mə­li­dir. Bə­zi MDB öl­kə­lə­ri­nin sə­fir­lik­lə­ri hət­ta öz mi­q­ran­t­la­rı­nı qə­bul et­mir, on­lar­la heç bir məs­lə­hət­ləş­mə apar­mır, hüqu­qi yar­dım gö­s­tər­mir. Döv­lət­lər di­g­ər öl­kə­lər­də olan və­tən­daş­la­rı­nı re­al ola­raq müda­fiə et­mə­li­dir­lər.

Mi­q­ra­siy­aya gə­lincə, dünya­da mi­q­ran­t­la­ra qucaq açan üç əsas öl­kə var: ABŞ, Ru­siya və Al­ma­niya. Bu və­ziyyət hə­lə uzun müddət da­vam edəcək. İd­di­a­lı ABŞ-da doğuş sə­viyyə­si aşağı­dır və o, əha­li­si­nin sayı­nın azal­ma­sı­na im­kan ver­mək niyyə­tin­də de­y­il. Bu məq­səd­lə də Bir­ləş­miş Ştat­lar XXI əs­rin or­ta­la­rı­na­dək mi­q­ran­t­la­rı qə­bul et­mək fi­k­rin­də­dir. ABŞ bu yol­la əha­li­nin ar­tım tem­pi­nin azal­ma­sı­nı ən­g­əl­lə­mək is­təy­ir. Bu­na isə yal­nız bö­yük mi­q­ra­siya yo­lu ilə na­il ol­maq müm­kündür. Yə­ni Ame­ri­ka il­də, təx­mi­nən, 1 milyon mi­q­rant qə­bul edə­cək. Bəl­kə də, on­lar­da qey­ri-le­qal mi­q­ra­siya ilə bağlı və­ziyyət bir qə­dər sa­də­dir. Çünki ABŞ, əsa­sən, də­niz sər­həd­lə­ri ilə əha­tə olu­nub və oraya ge­dib-çıx­maq asan dey­il. Əvə­zin­də Bir­ləş­miş Ştat­lar­da qey­ri-le­qal ya­şa­maq çox asan­dır. Bə­zi mə­lu­mat­la­ra gö­rə, ora­da qey­ri-le­qal mi­q­ran­t­la­rın sayı Ru­siy­a­da ol­duğun­dan çox­dur. Al­ma­niya isə mi­q­rant axı­nı­na sərt nə­za­rət edir. Bu­na rəğmən, ora­da Şər­qi Av­ro­pa öl­kə­lə­rin­dən olan qey­ri-le­qal mi­q­ran­t­la­rın sayı 3 milyo­na ça­tır.

Ru­siy­a­da mi­q­ra­siy­aya da­ir sərt qa­nun­lar var. Am­ma mi­q­rant axı­nı­nın tən­zim­lən­mə­si işi çox zə­if­dir. Ümu­miyyət­lə, dünya­da mi­q­ra­siy­a­nın sə­viyyə­si get­dikcə ar­tacaq. Bu­nun­la ya­na­şı, Çin is­tis­na ol­maq­la, Cə­nub-Şər­qi Asiy­a­nın bütün öl­kə­lə­rin­də əha­li­nin sayın­da cid­di ar­tım müşa­hi­də olu­nur­sa, Av­ro­pa İt­ti­fa­qın­da de­mo­qra­fik du­rum çox pi­s­dir. İta­liya, Al­ma­niya, Pol­şa, Ru­siya, Uk­ray­na, Ya­po­niya iki dünya müha­ri­bə­sin­də cid­di it­ki­lər ve­rib­lər və bu, on­la­rın de­mo­qra­fik du­rum­la­rı­na çox tə­sir gö­s­tə­rib.

- Bəs, azər­baycan­lı mi­q­ran­t­lar­la bağlı prob­lem­lər­lə qar­şı­laş­mı­sı­nız­mı? Azər­baycan­lı mi­q­ran­t­lar­la di­g­ər post­so­vet öl­kə­sin­dən olan mi­q­ran­t­la­rın prob­lem­lə­ri ara­sın­da fərq var­mı?

- Əl­bət­tə var. Mər­kə­zi Asiy­a­dan olan mi­q­ran­t­la­rın təh­sil sə­viyyə­si aşağı­dır, rus di­li­ni pis bi­lir­lər, şə­hər həy­a­tı haq­qın­da çox az tə­səvvürə ma­lik­dir­lər. Bu, on­la­rın in­ki­şa­fı­na çox mən­fi tə­sir gö­s­tə­rir. Tacik və ya öz­bək mək­təb bi­ti­rib­sə be­lə, elek­tro­tex­nik ix­ti­sa­sı­na yiy­ə­lə­nə­rək, MİS-də iş­ləy­ir­sə be­lə, əha­li ona eti­bar et­mir. Ey­ni söz­lə­ri Mər­kə­zi Asiya öl­kə­lə­rin­dən olan müəl­lim­lər haq­qın­da da söy­lə­mək olar. Öz­bə­ki­s­tan­dan olan və rus di­li­ni bil­məy­ən müəl­li­mi rus mək­tə­bi­nə gö­tür­məz­­lər. Bu üzdən də, bu mi­q­ran­t­lar yal­­nız kla­ssi­fi­ka­siy­a­sız iş­lə mə­şğ­ul olur­­lar. Bu in­san­lar, əsa­sən, tica­rət sa­hə­sin­də fəh­lə­lik edir­lər. Rus di­li­ni bil­mək, mə­sə­lən, qı­rğız­la­ra da­ha yax­şı iş yer­lə­ri­nə id­dia et­mək im­ka­nı ve­rir. Qı­r­ğız xa­nım­lar su­per­mar­ket­lər­də kas­sir, oğlan­lar isə bar­lar­da, re­s­to­ran­lar­da ofi­si­ant iş­ləy­ir­lər.

 

Azər­baycan­lı­la­ra gə­lincə, Ru­siy­a­da Azər­bayca­nın Er­mə­ni­s­tan tə­rə­fin­dən işğ­al olun­muş əra­zi­lə­rin­dən qa­ç­mış say­­sız-he­sab­sız azər­baycan­lı iş­ləy­ib. On­lar həm­və­tən­lə­ri­nin aç­dıq­la­rı müəs­si­sə­lər­də ça­lı­şıb­lar. On­la­rın hə­lə də Ru­siy­a­da iş­lə­dik­lə­ri, yox­sa və­tə­nə qa­yıt­dıq­la­rı ha­q­da mə­lu­mat­lı dey­i­ləm. İn­san­lar, əsa­sən, tica­rət sa­hə­sin­də ça­lı­şır­dı­lar. Biz Ru­siy­a­da tica­rət­çi öz­bək və ya tacik gör­mə­mi­şik. Şə­hər həy­a­tı­na təc­rübə­si olan azər­baycan­lı­lar isə tica­rət və in­şa­at sa­hə­lə­rin­də ki­fay­ət qə­dər uğur­la ça­lı­şır­lar.


MƏSLƏHƏT GÖR:

733