19 May 2024

Bazar, 19:51

MÜNAQİŞƏ ƏLAMƏTLƏRİ ARTIQ GÖZ QABAĞINDADIR

Siyasi elmlər doktoru, Suxumi Dövlət Universitetinin professoru Elquca KAVTARADZENİN "R+" jurnalına müsahibəsi

Müəllif:

17.02.2015

Ermə­ni­s­tan KİV-də Gür­­cüstan­dan gə­lən bir in­for­ma­siya əsas xə­bə­rə çe­v­ri­lib: Gür­cüs­ta­nın Ca­va­xe­tiya re­g­i­o­nun­da ya­şay­an er­mə­ni­lər bu öl­kə və­tən­daş­lığın­dan məh­rum edi­lib­lər. Elə er­mə­ni mət­bu­a­tı­nın yaz­dığı­na gö­rə, on­lar iş­lə­mək­dən ötrü asan­lıq­la Ru­siy­aya yol­lan­maq üçün Er­mə­ni­s­tan və­tən­daş­lığı­nı qə­bul edib­lər. Am­ma Gürcüstan qa­nun­ve­rici­liyi iki­li və­tən­daş­lığa ica­zə ver­mə­diy­in­dən, hə­min şəx­slər Gürcüstan və­tən­daş­lığı­nı iti­rib­lər. KİV-də yer alan mə­lu­mat­la­ra gö­rə, ar­tıq Gürcüstan­da ya­şay­an 5 mi­nə­dək er­mə­ni Er­mə­ni­s­tan və­tən­daş­lığı­nı qə­bul edib. Gür­cüsta­nın er­mə­ni əsil­li və­tən­daş­la­rı­nın bu əmə­li Gürcüsta­nın bütövlüyü üçün han­sı fə­sad­la­ra yol aça bi­lər? Su­xu­mi Döv­lət Uni­ver­si­te­ti­nin pro­fes­so­ru El­quca KAV­TARADZE "R+"a müsa­hi­bə­sin­də bu mə­sə­lə­ni şərh edib.

- Bə­zi müşa­hi­də­çi­lə­rin fi­k­rincə, mil­lət­çi­lər er­mə­ni pa­s­por­tu­nun kütlə­vi şə­kil­də pay­lan­ma­sı ilə Gürcüsta­nın bu re­g­i­o­nun­da se­pa­rat­çı­lıq par­t­layı­şı üçün "bom­­ba" ha­zır­layır.

- Bu, döv­lət­də da­xi­li müna­qi­şə üçün zə­min ya­ra­dır. Gürcüstan Kon­sti­tu­siy­a­sı mil­liyyə­tin­dən ası­lı ol­may­a­raq, bütün və­tən­daş­la­ra müəyyən zə­ma­nət­lər ve­rir. Öl­kə­nin hər bir və­tən­da­şı döv­lə­tin mü­əyyən­ləş­dir­diyi qa­nun­lar­la, qay­da­lar­la ya­şa­ma­lı­dır. Bu, Kon­sti­tu­si­y­a­da da ək­si­ni ta­pıb. Qa­nun iki­li və­tən­daş­lığı qa­dağan edir. On­lar bu­na necə, han­sı tex­no­lo­g­iy­a­lar­la na­il olur­lar - bu, ar­tıq baş­qa mə­sə­lə­dir.

Er­mə­ni­lə­rin əməl­lə­ri biz­də on­suz da bol olan se­pa­rat­çı­lığa əla­və sti­mul­dur. Bil­diy­i­niz ki­mi, Gür­cüs­tan əra­zi­si­nin 20%-i işğ­al olu­nub. Er­mə­ni­s­tan bi­zim qaç­qın­la­rın Ab­xa­ziya və Cə­nu­bi Ose­tiy­aya qay­ta­rıl­ma­la­rı ilə bağlı bey­nəl­xalq tə­şəbbüsümüzün əley­hi­nə çı­xan 20 döv­lət­dən bi­ri­dir. Niyə? On­lar nə­yə gö­rə bi­lə­rək­dən xa­os ya­ra­dır­lar? Bu pro­ses qı­zı­şar­sa, biz ki­fa­y­ət qə­dər ağır və­ziyyət­lə üz-üzə qa­lacağıq. Öl­kə on­suz da ağır du­rum­da­dır. Biz on­suz da ha­raya get­diy­i­mi­zi bil­mi­rik: döv­lət tez­lik­lə Av­ro­pa İt­ti­fa­qı­na və NATO-ya üzv­­lükdən da­nı­şır, əs­lin­də isə öl­kə­də Ru­siy­a­nın ma­liyyə­ləş­dir­diyi Av­ra­siya struk­tur­la­rı yağış­dan so­n­ra gö­bə­lək ki­mi ar­tır. Üstə­lik, Samtsxe-Ca­va­xe­tiy­a­da ya­şa­nan­lar... Yə­qin ki, han­sı­sa mər­hə­lə­də biz iki döv­lət ara­sın­da müna­si­bət­lə­rə ye­ni­dən bax­ma­lı olacağıq.

- Er­mə­ni­lə­rin Samtsxe-Ca­va­xe­tiy­a­da ikinci Qa­ra­bağ ya­rat­maq eh­ti­ma­lı nə qə­dər­dir?

- Samtsxe-Ca­va­xe­tiy­a­da se­pa­rat­çı­lıq özünü çox­dan büru­zə ve­rib. Am­ma onun nə qə­dər kə­s­kin xa­rak­ter alacağı­nı söy­lə­mək çə­tin­dir. Gürcüstan hö­ku­mə­ti­nin ye­tiş­mək­də olan müna­qi­şə­lə­rə eti­na­sız ya­naş­ma­ma­sı vaci­b­dir. Be­lə hal­la­rı açıq for­ma­da qiy­mət­lən­dir­mək, və­ziyyə­tin qə­liz­ləş­mə­si­nə yol ver­mə­mək üçün la­zı­mi ad­dım­lar at­ma­q­dan qa­ç­maq la­zım dey­il. Dü­şü­nü­rəm ki, be­lə müna­qi­şə­lə­rin qar­şı­sı­nın alın­ma­sı üçün tex­no­lo­g­iy­a­lar müəyyən­ləş­di­ril­mə­li­dir.

- Er­mə­ni­s­tan bu ya­xın­lar­da Gürcüsta­nın yüzlər­lə kil­sə­si­nə qar­şı da id­dia irə­li sürüb...

- Bu, sa­dəcə gülmə­li­dir. Bu qə­dər kil­sə, yə­qin ki, Er­mə­ni­s­ta­nın özündə də yox­dur. Bu, sa­dəcə ax­maq­lı­q­dır. Mən be­lə bəy­a­nat­la­rı cid­di qə­bul et­mi­rəm. Ümu­miyyət­lə, qon­şu döv­lə­tin da­im Gürcüsta­na təzyiq gö­s­tər­məyə ça­lış­ma­sı ar­tıq həy­a­sız­lı­q­dır. Er­mə­ni­s­ta­nın siy­a­si ira­də­si var­sa, o, ək­si­nə, Gür­cüstan­la əmək­daş­lıq et­mə­li­dir. Er­mə­ni­s­ta­nın heç bir ye­rə çı­xı­şı yox­dur, o, hər tə­rəf­dən qa­pa­lı­dır. Bu ba­xım­dan, er­mə­ni­lə­rin guya bi­zim on­la­ra nə­sə borclu ol­duğu­mu­za da­ir bəy­a­nat­la­rı­nı an­la­mı­ram...

- Samtsxe-Ca­va­xe­tiya əra­zi­sin­dən yal­nız re­g­i­on öl­kə­lə­ri üçün dey­il, Av­ro­pa və Ame­ri­ka üçün də son də­rəcə böyük əhə­miyyət da­şıy­an bo­ru kə­mər­lə­ri, də­mir yo­lu ke­çir: Ba­kı-Ti­f­lis-Cey­han və Ba­kı-Sup­sa neft kə­mər­lə­ri, Ba­kı-Ti­f­lis-Ər­zu­rum qaz bo­ru­su, Ba­kı-Ti­f­lis-Qars də­mir yo­lu ma­g­i­s­t­ra­lı. Gürcüstan er­mə­ni­lə­ri­nin sıx ya­şa­dıq­la­rı əra­­zi­lər­də bu lay­i­hə­lə­rə qar­şı hər han­sı tə­x­ri­ba­ta yol ve­ri­lə bi­lər­mi?

- Bu lay­i­hə­lər ara­sın­da ilk icra olu­nan Ba­kı-Ti­f­lis-Cey­han neft kə­mə­ri, hə­qi­qə­tən də, "əs­rin lay­i­hə­si"dir. Şükürlər ol­sun ki, Hey­dər Əliy­e­vin say­ə­sin­də o, re­al­laş­dı­rı­lıb. Bu lay­i­hə ha­mı­mız üçün böyük uğur ol­sa da, Gürcüstan döv­lə­ti üçün onun xüsu­si əhə­miyyə­ti var idi. Tə­x­ri­bat­la­ra gə­lincə, mümkün­dür. Am­ma bu tə­x­ri­bat­la­ra er­mə­ni­lə­rin əl ata bi­ləcək­lə­ri­ni düşün­mü­rəm. Axı, lay­i­hə­nin on­la­ra ai­diyyə­ti yox­dur. Söh­bət bir ne­çə döv­lə­tin bey­nəl­xalq təş­ki­lat­la­rın diq­qət mər­kə­zin­də olan bi­rgə lay­i­­hə­sin­dən ge­dir.

- Ye­ri gəl­miş­kən, Ba­kı-Ti­f­lis-Cey­han bo­ru xət­ti üçün da­ha bir təhlükə haq­qın­da: bu bo­ru xət­ti həm də Cə­nu­bi Ose­tiy­a­dan ke­çir və ora­da ar­tıq tran­zit­dən gə­lən gə­lir­lər­dən "pay"a id­dia edir­lər.

- Sxin­va­li re­g­i­o­nun­da­kı və­ziyyət, mə­sə­lən, Ab­xa­ziy­a­da­kın­dan xey­li ağır­dır. Ru­siya Cə­nu­bi Ose­tiya ilə Ab­xa­ziya ilə im­za­la­dı­ğı müqa­vi­lə­nin ana­lo­qu­nu bağla­maq is­təy­ir. Bu mə­na­da Gürcüstan döv­lə­ti­nin cid­di prob­lem­lə­ri var. Am­ma hö­ku­mət nə­dən­sə hə­lə də su­sur.

- Sxin­va­li re­g­i­o­nun­da­kı se­pa­rat­çı re­ji­min Ba­kı-Ti­f­lis-Cey­han kə­mə­ri­lə nəql edi­lən nef­tə gö­rə, hə­qi­qə­tən, tran­zit pu­lu tə­ləb edə bi­ləcəy­i­ni düşünürsünüzmü? 

- İs­tis­na dey­il. Çünki bir da­ha dey­i­rəm, Gürcüstan­da Av­ra­siya struk­tur­la­rı­nın sayı sürət­lə ar­tır. On­lar Ru­siy­a­dan ma­liyyə­lə­şir və bu işi fak­ti­ki ola­raq, və­tə­ni­ni sa­tan yer­li gürcülər mə­şğ­ul olur. Öl­kə da­xi­lin­də işğ­al olun­muş əra­zi­lər­lə bağlı bu cür və­ziyyət var­sa, yax­şı nə isə göz­lə­mək mümkün dey­il. Vax­tın­da re­ak­siya ol­maz­sa, in­si­den­t­lər ya­şa­na bi­lər. Bu cür müna­qi­şə əlamətlərinin ya­ran­ma­sı ar­tıq göz qa­bağın­da­dır.


MƏSLƏHƏT GÖR:

665